Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7159/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «istifadə edilməmiş məzuniyyət günlərinə görə pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı «istifadə edilməmiş məzuniyyət günlərinə görə pul vəsaitinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 1992-ci ilin avqust ayından 2005-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Cavabdehndə sonuncu vəzifəsi Milli qvardiyanın rabitə qovşağının ATS rəisi vəzifəsi olmaqla işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Cavabdeh ləğv edilmiş və onun yerində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi, Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi yaradılmışdır. 1992-ci ilin avqust ayından 2005-ci ilin sentyabr ayınadək qanunvericliklə nəzərdə tutulmuş məzuniyyət hüququndan tam istifadə edilməsi həyata keçirilməmiş və ümumilikdə 90 gün istifadə edilməmiş məzuniyyət hüququ qalmışdır. Cavabdeh işçilərinin əmək hüquqları ilə bağlı məsələlər Azərbaycan Respublikasının «Cavabdeh haqqında Əsasnamə» ilə tənzimləndiyindən və həmin Əsasnamə tam məxfi olduğundan tənzimləmə ilə bağlı qaydaların və digər nüansların iddiaçı tərəfindən təqdim edilməsi mümkün deyildir və bu hallar yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. «Cavabdeh haqqında Əsasnamə» təsdiq edilənədək isə, Azərbaycan Respublikası Prezidentinin «Cavabdeh haqqında Əsasnamənin və onun strukturunun təsdiq edilməsi barədə» 2003-cü il 31 may tarixli 872-1 fər. nömrəli Fərmanı, «Azərbaycan Respublikası Cavabdeh ümumi ştat sayının, strukturunun və ali zabit heyəti vəzifələrinin siyahısının təsdiqi haqqında» 2011-ci il 18 iyul tarixli 1635 nömrəli və «Azərbaycan Respublikası Cavabdeh ümumi ştat sayının, strukturunun və ali zabit heyəti vəzifələrinin siyahısının təsdiqi haqqında» 2011-ci il 18 iyul tarixli 1635 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə 2012-ci il 29 mart tarixli 2113 nömrəli sərəncamları ilə həyata keçirilirdi ki, həmin hüquqi sənədlər Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012- ci il tarixli 794 nömrəli Fərmanı ilə qüvvədən düşmüşdür. Göstərilənlərə və İPM-in 12, 34.1, 45.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən 1992-ci ilin avqust ayından 2005-ci ilin sentyabr ayınadək qanunvercliklə nəzərdə tutulmuş məzuniyyət hüququ ilə ödənilməli olan, lakin ödənilməyən məzuniyyət pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətində bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Cavabdeh ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi yaradılmışdır. Ləğv edilmiş Cavabdeh öhdəliklərinə görə məhz Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin cavabdehlik daşıması isə, hər hansı bir hüquqi sənəddə təsbit olunmamışdır. Bu səbəbdən, İddiaçı 1994 – 2005-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin üzərinə öhdəlik kimi qoyula bilməz. Bundan başqa, ləğv edilmiş Cavabdehndə xidmət keçdiyi müddət ərzində növbəti məzuniyyətdən istifadə etməyən hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyanın ödənilməsi o halda təmin oluna bilər ki, bununla bağlı Maliyyə Nazirliyi tərəfindən tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılmış olsun. Bu məqsədlə 29 aprel 2020-ci il tarixdə Maliyyə Nazirliyinə məktub göndərilsə də, müvafiq vəsait ayrılmadığı üçün kompensasiyanın ödənilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edilir ki, oxşar iddia ilə bağlı Bakı İnzibati Məhkəməsinin 13 may 2022-ci il tarixli 2-1(112)-1831/2022 nömrəli qərarına əsasən vətəndaşın iddiası təmin edilməmişdir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barəıdə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdeh tərəf gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 34.1-ci maaddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona 1992 – 2005-ci illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə pul vəsaitinin xidmət etdiyti qurum tərəfindən ona ödənilməsini tələb edir. Həmin dövrdə və onda sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları dövlət hakimiyyəti orqanının hərəkətlərindən şikayət verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Sonrakı dövrlərdə bu qəbildən olan şikayətləri ehtiva edən iddiaların qaldırılması üzrə yeni qanunların qəbul edilməsi və qüvvəyə minməsi əvvəlki dövrlərdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. İddiaçıya “istifadə edilməmiş məzuniyyət günlərinə görə” müvafiq pul vəsaitlərinin ödənilməməsi halları həmin məbləğlərin aid olduğu təqvim ilinin sonunda artıq ona məlum olmuşdur. Yəni, müvafiq müddətlətrin axımı da həmin tarixdən başlanmış olur. Bununla da, belə nəticə əldə olunur ki, iddiaçı iddianı iddia müddəti buraxılmaqla qaldırdığından, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7159/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7159/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver