Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7162/2024 06.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “suyun alqı-satqı müqaviləsinin bağlanılması və xüsusi kod vasitəsinin verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ünvan 1 ünvanı üzrə İddiaçı ilə suyun alqı-satqı müqaviləsinin bağlanılması və xüsusi kod vasitəsinin verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 18 avqust 2023-cü il tarixdə istehlakçının su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərt sənədi almışdır. Cavabdeh orqana müraciət edərək yaşadığı evin su təchizatı şəbəkəsinə qoşulması və sayğac quraşdırılmasını xahiş etmişdir. Cavabdeh orqan isə müraciətinə 35 gündən artıq vaxt keçməsinə baxmayaraq hər hansı cavab verməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsinə əsasən uyğun olaraq istehlakçılar su təchizatı sisteminə qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Su təchizatı müəssisəsi 10 gün müddətində müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və ya əsaslandırılmış qaydada bundan imtina edir. Qoşulmağa imtinadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edilə bilər. Su təchizatı müəssisəsi istehlakçılara onların su təchizatı sisteminə birgə qoşulduğu barədə qoşulmanın müddətini göstərməklə, bildiriş göndərə bilər. İstehlakçılar tərəfindən qoşulma üçün zəruri olan işlərin nəzərdə tutulmuş müddətlərdə görülməsi haqqında su təchizatı müəssisələrinin tələbləri yerinə yetirilmədikdə və ya qismən yerinə yetirildikdə, su təchizatı müəssisələri bu işləri həmin istehlakçıların hesabına apara bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” haqqında Qərarın 5.1.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətləri və sudan istifadə üçün müqavilə bağlanılmasını tələb etmək istehlakçının hüququdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsi tərəfindən təqdim edilmiş 2599 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı məxsusdur. Məhkəmənin dəftərxana işçiləri olan böyük mütəxəssis S.S.Məhərrəmli, məsləhətçikompüter proqramçısı F.M.Gözəlova və böyük mütəxəssis T.M.Əsədova tərəfindən tərtib edilmiş 72 saylı xx.xx.2024-cü il tarixli akt ilə təsdiq edilmişdir ki, İddiaçı tərəfindən məhkəməyə poçt vasitəsi ilə daxil olmuş iddia ərizəsində qoşmaya əlavə edilmiş sənədlər siyahısında imtina məktubunun surəti aşkar edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət edilməsi izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Həmin qərarın 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından:
13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.
14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq tələblə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müvafiq qeydə alınmış müraciəti yoxdur. İddiaçının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciəti ünvan 3 ünvanı ilə bağlı deyil, ev 68 ünvanı barədədir. Bundan başqa, ünvan 3 saylı yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə sənədlər aşkar edilməmişdir. Qeyd edilən fərdi evə münasibətdə iddiaçının qanunla qorunan hüquqlarının olduğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı iddianı qaldırmağa hüququ yoxdur. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil, fərdi evə münasibətdə iddiaçının qanunla qorunan hüququ olmadığı üçün həmin hüququn inzibati məhkəmə icraatı qaydasında məhkəmə müdafiəsi yoxdur. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmasa da, hazırkı iddia istehlak münasibətlərindən irəli gəlir və tərəflər arasında mülki (öhdəlik) hüquq münasibətlərinin yaranması ilə bağlıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova