Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7174/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməklə yeni doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adının “Sübhan”-dan “Rauf”-a dəyişdirilməsi və bu barədə doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, onun yəni İddiaçı xx xxx 1990-cı ildə Bakı şəhərində doğulmağı barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında xx.xx.1990-cı il tarixli 237 nömrəli akt qeydində düzəliş olunaraq, uşağın adı bəndində “Sübhan”dan “Rauf”-a düzəldilməklə təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1990-ci ildə Bakı şəhərində doğulmuşdur. Cavabdeh 237 saylı, xx.xx.1990-cı il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən adı “Sübhan"-dan “Rauf’-a dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdehnə doğum haqqında akt qeydində adı “Sübhan"-dan “Rauf'-a dəyişiklik edilməsi barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi qaydaları'nın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-319/69 nömrəli məktubunda sözügedən müddəalarda nəzərdə tutulan istisna halların onun tələbinə uyğun tətbiq edilməsinin mümkün olmadığını bildirmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə Cavabdehnə doğum haqqında akt qeydində adının “Sübhan'-dan “Rauf'-a dəyişiklik edilməsi barədə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadının qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilir. Cavabdeh xx.xx.2022-ci il tarixli. 05/Q—319/69 nömrəli məktubunda sözügedən müddəalarda nəzərdə tutulan istisna halların onun tələbinə uyğun tətbiq edilməsinin mümkün olmadığını bildirmişdir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və əsassızdır. Onun doğum haqqında akt qeydində olan adınnın dəyişilməməsi ona və ailəsinə mənfi təsir edir. Hesab edir ki, doğum haqqında akt qeydində dəyişikliklərin aparılmasına maneə yoxdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 24 may 2022-ci il tarixli 05/Q-698/13 №li məktubda göstərilmişdir ki, İddiaçı iddia ərizəsi ilə bağlı heç bir etirazları yoxdur. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclaslarının (hazırlıq icraatı və məhkəmə baxışı üzrə) yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və məktublarla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymələndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 55 mənil 17 üvanında qeydiyyatdadır. Bakı şəhər Cavabdeh tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhəri, Qaradağ rayonunda doğulmuşdur. Doğumu doğum akt qeydləri kitabında 1990-cı ilin may ayının 15-ci günündə 237 nömrə ilə qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X3, ana qrafasında X2 qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Şamaxı rayonu, Göylər kəndində doğulmuş X3 ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.2017-ci ildə “ASAN3” tərəfindən verilmiş AZE seriyalı ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı ildə Şamaxı rayonunda doğulmuş X1 ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-1 seriyalı, 069715 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X2 arasında olan nikahın ləğvi 2007-ci ilin aprel ayının 12-ci günündə 50 nömrə ilə qeyd edilmişdir. Qaradağ rayon Elxan İsmayılov adına 253 №-li tam orta məktəb tərəfindən verilmiş A seriyalı, 200569 №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, 1990-cı ildə doğulmuş İddiaçı E.İsmayılov aına 253 saylı orta məktədə oxumuşdur. BB seriyalı, 038726 №-li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 15 sentyabr 2005-ci ildə Y.Rüstəmov adına 16 saylı Bakı Peşə Liseyinə daxil olmuş və 25 aprel 2008-ci ildə orta təhsil almaqla təmirçi-çilingər qaynaqçı peşəsi üzrə tam kursu bitirmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş 05/Q-319/69 №li xx.xx.2022-ci tarixli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ona aid olan doğum haqqında şəhadətnamənin surətinə görə Qaradağ RİHB-nın Sahil qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1990-cı il tarixli 237 saylı doğum haqqında akt qeydində uşaq qrafasında adı “Rauf yox "Sübhan” kimi yazılmışdır. Bu səbəbdən ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" Əsas Müddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyətləri aktlarının qeydindəkı səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda VVADQ orqanları tərəfindən həyata keçirilir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması və akt qeydində dəyişikliklərin edilməsi üçün kifayət qədər əsaslar olmadığından yuxarıda göstərilən düzəlişin edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-638/13 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş 15 may 1990-cı il tarixli 237 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bölməsində xx.xx.1990-cı ildə doğulmuş uşağın soyadı Vəliyev, adı Sübhan, ata adı Firudin qeyd olunmuşdur. Eyni zamanda doğum haqqında akt qeydinin ata haqqında məlumat qrafasında atası X3; ana haqqında məlumatda anası X2 qeyd olunmuşdur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamə verilməsi mümkündür. Lakin akt qeydində iddiaçının adı səhvən Rauf əvəzinə Sübhan kimi qeyd olunmuşdur və cavabdeh inzibati orqan doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz bu əsasla imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın” İ hissəsinin -3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə edilir. -4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xx xxx 1990-cı ildə Bakı şəhərində doğulması barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında xx.xx.1990-cı il tarixli akt qeydinə düzəliş olunaraq, uşağın adı bəndində “Sübhan”-dan “Rauf”-a düzəldilməklə, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxx 1990-cı ildə Bakı şəhərində doğulması barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında xx.xx.1990-cı il tarixli akt qeydinə düzəliş olunaraq, uşağın adı bəndində “Sübhan”-dan “Rauf”-a düzəldilməklə, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7174/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7174/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver