Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-716/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli **********61 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişinin əsassız hesab edilməsi, həmin cavabdeh orqanın üzərinə ona “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 19 noyabr 1996-cı il tarixli 01/00 saylı iclasının qərarına əsasən, ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “183” saylı bağ sahəsinə dair plan və ölçünün tərtib olunaraq, onun həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Neftçi 1' bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 19 noyabr 1996-cı il tarixli 01/00 saylı iclasının qərarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “183” saylı bağ sahəsi ona verilmişdir. Bu haqda ona həmin vaxtı üzvlük kitabçası da verilmişdir. Artıq 26 ildir ki, sözügedən bağ sahəsi onların ailəsinin qanuni istifadəsindədir və bu bağı özəlləşdirmək hazırda onun gözlənilən hüququdur. Həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün edilmiş müraciəti cavabdeh orqan tərəfindən icra edilməmişdir. Belə ki, cavabdeh orqanın onun daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsinə dair əsaslar kimi “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında onun adının aşkar olunmamasıdır. Bundan əlavə bir heçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Həmçinin bağçılıq-yoldaşlığın ayrıc aktı barədə idarənin arxiv əsaslarında və elektron məlumat bazasında məlumat aşkar olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh orqanın onun müraciətinin bu əsaslarla icra edilməsindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********19 №-li yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 183 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və X3 adı aşkar olunmamışdır. Bundan əlavə bir neçə bağ sahəsi bir hasar daxilində yerləşir və ara sərhədləri yoxdur. Eyni zamanda bağçılıq-yoldaşlığının ayrıc aktı barədə İdarənin arxiv əsaslarında və elektron bazasında məlumat aşkar olunmamışdı. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********61 saylı, xx.xx.2018-ci il tarixli bildiriş ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, beş-altı bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Ümumi hasar daxilində ölçüsü 27.60 m. x 12.75 m. olan dəyirman, 9.60 m. x 4.70 m olan inzibati tikili, 6.65 m. x 4.75 m olan qazanxana və istixanalar, yarımçıq tikililər mövcuddur. İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1342 saylı, xx.xx.1996-cı il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhərindəki müəssisələrin, idarələrin və təşkilatların nəzdində yaradılmış bütün bağçılıq yoldaşlıqlarının torpaq sahələri üzərindəki tikintiləri ilə birlikdə Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat idarəsinin tabeçiliyindəki Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin sərəncamına verilməsi qərara alınmışdır (1-ci bənd). Tampontaj və X4 və artırılması İdarəsinin nəzdində “Neftçi” Bağçılıq Yoldaşlıq üzrə idarə heyətinin geniş iclasının 01/00 saylı xx.xx.1996-cı il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, boş qalmış sahələrin yeni üzvlər arasında bölünməsinə idarə heyətinin etiraz etmədiyi (1-ci bənd); 183 saylı sahəsi 1200 kv. metr olan bağ sahibi X6, ona ayrılmış bağ sahəsində heç bir abadlıq işi aparmadığına görə Bağçılıq Yoldaşlıq üzvülüyündən azad edilməsi (2-ci bənd); Həmin ərazidə olan 183 saylı torpaq sahəsi 1200 kv. metr olmaqlıa Cəmiyyətin üzvü İddiaçı verilməsi (3-cü bənd); Cəmiyyətin üzvü İddiaçı Bağçılıq Yoldaşlıq nizamnaməsi ilə tanış edilməsi və ona ayrılmış torpaq sahəsində abadlıq işləri aparmaqla yanaşı qısa müddətdə aldığı sahədə yaşıllaşdırma işlərinin aparılmasının tapşırılması qərara alınmışdır. “Neftçi” Bağçılıq yoldaşlığı Təşkilatı tərəfindən verilmiş183 №-li Bağçının üzvlük kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 1990-cı ildən “Tamponaj və LNA”-da texnik vəzifəsində işləmişdir, xx.xx.1996-cı ildə Bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bakı şəhəri, Zirə qəsəbəsi Bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv. metr olan 183 №-li bağ sahəsi xx.xx.1996-cı il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Tamponaj və X4 və Artırılması İdarəsinin Bağçılıq yoldaşlığı üçün ayrılmış bağ sahələrinin sxemində 183 saylı bağ sahəsinin ətrafında yerləşən bağlar-175-193; 184-196 saylı və s. bağlar qeyd olunmuşdur. “Neftçi” Bağçılıq yoldaşlığı Təşkilatı tərəfindən tərtib və təsdiq olunmuş Tamponaj və X4 və Artırılması İdarəsinin Bağçılıq yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adı 19-cu sırada qeyd olunmuşdur. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********61 saylı xx.xx.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Bundan əlavə bir neçə bağ sahəsi bir hasar daxilindədir, ara sərhədləri yoxdur. Eyni zamanda bağçılıqyoldaşlığının ayrıc aktı barədə idarənin arxiv əsaslarında və elektron bazasında məlumat aşkar olunmamışdı. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğularına əsasən: Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin: - **********84 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Neftçi” bağçılıq yoldaşlığı birliyi nəzdində Xəzər rayonu, Zirə qəsəbəsində 183 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) idarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar “Neftçi” bağçılıq yoldaşlıq biriliyinə dair üzvlərinin siyahısının, müayinə aktının, ərizənin və **********61 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunun təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. “Neftçi” bağçılıq yoldaşlıq biriliyinə dair üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Məktuba əlavə olunmuş xx.xx.2018-ci il tarixli əmlakın texniki vəziyyətini əks etdirən (baxış) aktının surətindən müəyyən olunur ki, Zirə qəsəbəsində yerləşən 183 saylı bağın hüquq müəyyənedici sənəd üzrə ölçüsü 1200,00 kv. metr müəyyən olunmuşdur. Baxış zamanı-beş altı bağ sahəsinin bir hasar daxilində olduğu, ara sərhədlərinin olmadığı, ümumi hasar daxilində (27,60 x12,75) m. ölçüdə, (9,60x4,70) m. ölçüdə inzibati tikili, (6,65x4,75) m. ölçüdə qazanxana və istixanalar, yarımçıq tikililər mövcud olduğu müəyyən edilmdir. Bağ sahəsi ümumi hasar daxilindədir, ara sərhədləri yoxdur. Kordinat: 438567;4467993 qeyd olunmuşdur. - **********80 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilən bağ sahəsinin faktiki 1200,0 kv. m. təşkil etdiyi, ərazidə bir neçə bağ sahəsinin bir hasar daxilində yerləşdiyi və ara sərhədlərinin şərti olduğu qeyd olunmuşdur. Eyni zamanda Bağ sahəsinin yol tərəfdən hasarın üzərində (bir hissəsindən) yüksək gərginlikli elektrik (6 kVtlıq) xətt keçdiyi və hasardan 1 metr məsafədə elektrik yarımstansiyasının yerləşdiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi ilə eyni hasar daxilində digər fiziki şəxslərin müraciətlərinin mövcud olduğu, müraciətlərin üst-üstə düşmədiyi, ümumi hasar daxilindəki ərazinin fərqli hissələrinə olduğu, bağ sahələrinin qeydiyyatı barədə məlumat aşkar olunmadığı qeyd olunmuşdur. - **********68 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda “Tamponaj və X4 və Artırılması idarəsinin nəzdində “Neftçi” bağçılıq yoldaşlıq idarə heyətinin 19 noyabr 1996cı il tarixli 01/00 saylı iclasının qərarı ilə Zirə bağ massivində yerləşən 183 saylı bağ sahəsinin ayrıldığı, “Tamponaj və X4 və Artırılması İdarəsinin “Neftçi” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının arxiv qovluğunda aşkar olunmadığı qeyd olunmuşdur. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1. 1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçı müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış bağ sahələrinə dair icarə müqaviləsi, sərəncam və ya order təqdim etməmiş və belə sənədlərin hər hansı birinə istinad etməmişdir. İddiaçının istinad etdiyi xx.xx.1996-ci il tarixli üzvlük kitabçasıdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair hər hansı məlumat yoxdur. Hazırki işdə olan bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 01/00 saylı 19 noyabr 1996-ci il tarixli protokola əsasən üzvlükdən çıxarılmış X3 yerinə üzvlüyə daxil edildiyi qeyd edilmişdir. Lakin məhkəmənin müvafiq sorğularına verilmiş cavab məktublarından və həmin məktublara əlavə olunmuş sənədlərdən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının və X3 adı aşkar olunmadığı müəyyən olunmuşdur Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-716/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-716/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver