Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-718/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı adın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adını dəyişdirilərək “Əzizə”-dən “Aziza”-ya, yənı X3 qeyd edilməsi üçün lazımı olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1995-ci ildə dünyaya gəldikdən sonra onun valideyinləri nənəsinin adını "Əzizə“ ona vermişdirlər. O, həmişə anasına və atasına bildirmişdir ki, bu ad onun xoşuna gəlmir və "Əzizə“ adını dəyişdirmək istəyir, lakin onun valideyinləri uşaq olduğuna görə onun tələblərini ciddi yanaşmırdılar. O, heç vaxt “Əzizə“ adını sevməmiş və bu adı daşımaq istəməmişdir. Bununla bağlı o, həmişə düşünmüşdür ki, yetkinlik yaşına çatdıqdan sonra, özü şəxsən öz adını dəyişdirəcək. O, adını dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə rəsmi müraciət etmişdir. Müraciətində qeyd etmişdir ki, o, öz adını "Əzizə“-dən “Aziza"-ya dəyişdirilməsini istəyir. Onun müraciəti əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Cavabdeh öz növbəində xx.xx.2019-cu il tarixli, 05Q- 14/15 nömrəli imtina məktubu vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddiaçının iddiasına etiraz etmədiklərini və işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər qeydiyyat şöbəsinin AZ-İİ 179439 №-li, xx.xx.2008-ci il tarixli təkrar doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X5 və anası X2 qeyd edilmişdir. - Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsinin № 059-27447 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 16/3219 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1995-ci il təvəllüdlü İddiaçı dövlət sərhədindən rəsmi hərəkəti, həmçinin onun hər hansı xarici ölkədən çıxarılması barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemində (İAMAS) məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin E-6890 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. - Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 05/Q- 14/55 №-li məktubundan görünür ki, iddiaçının Cavabdehnə adının “Əzizə”-dən “Aziza”-ya dəyişdirilməsi barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Milli X4 adına dilçilik institu tərəfindən hazırlanmış Azərbaycan dilinin böyük izahlı onomastik lüğətində həmin adın düzgün yazılış qaydası “Əzizə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 79 №-li qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydalan”-nın 6.18-ci maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi bundan imtina edilməsi barədə qərar çıxarır. Qeyd edilənləri nəzərə alaraq, ərizəsini hazırda təmin edə bilmirlər. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara hüquqi məsələlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir ona görə ki, qanunvericilikdə 18 yaşı tamam olmuş vətəndaşların adının dəyişdirilməsinin yolverilməzliyinə əsas olan hallar (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan hallarla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, iddiaçı 18 yaşı tamam olduqdan sonra adının dəyişdirilməsi ilə bağlı yaşadığı yer üzrə qeydiyyat orqanına müraciət etmişdir. İddiaçı adın onun xoşuna gəlmədiyinə görə "Əzizə“ adını dəyişdirmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləş-dirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azad-lıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konven-siya-sının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkə-mə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. Həmin Məcəllə-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPMnin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı adının “Əzizə”-dən “Aziza”-ya dəyişdirilməsi və bu barədə müvafiq akt qeydlərində zəruri qeydiyyat aparılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adının “Əzizə”-dən “Aziza”-ya dəyişdirilməsi və bu barədə müvafiq akt qeydlərində zəruri qeydiyyat aparılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-718/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-718/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver