Məhkəmə qərarları › İş №2-1(112)-7154/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7154/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7154/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Cavabdeh2nə qarşı pul vəsaitinin geri qaytarılması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə uyğun olaraq bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin şərtlərinə əsasən tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə uyğun olaraq bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin şərtlərinə əsasən, 20000 (iyirmi min) manat vəsait ödənilməklə, Bakı şəhəri, ünvan 4anov rayonu, X6 küçəsi, 125 ünvanında yerləşən 4 mərtəbəli binanın yarımzirzəmisinin 36,3 kv.m iddiaçının mülkiyyətinə verilmişdir. Lakin, vətəndaş X2 aidiyyəti məhkəmə qarşısında qaldırılmış iddia tələbi əsasında, Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-2934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətaməsi ilə Əmlak Məsələləri Dövlət komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə dair 21/02 saylı protokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq məhkəmə aktlarına əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdeh hesabına ödənilmiş 20 000 (iyirmi min) manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********02 saylı cavab məktubunda, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə iddiaçı tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı qərarın olmadığını əsas tutaraq, iddiaçının tələbinin icrasını qeyri-mümkün hesab etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Bakı şəhəri, ünvan 4anov rayonu, X6 küçəsi, 125 ünvanında yerləşən 36.3 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixli, 21/02 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4016 saylı alğı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə dair 21/02 saylı protokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilmişdir. Qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarları ilə qüvvədə saxlanılmışdır. Hazırda yuxarıda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən, iddiaçı əmlakın özəlləşdirilməsi ilə əlaqədar ödənilmiş pulun və digər vəsaitlərin geri qaytarılmasını xahiş edir. Bununla əlaqədar bildirirlər ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 20.000 manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya ödənilə bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş 21/02 nömrəli, xx.xx.2018-ci il tarixli hərrac protokolunun surətindən görünür ki, Bakı şəhəri, ünvan 4anov rayonu, X6 küçəsi, 125 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, ünvan 4anov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 4 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi (36,3 kv.m) 20 000 (iyirmi min) manata İddiaçı satılmışdır. İşdə olan məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-2934/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 12 iyun 2018-ci il tarixli hərracın nəticələrinə dair 21/02 saylı prootokol, həmin protokol əsasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13419/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-2934/2019 saylı iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1614/2020 saylkı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13419/2019 nömrəli iş üzrə 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 37 nömrəli, 06 iyun 2018-ci il tarixli və 11 nömrəli, 11 iyul 2018-ci il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən ödəniş təyinatı Bakı şəhəri, ünvan 4anov rayonu, Ak.H.Əliyev küçəsi, ev 125 olan qeyri-yaşayış sahəsinə görə 20000 manat dövlət büdəsinə ödəniş edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02 fevral 2022-ci il tarixli, **********02 nömrəli “Əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş vəsaitin geri qaytarılması barədə” məktubun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2934/2019 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və ona qarşı iddiası təmin edilərək, Bakı şəhəri, ünvan 4anov rayonu, X6 küçəsi, 125 ünvanıdna yerləşən 36.3 kv.m qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın yekunları barədə xx.xx.2018-ci l tarixli, 21/02 nömrəli hərrac protokolunun, onun əsasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 4016 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13419/2019 nömrəli qətnaməsi ilə ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2934/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda göstərilən məhkəmə qətnamələrində ödənilən vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul edilmədiyi üçün tələb olunan vəsaitin tərəflərindən qaytarılması mümkün deyildir. Aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 noyabr 2022-ci il tarixli, **********66 nömrəli məktubla Bakı şəhəri, ünvan 4anov rayonu, X6 küçəsi 125 ünvanında yerləşən ünvan 4anov rayonu, Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan 4 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsinin (36.3 k.m) özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, 21/02 nömrəli hərrac protokolu və 4016, xx.xx.2018-ci il tarixli müəssisəsinin alğı-satqı müqaviləsi təqdim edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx.xx.2018-ci il tarixli 21/02 saylı hərrac protokoluna əsasən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 20000 manat olmaqla hərraca çıxarılmış və İddiaçı tərəfindən satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarı əsasında hərracın keçirilməsini nəzərdə tutan xx.xx.2018-ci il tarixli protokol, qeyri-yaşayış sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmaqla, ləğv edilmişdir. İddiaçı hərracdan satın aldığı əmlaka görə pul vəsaitini dövlət büdcəsinə köçürmüşdür, hərracın protokolu və tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilərək, ləğv olunduğu üçün əmlak iddiaçıya təqdim edilmədiyindən tərəflərin əvvəlki vəziyyəti bərpa olunmalı, iddiaçının ödədiyi pul vəsaiti ona geri qaytarılmalıdır. Ödənilmiş vəsaitin dövlət büdcəsindən qaytarılması ilə bağlı hazırki iş üzrə iddiaçı haqlı olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini və Cavabdeh2 cavabdeh qismində göstərilmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı qanunvericiliyin aşağıda sadalanan hallarını qeyd etməyi zəruri hesab edir: “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Həmin Qaydaların 4-cü bəndinə əsasən ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür. Həmin Qaydaların 8-ci bəndinə əsasən dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 8.22-ci bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə, alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçının hərracla bağlı ödədiyi 20000 manat pul vəsaitinin 25 faizi Əmlak Məsələləri Dövlət Komitəsinə, qalan 75 faizi isə dövlət büdcəsinə keçirilmişdir. Bu səbəbdən də, dövlət büdcəsinə ödənilmiş həmin pul vəsaiti cavabdehlərdən ödənilmiş faizlərə mütənasib qaydada tutulmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 13.1-ci bəndində qeyd edilir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur (13.2-ci bənd). Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd edilən normaya əsasən qətnamə icra edilərkən ödənilmiş 20000 manatın 25 % hissəsi Əmlak Məsələləri Dövlət Komitəsindən, qalan 75 % hissəsi isə Maliyyə Nazirliyindən alınmalıdır. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 145/2020 saylı xx.xx.2020-ci il tarixli qərar). Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğunda təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 4anov rayonu, X6 küçəsi, 125 ünvanında yerləşən 4 mərtəbəli binanın yarımzirzəmisi (36,3 kv.m) üçün ödənilən 20000 manat pul vəsaitinin İddiaçı qaytarılması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (məbləğin 25% hissəsində) və Dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (məbləğin 75% hissəsində) həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar