Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7142/2022 18.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ukrayna Respublikasının X3 Milli Universitetinin Hüquqşünaslıq fakültəsinin əyani şöbəsini, Hüquq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə 30 iyun N019-cu il tarixli, B 19 № NN4649 nömrəli Bakalavr diplomundakı ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə ona şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Ukrayna Respublikasının Oles Honchar Dnepropetvorsk Milli Universitetinin Hüquqşünaslıq fakültəsinin əyani şöbəsi, Hüquq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş, B19 №-li NN4649 saylı 30 iyun N019-cu il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə XNnin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N019-cu ildə Ukrayna Respublikası X3 Milli Universitetinin Hüquqşünaslıq fakültəsinin əyani şöbəsini bitirərək, Hüquq ixtisası üzrə Bakalavr dərəcəsini qazanmışdır və ona bu barədə 30 iyun N019-cu il tarixli, B 19 № NN4649 nömrəli Bakalavr diplomu verilmişdir. Dnepropetrovsk Milli Universitetində təhsil aldığı bütün müddətdə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində olmuşdur və bütün dərslərdə və imtahanlarda iştirak etmişdir. Ona verilmiş bakalavr diplomu, Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən 05 oktyabr 1961-ci il tarixdə qəbul edilmiş Haaqa Konvensiyasına uyğun olaraq, xx.xx.N019-cu il tarixində, A-5193N- 19 nömrəsi ilə Apostil edilmişdir. O təhsilini başa vurub Azərbaycan Respublikasına qayıtdıqdan sonra N019-cu ilin sentyabr aynda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir ki, X3 Milli Universitetinin Hüquqşünaslıq fakültəsinin əyani şöbəsinin, Hüquq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə 30 iyun N019-cu il tarixli, B 19 № NN4649 nömrəli Bakalavr diplomundakı ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) barədə ona Şəhadətnamə verilsin. N019-cu il oktyabr ayının əvvəlində Təhsil Nazirliyinin Təhsildə XN tərəfindən keçirilən müsabiqədə iştirak etmişdir və ixtisası üzrə bütün sualları mükəmməl cavablandırmışdır. Ona xx.xx.N019-cu il tarixli bildirişlə cavab verilmişdir ki, guya onun tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır. N8 oktyabr N019-cu il tarixində o, həqiqi hərbi xidmətə çağırılmışdır və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Zaqatala rayonunda yerləşən hərbi hissədə xidmətə başlamışdır. N9 aprel N0N1-ci il tarixində hərbi xidmətdən tərxis edilmişdir.Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə XNnə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq xx.xx.N0N1-ci il tarixdə videomüsahibə əsasında ərizəçinin tədris dili (rus dili) üzrə biliklərinin yoxlanılması zamanı tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbilə ona müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.N0N1-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi kvalifikasiyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların N.N-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin N000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” təsdiq edilmişdir.Konvensiyanın Vİ. 1 -ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 1N-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.N maddəsinə görə ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Eyni zamanda, Konvensiyanın müddəalarına əsasən, tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini; spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini; problemi analizetmə və həll etmə qabiliyyətini; mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini; araşdırma aparma qabiliyyətini; ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və.s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır.“Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli N-1(11N)-714N/N0NN saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı qarşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Ukrayna Respublikasının Oles Honchar Dnepropetvorsk Milli Universitetinin Hüquqşünaslıq fakültəsinin əyani şöbəsi, Hüquq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş, B19 №-li NN4649 saylı 30 iyun N019-cu il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə XNnə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 5N.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə XNnə 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.N0NN-ci il tarixdə məhkəməyə daxil olmuş Təhsildə XNnin xx.xx.N0NN-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli N- 1(11N)-714N/N0NN saylı qərardadının icrası məqsədilə İddiaçı Ukrayna Respublikası O.Qonçar adına Dnepr Milli Universiteti tərəfindən verilmiş xx.xx.N019-cü il tarixli B19 № NN4649 diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə İPM-nin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, idda tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğu üçün inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən O.Qonçar adına Dnepr Milli Universiteti tərəfindən verilmiş B19 № NN4649 saylı diplomun tanınmasına dair T0N74N6 və İ0N6799 №-li şəhadətnamələr verilmişdir. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.N-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.N-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7142/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7142/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver