Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7142/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı “Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-il tarixində (poçt zərfi, arxa hissəsində poçtun möhürü ilə əlavə edilir) Bakı şəhər Yasamal rayon İcra şöbəsinin könüllü icra haqqında bildirişini və icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli Qərarını aldı. Ertəsi gün, xx.xx.2025-ci il tarixində, etibarnamə əsasında onu təmsil edən həyat yoldaşı Əliyev X3 rayon İcra Şöbəsində qeyd edilən icra işi ilə tanış oldu və icra icraatına başlanması üçün əsas olan sənədlərin surətini götürdü. Məlum oldu ki, icra icraatına başlanması üçün icra sənədi kimi Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 282/11 saylı, Yerli vergi ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə qanunsuz Qərar əsas olmuşdur. X2 1640/17 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə icra üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. "İcra haqqında" Qanunun 7-ci maddəsinə əsasən icra sənədində icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri, icra edilməli olan qərarın qəbul edildiyi vaxt, orqanın qərarının nəticə hissəsi, orqanın qərarının qüvvəyə mindiyi vaxt, icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti göstərilməlidir. Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 282/11 saylı Qərarından göründüyü kimi bu Qərar icra sənədi kimi qəbul edilirsə, deməli Qanunun 7-ci maddəsinə əsasən onun verilməsinə əsas olmuş Qərar, onun tarixi, onun nəticə hissəsi, qüvvəyə minmə tarixi göstərilməli idi. Əgər Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 282/11 saylı Qərarından göründüyü kimi bu Qərarı icra sənədinin verilməsi üçün əsas kimi qəbul edilirsə, onda iş materiallarında ümumiyyətlə icra sənədi yoxdur. "İcra haqqında" Qanunun 9-cu maddəsinə əsasən İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. İcra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir. Beləliklə, icra sənədi bələdiyyəyə qaytarılmalı idi. Bunun əksinə olaraq, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli Qərar qəbul etmişdir. Digər tərəfdən, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli Qərarını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir: Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2024cü il tarixli, 282/11 saylı, Yerli vergi ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə Qərarı İcra sənədi hesab edilə bilməz. Belə ki, bələdiyyənin vergi ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə Qərar qəbul etməsi və bunun İcra sənədi kimi qəbul edilməsi qanunvericiliyə ziddir. Azərbaycan Respublikasının Bakı şəhəri Yasamal Bələdiyyəsinin vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün «İnzibati İcraat haqqında» Qanunun 2, 7, 81.1, 81.5, 82.1, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə 281/11 nömrəli xx.xx.2024cü il tarixli qərarından görünür ki, qeyri-yaşayış sahəsinə və ya mənzilə (yaşayış) görə əmlak 2024-cü il üzrə 133.68 manat, ötən dövrlər üzrə vergi borcu(2022-2023)-200.52 manat, torpaq (icarə) üzrə (2021-2024)-0 manat, faiz (2022-2023) üzrə 55.80 manat, VM- 57.2 maddəsi üzrə 0 manatdır. 323.16 manat borc artan iaiziə tutularaq «İnzibati İcraat haqqında» Qanuna əsasən Yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi üçün Bakı şəh, Yasamal r/nu, H.Cavid pr-ti, 556/557 məhəllə, ev 73, Mənzil 78A-də olan yaşayış sahəsinin xüsusi mülkiyyətçisi İddiaçı əmlak sahəsinə olan əmlak vergisini, tətbiq edilmiş maliyyə sanksiyasının, müvafiq faiz məcburi qaydada tutularaq Yasamal bələdiyyəsinin bank hesabına ödənilmişdir. Azərbaycan Respublikasının Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 1640/17 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr-ti. 556/557 məhəllə, ev 73, mənzil 78A-də olan yaşayış sahəsinin xüsusi mülkiyyətçisi İddiaçı ona hesablanmış əmlak vergisinin ödənilməməsi barədə xx.xx.2024-cü il tarixli 281/11 saylı X1 əslini icra etməyi üçün göndərilir. Azərbaycan Respublikasının Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2025ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icrata başlanılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin surətindən görünür ki, o, cavabdeh Yasamal Rayonu Yasamal Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 282/11 saylı qərarının ləğv edilməsinə dair qəbul edilməsini xahiş etmişdir. Bakı İnizbati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-(112)-6835/2025 saylı sərəncamından görünür ki, işin şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2025-ci il tarixdə saat 10:20-ə təyin edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Məhkəmənin iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, № 02, 24-cü bənd) “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3); Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. (4.2); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. (6.1); İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (7); İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.(13) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi müdafiə vasitəsi düzgün seçilməmişdir. Belə ki, hazırki iddia vergi borcunun müəyyən edilməsinə dair qərarın icrası ilə əlaqədar qəbul edilmiş “icraata başlamaq haqqında” icra məmurunun qərarının ləğv edilməsi barədədir. Məhkəmə qeyd edir ki, vergi borcunun müəyyən edilməsinə dair qərar (Bakı şəhəri Yasamal Bələdiyyəsinin 281/11 nömrəli xx.xx.2024-cü il tarixli qərarı) iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-(112)- 6835/2025 saylı sərəncamından görünür ki, işin şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2025-ci il tarixdə saat 10:20-ə təyin edilmişdir. Həmin qərarın icra edilməsinə yönəlmiş “icraata başlamaq haqqında” icra məmurunun qərarı isə icra xarakterli qərar olub, iddiaçı üçün bilavasitə hər hansı müstəqil hüquqi nəticə yaratmır. Bu barədə iddiaçının nümayəndəsinə məhkəmə iclasında hüquqi yardım göstərilsə də, o hazırki iddia tələbini müdafiə edərək onun təmin ediməsini xahiş etmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Hazırki tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq vergi borcunun müəyyən edilməsinə dair Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən qəbul edilmiş 281/11 nömrəli xx.xx.2024-cü il tarixli qərarın icrasının dayandırılması ilə bağlı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7142/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7142/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver