Məhkəmə qərarları › İş №2-1(112)-7173/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7173/2022

23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7173/2022 23.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Orxan Mahmud Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Təhsildə X2rşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının X3 Universitetinin “radio mühəndisliyi” telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu B19 seriyalı 075727 nömrəli 27 iyun 2019-cu il tarixli diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, 1992-ci il təvəllüdlüdür. O, ali təhsil almaq məqsədi ilə X3 Universitetinin “radio mühəndisliyi” fakültəsinə daxil olmuş və 2019-cu ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. İddiaçı həmin təhsil müəssisəsi üzrə qeyd edilən ixtisasla bağlı bütün tədris proqramında iştirak edərək, həmin proqramı tam şəkildə mənimsəmiş, aidiyyəti üzrə bütün sessiya və rüblərdə dərs və imtahanlarda iştirakçı olmuşdur. Ali təhsili başa vuraraq telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunmağı ilə bağlı iddiaçıya 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 nömrəli bakalavr diplomu təqdim edilmişdir. Bundan sonra o, qanunvericiliyin tələblərinə müvafiq olaraq X3 Universitetinin “radio mühəndisliyi” fakultəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün aidiyyəti üzrə müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 5 mart 2020-ci il tarixli Q-83/03-TKTA saylı imtina cavabı ilə iddiaçının X3 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsindən (nostrifikasiyasından) imtina edilmişdir. İmtinaya səbəb kimi X3 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə guya qısa müddət ərzində olması, bununla da diploma əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsinin qeyri-mümkün olması göstərilmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 5 mart 2020-ci il tarixli Q-83/03-TKTA saylı imtina cavabı tam əsassız və qanunsuz olmaqla yanaşı iddiaçının qanuni müraciətinə imtina vermək üçün tərtib edilmiş cavabdır. İddiaçı X3 Universitetinin “radio mühəndisliyi” fakültəsində təhsil aldığı dövr ərzində mütəmadi olaraq keçirilmiş sessiyalarda iştirak etmiş, dərslərə davamiyyətli olmuş, bütün məqbul və imtahanlarda iştirak etmişdir. Bu faktın təsdiqi kimi iddiaçının ümumvətəndaşlıq (xarici) pasportundakı aidiyyəti qeydlərə nəzər salmaq kifayət edəcəkdir. Həmin qeydlərdə iddiaçının X3 Universitetinin “radio mühəndisliyi” fakültəsində təhsil aldığı dövr ərzində Ukrayna Respublikasına mütəmadi gediş-gəlişinin olduğu, həmin gediş-gəlişlə bağlı aidiyyəti qeydlərin onun ümumvətəndaşlıq (xarici) pasportunda olduğu (qeyd edildiyi) fakt üzrə öz təsdiqini tapmaqdadır. Hesab olunur ki, iddiaçının X3 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 saylı bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsindən (nostrifikasiyasından) imtina əsassız və qanunsuz olduğundan, hazırkı işə məhkəmə qaydasında baxılmaqla, iddiaçının X3 Universitetinin “radio mühəndisliyi” fakültəsinin telekommunikasiya ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunduğu 27 iyun 2019-cu il tarixdə B19 seriyalı 075727 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq edilməsi, tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması qanunvericiliyin tələblərinə müvafiq olardı. Məhkəmənin iş üzrə 2 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçının sənədləri araşdırılarkən, onun diplom üzrə ixtisasının AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmiş və bu barədə ərizəçinin şəxsi elektron kabinetinə 17 fevral 2020-ci il tarixdə müvafiq məlumat göndərilmişdir. Həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 14 gün, İİ il - 18 gün, İİİ il - 14 gün, İV il - 14 gün, V il - 23 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Konvensiyanın Vl.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr»in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda, əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış «Avropa regionu üzrə Tanınma Təlimatı»nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. AR Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinin, AR Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 4.1-ci bəndinin, AR Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2-ci bəndinin tələblərinə əsasən belə görünür ki, İddiaçı aldığı təhsilin məzmunu və müddəti Azərbaycan Respublikasında həmin ixtisasa ekvivalent olan təhsilin məzmunu və müddətinə, habelə dövlət təhsil standartlarına uyğun gəlmir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddia qismən təmin edilərək İddiaçı X3 Universiteti tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixdə B19 №075727 bakalavr diplomu üzrə ixtisasın tanınması ilə bağlı müraciətinə onunla təkrar müsahibənin aparılmaqla yenidən baxılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh inzibati orqan tərəfindən 31 avqust 2021-ci il tarixli apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-309/2022 saylı 14.012022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-860/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlilik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işin məhkəmə icraatının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunan inzibati iş məhkəmənin icraatına qəbul edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7173/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, X3 Universiteti tərəfindən iddiaçıya verilmiş 27 iyun 2019-cu il tarixli B19 seriyalı 075727 nömrəli bakalavr diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli 00-05-452/TKTA saylı məktub ünvanlanaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7173/2022 saylı qərardadının icrası məqsədilə İddiaçı X1 Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 seriyalı 075727 nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə, iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - xx.xx.2019-cu il tarixli B19 seriyalı 075727 saylı diplomun Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı X3 Universitetinin “radio mühəndisliyi” fakültəsinə daxil olmuş və 2019-cu ildə həmin ali təhsil müəssisəsini bitirmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə (27 iyun 2019-cu il) ona bakalavr dərəcəsi verilmişdir. Diplom X3 Universitetinnin “radio mühəndisliyi” tərəfindən AB19 №075727 nömrəsi ilə xx.xx.2019-cu il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - B19 seriyalı 075727 nömrəli diploma əlavədən görünür ki, İddiaçı X5 Telekomunikasiya Universtitetində təhsil aldığı müddətdə “Radio Mühəndislik, Telekomunikasiya Mühəndisliyi” ixtisası üzrə təhsil almışdır. - İş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət (İ il-14 gün, İİ il-18 gün, İİİ il-14 gün, İV il-14 gün , V il-23 gün) olmuşdur. - Ukrayna Təhsil və Elm Nazirliyi Dövlət Telekommunikasiya Universitetinin xx.xx.2021-ci il tarixli № 23/113 saylı arxiv arayışından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı İddiaçı 2014-cü ildə Dövlət Telekommunikasiya Universiteti Qiyabi və distant təhsil-tədris institutunun 6.050901 “Radiotexnika” hazırlıq istiqaməti üzrə fiziki şəxslərin vəsaitləri hesabına 1-ci kursuna qəbul olunmuşdur ( Əmr № 18-ist, xx.xx.2014-cü il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 18 gün ərzində qısa müddətdə (xx.xx.2014-xx.xx.2014;xx.xx.2014xx.xx.2014;xx.xx.2015-xx.xx.2015) sessiya imtahanlarını vermişdir. 2015-ci ildə 1-ci kursdan qiyabi tədris forması ilə 2-ci kursa keçirilmişdir (əmr №05-49st, xx.xx.2015-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 19 gün ərzində qısa müddətdə (xx.xx.2015-xx.xx.2015; xx.xx.2016-xx.xx.2016) sessiya imtahanlarını vermişdir; 2016-cı ildə 2-ci kursdan qiyabi tədris forması ilə 3-cü kursa keçirilmişdir (əmr №05-48st, xx.xx.2016-cı il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 15 gün ərzində qısa müddətdə (xx.xx.2016-xx.xx.2016; xx.xx.2017-xx.xx.2017) sessiya imtahanlarını vermişdir; 2017-ci ildə 3-cü kursdan qiyabi tədris forması ilə 4-cü kursa keçirilmişdir (əmr №05-70st, xx.xx.2017-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 14 gün ərzində qısa müddətdə (xx.xx.2017-xx.xx.2017;xx.xx.2018-xx.xx.2018) sessiya imtahanlarını vermişdir; 2018-ci ildə 4-cü kursdan qiyabi tədris forması ilə 5-ci kursa keçirilmişdir (əmr №05-56st, xx.xx.2018-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 24 gün ərzində qısa müddətdə (xx.xx.2018-xx.xx.2018; xx.xx.2019-xx.xx.2019; xx.xx.2019xx.xx.2019) sessiya imtahanlarını vermişdir. 2014-2019 tədris illərində təhsil aldığı zaman İddiaçı üçün fərdi məşğələlər təşkil edilmiş və xüsusi tədris proqramları hazırlanmışdır, o, həmin proqramları qısa müddətdə müvəffəqiyyətlə mənimsənmiş və nəticədə İddiaçı tədris planını tam həcmdə yerinə yetirmişdir. 2019-cu ildə 6.050901 "Radiotexnika" hazırlıq istiqaməti üzrə buraxılış ixtisas işini müvəffəqiyyətlə müdafiə etmiş və Dövlət imtahan komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə "Telekommunikasiya mühəndisliyi mütəxəssisi" ixtisası, müəyyən nümunəli bakalavr diplomu (diplom B19 №075727, xx.xx.2019-cu il, habelə diploma əlavə №4459099) verilib və təhsilin bitirməsi ilə əlaqədar çıxarılmışdır (əmr №05-45st, xx.xx.2019-cu il). Universitetin mülkiyyət forması-dövlət mülkiyyəti. 6.050901 “ Radiotexnika” hazırlıq istiqaməti üzrə qiyabi tədris forması ilə normativ tədris müddəti 5 il təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” (bundan sonra mətndə - Saziş): Maddə 1. Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Maddə 2. Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Maddə 5. Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Maddə 6. Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; ... 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaları: 1.1-ci bəndinə əsasən bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.6.-cı bəndinə görə, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; ... xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.17. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (əsas (baza ali) tibb təhsili səviyyəsində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr (əsas (baza ali) tibb təhsilində “həkim”)” ali peşə-ixtisas dərəcəsi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili” Qaydaları: 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; ... 2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. Hazırkı mübahisə X3 Universitetinin “radio mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsini bitirməsinə dair həmin təhsil müəssisəsi tərəfindən iddiaçıya verilmiş B19 seriyalı 075727 nömrəli 27 iyun 2019-cu il tarixli diplom üzrə ixtisasın cavabdeh tərəfindən tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) ilə bağlıdır. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı həmin ölkədə qısa müddətdə olduğundan, onun diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Mübahisəyə dair iş materiallarına əlavə edilmiş diploma əlavədə iddiaçının qiyabi təhsil formasında təhsil aldığı və həmin müddət ərzində 240 kredit tədris yükünü mənimsədiyi qeyd olunmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, həmçinin konkret müddət ərzində şəxsin tədris yükünü yerinə yetirməsi və mənimsəməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda istinad olunan normada nəzərdə tutulmuş qaydaya görə, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, təhsil müəssisəsinin verdiyi arayışa və iddiaçının nümayəndəsinin izahatına görə iddiaçı 2014-cü ildə X3 Universitetinin qiyabi və distant təhsil-tədris institutunun 6.050901 “Radiotexnika” hazırlıq istiqaməti üzrə fiziki şəxslərin vəsaitləri hesabına 1-ci kursuna qəbul olunmuşdur (Əmr № 18-ist, xx.xx.2014-cü il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 18 gün ərzində qısa müddətdə (xx.xx.2014-xx.xx.2014;xx.xx.2014-xx.xx.2014;xx.xx.2015-xx.xx.2015) sessiya imtahanlarını vermişdir. 2015-ci ildə 1-ci kursdan qiyabi tədris forması ilə 2-ci kursa keçirilmişdir (əmr №05-49st, xx.xx.2015-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 19 gün ərzində qısa müddətdə (xx.xx.2015-xx.xx.2015; xx.xx.2016-xx.xx.2016) sessiya imtahanlarını vermişdir; 2016-cı ildə 2-ci kursdan qiyabi tədris forması ilə 3-cü kursa keçirilmişdir (əmr №05-48st, xx.xx.2016-cı il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 15 gün ərzində qısa müddətdə (xx.xx.2016-xx.xx.2016; xx.xx.2017-xx.xx.2017) sessiya imtahanlarını vermişdir; 2017-ci ildə 3-cü kursdan qiyabi tədris forması ilə 4-cü kursa keçirilmişdir (əmr №05-70st, xx.xx.2017-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 14 gün ərzində qısa müddətdə (xx.xx.2017-xx.xx.2017; xx.xx.2018-xx.xx.2018) sessiya imtahanlarını vermişdir; 2018-ci ildə 4-cü kursdan qiyabi tədris forması ilə 5-ci kursa keçirilmişdir (əmr №05-56st, xx.xx.2018-ci il). Mühazirə dinlənmiş, praktiki, laboratoriya tapşırıqları yerinə yetirmiş və 24 gün ərzində qısa müddətdə (xx.xx.2018-xx.xx.2018; xx.xx.2019xx.xx.2019; xx.xx.2019-xx.xx.2019) sessiya imtahanlarını vermişdir. 2014-2019 tədris illərində təhsil aldığı zaman iddiaçı üçün fərdi məşğələlər təşkil edilmiş və xüsusi tədris proqramları hazırlanmışdır, o, həmin proqramları qısa müddətdə müvəffəqiyyətlə mənimsənmiş və nəticədə tədris planını tam həcmdə yerinə yetirmişdir. 2019-cu ildə 6.050901 "Radiotexnika" hazırlıq istiqaməti üzrə buraxılış ixtisas işini müvəffəqiyyətlə müdafiə etmiş və Dövlət imtahan komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə "Telekommunikasiya mühəndisliyi mütəxəssisi" ixtisası, müəyyən nümunəli bakalavr diplomu (diplom B19 №075727, xx.xx.2019-cu il, habelə diploma əlavə №4459099) verilmiş və təhsilin bitirməsi ilə əlaqədar çıxarılmışdır (əmr №05-45st, xx.xx.2019-cu il). Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq haqqında 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunla Azərbaycan Respublikası 05 oktyabrın 1961-ci il tarixli həmin Haaqa Konvensiyasına qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddəsinə görə, bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən, razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. İş üzrə materiallardan görünür ki, Ukrayna Respublikası da qeyd olunan Konvensiyaya qoşulmuşdur və həmin ölkənin səlahiyyətli orqanı tərəfindən iddiaçıya verilmiş diploma apostil möhürü vurulmaqla, həmin diplomun qanuniliyi tərəfindən tanınmışdır. Cavabdehin dəlilinə münasibətdə məhkəmənin qənaəti belədir ki, cavabdeh inzibati orqan imtinasını və etirazını formal mülahizələrlə əsaslandırmış, inzibati icraatı tələb olunnan səviyyədə həyata keçirməmişdir. Bu qənaət onda irəli gəlir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət onun aldığı təhsil üzrə “telekommunikasiya mühəndisliyi” ixtisasını mənimsəmək baxımından yetərli olub-olmaması, habelə bu halın iddiaçının arzuladığı “diplom üzrə ixtisasın tanınması” məsələsinin müsbət həllindən imtina üçün tutarlı dəlil kimi çıxış etməsi konkret əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPMin 68-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı X3 Universiteti tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli B19 seriyalı 075727 nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 73, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı X3 Universiteti tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli B19 seriyalı 075727 nömrəli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar