Məhkəmə qərarları › İş №2-1(112)-714/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-714/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-714/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı "xxxx" nin nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166299 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********145204 saylı qərarına əsasən "xxxx" MMC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Yoxlama xx.xx.2021-ci ildə başlamış və yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********145264 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Həmin Akta əsasən ümumilikdə 439.833,58 manat vergilərin hesablanması və 220.395,66 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Daha sonra yoxlama materiallarına baxılmış və xx.xx.2022-ci il tarixli **********166299 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən 439.833,58 manat əlavə vergi məbləği hesablanmış və 220.395,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hesab edir ki, aşağıdakı səbəblərə görə qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlaması aktının 5-ci səhifəsində qeyd edilmişdir ki, “xx.xx.2021-ci il tarixli **********9165 nömrəli və eyni tarixli **********9166 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında" Qərarlar əsasında "Beauttech” MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2021ci il tarixli **********9169 və **********9170 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamələr, xx.xx.2021-ci il tarixli **********9171 və **********9172 nömrəli “Sənədlərin nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarlarla Cəmiyyətə məxsus ilkin mühasibat sənədləri, o cümlədən elektron formatda olan sənədlər qanunamüvafıq şəkildə protokollaşdırılaraq götürülmüşdür. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə uyğun olaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar vergitutma obyektinin müəyyən edilməsi üçün əsas olduğuna görə vergi ödəyicisində keçirilmiş yuxarıda qeyd edilən operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətdən götürülmüş və Cəmiyyətə aid sənədlər əsasında vergilərin hesablanması həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktı 6-ci səhifəsində qeyd edilmişdir ki, əldə edilmiş materialların araşdırılması məqsədi ilə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********160386 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarına əsasən cəmiyyətdə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********145204 saylı yoxlamanın tətin edilməsi barədə qərar, həmçinin yoxlama müddətinin uzadılması barədə 2 qərar və yoxlamanın müvəqqəti dayandırılması barədə 10 ədəd "Yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatdan keçsə də, DVX tərəfindən xx.xx.2022-ci il tarixli **********156711 “Aktın tərtibi müddətinin uzadılması haqqında” və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********160386 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar “Yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin səyyar vergi yoxlaması aktında da qeyd olunduğu kimi cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinadən edərək operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdən götürülmüş və cəmiyyətə aid sənədlər əsasında 2018-ci ilin may ayından xx.xx.2021 -ci il tarixinədək olan dövr üçün əlavə vergi məbləği hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin “o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” 2022-ci ildə qüvvəyə mindiyi üçün 2022-ci ildə yaranan münasibətlərə şamil edilməli olduğundan və bu məlumatlar əsasında xx.xx.2021-ci il tarixədək olan dövr üçün vergilərin hesablanması əsassızdır. Bundan başqa səyyar vergi yoxlaması aktında cavabdeh vergi orqanı dönə-dönə qeyd edir ki, "xxxx" MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdən götürülmüş və cəmiyyətə aid sənədlər əsasında vergilərin hesablanması həyata keçirilmişdir. Bununla bağlı iddiaçı bildirir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9165 və **********9166 saylı qərarına əsasən "xxxx" MMC-yə (VÖEN **********) məxsus gözəllik salonlarında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı xx.xx.2021-ci il tarixli DVX seyiyalı 002411 və 002412 saylı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburu dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Həmin Akta əsasən guya ümumilikdə 24 nəfərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Daha sonra yoxlama materiallarına baxılmış və xx.xx.2021-ci il tarixli **********4522 və **********4530 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. X8 Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 48000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarla "xxxx" MMC razı olmamış və xx.xx.2021-ci il tarixli **********4522 və **********4530 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********4522 saylı və xx.xx.2021-ci il tarixli, **********4530 saylı qərarları ləğv edilmişdir. Daha sonra cavabdeh vergi orqanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarından apellyasiya şikayəti təqdim etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yoxlama aktında da qeyd edildiyi kimi cəmiyyət tərəfindən fəaliyyət göstərən obyektlərdə mövcud olan usta kresloları sabit qəbzlə işləyən ustalara müqavilə əsasında icarəyə verilmiş və eyni zamanda həmin ustalar "xxxx" əmtəə nişanı altında fəaliyyət göstərdikləri üçün ustaların əldə etdikləri gəlirin 5-15 faizi xərclər nəzərə alınmadan royalti şəklində MMC-yə ödənilmişdir. Həmin ustaların əldə etdikləri gəlirdən ödənilməli olan royalti məbləği MMCnin gəlirlərinə aid edildiyindən MMC həmdə həmin ustaların gəlirlərinin uçotunu aparmaqda maraqlı olmuşdur. Vergi orqanı isə bu məlumatlar əsasında səyyar vergi yoxlaması zamanı vergi məbləğini hesablamışdır. Hesablanmış vergilərin əsassız olmasını sübut edən başqa bir məsələ ondan ibarətdir ki, 2020-ci ilin mart ayının sonlarından başlayaraq 2021-ci ilin yanvar ayının 25-nə qədər Azərbaycan Respublikasının ərazisində sərt karantin rejimi tətbiq olunduğu üçün gözəllik salonlarının fəaliyyətinə icazə verilməmişdir. Başqa sözlə dedikdə gözəllik salonlarının fəaliyyəti yuxarıda qeyd olunan dövrdə qadağan olunmasına baxmayaraq vergi orqanı 2020-ci ilin may ayından 2021-ci ilin yanvar aylarına əlavə vergi məbləği hesablamışdır ki, bu da hesablama tamamilə absurddur. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, səyyar vergi yoxlamasına xx.xx.2021-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixdə başa çatdırılaraq nəticələri xx.xx.2022-ci il tarixli **********145264 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd edərək bir nüsxəsini qəbul etmişdir. Göstərilənlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli **********166299 nömrəli “VÖ-nin VQ-nin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. Yoxlanılan dövrdə cəmiyyət əsasən gözəllik salonları tərəfindən xidmət göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda cəmiyyət tərəfindən fəaliyyət göstərilən obyektlərdə mövcud olan usta kresloları sabit qəbzlə işləyən ustalara müqavilə əsasında 100 manat məbləğə icarəyə verilmişdir. Bununla yanaşı sabit qəbzlə işləyən ustalarla bağlanmış xidmət müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmaya əsasən İddiaçı əmtəə nişanı altında fəaliyyətdən əldə edilmiş ümumi dövriyyənin 5-15 faizi xərclər nəzərə alınmadan cəmiyyətə ödənilir. Beləliklə, cəmiyyətin gəlirləri gözəllik salonlarının fəaliyyəti ilə əlaqədar usta kreslolarının icarəyə verilməsindən, eyni zamanda sabit qəbzlə işləyən ustaların əldə etdiyi ümumi gəlirin cəmiyyət tərəfindən müəyyən edilmiş nisbətdə müəssisəyə ödənilməsindən formalaşır. Səyyar vergi yoxlaması vergi ödəyicisinə məxsus obyektlərdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlərdə mövcud olan məlumatlardakı vergidən yayınma risklərinin olması səbəbindən təyin edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli **********9165 nömrəli və eyni tarixli **********9166 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında" Qərarlar əsasında "xxxx" MMC-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2021-ci il tarixli **********9169 və **********9170 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamələr, xx.xx.2021-ci il tarixli **********9171 və **********9172 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarlarla cəmiyyətə məxsus ilkin mühasibat sənədləri, o cümlədən elektron formatda olan sənədlər qanunamüvafiq şəkildə protokollaşdırılaraq götürülmüşdür. Həmin protokollar cəmiyyətin direktoru X1 tərəfindən imzalanmışdır. Götürülmüş sənədlər araşdırıldığı zaman vergitutma obyektinin düzgün, qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədiyi, vergidən yayınma faktlarının olduğu aşkar edilmişdir. Hesablamada istifadə edilən elektron fayllar "SERVER Beauttech" qovluğunda, "Sənədgötürmə" qovluğunda, "Babək Plaza" qovluğunda "beatuch" qovluğunda "beatuch kassa uçotlari" qovluğunda, “Kaccoвые отчеты 2020” qovluğunda “Kaccoвые отчеты 2021” qovluğunda "Xatima" qovluğunda "xxxx" qovluğunda "Bank krediti almaq üçün sənədlər" qovluğunda və digər qovluqlarda mövcud olan elektron fayllardan ibarət olmuşdur. Həmin sənədlər əsasında tədiyyələr üzrə hesablamalar aşağıdakı kimi olmuşdur: ƏDV üzrə: Müəssisədən götürülmüş sənədlərdə cəmiyyət tərəfindən 2019-cu il üzrə hazırlanmış maliyyə hesabatı araşdırılarkən 2019-cu ilin yanvar ayında ümumi dövriyyədən sabit qəbzlə işləyən ustaların gəlirləri çıxılmaqla cəmiyyət tərəfindən müəyyən edilmiş gəlirlərin bölgüsünə əsasən "xxxx" MMC-nin gəlirlərinin 154565.0 manat olduğu müəyyən edilmişdir. Fevral ayında isə "xxxx" MMC-nin gəlirinin 164024.0 manat olduğu müəyyən edilmişdir ki, bu da ümumilikdə 318588.6 manat təşkil edir. Həmin məbləğə qeyd edilən dövr üzrə Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergi hesablanmış və cəmiyyətdən götürülmüş həmin sənədlərə əsasən müəyyən edilmiş gəlirlərinə xx.xx.2019-cu il tarixdən etibarən ƏDV hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal yoxlanılan dövr ərzində vergitutma obyekti olmuşdur. Səyyar vergi yoxlaması zamanı müəssisənin əldə etdiyi gəlirlərinin bəyannamə məlumatlarında düzgün bəyan edilmədiyi və beləliklə, vergidən yayındırıldığı müəyyən edilmişdir. Yoxlama zamanı cəmiyyətdən götürülmüş qeyd edilən sənədlər əsasında müəyyən edilən gəlirlər əsasında cəmiyyətə ƏDV üzrə əlavə vəsait hesablanmışdır. Belə ki, bəyannamə məlumatlarına əsasən 2019-cu ilin mart ayı üzrə 0 manat, aprel ayı üzrə - 300.28 manat (büdcədən qaytarma), may ayı üzrə 826.37 manat, iyun ayı üzrə 3552.84 manat, iyul ayı üzrə 6292.94 manat, avqust ayı üzrə 5251.47 manat, sentyabr ayı üzrə 3780.64 manat, oktyabr ayı üzrə 4538.88 manat, noyabr ayı üzrə 4578.49 manat, dekabr ayı üzrə 2592.13 manat, 2020-ci ilin yanvar ayı üzrə 3317.66 manat, fevral ayı üzrə 1355.16 manat, mart ayı üzrə 3343.7 manat, aprel ayı üzrə 157.68 manat, may ayı üzrə 2212.17 manat, iyun ayı üzrə -1510.19 manat (büdcədən qaytarma), iyul ayı üzrə 1159.85 manat, avqust ayı üzrə -1288.64 manat (büdcədən qaytarma), sentyabr ayı üzrə -1190.24 manat (büdcədən qaytarma), oktyabr ayı üzrə -1133.86 manat (büdcədən qaytarma), noyabr ayı üzrə 0 manat, dekabr ayı üzrə 0 manat, 2021-ci ilin yanvar ayı üzrə 66.01 manat hesablama aparılmışdır. 2019-cu il üzrə ƏDV hesablanması müəssisədən götürülmüş maliyyə hesabatına əsasən aparılmışdır ki, həmin hesabatda hər bir ay üzrə müəssisənin dövriyyəsi göstərilmişdir. Həmin dövriyyədən sabit qəbzlə işləyən ustalara aylıq ödənilən məbləğ çıxılmış, alınan məbləğin ƏDV-li olduğunu nəzərə alaraq 18% çıxılaraq vergiyə cəlb edilən məbləğ formalaşmışdır. 2020 və 2021-ci illər üzrə ƏDV hesablanması isə müəssisədən götürülmüş kassa hesabatı sənədlərinə əsasən müəyyən edilmiş, həmin hesabat sənədlərində hər ay üzrə əldə edilmiş gəlir, sabit qəbzlə işləyən ustalara verilən məbləğlər əks edilmişdir. Vergi ödəyicisinin dövriyyəsi müəyyən edilərkən sabit qəbzlə işləyən ustalara verilən məbləğlər nəzərə alınmamışdır. Səyyar vergi yoxlaması ilə müvafiq olaraq 2019-cu ilin mart ayı üzrə 32041.54 manat, aprel ayı üzrə 26293.35 manat, may ayı üzrə 22348.95 manat, iyun ayı üzrə 28561.99 manat, iyul ayı üzrə 23769.66 manat, avqust ayı üzrə 22728.48 manat, sentyabr ayı üzrə 16100.25 manat, oktyabr ayı üzrə 17432.35 manat, noyabr ayı üzrə 20393.76 manat, dekabr ayı üzrə 22781.6 manat, 2020-ci ilin yanvar ayı üzrə 13988.2 manat, fevral ayı üzrə 13539.64 manat, mart ayı üzrə 11274.58 manat, aprel ayı üzrə 0 manat, may ayı üzrə 19489.34 manat, iyun ayı üzrə 9764.17 manat, iyul ayı üzrə 9788.71 manat, avqust ayı üzrə 13156.49 manat, sentyabr ayı üzrə 13257.23 manat, oktyabr ayı üzrə 11614.79 manat, noyabr ayı üzrə 10653.21 manat, dekabr ayı üzrə 5058.01 manat, 2021-ci ilin yanvar ayı üzrə 7591.31 manat hesablama aparılmışdır. Beləliklə yoxlanılan dövr ərzində səyyar vergi yoxlaması ilə 2019-cu ilin mart ayı üzrə 32041.54 manat məbləğin azaldıldığı, aprel ayı üzrə 26593.63 manat məbləğin azaldıldığı, may ayı üzrə 21522.58 manat məbləğin azaldıldığı, iyun ayı üzrə 25009.15 manat məbləğin azaldıldığı, iyul ayı üzrə 17476.72 manat məbləğin azaldıldığı, avqust ayı üzrə 17477.01 manat məbləğin azaldıldığı, sentyabr ayı üzrə 12319.61 manat məbləğin azaldıldığı, oktyabr ayı üzrə 12893.47 manat məbləğin azaldıldığı, noyabr ayı üzrə 15815.27 manat məbləğin azaldıldığı, dekabr ayı üzrə 20189.47 manat məbləğin azaldıldığı, 2020-ci ilin yanvar ayı üzrə 10670.54 manat məbləğin azaldıldığı, fevral ayı üzrə 12184.48 manat məbləğin azaldıldığı, mart ayı üzrə 7930.88 manat məbləğin azaldıldığı, may ayı üzrə 17277.17 manat məbləğin 17277.17 manat məbləğin azaldıldığı, iyun ayı üzrə 11274.36 manat məbləğin azaldıldığı, iyul ayı üzrə 8628.86 manat məbləğin azaldıldığı, avqust ayı üzrə 14445.13 manat məbləğin azaldıldığı, sentyabr ayı üzrə 14447.47 manat məbləğin azaldıldığı, oktyabr ayı üzrə 12748.65 manat məbləğin azaldıldığı, noyabr ayı üzrə 10653.21 manat məbləğin azaldıldığı, dekabr ayı üzrə 5058.01 manat məbləğin azaldıldığı, 2021-ci ilin yanvar ayı üzrə 7525.3 manat məbləğin azaldıldığı, ümumilikdə 334182.51 manat məbləğin azaldıldığı müəyyən edilmişdir. Bununla da vergitutma obyektinin azaldılaraq bəyan edildiyinə görə cəmiyyətə Vergi Məcəlləsinin 67.1.9- cu və 159.1-ci maddələrinə əsasən 334182.51 manat əlavə vəsait hesablanmışdır. Mənfəət vergisi üzrə: Müəssisədən götürülmüş sənədlərdə cəmiyyət tərəfindən 2019-cu il üzrə hazırlanmış maliyyə hesabatı araşdırılarkən 2019-cu ilin yanvar ayında ümumi dövriyyədən sabit qəbzlə işləyən ustaların gəlirləri çıxılmaqla cəmiyyət tərəfindən müəyyən edilmiş gəlirlərin bölgüsünə əsasən "xxxx" MMC-nin gəlirlərinin 154565.0 manat olduğu müəyyən edilmişdir. Fevral ayında isə "xxxx" MMC-nin gəlirinin 164024.0 manat olduğu müəyyən edilmişdir ki, bu da ümumilikdə 318589.0 manat təşkil edir. Həmin məbləğə qeyd edilən dövr üzrə Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergi hesablanmış və cəmiyyətdən götürülmüş həmin sənədlərə əsasən xx.xx.2019-cu il tarixdən etibarən müəyyən edilmiş gəlirlər mənfəət vergisi məqsədləri üçün nəzərə alınmışdır. Yoxlama ilə cəmiyyətin 2019 və 2020-ci illər üzrə “Mənfəət vergisi” bəyannamələrinə münasibət bildirilmişdir. 2019-cu il üçün cəmiyyət tərəfindən təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinə əsasən cəmiyyətin gəlirləri 262853.51 manat olmuş, həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 83981.03 manat, sosial sığorta haqları 15388.54 manat, icarə haqqı 70633.1 manat, ezamiyyə xərcləri 5903.5 manat, enerji xərcləri 7645.84 manat, bank xidməti üzrə xərclər 1329.18 manat, reklam xərcləri 18767.85 manat, amortizasiya ayırmaları 2018.75 manat, ödənilmiş sığorta haqları 829.6 manat, digər xərclər 36922.44 manat, əmlak vergisi 70.66 manat olmaqla ümumilikdə 243490.49 manat təşkil etmişdir. Bununla da cəmiyyət tərəfindən (2628xx.xx-243490.49)=19363.02 *20%) = 3872.6 manat mənfəət vergisi hesablanmışdır. 2020-ci il üçün cəmiyyət tərəfindən təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinə əsasən cəmiyyətin gəlirləri 181622.43 manat olmuş, həmin gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə əmək haqqı və ona bərabər tutulan ödəmələr 96891.67 manat, sosial sığorta haqları 15010.53 manat, icarə haqqı 32206.85 manat, enerji xərcləri 5670.77 manat, su və kanalizasiya xərcləri 526.9 manat, bank xidməti üzrə xərclər 2777.96 manat, reklam xərcləri 1377.59 manat, sığorta üzrə xərclər 454.01 manat, digər xərclər 12552.2 manat, əmlak vergisi 70.66 manat olmaqla ümumilikdə 167539.14 manat təşkil etmişdir. Bununla da cəmiyyətin mənfəəti (181622.43 -167539.14) = 14083.29 manat bəyan edilmiş, müvafiq olaraq (14083.29*20%) = 2866.16 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı bəyannamə məlumatları ilkin sənədlər əsasında yoxlanılan zaman gəlirlərin azaldılaraq bəyan edildiyi müəyyən edilmişdir. Belə ki, cəmiyyətdən qanunamüvafiq şəkildə protokollaşdırılaraq götürülmüş yuxarıda qeyd edilən sənədlər, o cümlədən elektron formada olan sənədlər cəmiyyətin gəlirlərinin bəyannamə məlumatlarından fərqli olduğunu əks etdirir. Bu səbəbdən də mənfəət vergisi məqsədləri üçün Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyən edilməsi üçün vergi ödəyicisindən götürülmüş sənədlərin məlumatlarından istifadə edilmişdir. Həmin sənədlərdə vergi ödəyicisinin fəaliyyəti üzrə əldə olunan ümumi gəlirlər, həmin gəlirlərin sabit qəbzlə fəaliyyət göstərən ustalara məxsus olan hissəsi, fərqli ustalar üzrə ümumi gəlirin cəmiyyətə ödənilən hissəsi öz əksini tapmışdır. Həmin sənədlərə əsasən müəyyən edilmiş və səyyar vergi yoxlaması ilə 2019-cu ilin yanvar və fevral ayları üzrə sadələşdirilmiş vergiyə cəlb edilmiş vəsait istisna olmaqla, 2019-cu ilin mart ayından sonrakı dövr ərzində cəmiyyətin əldə etdiyi gəlirlər mənfəət vergisinə cəlb edilmişdir. 2019-cu ilin mart-dekabr ayları ərzində əldə edilmiş ümumi gəlirin məbləği 2785290.0 manat olmuşdur. Həmin məbləğdən 1167851.0 manatı sabit qəbzlə işləyən ustalara aid olmuşdur. Qalan (2785290.0 - 1167851.0=1617439.0) manat vəsait cəmiyyətin gəlirini formalaşdırmışdır. Həmin məbləğin ƏDV daxil məbləğ olduğunu nəzərə alaraq (1617439.0 - 18%)=1370711.05 manat mənfəət vergisi məqsədləri üçün gəlir müəyyən edilmişdir. Cəmiyyətdən götürülən sənədlər gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri tam əhatə etmədiyi üçün xərclərin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. 2020-ci il üzrə gəlir müəssisədən götürülmüş kassa hesabatı sənədlərinə əsasən müəyyən edilmiş, həmin hesabat sənədlərində hər ay üzrə əldə edilmiş gəlir, sabit qəbzlə işləyən ustalara verilən məbləğlər əks edilmişdir. 2020-ci il üzrə gəlir müəyyən edilərkən sabit qəbzlə işləyən ustalara verilən məbləğlər iddiaçının gəlirlərinə aid edilməmişdir. Qeyd edilən kassa hesabat sənədləri araşdırılarkən ümumilikdə 1814478,21 manat gəlirin olduğu müəyyən edilmiş, həmin məbləğdən 834687,15 manat sabit qəbzlə işləyən ustalara aid edilərək müəssisənin gəlirlərin çıxılmış, ümumilikdə müəssisənin ƏDV-li 979791,07 manat (1814478,21 - 834687,15) gəlirinin olduğu müəyyən edilmişdir. Həmin məbləğin ƏDV daxil məbləğ olduğunu nəzərə alaraq (979791,07 - 18%)=830331,41 manat mənfəət vergisi məqsədləri üçün gəlir müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında vergitutma obyektini müəyyən edə və vergiləri hesablaya bilər. Məcəllənin 67.1.9-cu maddəsində vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ göstərilmişdir. Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Bu maddə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı əsasında hesablandığını özündə ehtiva edir. Sahibkarın naməlum xərclərini birbaşa müəyyən etmək mümkün olmadığını, Vergi Məcəlləsinin qeyd edilən müvafiq maddələrinin tələblərini, eyni zamanda Nazirlər Kabinetinin 55 nömrəli Qərarını nəzərə alaraq mənfəət vergisinin hesablanması məqsədi ilə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə şərti rentabellik norması tətbiq edilməklə xərcləri müəyyən edilmişdir. Bununla bağlı olaraq MMC-nin mənfəətinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları tətbiq edilmişdir. Belə ki, Qaydaların 6.1.1 bəndinə müvafiq olaraq vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında xərcləri müəyyən edilərək illər üzrə həmin xərclər nəzərə alınmaqla aşağıdakı qaydada 20 faiz rentabellik norması ilə mənfəət vergisinin hesablanması həyata keçirilmişdir. M1 = G1 : ( 100 + R) x R, X = G1 - M1, burada: M1 - vergi ödəyicinin mənfəəti; G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; X - xərc, R şərti rentabellik normasıdır. Qaydaların 6.1.3 bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Beləliklə yoxlama ilə "xxxx" MMC-nin gəlirlərinin əldə edilməsinə çəkilmiş xərclər 20 faiz rentabellik norması tətbiq edilməklə yoxlama ilə əhatə olunan illər üzrə müvafiq olaraq aşağıdakı kimi müəyyən olunmuşdur: cu il üzrə: M1 = 1370711.05 : ( 100 + 20) x 20 = 228451.84, X = 1370711.05 -228451.84=1142259.21. Beləliklə 2019-cu il ərzində müəssisənin gəlirləri 1370711.05 manat, xərcləri şərti rentabellik norması nəzərə alınmaqla 1142259.21 manat, mənfəəti 228451.84 manat təşkil etmişdir ki, həmin mənfəətdən (228451.84 *20%)=45690.37 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin özünün 2019-cu il üçün 3872.6 manat mənfəət vergisi hesabladığını nəzərə alaraq cəmiyyətə (45690.37 - 3872.6)=41817.77 manat əlavə vəsait hesablanmışdır. 2020- ci il üzrə. M1 = 830331.41 : ( 100 + 20) x 20 = 138388.57, X = 830331.41 -138388.57=691942.84., Beləliklə 2020-ci il ərzində müəssisənin gəlirləri 830331.41 manat, xərcləri şərti rentabellik norması nəzərə alınmaqla 691942.84 manat, mənfəəti 138388.57 manat təşkil etmişdir. Vergi Məcəlləsinin 222.5.9-cu, 224.1.2-ci maddələrinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə fəaliyyəti müvafiq qurum tərəfindən tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrində əldə edilmiş mənfəətin (gəlirin) 75 faizi vergidən azad edilir. Beləliklə, cəmiyyətin vergiyə cəlb edilən mənfəəti (138388.57-(138388.57*75%)=34597.15 manat, müvafiq olaraq mənfəət vergisi (34597.15 *20%) = 6919.43 manat müəyyən edilmişdir. Bununla da vergitutma obyektinin azaldılaraq bəyan edildiyinə görə müəssisənin özünün 2020-ci il üçün 2816.66 manat mənfəət vergisi hesabladığını nəzərə alaraq Vergi Məcəlləsinin 67.1.9-cu və 104-cü maddələrinə əsasən cəmiyyətə (6919.43 - 2816.66)=4102.77 manat əlavə vəsait hesablanmışdır. Sadələşdirilmiş vergi üzrə: Müəssisədən götürülmüş sənədlərdə cəmiyyət tərəfindən 2019-cu il üzrə hazırlanmış maliyyə hesabatı araşdırılarkən 2019-cu ilin yanvar ayında ümumi dövriyyədən cəmiyyət tərəfindən müəyyən edilmiş gəlirlərin bölgü nisbətinə əsasən sabit qəbzlə işləyən ustaların gəlirləri çıxılmaqla "xxxx" MMC-nin gəlirlərinin 154565.0 manat olduğu müəyyən edilmişdir. Fevral ayında isə "xxxx" MMC-nin gəlirinin 164024.0 manat olduğu müəyyən edilmişdir ki, bu da ümumilikdə 318589.0 manat təşkil edir. Həmin məbləğə qeyd edilən dövr üzrə Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin 2 faiz təşkil etdiyini nəzərə almaqla 6371.78 manat əlavə vəsait hesablanmışdır. ÖMV üzrə: Cəmiyyətdən götürülmüş sənədlərə əsasən müəyyən edilmişdir ki, fiziki şəxslərdən icarəyə götürülmüş ünvan 1 ünvanda yerləşən obyektə görə aylıq ödənilən icarə haqqı məbləği 4600.0 manat (bəzi aylar istisna olmaqla (həmin istisnalar nəzərə alınmışdır), ünvan 2 ünvanda yerləşən obyektə görə aylıq ödənilən icarə haqqı məbləği 6800.0-6870.0 manat ((bəzi aylar istisna olmaqla (həmin istisnalar nəzərə alınmışdır)) təşkil etmişdir. Lakin həmin obyektlər üzrə bağlanmış icarə müqaviləsində icarə haqqı məbləği 800.0 və 500.0 manat göstərilmişdir. Beləliklə, həmin obyektlər üzrə ödənilmiş icarə haqqı məbləğinə görə ödənilmiş ödəmə mənbəyində tutulan vergi məbləği dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Yayındırılmış məbləğlər 2019-cu ilin 1 -ci rübü üzrə 2856.0 manat, 2-ci rübü üzrə 3407.45 manat, 3-cü rübü üzrə 4279.8 manat, 4cü rübü üzrə 3431.4 manat təşkil etmişdir. 2020-ci ildə isə Vergi Məcəlləsinin 222.5-ci və 224.6-cı maddələrinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə fəaliyyəti müvafiq qurum tərəfindən tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrində verilən 50 faiz güzəşt məbləği nəzərə alınmaqla 1 -ci rübdə 1400.22 manat, 2-ci rübdə 1217.3 manat, 3-cü rübdə 1867.46 manat icarə haqqına görə ödəmə mənbəyində vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinə hesablanmış əlavə vəsaitin hesablanmasının səbəbi Vergi Məcəlləsinin 124.1 -ci maddəsinin tələbinin pozulması olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 124.1 -ci maddəsinin tələbinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, fiziki şəxslərdən icarəyə götürülmüş obyektlərə görə ödənilmiş icarə haqqı məbləğləri cəmiyyət tərəfindən azaldılaraq bəyan edildiiyi üçün qeyd edilən maddənin tələbinə əsasən müəssisəyə ödəmə mənbəyində vergi üzrə ümumilikdə 18459.63 manat əlavə vəsait hesablanmışdır. “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0111)” üzrə: Yoxlanılan dövr üzrə vergi orqanına 2019-cu ilin 1 -ci və 2-ci rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0111)” məlumatlarının düzgünlüyü götürülmüş həmin sənədlər əsasında yoxlanılarkən 2019-cu ilin 1-ci rübü üzrə 24752.87 manat, 2-ci rübü üzrə 192.72 manat kənarlaşma olduğu müəyyən edilmişdir. Kənarlaşma hesablanmış əmək haqqı məbləğinin ümumilikdə 26 faizini (sığorta edənin hesabına 22%, 15%, 0.5% sığorta olunanın hesabına 3%, 10%, 0.5%) təşkil etmişdir. Beləliklə Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsində və “işsizlikdən sığorta haqqında’’ Azərbaycan Respublikasının Qanununun 10.1- ci nəzərdə tutulan dərəcələrlə hesablanmış əmək haqqı məbləğinə müvafiq olaraq 2019-cu ilin 1-ci və 2-ci rübləri üzrə ümumilikdə 24945.59 manat əlavə vəsait hesablanmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” üzrə: Yoxlanılan dövr üzrə vergi orqanına 2020-ci ilin bütün rübləri üçün təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”nin məlumatlarının düzgünlüyü təqdim olunmuş ilkin mühasibat sənədlərinə əsasən yoxlanıldı və kənarlaşma aşkar edildi. Belə ki, cəmiyyət 2020-ci ilin 4-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ni təqdim etməməklə hesablanmalı və ödənilməli məbləği yayındırmışdır. Ödəyici tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən 2020-ci ilin oktyabr ayı üçün hesablanmış əmək haqqı 8550.0 manat, noyabr ayı üçün 7735.71 manat, dekabr ayı üçün 7850.0 manat təşkil etmişdir. Beləliklə Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14.4cü maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində nəzərdə tutulan dərəcələrlə hesablanmış əmək haqqı məbləğinə müvafiq olaraq 2020-ci ilin 4-cü rübü üzrə ümumilikdə (8550.0+7735.71+7850.0)*26% (22 və15%, 3 və 10%, 0.5 və 0.5%)=6275.29 manat əlavə vəsait hesablanmışdır. “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0112)” üzrə: Yoxlanılan dövr üzrə vergi orqanına 2019-cu ilin 3-cü və 4-cü rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat (0112)” məlumatlarının düzgünlüyü götürülmüş həmin sənədlər əsasında yoxlanılarkən 2019-cu ilin 4-cü rübü üzrə 3835.75 manat kənarlaşma olduğu müəyyən edilmişdir. Kənarlaşma hesablanmış əmək haqqının bəyan edilməmiş məbləğinin ümumilikdə 26 faizini (sığorta edənin hesabına 22%, 15%, 0.5% sığorta olunanın hesabına 3%, 10%, 0.5%) təşkil etmişdir. Beləliklə Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsində nəzərdə tutulan dərəcələrlə hesablanmış əmək haqqı məbləğinə müvafiq olaraq 2019-cu ilin 4-cü rübü üzrə ümumilikdə 3835.75 manat əlavə vəsait hesablanmışdır. İddiaçı bildirir ki, onun təsərrüfat subyektində aşkar edilmiş rəsmiləşdirilməyən məlumatların vergi hesablanmasında istifadə edilməsi qanunsuz olmuşdur. Halbuki, Vergi Məcəlləsinin yuxarıda göstərilən 67.1.9-cu maddəsi birbaşa olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların vergi hesablanmasında istifadə edilməsinə hüquq verir. İddiaçı qeyd edilən maddənin geri şamil edilmədiyinə istinad edir. Lakin həmin maddənin geri şamil edilməsinə hər hansı zərurət yoxdur. Belə ki, vergi ödəyicisində səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixində başlasa da, xx.xx.2022-ci il tarixində yekunlaşmışdır ki, səyyar vergi yoxlaması keçirilən dövrdə və yekun məsuliyyətə cəlb etmə barədə qərar qəbul olunduqda Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə edilmiş dəyişiklik qüvvədə olmuşdur. Digər tərəfdən, hətta müvafiq dəyişiklik mövcud olması idi belə, operativ vergi nəzarəti tədbiri zamanı götürülümüş sənədlərin istifadə edilməsi tam qanuni olmuşdur. Belə, 2022ci ilədək qüvvədə olan Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanı tərəfindən ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ təsbit edilmişdir. Operativ vergi nəzarəti zamanı müəssisədən götürülmüş fayllar məhz mənbəyi bəlli olan məlumatlara aiddir. İddiaçının digər bir dəlili ondan ibarətdir ki, vergi orqanı tərəfindən sabit qəbzlə işləyən ustalara ödənilən məbləğlər də iddiaçının gəliri kimi nəzərə alınmışdır. Halbuki, sabit qəbzlə işləyən ustalara ödənilmiş vəsait müəssisənin gəlirindən çıxılmışdır və vergiyə cəlb edilməmişdir. Bundan əlavə, iddiaçı 2020-2021-ci illərdə karantin rejiminin olduğuna istinad edərək vergi hesablamasının əsassız olduğunu bildirir. Bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 222.5.9-cu, 224.1.2-ci maddələrinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə fəaliyyəti müvafiq qurum tərəfindən tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrində əldə edilmiş mənfəətin (gəlirin) 75 faizi vergidən azad edilir. Beləliklə, cəmiyyətin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəəti (138388.57- (138388.57*75%)=34597.15 manat, müvafiq olaraq mənfəət vergisi (34597.15 *20%) = 6919.43 manat müəyyən edilmişdir. Göründüyü kimi, müvafiq güzəştlər hesablamalarda nəzərə alınmışdır. İddiaçı həmçinin yoxlamanın dayandırılması və müddətinin uzadılması barədə məlumatların yoxlamaların vahid reyestrinə daxil edilmədyinin iddia etsə də, qeyd edilən məlumatlar reyestrdə öz əksini tapmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********166299 nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə 439.833,58 manat əlavə vergi məbləği hesablanaraq, 220.395,66 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, icarəyə verən X4 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 79,30 kv.metrdən ibarət hissəsini "xxxx" MMC-yə icarəyə vermiş, icarədər hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. -xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, icarəyə verən X2 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 100 kv.metrdən ibarət hissəsini "xxxx" MMC-yə icarəyə vermiş, icarədər hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. -Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********145204 nömrəli qərarın surətindən görünür ki, İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədil ilə may 2018-yanvar 2021-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması barədə **********145230 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, İddiaçındən (VÖEN **********) səyyar (kameral) vergi yoxlamasının keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin təqdim edilməsi tələb edilmişdir. -“Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********145233 nömrəli Protokoldan görünür ki, səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********145204 nömrəli qərar əsasında "xxxx" MMC-yə məxsus (istifadəsində olan) Bakı şəhəri, Xətai rayonu, Nobel pr-ti, ev 15, məhəllə 1212, mərtəbə 1, Bakı şəhəri, Səbail rayonu, Azadlıq pr., ev 1B, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185, Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev 83, Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanlarda yerləşən "xxxx" qadın və kişi salonlarına baxış keçirilmişdir. -"xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin və cavabdeh vergi orqanının nümayəndəsinin iştirakı ilə tərtib edilmiş “Sənədlərin qismən təqdim edilməsi barədə” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixli, **********145230 saylı “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuşdur. Aktın təqdim edildiyi bugünkü tarixə yoxlamaya sənədlər qismən, yəni bank əməliyyatlarının bir hissəsi (Paşa bank istisna olmaqla), icarə müqaviləsi ilə çalışan işçilərin siyahısı, mart 2019-cu il-dekabr 2020-ci il dövrü üzrə əməkhaqqı cədvəlləri elektron formada təqdim edilmişdir. -“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********145961 saylı qərardan görünür ki, "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə alınmış və verilmiş qaimələrin, müqavilələrin, invoysların, əsas vəsaitlərin siyahısının, kassa kitabı və və kassa sənədlərinin, bank çıxarışlarının mal materialların alışı və satışı sənədləri və hərəkət cədvəllərinin, əmrlərin, əmək müqavilələrinin, əmək haqqının hesablanması cədvəllərinin icarə müqavilələrinin, DSMF ilə hesablaşmaya aid sənədlərin debitor və kreditorlarla hesablaşmalar kitabının, baş kitab və dövriyyə cədvəllərinin, elektron fayllar, vergilərin hesablanması ilə bağlı olan digər mühasibat sənədlərinin götürülməsinin həyata keçirilməsi müəyyən edilmişdir. -Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2021-ci il tarixli, **********147151 nömrəli protokoldan görünür ki, "xxxx" MMC-də aparılan səyyar vergi yoxlamasının predmetinə aid olan mühasibat sənədləri elektron formada-əməkhaqqı cədvəlləri, bank əməliyyatları, sabit qəbzlə işləyən fiziki şəxslərin siyahı cədvəlləri, ƏDV bəyannaməsinin açılışı, kağız formada 20141704 nömrəli əmtəə nişanı (patent) barədə sənəd 3 səhifə, etibarnamə-1 səhifə, icarə müqaviləsi (icarəyə götürülmüş obyektlər üzrə) 11 səhifə, ustalara icarəyə verilmiş sahələr üzrə icarə müqavilələri və müəlliflik hüquqndan istifadə haqqında müqavilələr-275 səhifə, əmək müqavilələri-40 səhifə MMC-nin dierktoru X1nın iştirakı ilə qovluq şəklində qablaşdırılaraq götürülmüşdür. Sənədlərin əsli E.F.Nəhmədovaya qaytarılmışdır. -xx.xx.2021-ci il tarixli, **********146318 №-li Qərarın surətindən görünür ki, İddiaçı (VÖEN **********) üzrə səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. -Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin uzadılması haqqında xx.xx.2021ci il tarixli, **********147486 №-li qərarın surətindən görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 gün müddətinə artırılmışdır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. Yoxlamanın müddətinin artırılması: xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək (47 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********148427 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********149152 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********149139 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********149941 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********149934 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********150784 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********150756 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********151714 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********151702 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli, **********152177 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixədən xx.xx.2021-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********152162 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********153256 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********153254 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdən bərpa edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2021-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********154248 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********155001 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********154995 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2022-ci il tarixli, **********155966 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). -Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********155944 saylı qərardan görünür ki, 05 mart 2021-ci il tarixli **********145204 №li qərar əsasında İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2022-ci il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında xx.xx.2022-ci il tarixli **********156711 nömrəli Qərardan görünür ki, Vergi Auditi Baş Vergi Xidməti tərəfindən Azərbycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********145204 saylı qərar əsasında İddiaçı MMC-də keçirilmiş səyyar vergi yoxlaması üzrə aktın tərtibi müddətinin uzadılması qarşılıqlı əlaqəli müəssisələrə göndərilmiş sorğulara cavabların alınmasının gözlənilməsi zərurəti nəzərə alınaraq keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günü uzadılmışdır. -Azərbycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********160386 saylı qərar əsasında İddiaçı MMC keçirilmiş səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixli **********145264 nömrəli səyyar vergi yoxlaması aktı ilə hesablanmış vergilərin düzgünlüyünün araşdırılması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 60 iş günü müəyyən edilmişdir. -xx.xx.2022-ci il tarixli, **********145264 №-li səyyar vergi yoxlaması aktının surətindən görünür ki, Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəəsinin xx.xx.2021-ci il tarixli, **********145264 saylı qərarına əsasən eyni İdarənin xidmət və digər sahələrin auditi şöbəsi tərəfindən 2018-2021-ci illər üzrə mədən vergisi, 2-ci rüb 2018 - 4-cü rüb 2020 sadələşdirilmiş vergi, 2-ci rüb 2018 - 2-ci rüb 2019cu il işsizlik sığortası üzrə, 1-ci rüb 2020-4-cü rüb 2020 muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi üzrə, 2018-ci il-2020-ci il əmlk vergisi, may 2018-yanvar 2021 əlavə dəyər vergisi, 2-ci rüb 2018-2-ci rüb 2019 MDSS - İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111), 3-cü rüb 2019-4-cü rüb 2019 MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112), 3-cü rüb 2019 - 4-cü rüb 2019-cu il muzdla işləyənləri işə götürən sığortaedənlər, 2-ci rüb 2018 - 4-cü rüb 2020-ci il ödəmə mənbəyindən tutulan vergi, 2018-ci il - 2020-ci il torpaq vergisi üzrə, 2018-ci il- 2020-ci il mənfəət vergisi, may 2018-yanvar 2021-ci il aksiz vergisi üzrə, 2018-ci il - 2019cu il muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi üzrə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılaraq, yoxlama ilə büdcəyə hesablanmış əlavə vergi icbari ödənişlər və tətbiq edilməsi təklif olunan maliyyə sanksiyası üzrə çıxarılan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda göstərilən məbləğlərin büdcəyə ödənilməsi təmin edilməli olduğu, vergilərin və icbari ödənişlərin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 45920.54 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 22960.27 manat, əlavə dəyər vergisinin 334182.51 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 167091.26 manat, ödəmə mənbəyində tutulan vergi məbləğinin 18459.63 manat azaldıldığına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 9229.82 manat, sadələşdirilmiş verginin 6371.78 manat azaldılmasına görə azaldılmış verginin 50%-i miqdarında, yəni 3185.89 manat, məcburi dövlət sosial sığorta və işsizlik sığortası məbləğinin 35056.8 manat azaldılmasına görə “Sosial siğorta haqqında” Qanunun 9-1 -ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Qanunun 10-cu maddəsinə, Vergi Məcəlləsinin 1.4-cü və 58.1-ci maddələrinə uyğun olaraq azaldılmış 35056.8 manat məbləğin və 50%-i miqdarında, yəni 17528.4 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuş, eyni zamanda yoxlama ilə əhatə edilən dövrdə müəssisə tərəfindən vergi orqanına 2020-ci ilin 2-ci, 3-cü rübləri üçün ödəmə mənbəyində tutulan verginin bəyannamələri, 2019-cu ilin 1-ci rübü üçün sadələşdirilmiş verginin bəyannaməsi, 2020-ci ilin əmlak vergisi bəyannaməsinin, 2020-ci ilin 4-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə hesabatı təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hər bəyannamə üçün 40 manat olmaqla, ümumilikdə 200.0 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2023-cü il tarixli, KY211563457 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçındə (VÖEN **********) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məsələsi üzrə xx.xx.2021xx.xx.2021-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli **********4522 və xx.xx.2021-ci il tarixli **********4530 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********166299 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqındda” Qərarla hesablanmış vergilərin və həmin vergilərə tətbiq olunmuş maliyyə sanksiyasının düzgünlüyü müəyyən olunurmu? 2.“Qara mühasibatlıq” sənədlərinin mötəbərliyi qəbul edildiyi halda iddiaçı tərəfindən mübahisələndirilmiş sözügedən qərar ilə hər bir vergi tədiyyəsi üzrə vergi məbləği düzgün hesablanmışdırmı? 3.“Qara mühasibatlıq” sənədlərinin mötəbərliyi qəbul edildiyi halda mübahisələndirilən qərar ilə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmazsa, vergi ödəyicisinin vergi öhdəliyi və yayındırılmış vergi məbləği nə qədər təşkil edir? Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 06 noyabr 2023-cü il tarixli məktubda hazırkı iş üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsinin imkan xaricində olduğu bildirilərək ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanının “səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********145204 saylı qərarı ilə İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2018 - yanvar 2021 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********145264 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2022-ci il tarixli **********166299 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən 439.833,58 manat vergil məbləği hesablanmış və 220.395,66 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı hazırkı iddia ilə qeyd olunan qərarı mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -19.4-cü maddəsinə əsasən bu maddənin məqsədləri üçün qeyri-rezident müəssisənin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlir bu Məcəllənin 125-ci və 169-cu maddələrinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. -24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. -58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi hallarından biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə mübahisənin mahiyyəti ilə bağlı ilk növbədə bildirir ki, göründüyü kimi səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən başlanmışdır. Lakin cavabdeh vergi orqanının səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında qeyd olunan normanın tətbiqini zəruri edən hallar ətraflı şəkildə göstərilməmişdir. Halbuki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə almaq lazımdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 05 mart 2021-ci il tarixli **********145204 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı qəbul edilən xx.xx.2022-ci il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. Qeyd olunanlarla bağlı kassasiya instansiyasının formalaşmış mövqeyinə görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmalı olmasına dair birbaşa müddəa nəzərdə tutulmasa da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və istinad olunan Əsasnamənin normalarının ümumi təfsiri və təhlili, eləcə həmin qanunvericiliyin məqsədləri baxımından əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq şəxsin iqtisadi maraqları sferasına müdaxilə imkanlarına görə ilkin səyyar vergi yoxlamasından fərqlənmir və vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılır. Eyni zamanda əlavə vergi yoxlaması tədbirləri ilə bağlı vergi orqanı səyyar vergi yoxlaması zamanı malik olduğu bütün hüquqlara malikdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirilən yoxlamalar Reyestrdə qeydə alınmalıdır. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarın qəbul edilməsi vergi orqanın səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib etdiyi əvvəlki aktın öz əhəmiyyətini itirməsi, yenidən yoxlama keçirilməklə yeni aktın tərtib olunması və bunun üzərindən məsuliyyət qərarının qəbul edilməsi ilə nəticələnir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama aparır və vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmadığını yoxlayır. Bu mənada əlavə vergi yoxlaması tədbiri mahiyyət etibarı ilə səyyar vergi yoxlamasının davamıdır. Odur ki, əlavə vergi yoxlaması tədbiri də yoxlamaların Reyestrində qeydə alınmalıdır. Belə yanaşma “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun məqsədlərindən irəli gəlir. Lakin cavabdeh tərəfindən həmin tələbə riayət edilməmişdir. Bundan başqa, mübahisələndirilən xx.xx.2022-ci il tarixli **********166299 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərardan müəyyən olunur ki, cavabdeh yoxlama zamanı 2019-cı ilin martnoyabr hesabat dövrü üzrə ƏDV və 2019-cu ilin İ rüb hesabat dövrü üzrə sadələşdirilmiş vergi məbləğləri hesablamışdır ki, bununla Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 56-cı, 83.3 və 85.4-cü maddələrinin tələblərini pozmuşdur. Vergi Məcəlləsinin yoxlama dövründə qüvvədə olan 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüququna malikdirlər. Həmin Məcəllənin 56-cı maddəsinə görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, həmin şəxs hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bununla da müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli **********145264 saylı səyyar vergi yoxlaması aktında və xx.xx.2022-ci il tarixli **********166299 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda əks olunan 2019-cı ilin mart-noyabr hesabat dövrləri üzrə hesablanmış 181.148,98 manat ƏDV məbləği və 2019-cu ilin İ rübü üzrə hesablanmış 6.371,78 manat sadələşdirilmiş vergi məbləği həmin dövdə qüvvədə olmuş Vergi Məcəlləsinin 56.1, 83.3, 85.4-cü maddələri ilə müəyyən edilmiş və vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il müddət keçdiyi üçün hesablana bilməzdi və həmin məbləğlər mahiyyətindən asılı olmayaraq əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 2019-2020-ci illər üzrə Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada həmin illərin gəliri nəzərə alınmaqla mənfəət vergisi hesablanmışdır. Cavabdeh səyyar vergi yoxlaması aktında Cəmiyyət tərəfindən xərc sənədlərinin yoxlamaya tam təqdim edilmədiyi üçün bu üsulla mənfəət vergisini hesabladığını qeyd etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, vergi orqanının müəssisənin əlaqəli məlumatlarını və eyni fəaliyyətlə məşğul olan analoji vergi ödəyicisinin məlumatlarını tətbiq etmədən birbaşa Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini tətbiq etmək hüququ mövcud olmamışdır. Yəni Vergi Məcəlləsinin 67.1.1 - 67.1.9-cu maddələrində nəzərdə tutulmuş əlaqəli məlumatlar, eyni zamanda Məcəllənin 67.2 və 67.3-cü maddələrində nəzərdə tutulan analoji vergi ödəyicisinin məlumatları əsasında mənfəətin müəyyən edilməsi mümkün olmadıqda Vergi Məcəlləsinin 67.14-cü maddəsi tətbiq oluna bilərdi. Eyni zamanda, Vergi Məcəlləsinin 83-cü maddəsində vergi orqanlarının vergiləri dörd məlumat mənbəyi əsasında hesablamaq hüququnun olduğu göstərilmişdir. Belə ki, vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatı, ödəmələr haqqında məlumat, vergi yoxlaması materialları və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlar əsasında vergilərin hesablanması göstərilmişdir. Göründüyü kimi, vergi orqanları tərəfindən Məcəllənin 83.9-cu maddəsi ilə vergilərin hesablanması göstərilən 4(dörd) ilkin hesablama mənbələrinə daxil deyil. Bu isə həmin normanın son zərurət kimi tətbiq edilməli olmasını təsdiq edir. Cavabdeh tərəfindən aparılmış hesablamanın mahiyyətinə münasibətdə Məhkəmə bildirir ki, vergi orqanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinadən edərək operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdən götürülmüş sənədlər əsasında 2018-ci ilin may ayından xx.xx.2021-ci il tarixinədək olan dövr üçün əlavə vergi məbləği hesablamışdır. Halbuki, həmin operativ vergi nəzarəti tədbiri zamanı iddiaçıdan bu formada sənədlərin götürülməsinə qanuni əsas mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə görə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Yəni, əmək münasibətlərinin yoxlanılması zamanı yalnız həmin məsələlərə dair sənədlər vergi ödəyicisindən tələb oluna (götürülə) bilərdi. Vergi ödəyicisi tədbiri əhatə edən hər hansı sənədi könüllü şəkildə təqdim etmədikdə isə, bununla bağlı Vergi Məcəllənin 43.11-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər. Eyni zamanda, Vergi Məcəlləsinin 83-cü maddəsində vergi orqanlarının vergiləri 4 (dörd) məlumat mənbəyi əsasında hesablamaq hüququnun olduğu göstərilmişdir. Belə ki, vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatı, ödəmələr haqqında məlumat, vergi yoxlaması materialları və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlar əsasında vergilərin hesablanması göstərilmişdir. Göründüyü kimi, vergi orqanları tərəfindən Məcəllənin 83.9-cu maddəsi ilə vergilərin hesablanması göstərilən 4(dörd) ilkin hesablama mənbələrinə daxil deyil. Bu isə həmin normanın son zərurət kimi tətbiq edilməli olmasını təsdiq edir. Cavabdeh tərəfindən aparılmış hesablamanın mahiyyətinə münasibətdə Məhkəmə bildirir ki, vergi orqanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinadən edərək operativ vergi nəzarəti tədbiri zamanı cəmiyyətdən götürülmüş sənədlər əsasında 2018-ci ilin may ayından xx.xx.2021-ci il tarixinədək olan dövr üçün əlavə vergi məbləği hesablamışdır. Halbuki, həmin operativ vergi nəzarəti tədbiri zamanı iddiaçıdan bu formada sənədlərin götürülməsinə qanuni əsas mövcud olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 43.5-ci maddəsinə görə, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Yəni, əmək münasibətlərinin yoxlanılması zamanı yalnız həmin məsələlərə dair sənədlər vergi ödəyicisindən tələb oluna(götürülə) bilərdi. Vergi ödəyicisi tədbiri əhatə edən hər hansı sənədi könüllü şəkildə təqdim etmədikdə isə, bununla bağlı Vergi Məcəllənin 43.11-ci maddəsinə uyğun olaraq vergi orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, vergilərin hesablanmasına əsas olan sənədlər cavabdeh vergi orqanı tərəfindən kecirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əldə edilməsinə baxmayaraq həmin nəzarət tədbirinin nəticələri məhkəmənin qüvvəyə minmiş qərarı ilə ləğv edilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9165 və **********9166 saylı qərarına əsasən "xxxx" MMCyə məxsus gözəllik salonlarında operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Cavabdeh vergi orqanı operativ vergi nəzarəti tədbiri nəticəsində xx.xx.2021-ci il tarixli **********4522 və **********4530 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. X8 Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 48000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan Qərarlar isə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5388/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, cavabdeh nəticəsi məhkəmə qərarı ləğv edilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlərə istinad etmişdir. Məhkəmə xüsusilə bildirir ki, “qara mühasibalıq” sənədləri əsasında vergilərin hesablanmasına münasibətdə formalaşmış vahid məhkəmə təcrübəsinə görə, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə həmçinin bildirir ki, 2020-ci ilin mart ayının sonlarından başlayaraq 2021-ci ilin yanvar ayının 25-nə qədər Azərbaycan Respublikasının ərazısındə sərt karantin rejimi tətbiq olunduğu dövrdə gözəllik salonlarının fəaliyyət göstərməsinə icazə verilməmişdir. Lakin yoxlama zamanı cavabdeh vergi orqanı həmin dövrdə gözəllik salonlarının fəaliyyətinin qadağan olunmasına baxmayaraq 2020-ci ilin may ayından 2021-ci ilin yanvar ayları qədər olan dövr üzrə əsassız olaraq əlavə vergi məbləği hesablamışdır. Bu hal bir daha onu təsdiq edir ki, iddiaçının real fəaliyyət göstəriciləri yoxlama ilə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçın iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********166299 saylı qərarı ləğv edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisnin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166299 saylı Qərarı ləğv edilsin. Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar