Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7171/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olduğuna görə iddiaçıya əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. N11-ci ilin avqust ayında xidmət edərkən yıxılaraq ayağı burxulmuşdur. Travma ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında 5-xx.xx.N11-ci il tarixlərində “Antroskopik hissəvi mensk rezeksiyası və ön xaçvarı bağın antotransplantantla bərpası” adı altında cərrahi əməliyyat olunmuşdur. Cərrahi əməliyyat zamanı sol diz oynağının mensklərin xaçvari bağlarının cırılması, meniskektomiya, outotransplantatla xaçvari bağın bərpası əməliyyatı aparılmış və sol diz oynağına 2 ədəd dəmir implant qoyulmuşdur. xx.xx.N11-ci il tarixdə MHHK tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 86 maddəsinin İİİ qrafasına əsasən “Xəstəliklə əlaqədar” 60 (altımış) gün müddətində məzuniyyətə göndərilmişdir. 01 noyabr N12-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən MHHK-dan xx.xx.N12-ci il tarixli 14 nömrəli göndərişinə əsasən ‘‘Antroskopik hissəvi mensk rezeksiyası və ön xaçvarı bağın antotransplantantla bərpası” cərrahi əməliyyatının uzaq nəticələri, diz oynağının postravmatik artriozu, İİİ mərhələdə, femoropatclyar artrioz, diz oynağının cüzi dərəcəli bükücü-açıcı konstrakturası, bud və qamış sümüklərinin kondiluslarının çıxarılmamış metal konstruksiyaları (bir cüt spongioz vint izlənir). Metabolik sindrom, OD mürəkkəb hipermetropik astiqmatizm: Hm2,0D və Hm 1.0D, refraksiyası fərqli 1.0D. Görmə itiliyinin 0.2-yə enməsi. Orta dərəcəli amplobiya” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral 59 saylı qərarı ilə təsdiq edilmiş ‘"Xəstəliklər cədvəlinin” 65 "b” və 82 “c” maddələrinin İİİ qrafasına əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək iddiaçıya xx.xx.N12-ci il tarixli, 1105 saylı xəstəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-X2 xx.xx.N12-ci il tarixli N1 Oş/h nömrəli əmri ilə iddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3. maddəsinə (xəstəliyə görə) müvafiq olaraq 27 noyabr N12-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və həmin vaxtdan pensiyaya çıxmışdır. xx.xx.N16-ci il tarixdə yenidən müayinə olunaraq iddiaçının yuxarıda qeyd edilən diaqnoz ilə əlillik və ya sağlamlıq imkanları xx.xx.N21-ci il tarixədək məhdud hesab edilmişdir. xx.xx.N21-ci il tarixdə üçüncü və sonuncu dəfə müraciət edərkən iddiaçının əlillik vəziyyətinin yoxlanılması süni şəkildə uzadılmış, N21-ci ilin noyabr ayından iddiaçıya pensiya verilməsi dayandırılmış, altı ay sonra, xx.xx.N22-ci il tarixdə cavabdeh tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət edilməyi barədə məktub almışdır. Müayinə olunduqdan sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan aldığı arayışı cavabdehə təqdim etmiş, yenə də cavabı uzadılmış, nəhayət xx.xx.N22-ci il tarixdə iddiaçıya əlillik təyinatından imtina edilərək səbəb “diaqnoz əlilllik əlaməti təyin etmir” göstərilmişdir. Təkrar müayinədən keçmək üçün müraciət edərkən xx.xx.N22-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, 26 saylı şəhər poliklinikası həkim məsləhət komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişin verilməsindən imtina barədə akt tərtib edilmişdir. Səbəb kimi iddiaçının diaqnozunun M19.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunmuş tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin qərarı qanunsuzdur. Belə ki, cavabdeh bilərəkdən N21-ci ilin noyabr ayından iddiaçının müayinəsini növbəlilik bəhanəsi ilə gecikdirmiş, gecikmə olsa da, iddiaçını müayinədən keçirmiş, xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi, yəni “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun gəldiyi müəyyən edilmiş, lakin ona imtina edilmişdir. Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli 187 nömrəli Qərarı N22-ci il iyulun 1-dən qüvvəyə minmiş və cavabdeh “yeni meyarlara" əsaslanaraq iddiaçıya həmin qərardan əvvəl verməli olan cavabı xx.xx.N22-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may N22-ci il tarixli 187 nömrəli Qərarı N22-ci il iyulun 1-dən qüvvəyə mindiyindən əlillik dərəcəsi həmin vaxtdan sonra bitmiş və həmin tarixdən sonra müraciət edən şəxslərə tətbiq edilməlidir. İddiaçının əlillik dərəcəsi isə xx.xx.N21-ci il tarixdə bitmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Poliklinikasının xx.xx.N12ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol ön çarpaz bağın qopması.” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.N14-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol ön çarpaz bağın qopması.” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli xx.xx.N15-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...Diaqnozun mətni: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Digər oynaqların posttravmatik artrozu, Femero pastellyar artroz. Digər posttravmatik qonartrozlar. Diz oynağının posttravmatik artrozu İİİ mərhələ. Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Kondiluslarının çıxarılmamış metal konstruksiyaları. Görmə pozğunluğu, Orta dərəcəli ambliopiya; görmə itiliyinin 0.2-ə enməsi. Miopiya, OD-mürəkkəb hipermetropik astiqmatizm. Hm2.0D və Hml.OD.. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahı əməliyyatdan sonrakı və...” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. Elektron təyinat xx.xx.N16-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => MN- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması.., MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı və ....” səbəbi ilə 5 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. 26 saylı Şəhər Poliklinikasının xx.xx.N21-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi. MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: N11-N18-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, ağırlaşmaları təsdiq edən instrumental müayinələr ətraflı qeyd olunsun səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar NN-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və NN-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə istinadən bildirilmişdir ki, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 31 avqust N22-ci il tarixli qərara əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, iddiaçıya əlillik təyinatının aparılmasından imtina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya aid tibbi sənədlər. - Cavabdehin ********** nömrəli xx.xx.N22-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətinizə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə göndəriş daxil olmuşdur. Bununla əlaqədar, Sizə dair lazımi məlumatlar Agentliyin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Müraciətinizi nəzərə alaraq əlillik vəziyyətinizin obyektiv qiymətləndirilməsi məqsədilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəksiniz. Bu barədə sizinlə əlaqə saxlanılacaqdır.” - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.N16-cı il tarixli qərarla “Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => MN- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: “Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medikal meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası cərrahi əməliyyatdan sonrakı vəziyyəti. Digər oynaqların posttravmatik artrozu, Femero pastelyor artraz. Digər posttravmatik artrozu. Diz oynaqlarının postravmatik artrozu İİİ mərhələ. Oynağın başqa rubrikalarda təsnifat olunmayan çətin hərəkətliyi. Kondilusiaruun çıxarılmamış metal konstrukstyaları. Görmə pozğunluğu. Orta dərəcəli amblioptya; görmə itiliyinin 0.2-ə enməsi. Miopiya, ODmürəkkəb hipermetroplk astiqmatizm Hm2OD və Hm1OD”. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı və ....” səbəbi ilə iddiaçıya 5 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. - xx.xx.N12-ci il tarixli, 1105 saylı xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçıya hərbi həkim komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral 59 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 65 “b” və 82 “c” maddələrinin İİİ qrafasına əsasən “Travmadır, hərbi xidmət dövründə alınmışdır.” xəsarətləri müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına 2786003AAFEB saylı 088 göndərişdən görünür ki, iddiaçıya “M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması.., MEYAR: 2.2. İkinci dərəcə əlillik” diaqnozu qoyulmuşdur. - Cavabdehin xx.xx.N22-ci il tarixli **********4 nömrəli məktubu ilə bildirilmişdir ki, “Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə komissiyada əyani müayinə olunmuşunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, Sizin hazırkı vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş və göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir.” - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı 2786003AAFEB nömrəli Forma 88 əsasında xx.xx.N22-ci il tarixdə qiymətləndirilərək diaqnozu: “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” “dizqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 alınmış məhkəmə tibbi-ekpertizasının 484/N23 saylı xx.xx.N23-cü il tarixli rəyindən görünür ki, “vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında müvafiq tibb müəssisələrinin tərtib etdiyi xx.xx.N21-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” diaqnozunda olan xəstəliklər aparılmış fiınksional-diaqnostik müayinələr əsasında qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik əlamətləri təyin etmədiyindən dərəcənin təyinində nəzərə alınmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun ixtisaslaşmış müalicəsinə ehtiyacı yoxdur.”
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi – iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.NN-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin N08-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İşin araşdırılan hallarından görünür ki, əlillik alt sistemindən olan məlumatlara görə iddiaçının əlillik vəziyyətinə 18 saylı Şəhər Poliklinikasının xx.xx.N12-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol ön çarpaz bağın qopması.” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.N14-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol ön çarpaz bağın qopması.” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli xx.xx.N15-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...Diaqnozun mətni: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Digər oynaqların posttravmatik artrozu, Femero pastellyar artroz. Digər posttravmatik qonartrozlar. Diz oynağının posttravmatik artrozu İİİ mərhələ. Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi. Kondiluslarının çıxarılmamış metal konstruksiyaları. Görmə pozğunluğu, Orta dərəcəli ambliopiya; görmə itiliyinin 0.2-ə enməsi. Miopiya, OD-mürəkkəb hipermetropik astiqmatizm. Hm2.0D və Hml.OD.. MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahı əməliyyatdan sonrakı və...” səbəbi ilə 1 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. Elektron təyinat xx.xx.N16-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => MN- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması.., MEYAR: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Diz oynağının bir neçə elementinin travması, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın avtotransplantatla bərpası, cərrahi əməliyyatdan sonrakı və ....” səbəbi ilə 5 il müddətinə ikinci əlillik dərəcəsi verilmişdir. 26 saylı Şəhər Poliklinikasının xx.xx.N21-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd; Diaqnozun mətni: Sol ön çarpaz bağın qopması. Diz oynağının kontrakturası və əzələlərin atrofiyası. Hərəkət funksiyasının cətinləşməsi. MEYAR: Göndərişin natamam doldurulması - Səbəb: N11-N18-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, ağırlaşmaları təsdiq edən instrumental müayinələr ətraflı qeyd olunsun səbəbi ilə imtina verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçı xx.xx.N22-ci il tarixdə qiymətləndirilərək “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => MN- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” “dizqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. İddiaçı bundan sonra Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 31 avqust N22-ci il tarixli qərara əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr N15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza nəticəsində ekspert aşağıdakı qənaətə gəlmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında müvafiq tibb müəssisələrinin tərtib etdiyi xx.xx.N21-ci il tarixli Forma 088 göndərişində qeyd edilmiş “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” diaqnozunda olan xəstəliklər aparılmış fiınksional-diaqnostik müayinələr əsasında qoyulmuşdur. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik əlamətləri təyin etmədiyindən dərəcənin təyinində nəzərə alınmadı. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun ixtisaslaşmış müalicəsinə ehtiyac yoxdur. Göründüyü kimi ekspert də iddiaçının “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sol diz oynağının medial meniskinin və ön xaçvari bağın qopması..., digər oynaqların posttravmatik artrozu, sol diz oynağının posttravmatik deformasiyaedici İİİ-İV mərhələ artrozu, sol diz oynağının menisklərinin xaçvari bağların cırılması, meniskektomiya, autotransplantatla xaçvari bağın bərpası əməliyyatından sonrakı residiv, oynaqda implant (2 ədəd olması)” diaqnozunun nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” üzrə əlillik əlaməti təyin etmir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə iş materiallarında olan ekspert rəyini qiymətləndirərkən İPM-nin 58.1-ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət edərək ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi əsassız oldugundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva