Məhkəmə qərarları › İş №2-1(112)-7176/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7176/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7176/2022 05.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, vəkil), iddiaçının nümayəndələri X8 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası geofizik, sahibkar), X4 (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tbbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia tələbini onunla əsaslandırmışdır ki, "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) fəaliyyətə başladığı müddətdən etibarən daim vergi hesabatlarını vaxtlıvaxtında təqdim etmişdir. İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi 2021ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir.Bundan sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********146569 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə aprel 2018-mart 2021-ci il dövrü üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq pulu 20 gün ərzində qaytarmalı olduğu halda, növbədənkənar səyyar vergi yoxla ması keçirməklə vaxtı uzatmış, əsassız olaraq əlavə vergi hesablanması aparmışdır.Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə Qaydaların 4.8-ci maddəsinə əsasən, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. xx.xx.2021-ci ildən davam edən növbədənkənar səyyar vergi yoxlaması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müxtəlif qərarları ilə dayandırılmışdır.Nəhayət yoxlamanın nəticəsinə dair **********146576 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Cavabdeh orqan tərəfindən Qərar iddiaçıya təqdim edilmədən, elektron qaydada göndərilmədən şəxsi hesab vərəqəsinə 1804740.99 manat hesablama aparmış, 902370.50 manat maliyyə sanksiyaları tətbiq etmişlər.Bundan əlavə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci ildə “Verqi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********409900 saylı tələbnamə İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə göndərilmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən sonra xx.xx.2022-ci ildə xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı iddiaçıya elektron sistem üzərindən göndərilmişdir. Yoxlama ərəfəsində bütün zəruri sənədlər, alqı-satqı sənədləri, invoyslar yoxlamaya təqdim edilmişdir. O da qeyd edilir ki, yoxlamanın istinad etdiyi dövr üzrə Rusiya Federasiyasının “X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi eyni fəaliyyətlə məşğul olmur, alqı-satqı ilə məşğuldur. Azərbaycan Resublikasında heç bir məhsul ixraca verməmişdir. Hesab edirik ki, bu göstərici əsasında qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Keçirilmiş vergi yoxlamaları vergi orqanının öz təşəbbüsü ilə deyil, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.4-ci maddəsinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə iddiaçının təqdim etdiyi ərizə əsasında başlanılmış və keçirilmişdir. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə şəxsi vərəqəyə əsasən 856,254.50 manatın geri qaytarılması xahiş olunmuşdur. Həmçinin vergilərin yenidən hesablanması ilə bağlı qiymətlərinə istinad edildiyi digər şirkət olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) də 428,594.79 manat artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. O cümlədən "xxxx" MMM (**********) də 3,817,686.82 artıq ödəmənin geri qaytarılması barədə müraciət etmişdir. Hər 3 təşkilatda növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və bütün bu yoxalamaların nəticəsində eyni tarixdə verilmiş yoxlama aktları ilə qanunsuz olaraq vergi hesablanmışdır.Hər üç şirkətin şəxsi hesab vərəqəsindən və bank hesablarından aşağıdakı qaydada silinmələr aparılmışdır: "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində olan artıq ödəmədən xx.xx.2022-ci il tarixdə 870,912.20 manat silinmişdir, Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesab vərəqəsində olan artıq ödəmədən 227,445.53 manat, kartdan 2,671.58 manat silinmişdir. "xxxx" MMM-nin xx.xx.2022-ci ildə şəxsi vərəqəsindən artıq ödəmə hissəsindən 4,044,453.64 manat silinmiş, 268 827.59 manat, vergi ödəyicisinin depozit hesabından 10 409.70 manat silinmişdir. Şirkətlər qrupuna daxil olan 3 şirkətdən əsassız olaraq cəmi 5,424,720.24 manat silinmişdir Müvafiq yoxlama aktında və vergi orqanının xx.xx.2022-ci il tarixli Qərarında istinad edilən Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilsxməsi haqqında” ərizəsi əsasında keçirilmiş xx.xx.2018-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən təsdiqlənmiş artıq ödəmə məbləği 2.014.350.04 bu günədək ödənilməmişdir, əksinə 1.864.930.70 manat məbləğ güya tələb etmə müddəti keçdiyinə görə qanunsuz silinmişdir. Bununla bağlı vergi orqanının qanunsuzluğu və tələblərimizin düzgünlüyü məhkəmə qaydasında bir neçə dəfə təsdiq edilmişdir. İddiaçıda xx.xx.2021-ci ildən başlayan növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ilədək, qanunvericiliyə zidd olaraq 137 gün ərzində davam etmişdir. Daha sonra xx.xx.2021-ci ildən etibarən xx.xx.2021-ci ilədək yenə də qanunsuz olaraq dayandırılmışdır. Vergi yoxlaması üzrə akt xx.xx.2021-ci ildə tərtib edilmiş və bu aktın əsasında xx.xx.2022-ci ildə qərar qəbul edilmişdir. Vergi yoxlaması xx.xx.2021-ci ildə bitsə də, onun müddəti qanunsuz olaraq dayandırılmışdır, hər 3 dayandırma qərarında Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə, yəni səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halına istinad olunmuş və buna əsasən yoxlama dayandırılmışdır. Qeyd edilən halda aşağıdakı qanun pozuntuları edilmişdir: (1) vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi halını təsdiqləyən hər hansı fakt yoxdur; (2) müvafiq qərarlar əsaslandırılmamışdır, belə ki, hətta rəhbər əmək qabiliyyətini itirsə belə, bunun yoxlamanın nəticələrinə təsiri qeyd edilməli və nəyə görə dayandırma barədə qərar verilməsinə ehtiyac olduğu əsaslandırılmalıdır; (3) VM-in 38.7.2-ci maddəsi ilə dayandırmanın əmək qabiliyyəti bərpa olunanadək maksimal müddəti təyin olunmuşdur, deməli dayandırma qərarının müddəti özbaşına yox, müvəqqəti olaraq əmək qabiliyyətinin itirılməsi barədə müvafiq təsdiqləyici sənəddə qeyd edilmiş əmək qabiliyyətinin itirilmə müddətinə əsasən müəyyən edilməli idi. İkincisi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. İş materiallarına əlavə olunmuş yoxlama reyestrindən çıxarışa əsasən Prezidentin Fərmanı ilə təsdiq edilmiş bu tələb də pozulmuşdur, belə ki, dayandırılma barədə qərar və məlumat yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl, yəni xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilməli idi. Dayandırma barədə qərar isə 1 gün gecikmə ilə sistemə daxil edilmişdir. Vergi yoxlamasının bitdiyi son gündə onun dayandırılması da məntiqsizdir.xx.xx.2021-ci il tarixində vergi yoxlaması aktı Vergi Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq tərtib olunmalı və daha sonra Vergi Məcəlləsinin 49-cu maddəsinə uyğun olaraq, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən müvafiq prosedurlara əməl edilməli idi. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 7.3-cü maddəsinə görə, yoxlayıcı yüksək peşəkarlıq tələblərinə cavab verməlidir. Yoxlayıcı orqana işə qəbul olunmuş şəxslər yoxlamaya buraxılmamışdan əvvəl yoxlama prosedurlarına dair təlim keçməlidirlər. Təlim yoxlayıcı orqan tərəfindən yoxlayıcıların peşəkarlığının artırılması məqsədi ilə ildə ən azı bir dəfə təşkil edilir. Yoxlamanın kobud qanun pozuntuları ilə keçirilməsi, onun nəticələrinə dair aktın və qərarın olduqca qeyri- peşəkarcasına və qanunvericiliyin maddi və prosessual tələblərinə zidd olaraq tərtib edilməsi, həmçinin elementar iqtisadi və hüquqi əsaslandırmaların mövcud olmaması, yoxlayıcıların yoxlama sahəsində bilik, təcrübə və vərdişlərinə ciddi şübhələr yaratmışdır. Məhz bu məqsədlə əlaqədar şirkət olan “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Bakı İnzibati Məhkəməsində olan işi üzrə yoxlayıcı Anar Mollayevin yoxlama sahəsində təcrübəsi və habelə müvafiq təlimlərdə iştirak edib-etməməsi barədə təsdiqləyici sənədlər tələb olunmuşdur. Təəssüf ki, müsbət cavab verilməmişdir. Anar Mollayev məhkəmə baxışı zamanı bildirmişdir ki, o, vergi yoxlaması sahəsinə nisbətən yeni gəlmişdir, əvvəllər uzun müddət digər vergi sahələrində işləmişdir. Hər hansı sertifikatının (bu sahəyə gələndə keçdiyi təlim və illik təlimlər barədə) olub-olmaması sualını isə ümumən cavabsız qoymuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.4.8-ci maddəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-ci maddəsinə görə, adı qeyd edilmiş Qanun vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) üçün də məcburi qüvvəyə malikdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri müəyyən edən Azərbaycan Respublikasının qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi və vergi yoxlaması materiallarına baxılması ilə bağlı məcburi tələblər vergi orqanı tərəfindən pozulmuş, əsassız olaraq xx.xx.2021-ci ildə dayandırılmış yoxlama yenilənmədən, müddəti uzadılmadan, iş təzələnmədən xx.xx.2021-ci ildə səyyar vergi yoxlama aktı tərtib edilmişdir. Bu aktın əsasında tələbnamə göndərilmiş və xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin şəxsi vərəqəsində olan artıq ödəmədən 870,912.20 manat silinmişdir. Bütün yuxarıda qeyd edilən sənədlərdən, pulun silinməsindən sonra xx.xx.2022-ci ildə isə xx.xx.2022-ci il tarixli **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar iddiaçıya elektron sistem vasitəsilə göndərilmişdir. Göründüyü kimi, iddiaçıya müvafiq qərar (inzibati akt) müvafiq silinmələr edildikdən sonra göndərilmişdir. Hərçənd ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununa görə, (maddə 64.1.) inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Göründüyü kimi, silinmələr inzibati akt qüvvəyə minmədən edilmişdir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.2-ci maddəsi ilə müəyyən edilən vergi borclarının alınması üzrə məcburi tələblər pozulmuşdur. Belə ki, vergi orqanı vergi borcu ilə bağlı ilkin olaraq bildiriş göndərməlidir və bank hesablarına və ƏDV depozit hesablarındakı vəsaitlərə borcun 105 faizi məbləğində dondurulma sərəncamı qoya bilər.Cavabdeh isə mənfəət vergisi üzrə qanunsuz olaraq müəyyən etdiyi vergi borcunu ƏDV depozit hesabında olan vəsait hesabına qanunsuz olaraq silmişdir.Eyni zamanda mübahisələndirilən qərarda hansı mühasibat uçotu qaydalarının pozulduğu, pozuntunun verginin yenidən hesablanmasına necə təsir etdiyi, kontragentlərin hansi göstəricilərinə əsasən qarşlıqlı əlaqəsi və bunun əməliyyatın məzmununu necə dəyişdiyi, nümunə üçün istinad məlumatları, təhlillər və s. qeyd edilməmiş və əsaslandırılmamışdır. Yoxlama aktında və qərarda Vergi Məcəlləsinin 14.9-cu maddəsinə (Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir) istinad edilsə də, bazar qiyməti olaraq, vergi ödəyicisi və oxşar fəaliyyətlə məşğul olan digər şirkətin tutuşdurulan qiymətləri, bu qiymətlərin hansı zaman kəsiyində müqayisə edildiyi, hər iki şirkətin hansı müqavilələri, hansı konkret əməliyyatları, malları və s. yəni heç bir məlumat qeyd edilməmişdir. Akt və qərar ziddiyyətli məlumatlar əsasında tərtib edilmişdir. Bir tərəfdən kontragentlərin qarşlıqlı əlaqəli olması verginin yenidən hesablanması üçün əsas olaraq götürülmüşdür, digər halda vergi ödəyicisinə qarşlıqlı əlaqəli olan başqa şirkətin (“X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin) qiymətləri əsas götürülərək bazar qiyməti əsasında vergi yenidən hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, “yoxlama dövründə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri-rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır.” Bu məqamda nəzərə alınmayıb ki, adı istinad edilən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) bu şirkətə aidiyyəti olan şəxsdir və həmin nümayəndəlikdə də yoxlama keçirilmiş və əlavə vergi hesablanmışdır. Bu nümayəndəliyin səyyar vergi yoxlaması dövründə hazır məhsulların miqdarı və təqdim olunmuş (satılmış) malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspertiza keçirilmiş, buna baxmayaraq hətta ekspert belə qiyməti müəyyən edə bilməmişdir. Bu hal "xxxx" MMM-yə münasibətdə təkrarlanmışdır. Başqa sözlə, vergi orqanının vergi ödəyicisinin qiymətlərinə şübhəsi yarandığına görə yoxlama təyin olunmuş, qiymətləri ekspertizaya cəlb olunmuş, ekspert rəy verməkdən imtina etmiş və bu iş üzrə vergi özü “Bazar qiyməti” təyin etmiş və özünün təyin etdiyi “qiyməti” digər vergi yoxlamasında istifadə etmişdir. Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 saylı qərarına əsasən "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyində səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmişləşdirlmişdir.Yoxlama zamanı aşağıdakılar müəyyən edilmişdir.Mənfəət vergisi üzrə: yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilen kisələrin) ixracı ilə məşğul olmuşdur və mənfəət vergisi üzrə vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotu hesablama (2018, 2019, 2020) metoduna əsasən aparılmışdır. Mənfəət üzrə hesablama Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla aparılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri- rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyri-rezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “TOO «KASXİM”, "xxxx" MMC və “X14 Müəssisəsi ilə qarşılıqlı asılı şəxslərdir və onlar arasında əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.Rusiya Federasiyasının "X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə vergilər yenidən hesablanmışdır. Vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannaməyə əsasən 2018-ci il üzrə ümumi gəliri 10622177,93 manat, xərcləri 10651988,7 manat, zərər 29810,77 manat, 2019-cu il üzrə ümumi gəlir 6163301,23 manat, xərclər 6 092 338,65 manat olmaqla mənfəət vergisi 14192,52 manat və 2020-ci il üzrə ümumi gəlir 3993471,63 manat, xərclər 5546175,95 manat olmaqla 1552704,32 manat zərər göstərilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2018-ci il üzrə ümumi gəlirləri 15 540 932,50 manat, həmin gəlirdən hesablanan mənfəət vergisi 977 788,76 manat, 2019-cu il ümumi gəlirləri 8 481 102,67 manat, həmin gəlirdən mənfəət vergisi 477752,80 manat, və 2020ci il üzrə ümumi gəlirlər 7363135,71 manat və həmin gəlirlərdən hesablanan mənfəət vergisi 363391,95 manat müəyyən edilmişdir. Yoxlama ilə ümumilikdə büdcəyə əlavə 1804740,99 manat mənfəət vergisi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə hesablanmış 1804740,99 manat mənfəət vergisi məbləğinin 50 % miqdarında, yəni 902370,50 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Hesablamanın əsasını təşkil edən yük gömrük məlumatlarına əsasən malların “RAM BEYNƏLXALQ NƏQLİYYAT VƏ TİCARƏT LTD" MMM tərəfindən ixrac edilməsi görünsə də, müvafiq invoyslar "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından tərtib olunmuşdur. İxrac edən müəssisənin "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin olması iddia ərizəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və son 3 illik dövrün yəni, 2020, 2019, 2018-ci illərin mənfəət vergisi yoxlanılmışdır.Eyni ilə, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbinə əsasən həmin maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Belə olan təqdirdə, vergi orqanı tərəfindən vergilərin hesablanması və hesablanmış vergilərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi tam əsaslı olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının vəkili X5, iddiaçının nümayəndələri X11 və X7 iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndələrini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı və cavabdeh tərəfindən məhkəməyə iddiaçının şəxsi hesab vərəqəsi, ”Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli qərar, “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********409900 nömrəli tələbnamə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə iddiaçının xx.xx.2021-ci il tarixli məktubu, həmin məzmunda ərizə, sənədlərin təqdim edilməsi barədə cavabdehin iddiaçıya ünvananmış məktubu, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********146569 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı, ”Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli, **********146581 nömrəli tələbnaməsi,protokolun göndərilməsi barədə məktub,”Səyyar vergi yoxlaması aktına baxılma haqqında” xx.xx.2022-ci il tarixli, 01 №-li protokol, xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli, xx.xx.2021-ci il tarixli, **********140171 nömrəli, xx.xx.2022-ci il tarixli, **********143024 nömrəli, xx.xx.2021-ci il tarixli, **********140171 nömrəli səyyar vergi yoxlamaları aktları, iddiaçının nizamnaməsi, hesab fakturalar, iddiaçının cavabdehə ünvanlanmış müraciəti, iddiaçının ixrac etdiyi malların siyahısı, gömrük bəyannamələri, kredit limiti müqaviləsinə əlavə, məmulatın texniki pasportu, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli çıxarışlar, səyyar vergi yoxlamasının keçirilməsi müddətinin aparılması haqqında xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli qərarlar, səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli,xx.xx.2021-ci il tarixli qərarlar, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1252020 nömrəli, Bakı Apellyasiya Məhkəməsiin inziati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-990/2021 nömrəli, 2- 1(103)-1810/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, MXMT(103)-43/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarları təqdim edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər:nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Həmin Məcəllənin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər;38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda xarici ölkədən cavab alınanadək;38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. İşin faktiki hallarına əsasən İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdehə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət etmiş, həmin müraciətdən sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********146569 nömrəli qərarı ilə iddiaçıda aprel 2018-mart 2021-ci il vergi dövrü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir, xx.xx.2021-ci il tarixli,xx.xx.2021ci il tarixli,xx.xx.2021-ci il tarixli qərarlarla vergi yoxlamasının aparılması müvafiq olaraq 33 gün, 32 gün və 30 gün müddətinə dayandırılmışdır, nəhayət növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2021-ci il tarixli **********146576 nömrəli akt tərtib edilmişdir, qeyd edilən aktın nəticə hissəsinə əsasən iddiaçı tərəfindən 2018-ci ildə 977788,76 manat, 2019-cu il üzrə 463560,28 manat, 2020-ci il ürə 363391,95 manat, cəmi 1804740, 99 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir.Qeyd edilən növbədənkənar səyyar vergi yoxlaması aktına əsasən cavabdeh tərəfindən İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi barədə **********154500 nömrəli, xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb ediməsi haqqında” qərar qəbul edilmişdir, həmin qərarla iddiaçya cəmi 1804740,99 manat mənfəət vergisi hesablanmış və 902370,5 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Daha sonra İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şəxsi hesabından 870912,20 manat məbləği qeyd edilən borcla bağlı silinmişdir, hazırda İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qeyd edilən hərəkətlərini qanunsuz hesab etdiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 5.0-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etirazından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 1804740.99 manat mənfəət vergisi əlavə hesablanan zaman o hal əsas götürülmüşdür ki, yoxlama ilə əhatə olunan dövrdə İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi idxal olunmuş xammal və materialların emala verilməsi və istehsal olunmuş hazır məhsulların (polipropilen kisələrin) ixracı ilə məşğul olmuşdur, habelə cavabdeh qeyd etmişdir ki, mənfəət vergisi üzrə vergi, vergi ödəyicisinin gəlirləri və xərcləri hesablama (2018,2019,2020) metoduna əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 104.2 və 108-ci maddələrinə əsasən gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla müəyyən edilmişdir, yoxlama zamanı vergi ödəyicisi mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığından və yoxlanılan dövrdə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin həmin qeyri-rezidentə və qarşılıqlı surətdə asılı olan digər qeyrirezidentlərə malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.9-cu maddəsinə əsasən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının "X15" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin oxşar dövrlərdəki ixrac qiymətləri əsas götürülməklə vergilər yenidən hesablanmışdır. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.5-ci maddəsinə əsasən bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Həmin Məcəllənin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin Məcəllənin 14.6.1-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:14.6.1.1. göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi);14.6.1.2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri;14.6.1.3. mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);14.6.1.4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer;14.6.1.5. malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; Həmin Məcəllənin 14.6.1.6-cı maddəsinə əsasən malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi;14.6.1.7. marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;14.6.1.8. işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. Həmin Məcəllənin 14.6.2-ci maddəsinə əsasən malların (işlərin, xidmətlərin) keyfiyyəti ilə əlaqədar qiymətlər bazar qiymətlərindən aşağı səviyyədə müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi səlahiyyətli şəxs tərəfindən təsdiq olunmalıdır. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər:14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir.14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır.14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir.14.6.4. Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Həmin Məcəllənin 14.6.5-ci maddəsinə əsasən alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır: 14.6.5.1. alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda;14.6.5.2. malgöndərəni (iş görəni, xidmət göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda. Həmin Məcəllənin 14.6.6-ci maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 14.7-ci maddəsinə əsasən hər bir tərəfin mal (iş, xidmət) göndərməsi və əvəzinə digər mal (iş, xidmət) almasına uyğun olan əməliyyatların məcmusu mal (iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir. Həmin əməliyyatların gedişində verilən (alınan) malların (işlərin, xidmətlərin) bazar qiymətləri bu maddənin müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinın bağladığı müqavilələrdə göstərilən qiymətin qəbul edilməməsi üçün əsaslar və həmin əsasları təsdiq edən sübutlar xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli səyyar vergi yoxlaması aktında, həmin akt əsasında qəbul edilmiş – hazırda mübahisə predmeti olan ”Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli qərarda göstərilməmiş və inzibati məhkəmə icraatının aparıldığı dövrdə məhkəməyə də təqdim edilməmişdir. Halbuki “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə əsasən “Bununla əlaqədar, qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. “. Göründüyü kimi İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinın bağladığı müqavilələrdə göstərilən, vergi orqanının həqiqiliyini şübhə altına aldığı qiymətlərin mövcud bazar qiyməti olmaması vergi orqanı -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sübuta yetirilməli olduğu halda sübuta yetirilməmişdir. Belə ki, sübut növündə təqdim edilmiş iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla iddiaçıya mənfəət vergisinin hesablanması zamanı əsas götürülmüş xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli “Səyyar vergi yoxlaması aktı”nın 2.1-ci bəndində cavabdeh qeyd etmişdir ki,iddiaçı malları bazar qiymətindən aşağı qiymətə ixrac etdiyindən eyni fəaliyyətlə məşğul olan Rusiya Federasiyasının “X15” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) oxşar dövrdəki ixrac qiymətləri əsas götürülməklə vergilər 2018-2020-ci illər üçün yenidən hesablanmışdır.” Lakin iş materiallarında olan **********140171 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, cavabdeh vergi orqanı tərəfindən “X15” MMC-də də vergilərin və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar vergi yoxlaması aparılmış və vergi yoxlamasının nəticələrinə əsasən həmin cəmiyyətdə digər vergilərlə yanaşı 2017-2019-cu illər ərzində mənfəət vergisinin azaldılması nəticəsinə gələrək əlavə mənfəət vergisi hesablanmışdır,həmin səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndindən göründüyü kimi qeyd edilən vergi ödəyicisinin təqdim etdiyi (satdığı) malların qiymətiin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən ekspert dəvət edilmişdir, yəni vergi orqanı “X15” MMC-nin məhsullarının bazar qiymətlərinin həqiqiliyini və düzgünlüyünü şübhə altına almışdır, belə olan halda vergi orqanının özü tərəfindən həqiqiliyi və düzgünlüyü vergi şübhə altına alınan qiymətlərin əsas götürülərək hər hansı başqa bir vergi ödəyicisinə vergilərin hesablanması məntiqsizdir, habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarında da vergi orqanının qeyri-dürüst hesab etdiyi qiymətlər əsas götürülməklə hər hansı bir vergi ödəyicisinə əlavə mənfəət vergisinin hesablanması imkanı nəzərdə tutulmamışdır. Digər tərəfdən isə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının tutuşdurulan qiymətlərinin “X15” MMC-nin hansı dövrdəki fəaliyyəti üzrə qiymətləri ilə müqayisə etdiyini, müqayisə edən zaman konkret hansı sənədlərə istinad etməsini xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda və həmin qərarın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2021-ci il tarixli, **********146576 nömrəli “Səyyar vergi yoxlaması aktı”nda göstərməmişdir ki, bu da məhkəmənin gəldiyi qənaətə görə İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinə əlavə mənfəət vergisinin hesablanmasının qanunauyğunluğunda və düzgünlüyündə aradan qaldırılmaz şübhələr yaradır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən isə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan başqa Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.1. Barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda;14.3.2. təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə;14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; 14.3.4. müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda;14.3.5. daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda; Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Belə olan halda İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyinın mübahisələndirdiyi ”Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli qərarın qəbul edilməsi üçün əsas götürülmüş səyyar vergi yoxlaması aktında göstərilən dövrlər üzrə ən geci 2021-ci ilin fevral ayının 1-nə qədər iddiaçının təqdim etdiyi malın bazar qiyməti müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyən edilə bilərdi ki, bu müddətə də, müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.4-cü maddəsinə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən əməl edilməmiş, 2021-ci ilin dekabr ayında iddiaçının təqdim etdiyi malların qiymətlərini hesablama metodu ilə müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin inzibati iş materiallarından göründüyü kimi inzibati orqan qanunla onun üzərinə qoyulmuş vəzifələri tam icra etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmiş, işin bütün hallarının araşdırılması üçün öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Eyni zamanda yoxlamanın aparılması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin normalarına əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.Qeyd edilən normaya xx.xx.2021-ci ildə dəyişiklik edilənə qədər qeyd edilən müddət iş günü ilə deyil sadəcə gün ilə hesablanırdı. İş materiallarından göründüyü kimi İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyində növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2021-ci ilə başlamış və xx.xx.2021-ci ilə qədər davam etmişdir, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər 3 dəfə növbədənkənar səyyar vergi yoxlamasının aparılması dayandırılmış, daha sonra yenidən davam edərək xx.xx.2021-ci ildə başa çatmışdır. İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi məhkəmənin diqqətini vergi yoxlamasının dayandırılmasının da qanunauyğun olmadığına yönəltmiş və məhkəmə iddiaçının mövqeyi ilə razılaşır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan (xx.xx.2022-ci ildə çap edilmiş) məhkəmə müəyyən etmişdir ki, yoxlamanın dayandırılmasının əsası kimi vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi göstərilmişdir, iddiaçının iddia ərizəsində qeyd etdiyinə görə onun rəhbərinin əmək qabiliyyətinin müvəqqəti itirməsi kimi bir hal qeyd edilən dövrdə olmamışdır, vergi orqanı isə vahid məlumat reyestrinə bununla bağlı daxil etdiyi məlumatların düzgünlüyünü təqdiq edən və iddiaçının bildirdiklərini təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi hazırda iddiaçının mübaisələndirildiyi qərarın ona göndərilmədən xx.xx.2022-ci ildə iddiaçının artıq ödəməsindən 870912,20 manat məbləğinin silinməsinə, silinmədən sonra isə xx.xx.2022-ci ildə mübaisələndirilən qərarın iddiaçıya göndərilməsinə vergi orqanının hərəkətlərinin qanunauyğun olmamasını təsdiq edən hal kimi istinad edir. “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 870,912.20 manat məbləğində silinməni apardıqdan əvvəl silinmənin aparılmasına əsas olmuş inzibati aktın iddiaçıya göndərilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir ki, bu da iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinin tələblərinin də pozulduğunu, yəni inzibati akt qüvvəyə minmədən inzibati aktda qeyd edilən hakimiyyət tədbirinin icra edilməsini təsdiq edir. Bütün göstərilənlər məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, İddiaçı X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun qəbul edilməmişdir, buna görə də qərar və və onun hüquqi nəticələri ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və onun hüquqi nəticələri ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Kasxim" X2 Azərbaycan Respublikasındakı Nümayəndəliyi (**********) barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********154500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və onun hüquqi nəticələri ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar