Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7149/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı,kiçik sahibkar) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn X1rşı su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzəriə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn X1rşı iddia qaldıraraq ünvan 1 nömrəli qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyinin Azərbaycan X4 Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 nömrəli, tikilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Obyektdə su xəttinin olması üçün su borusu yolun qarşı tərəfindən çəkilməlidir. İddiaçı obyektinə su xəttinin çəkilməsi üçün "xxxx" ASC-yə müraciət etdikdə ona bldirilmişdir ki, bunun üçün Azərbaycan X4 Agentliyindən (AAYDA) rəsmi razılıq alınmalıdır. Yalnız rəsmi razılıq alındıqdan sonra obyektin su ilə təminatı mümkün ola bilər.O qeyd edilən məsələ ilə bağlı cavabdeh Аzərbаycаn X4 Agentliyinə müraciət etdikdə cavabdeh xx.xx.2022-ci il tarixdə məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh Аzərbаycаn X4 Agentliyi göstərmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunan (mühafizə) zolaqları təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgənkiləşdirilə bilməz. Ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Özəl və sahə avtomobil yollarının yerləşdiyi torpaq sahələrinin mülkiyyət növünə aid edilməsi torpaq ayrılması sənədlərinə və həmin subyektlərin özlərinin mülkiyyət formasına uyğun olaraq müəyyənləşdirilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurquları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla yolkənarı xidmət obyektləri, habelə məlumat qurğuları (reklam qurğuları istisna olmaqla) avtomobil yolunun sahibinin yazılı razılığ ilə və bağlanın müqavilələr əsasında yerləşdirilir. Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi və ya quraşdırılması nəzərdə tutulan obyektin yaxud qurğunun texniki planı əlavə olunur. Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmyaraq baxılır. Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol verilmiş hüquqi və fiziki şəxslər müvafiq qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində torpaq sahəsinin plan və ölçüsünün, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətləri, iddiaçının cavabdehə müraciəti, "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsinin arayışı, cavabdehin imtina məktubu, ”İstehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün” texniki şərtin surətləri təqdim edilmişdir. Habelə məhkəmənin sorğularına cavab olaraq cavabdeh Аzərbаycаn X4 Agentliyi tərəfindən məhkəməyə yol örtüyünün təmiri tarixi barədə məlumat, "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsi tərəfindən həmin ərazidə su xəttinin çəkilişlərinə texniki şərtlərin verilməsi barədə məlumat təqdim edilmiş, sonuncu məlumata su xətti çəkildikdən sonra bərpa olunmuş asfalt örtüyünün fotoşəkilləri də əlavə edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 saylı sahə iddiaçının xüsusi mülkiyyətindədir, "xxxx" ASC tərəfindən həmin sahədəki obyektə su təchizatının həyata keçirilməsi və kanalizasiya şəbəkələrinə qoşulması üçün xx.xx.2020-ci ildə texniki şərt verilmişdir, həmin texniki şərtə görə obyektin ərazisindən su xətti keçmir və kanalizasiya şəbəkələrinə qoşulma yoxdur, su xəttinin çəkilişi nəzərdə tutulmuş su borusu ilə iddiaçının mülkiyyətində olan sahə arasında avtomobil yolu keçdiyi üçün İddiaçı cavabdeh Аzərbаycаn X4 Agentliyinə müraciət edərək suyun çəkilişinə icazə verilməsini xahiş etsə də müraciəti təmin edilməmidir, İddiaçı cavabdeh Аzərbаycаn X4 Agentliyinin imtinasını əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir: ” 1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. 2.Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 24-cü maddəsində göstərilmişdir: ” 1. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər: a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını; b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını; c) su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini. d) su təsərrüfatı pasportunun tərtib edilməsini. 2. İstehlakçılar su təchizatı sisteminə qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı müəssisəsi on gün müddətində müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və ya əsaslandırılmış qaydada burdan imtina edir.” İşin faktiki hallarına əsasən Respublika ərazisində su təchizatını həyata keçirən "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan sahəyə su təchizatının həyata keçirilməsi üçün texniki şərt tərtib edilmişdir, lakin həmin qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün Əli İsazadə küçəsinin ayırıcı zolağında olan mərkəzi xəttdən birləşmə verilməli olması, həmin küçənin isə 2016-cı ildə əsaslı təmir olunması əsası ilə cavabdeh Аzərbаycаn X4 Agentliyi tərəfindən iddiaçının obyektinə su xəttinin çəkilişinə razılıq verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edilən imtinanı əsassız, habelə “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə zidd hesab edir. Belə ki, məhkəmə tərəfindən 26 avqust 2022-ci ildə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Vaqif küçəsi, 5E qeyri-yaşayış sahəsinin ətrafında yerində müayinə apararkən müəyyən etmişdir ki, iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilə qonşuluqda (10 metr) məsafədə yerləşən İslam Mehdiyevə məxsus obyektə avtomobil yolunun asfalt-beton örtüyünün altından su borusu çəkilmişdir. Belə ki, yolun üstündə yolun ortasından İ.Mehdiyevə aid obyektə qədər sökülmə bərpa işlərinin mövcud olması aşkar görünmüşdür. Eyni zamanda məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş "xxxx" ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, MN-05/1-62 nömrəli məktubuna əsasən Binə qəsəbəsi, sovxoz yoluna 2016-cı ildə vurulan asfalt örtüyündən sonra "xxxx" ASC tərəfindən 6 ədəd qeyri-yaşayş obyektinə su xəttinə qoşulması üçün texniki şərt verilmişdir.Texniki şərtlər Azərbaycan X4 Agentliyi tərəfindn verilmiş texniki şərtlər əsasında asfalt örtüyü qazılaraq icra olunmuşdur, qazılan asfalt örtüyü texniki şərtlər icra olunduqdan sonra Azərbaycan X4 Agentliyi tərəfindən yenidən bərpa olunmuşdur.Su xətti çəkildikdən sonra bərpa olunmuş asfalt örtüyünün fotoşəkilləri də məhkəməyə təqdim edilmişdir, həmin fotoşəkillərdən göründüyü kimi belə su xəttləri xx.xx.2019-cu ildə Əfqan Piriyev, xx.xx.2019-cu ildə Haşım Haşımov, xx.xx.2020-ci ildə Faiq Ağayev, xx.xx.2019-cu ildə Əli Məmmədov, xx.xx.2020-ci ildə İslam Mehdiyev, xx.xx.2019-cu ildə Anar Quliyev adlı şəxslərin qeyri-yaşayış sahələri (sahibkarlıq obyektləri) üçün çəkilmişlər. Göründüyü kimi cavabdeh Аzərbаycаn X4 Agentliyi tərəfindən digər sahibkarlıq obyektlərinə asfalt örtüyünün altından keçməsi şərtilə anoloji su xəttlərinin çəkilməsinə razılıq verdiyi halda iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol verərək belə bir razılığını verməmişdir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının (25-ci maddəsinin (bərabərlik hüququ) İ hissəsində deyilir: “Hamı qanun və məhkəmə qarşısında bərabərdir”. Hər kəsin qanun qarşısında bərabər olması məhz hüquqi dövlətə məxsus olan ən vacib prinsiplərindən biridir. Belə ki, hüquqi dövlətdə hüquq bərabərliyinin mövcudluğu dövlətin və hakimiyyətin legitim olmasının əsas meyarıdır.Məhkəmə hesab edir ki, sözügedən maddə (yəni hər kəsin qanun qarşısında bərabər olması) aşağıdakıları özündə ehtiva edir: 1) Konstitusiya və qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqların hər kəs üçün eyni həcmdə olması; 2) Qanunla nəzərdə tutulmuş vəzifələrin bərabər olması; 3) Eyni hərəkətlər törətmiş subyektlər üçün bərabər hüquqi məsuliyyətin mövcudluğu. Bununla yanaşı Konstitusiyada təsbit edilmiş 25-ci maddənin İ hissəsi həmin maddənin İİİ-cü hissəsi ilə möhkəmləndirilir:“Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”. Beləliklə də, Konstitusiyanın 25-ci maddəsinin İİİ bəndi ilə ayrı-seçkiliyin əsas və daha çox rast gəlinən əsasları sadalanaraq qadağa edilir. Həmin maddənin İV hissəsində deyilir: “Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz”. Bununla da, 25-ci maddənin İİİ hissəsində sadalanan əsaslara görə heç kəsin istənilən digər bir şəxsdən nə üstün, nə də ki, əskik vəziyyətdə olmaması bərqərar edilir Belə olan halda hazırda cavabdeh Аzərbаycаn X4 Agentliyinin İddiaçının İddiaçı obyektinin qonşuluğundakı obyektlərə anoloji su xəttinin çəkilişindən razılıq verilməməsində ifadə olunan hərəkətləri inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları X2 1.1-ci bəndinə əsasən Azərbaycan X4 Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir, həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-24.3-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Hazırda cavabdeh Аzərbаycаn X4 Agentliyinin mövcud inzibati praktikaya uyğun hərəkət etməməsi işin faktiki halları ilə təsdiqlənir, belə ki, 2016-cı ildən sonra İddiaçı obyektinə çox yaxın məsafədə, eyni cərgədə yerləşən obyektlərə asfalt örtüyünün altından keçməklə su xəttinin çəkilməsinə razılıq verdiyi halda İddiaçı münasibətdə anoloji razılığı verməməklə inzibati orqan - Аzərbаycаn X4 Agentliyi ayrı-seçkiliyə yol vermiş, bərabərlik prinsiplərinə riayət etməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.8, 13.1, 13.2, 13.3-cü maddələrində nəzərdə tutulmuş qarşılıqlı etimad prinsiplərini pozmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən, habelə Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafının dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil etməsini, bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsini, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsini, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılmasını, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılmasını, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlərin həyata keçirilməsini (“Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanında, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında, Azərbaycan Respublikası Prezidentinin 2016cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair X5”ndə və digər normativhüquqi sənədərdə təsbit edilmiş prinsipləri) nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1 nömrəli qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyi Azərbaycan X4 Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflrər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 32,34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 nömrəli qeyri-yaşayış sahəsinə su xəttinin çəkilməsi üçün yolun qarşı tərəfindən keçən su borusunun avtomobil yolunun altından çəkilməsinə razılıq verilməsi öhdəliyi Azərbaycan X4 Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7149/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7149/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver