Məhkəmə qərarları › İş №2-1(112)-7165/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7165/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7165/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı 60 yaşı xx.xx.2022-ci il tarixində tamam olduğundan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuş və Xaçmaz rayonu “Pravda kolxozunda ” işə başlamışdır. Belə ki, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi ( 7 ay 25 gün ), Xaçmaz rayonu “Pravda sovxozunda ” fəhlə peşəsində işləmiş, xx.xx.1980-cı ildən xx.xx.1982-ci il (2 il 27 gün)- Əsgəri Xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə kimi (11 ay 27 gün)-Xaçmaz rayon OVD-də fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi (7 ay 16 gün) 86 X7 Peşə Məktəbində - elektrik qaynaqçısı peşəsində oxumuş, xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilə kimi (11 il 11 ay) Bakı Qazanxana Mexaniki zavodunda elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.1996-cı ildən xx.xx.1998-ci ilə kimi (2 il 6 ay) Bakı Qazanxana Mexaniki zavodun nəzdində yaradılmış "xxxx" birgə müəssisəsində qaynaqçı peşəsində işləmiş, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi (4 il 7 ay) Bakı Bakı Qazan Mexaniki zavodunda - elektrik qaynaqçısı, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi (8 ay) Caspian modulları Bildinqs LTD Şirkətinin filialında- qaynaqçı peşəsində, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə kimi (1 il 17 gün) Caspian modulları Bildinqs LTD Şirkətinin filialında- qaynaqçı peşəsində, xx.xx.2017-ci ildən bu vaxta kimi (4 il 2 ay) "xxxx" MMC-də elektrik qaz qaynaqçısı vəzifəsində çalışır. Onun Bakı Qazanxana Mexaniki zavodunda, həmin zavodun nəzdində yaradılmış "xxxx" Birliyində, Caspian modulları LTD Şirkətində işlədiyi elektrik qaynaqçısı peşəsində işlədiyi müddət, ümumilikdə təxminən 18 ildən çox və "xxxx" MMC-də 4 ildən çox əmək fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №İi və xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə Əmək pensiyası hüququ verən istehsalçıların, peşələrinn, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən zərərli sahə hesab olunur. Ümumilikdə əmək stajı 1979-cü ildən 2007-ci ilə kimi 25 ildən çoxdur. 2017-ci ildən 2022-ci ilə kimi 5 ilə yaxın əmək stajı vardır. Bununla əlaqədar o, sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiya təyin edilməsini xahiş etmişdir. Lakin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********4 №li 05 11.2022-ci il tarixli məktubunda qeyd edilir ki, güya onun ümumi əmək stajı “23 il 1 ay “ təşkil etdiyindən pensiya təyin etməkdən imtina etmişdir. Hesab edir ki, pensiya təyin edilməsindən imtina edilməsi əsasızdır və biləbilə süründürməçilikdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsi təqdim etdiyi sənədləri nəzərə almadan, ona verilmiş cavab əsassızdır və pensiya hüququnun kobud pozuntusu kimi qiymətləndirilməlidir. 2006-cı ilin yanvar ayına kimi qüvvədə olan “X1 Haqqında “Azərbaycan Respublikası Qanunun əsasən kişilər 60 yaşma çatdıqda və ümumi 25 il və həmin iş stajının 12 il 6 ay zərərli iş stajı olduqda pensiya almaq hüququna malikdir. Onun əmək stajının 25 ili 2006-cı ilə kimi toplanmışdır. Ona görə də ondan sığorta stajı üzrə pensiya kapitalı tələb edilməsi əsassızdır.

4. Cavabdehin iddiaçının müraciətinə 05 noyabr 2022-ci il tarixli imtinasında bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (23 il 1 ay (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1930- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994- xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1993-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 5 il 11 ay)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Beiə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21576,80 manat təşkil edir. Qeyd edilənlərə əsasən, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iş materiallarından göründüyü kimi, İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 1 ay (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 5 il 11 ay)) təşkil edir. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21576,80 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

6. İş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş sürətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi Xaçmaz rayonu “Pravda sovxozunda” fəhlə peşəsində işləmişdir.

7. İş materiallarında olan hərbi biletin təsdiq edilmiş sürətindən görünür ki, iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

8. İş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş sürətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə kimi Xaçmaz rayon OVD-də fəhlə vəzifəsində işləmişdir.

9. İş materiallarında olan diplomun təsdiq edilmiş sürətindən görünür ki, iddiaçı xx.xx.1983cü ildən xx.xx.1984-cü ilə kimi 86 X7 Peşə Məktəbində - elektrik qaynaqçısı peşəsində oxumuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məktubunda qeyd edilir ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətə əsasən verilir ondan ötəri ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Qazan Mexaniki ATSC-nin arxiv sənədlərinin şəxsi vərəqələrində 1962-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1984-cü il tarixli, 84/k saylı əmrlə xx.xx.1984-cü il tarixdən 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.1996-cı il tarixli, 12/u saylı əmrlə xx.xx.1996-cı il tarixdən işdən azad olunması, xx.xx.1998-ci il tarixli, 34/p saylı əmrlə xx.xx.1998-ci il tarixdən 4-cü dərəcəli el.qaynaqçısı vəzifəsinə işə qəbul olunması, xx.xx.2003-cü il tarixli 13/y saylı əmrə xx.xx.2003-cü il tarixdən işdən azad olunması və 1994, 1995, 1996, 1997, 1998-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Həmin idarənin 1999- 2003-cü illərə dair arxiv sənədlərinin əmək haqqı cədvəllərində barəsində heç bir məlumat yoxdur.

11. İş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş sürətindən görünür ki, iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi Bakı Bakı Qazan Mexaniki zavodunda elektrik qaynaqçısı, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi Caspian modulları Bildinqs LTD Şirkətinin filialında qaynaqçı peşəsində, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə kimi Caspian modulları Bildinqs LTD Şirkətinin filialında qaynaqçı peşəsində işləmişdir.

12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-nin verdiyi arayışda qeyd edilir ki, İddiaçı həqiqətən xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləyir. Elektrik qaynaqçısı işlədiyi müddətdən İddiaçı tam iş günü ərzində əl ilə qaynaq işləri aparır. Elektrik qaynaqçısı peşəsində işləyənlər güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SİYAHİSİ" xx.xx.2007-ci il tarixli, 12 saylı Qərar, Bölmə 11 "Metal Emalı" 11.5 bənd "Metal emalı üzrə sair peşələr, A) fəhlələr - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edən elektrik qaynaqçıları.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən göndərilən xx.xx.2023-cü il məktubunda qeyd edilmişdir ki, vət. İddiaçı Dövlət Arxivinin Bakı filialıdan xx.xx.2022-ci il tarixli, BA-06486- 2022 saylı çıxış nömrəsi ilə verilmiş arxiv arayışında 1994-cü ilin iyul və sentyabr, 1995-ci ilin fevral və iyun, 1996-cı ilin yanvar-sentyabr, 1997-ci ilin yanvar, mart, aprel və 1998-ci ilin mart, oktyabr, noyabr ayları üçün nəzərdə tutulmuş əmək haqqının hansı səbəbdən ödənilməməsi və ya hesablanmaması barədə hər hansı bir məlumat yoxdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən göndərilən xx.xx.2023-cü il məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 23 il 8 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 22 gün əmək stajı (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 6 il 8 ay sığorta stajı), güzəştli iş stajı isə 15 il 7 ay 16 gün (xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-31,08.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1998-xx.xx.1998-ci il, xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr) təşkil edir.

15. İş materiallarında olan "xxxx" MMC-nin arayışında qeyd edilir ki, İddiaçı həqiqətən xx.xx.1984-cü ildən – xx.xx.1996-cı ilədək «Bakı-Qazan- Mexaniki «zavodunda 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində, xx.xx.1996-cı ildən-xx.xx.1998-ci ilədək « Bakı - Qazan - Mexaniki» «APB» birgə müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində xx.xx.1996-cı ildən - xx.xx.2003-cü ilədək «Bakı - Qazan - Mexaniki» zavodunda 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Müəssisənin bazasında xx.xx.2009-cu ildən «"xxxx"» MMC yaradılmışdır. Elektrik qaynaqçısı işlədiyi müddətdə İddiaçı tam iş günü ərzində əl ilə energetik avadanlıqların qaynaq işlərini aparmışdır. Elektrik qaynaqçısı peşəsində işləyənlər güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Əsas: Elektrik qaynaqçısı peşəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» xx.xx.2007-ci il tarixli 12 saylı qərar bölmə 11 «Metal emalı» 11,5 bənd «Metal emalı üzrə sair peşələr, fəhlələr - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edən elektrik qaynaqçıları.

16. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

17. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

18. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

19. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

20. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

21. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

23. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

24. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

III. Məhkəmənin mövqeyi

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

27. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2022ci il tarixdə müraciət etmişdir.

28. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən mübahisəsiz dövr 23 il 8 ay 22 gün təşkil edir (xx.xx.2006-cı il tarixinədək 17 il 22 gün əmək stajı (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 6 il 8 ay sığorta stajı).

29. İddiaçının diplom və əmək kitabçasında qeyd edilən xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi 86 N:li X8 Məktəbində - elektrik qaynaqçısı peşəsində oxuması və xx.xx.1999-cu ildən xx.xx.2003-cü ilə kimi Bakı Bakı Qazan Mexaniki zavodunda elektrik qaynaqçısı işlədiyi dövr sığorta stajına daxil edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.1999-xx.xx.2003-cü il tarixlərdə qeydlərin aparıldığı dövrdə həmin müəssisə mövcud olmuş və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Həmçinin "xxxx" MMC arayışında bir daha sübut edir ki, İddiaçı xx.xx.1984-cü ildən – xx.xx.1996-cı ilədək «Bakı-Qazan-Mexaniki «zavodunda 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində, xx.xx.1996-cı ildən-xx.xx.1998-ci ilədək « Bakı - Qazan - Mexaniki» «APB» birgə müəssisədə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilədək «Bakı - Qazan - Mexaniki» zavodunda 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. Müəssisənin bazasında xx.xx.2009-cu ildən «"xxxx"» MMC yaradılmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.1999-xx.xx.2003-cü illər ərzində həmin müəssisədə işləməsi iş materialları ilə sübuta yetirilmişdir. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirilən əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir.

30. Məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X1 haqqında” Qanunun 67-ci maddəsinin 1-2ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

31. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi 86 №li X8 Məktəbində - elektrik qaynaqçısı peşəsində oxuması diplomda və xx.xx.1999-cu ildən xx.xx.2003-cü ilə kimi Bakı Bakı Qazan Mexaniki zavodunda elektrik qaynaqçısı işlədiyi dövr əmək kitabçasında qeyd edildiyindən həmin dövr sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə iddiaçının ümumi stajı ən azı 25 ildir.

32. İddiaçının güzəştli iş stajı ilə bağlı mübahisə yoxdur. Belə ki, məhkəmə sorğusuna cavab olaraq cavabdeh qurumun məktubunda bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 15 il 7 ay 16 gün təşkil edir. Həmçinin "xxxx" MMC-nin də təqdim etdiyi arayışında qeyd edilir ki, elektrik qaynaqçısı işlədiyi müddətdə iddiaçı tam iş günü ərzində əl ilə energetik avadanlıqların qaynaq işlərini aparmışdır. Elektrik qaynaqçısı peşəsində işləyənlər güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. Əsas: Elektrik qaynaqçısı peşəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı» xx.xx.2007-ci il tarixli 12 saylı qərar bölmə 11 «Metal emalı» 11,5 bənd «Metal emalı üzrə sair peşələr, fəhlələr - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq edən elektrik qaynaqçıları.

33. İddiaçının pensiya kapitalına münasibətdə məhkəmə qeyd edir ki, cavabeh qurum bildirir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21576,80 manatdır.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş (“Azərbaycan” qəzetində 29 iyun 2022-ci il tarixdə dərc edilmişdir), həmin redaksiyanın mətninə əsasən pensiyanın təyin edilməsi üçün üç əsas: yaş (kişilər üçün 60 yaş), ümumi staj (25 il) və (zərərli işlərdə staj 12 il 6 ay) müəyyən edilmiş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdır. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunmalıdır. Cavabdeh qurum iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ümumi stajını mübahisələndirdiyindən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyini məsələsinə münasibət bildirilməsi üçün əlavə müraciətin olmasını mütləq hesab etmir.

35. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

36. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşı xx.xx.2022-ci il tarixində tamam olduğundan ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar