Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7145/2023 17.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin alınması üçün sorğu göndərilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində anadan olmuş İddiaçı - doğum faktının Rusiya Federasiyasının Kalininqrad vilayətinin “Çernyaxovsk şəhər dairəsi” bələdiyyə qurumu İdarəsinin VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə 422 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Rusiya Federasiyasının müvafiq qurumlarına sorğunun göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kaliningrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində anadan olmuşdur. Onun doğum faktı “Çernyaxovsk şəhər dairəsi” bələdiyyə qurumu İdarəsinin VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə 422 nömrəli aktla qeydə alınmışdır. Elə həmin ildə də doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X15 Petrovna xx.xx.1945-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Armyanski rayonunda anadan olub. Anası Rusiya Federasiyasının vətəndaşıdır, o, hazırda Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində yaşayır. X16 Aleksandroviç xx.xx.1947-ci il tarixdə Rusiya Federasiyasının Kirov vilayətinin Lebyajski rayonunun Borovkovo kəndində anadan olub. O, Rusiya Federasiyasının vətəndaşı olub. xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasında vəfat edib. İddiaçı xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk şəhərində Pobedinsk səkkizillik orta məktəbinin birinci sinfinə getmiş və xx.xx.1993-cü ilə kimi həmin məktəbdə təhsil almışdır. Daha sonra təhsilini davam etdirməmişdir. 1993-cü ildə Rusiya Federasiyasının Kaliningrad vilayətinin Çernyaxovsk şəhərində X8 ilə tanış olmuşdur (o, Azərbaycan Respublikasının vətəndaşıdır). Elə həmin ilin sentyabr ayında ailə qurmaq və daimi yaşamaq üçün onunla birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Azərbaycana gələndən sonra onunla evlənmiş (nikaha daxil olmamışlar) və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi sovxozu adlanan yerdə ünvansız evdə yaşamağa başlamışlar. Azərbaycana gələndə iddiaçının 15 yaşı tamam olmadığı üçün hələ pasportla təmin edilməmişdir. Bu səbəbdən də Azərbaycana doğum haqqında şəhadətnamə ilə gəlmişdir. Azərbaycana gəldikdən sonra isə X8 doğum haqqında şəhadətnaməsini iddiaçıdan alıb gizləmişdir. Onların birgə münasibətlərindən xx.xx.1995ci il tarixdə bir oğlu, xx.xx.1997-ci il tarixdə isə bir qızı dünyaya gəlmişdir. İddiaçı 2000-ci ilə kimi Tağıyev Ziyadla birlikdə yaşayıb. Daha sonra ayrılmışdır. Ayrıldıqdan sonra X8 doğum haqqında şəhadətnaməsini iddiaçıya verməmiş və yandırmışdır. Bundan sonra o, Azərbaycanda sənədsiz yaşamağa məcbur olub. Sonra Hövsan qəsəbəsində kirayədə yaşamağa və həmin qəsəbədəki restoranların birində ofisiant kimi işləməyə başlamışdır. İddiaçının xx.xx.2009-cu il tarixdə İsrafılov Cəfər adlı şəxslə birgə münasibətlərindən bir oğlu doğulmuşdur. Təxminən 2010-cu ilin sonlarında o, ünvan 2 ünvanında yaşayan rəfiqəsinin yanına köçmüş və orada rəfiqəsinin qardaşı X7 ilə tanış olmuşdur. Şıxəliyev Mahmudla birgə münasibətlərindən xx.xx.2016-cı il tarixdə bir oğlu doğulmuşdur. Bir müddət sonra iddiaçı Şıxəliyev Mahmudla ayrılmışdır. Hazırda o, 3 oğlu, gəlini və 3 nəvəsilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın ünvan 3 ünvanında yaşayır, heç yerdə işləmir. X13 Valeryeviç xx.xx.1971-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində anadan olub. Qardaşı Rusiya Federasiyasının vətəndaşıdır, o, hazırda Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində yaşayır. X18 Valeryevna xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində anadan olub. Bacısı Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasında yaşayır (dəqiq ünvanını bilmir). X5 xx.xx.1995-ci il tarixdə ünvan 4üəssisəsindən kənarda evdə doğulub. Oğlunun doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda X5 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın ünvan 3 ünvanında yaşayır. X3 xx.xx.1997-ci il tarixdə ünvan 4üəssisəsindən kənarda evdə doğulub. Qızının doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Qızı 2019-cu ilin noyabr ayında Bakı şəhərində vəfat edib. X4 xx.xx.2009-cu il tarixdə ünvan 4üəssisəsindən kənarda evdə doğulub. Oğlunun doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir. Hazırda X4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın ünvan 3 ünvanında yaşayır. X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində Suraxanı rayonunun ərazisində yerləşən 3 nömrəli Doğum evində anadan olub. Oğlunun doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir. Hazırda X6 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın ünvan 3 ünvanında yaşayır. İddiaçı Azərbaycana gələndə Rusiya dövləti tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə gəlmişdir. 2000-ci ildə o, X8 ilə ayrılan zaman o, doğum haqqında şəhadətnaməsini iddiaçıya verməmiş və yandırmışdır. Ondan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməmiş və Azərbaycanda sənədsiz yaşamağa davam etmişdir. Yalnız 2018-ci ildə anası Rusiya Federasiyasında aidiyyəti orqana müraciət edərək onun doğumu haqqında arayış alıb iddiaçıya göndərib. Hazırda iddiaçının 44 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMTnin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü il tarixdən hazırkı vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5206/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq edilir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də iddiaçının doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunması zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Rusiya Federasiyasına gedib həmin sənədi ala bilmir. Hazırda o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın ünvan 3 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən iddiaçıya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kaliningrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində anadan olmuş İddiaçı - doğum faktının Rusiya Federasiyasının Kaliningrad vilayətinin "Çernyaxovsk şəhər dairəsi" bələdiyyə qurumu İdarəsinin VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə 422 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq iddiaçıya təqdim edilməsi üçün Rusiya Federasiyasının müvafiq qurumlarına sorğu göndərilməsini təmin etmələrini xahiş etmişdir. Cavabdeh müraciətinə özünün xx.xx.2023-cü il tarixli, 05/15-34 nömrəli cavab məktubu ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, AzərbaycanRespublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 9.7-ci bəndinə əsasən, yetkinlik yaşına çalmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşma çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə özlərinə və ya hər birinin etibarnaməsinə əsasən təkrar şəhadətnamələr verilə bilər. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun l-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. İddiaçının şəxsiyyəti təsdiq edən sənədi olmadığına görə doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Qanunvericiliyə müvafiq qaydada Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərməsi üçün onun müraciətinə baxılacaqdır. Hazırda iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti (etirazı) daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq dövlət qurumlarından alınması üçün həmin ölkənin aidiyyəti qurumlarına sorğunun göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçı qeyd olunan tələbi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Cavabdehnə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/15-34 saylı məktubundan görünür ki, iddiaçının şəxsiyyəti təsdiq edən sənədi olmadığına görə doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Qanunvericiliyə müvafiq qaydada Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərməsi üçün müraciətinə baxılacaqdır. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 9xx-xx-00008 nömrəli Himayə Sənədininin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sənəd xx.xx.1978-ci il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. Sənəd xx.xx.2023-cü il tarixədək etibarlıdır. Himayə sənədində “mühüm qeyd” kimi 3 məsələ göstərilmişdir: - BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş edir. - Bu sənəd səfər üçün istifadə oluna bilməz - Bu sənədin surəti Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqınların Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2022-ci il tarixli, K/360 nömrəli arayışının surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (Himayə Sənədi № ***-*******1) Dövlət Miqrasiya Xidməti tərəfindən 13 iyun 2022-ci il tarixindən 22 fevral 2023-cü il tarixinədək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. - Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5206/2022 №-li Qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ərizəsi təmin edilmiş və onun 1993-cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilmişdir. - “Çernyaxovsk şəhər dairəsi” bələdiyyə törəməsinin X2 Aktlarının Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 24 №-li Doğum haqqında Arayışın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Çernyaxovsk şəhərində Çernyaxovsk rayonunun Kaliningrad vilayətində anadan olmuşdur. - Rusiya Federasiyası "xxxx" MV Kalininqrad vilayəti Bələdiyyə büdcəli Təhsil Müəssisəsi “Bolşakov Orta Ümumtəhsil Mərkəzi” tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışın təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən Pobedinsk səkkizillik məktəbində xx.xx.1993-cü ilə qədər təhsil almış, köçmək səbəbindən 9-cu sinifdən çıxmışdır. Məhkəmə sorğusuna cavab olaraq: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı barəsində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur və o, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri”nə və ’’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı haqqında hər hansı məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 1993-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. Bununla yanaşı, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - AR Dövlət Miqrasiya Xidməti X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İrina Batukhtina BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş ***- *******1 nömrəli himayə sənədi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın “ünvan 7 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün əsas olmuş himayə sənədinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İşin faktiki hallarından görünür ki xx.xx.1978-ci il təvəllüdlü olmaqla Rusiya Federasiyasının Çernyaxovsk şəhərinin Çernyaxovsk rayonunun Kalininqrad vilayətində anadan olmuş iddiaçı hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin verdiyi himayə sənədinə əsasən vətəndaşlığı olmayan şəxs kimi BMT QAK-nın mandatı altında olan şəxsdir. AR Dövlət Miqrasiya Xidməti həmin sənəd əsasında iddiaçını ünvanı üzrə olduğu yer üzrə qeydiyyata almışdır. İddiaçı şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişdir. İddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin sonuncu iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etmədiyini əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, hazırkı tələbin hüquqi əsasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. Həmin Qaydaların: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; - 9.7-cı bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-cı maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsınə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: - 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. - 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). - 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. - 74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. - 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Sadalanan normaların tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə iddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin sərgilədiyi hüquqi mövqeyə görə, yuxarıda istinad olunan Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirilməsinə imkan verən hər hansı digər rəsmi sənədi ehtiva edir. Bu mənada BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən şəxsə verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində anadan olmuş İddiaçı - doğum faktının Rusiya Federasiyasının Kalininqrad vilayətinin “Çernyaxovsk şəhər dairəsi” bələdiyyə qurumu İdarəsinin VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə 422 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Rusiya Federasiyasının müvafiq qurumlarına sorğunun göndərilməsi vəzifəsi Cavabdehnə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında İddiaçı xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində anadan olmuş İddiaçı - doğum faktının Rusiya Federasiyasının Kalininqrad vilayətinin “Çernyaxovsk şəhər dairəsi” bələdiyyə qurumu İdarəsinin VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə 422 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Rusiya Federasiyasının müvafiq qurumlarına sorğunun göndərilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7145/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7145/2023
17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver