Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7180/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1ə müəyyən etdi: İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətləri qanunsuz sayılmalı onun Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8S qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ünvan kimi – “Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 8S” ünvanı, ***-***-**-** mobil əlaqə nömrəsi qeyd edilmişdir. İş üzrə məhkəmə tərəfindən xx.xx.2025 və xx.xx.2025-ci il tarixə məhkəmə hazırlıq iclasları təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının iddia ərizəsində göstərilən ünvana məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə “SMS” xəbərdarlıqlar göndərilmişdir. Məhkəmənin həmin iclasında iddiaçı iştirak etmədiyindən məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış və məhkəmə tərəfindən iddiaçının iddia ərizəsində göstərilən və pasport qeydiyyatda olduğu ünvanlara xx.xx.2025-ci il tarixdə məhkəmə icraatından yayınmanın nəticələri barədə hüquqi yardım məktubu ünvanlanmış, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmiş və iddiaçının iddia ərizəsində qeyd etdiyi nömrəyə SMS xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıq məktubu iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanda qəbul edilmiş və xəbərnamə iş materialarına əlavə edilmişdir. Lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmənin iddiaçını məcburi qaydada məhkəmə icraatına cəlb etmək kimi bir səlahiyyəti və vəzifəsi yoxdur. İddia tələbinin məhkəməyə verilməsi və müdafiə edilməsi dispozitivlik prinsipinə əsasən iddiaçının üzərinə düşür. Əks halda məhkəmə icraatının qeyri-müəyyən vaxta uzadılmasına, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına vəicraatda iş yükünün əsassız artmasına səbəb olar. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7180/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7180/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver