Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7159/2024 20.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iştirakları ilə, İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinə düzəliş edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra – iddiaçııar) Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 məxsus AA******* seriya nömrəli, İddiaçı2 məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində olan məlumata düzəliş edilməsinin və ünvanın ünvan 1 yazılması, İddiaçı3 məxsus AA******* seriya nömrəli, İddiaçı4 məxsus AZE 0******* seriya nömrəli, İddiaçı5 qızma məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində olan məlumata düzəliş edilməsinin və ünvanın ünvan 2 yazılmasının cavabdeh Binəqədi rayon Polis İdarəsinin öhdəsinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. İddia onunla səaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 09 iyun 1997-ci il tarixli qətnaməsi ilə bizim ünvan 3 ünvana pasport qeydiyyatına alınmaqları qət edilmişdir. Şəxsiyyət vəsiqəsi verilərkən ünvan hissəsində ünvanlar düzgün yazılmamışdır, səhvə yol verilmişdir. Belə ki, İddiaçı1 və İddiaçı2 şəxsiyyət vəsiqəmizdə ünvan Bakı şəhəri , Binəqədi rayonu , Mədən-1 , Korpus 42 , ev 15 kimi, İddiaçı3, İddiaçı4 və İddiaçı5 şəxsiyyət vəsiqələrində ünvan ünvan 5ində ünvanın düzgün yazılmaması nəticəsində iddiaçıların hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onlara məxsus olan şəxsiyyət vəsiqələrinin qeydiyyatda olduqları ünvan hissəsinə düzəliş edərək ünvan 11mi qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə arayışlarına, iddiaçıların şəxsiyyət vəsiqələrinə, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı5 ünvan 7 ünvanında, İddiaçı3, İddiaçı4 ünvan 8 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 iyun 1997-ci il tarixli qətnaməsi ilə iddiaçıların ünvan 10 ünvanına qeydiyyat alınmaları vəzifəsi cavabdehə həvalə edilmişdir. 72 saylı Mənzil kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 109 saylı məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanı 72 saylı MKS-in balansındadır. ünvan 7 və ünvan 8 ünvanının eyni olması barədə məlumat yoxdur. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçılar hazırkı iddia tələbində şəxsiyyət vəsiqələrinin ünvan hissəsində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçılar iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (2). Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır (5). “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi) (1). Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın doğulduğu yer, yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar X1 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatların X1 Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur (3). Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıların qeydiyyatda olduyqları ünvan Mənzil Kommunal Sahəsində ünvan 11mi qeydiyyatdan keçsə də, iddiaçıların bəzilərinin şəxsiyyət vəsiqəsində ünvan 7, bəzilərində isə ünvan 10 kimi yazılmışdır. Bu səbəbən iddia təmin edilməli, iddiaçıların şəxsiyyət vəsiqələrində düzəliş edilərək, onların qeydiyyatda olduqları ünvan kimi ünvan 8 yazılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilsin. X2 məxsus AA ******* seriya nömrəli, İddiaçı2 məxsus AA ******* seriya nömrəli, İddiaçı3 məxsus AA ******* seriya nömrəli, İddiaçı4 məxsus AZE 0******* seriya nömrəli, İddiaçı5 məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqələrinin ünvan hissəsində olan məlumata düzəliş edilərək ünvanın ünvan 11mi yazılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7159/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7159/2024
20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver