Məhkəmə qərarları › İş №2-1(112)-7160/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7160/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7160/2023 03.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Miminat Tacib qızı Hacıbəyоva X1 kаtibliyi, İddiaçı1,İddiaçı2 vəkili Vəkil, cavabdeh Ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştitakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “iddiaçılara məxsus əmlakların ipoteka yüklülüyündən azad edilməsi” barədə iddiaçıların ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMCyə qarşı iddiaçılara məxsus əmlakların daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-16/2022 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus əmlakların yüklülüyündən azad edilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə iş materiallarının baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2180/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı iddiaçılara məxsus daşınmaz əmlakların dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi barədə tələbinə dair iş materiallarının Bankın ləğvetmə prosesindən irəli gələn sənədlərinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında qalması şərti ilə, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçılar ərizə ilə Bakı İnzibati Məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçıların ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçılar hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmirlər. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçıların ərizəsi təmin olunduğu halda iddiaçıların iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçılar məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “iddiaçılara məxsus əmlakların ipoteka yüklülüyündən azad edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılarının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ləğv prosessində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı “iddiaçılara məxsus əmlakların ipoteka yüklülüyündən azad edilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılarının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar