Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7186/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı X4 və Süleymanlı Orxan üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(006)-3/2022 saylı qərarını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-74/2021 saylı qərarının məcburi icra olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, inzibati orqan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi və üçüncü şəxslər müstəntiq Orxan Süleymanlı və Sənan Qurbanov onun işinə səthi yanaşmışdır. Məhkəmə qərarları icra olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 20.04.2022-ci il tarixə təyin edilmiş və 20.05.2022-ci il tarixə təxirə salınmışdır. Cavabdehin iddiaya dair mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək və ərizəyə uyğun izahat verərək, iddianın mümkün sayılmaqla, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.03.2021-ci il tarixli 6 (103)74/2021 saylı qərarından müəyyən olunur ki, İddiaçı məhkəmə nəzarəti qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun ərizəsi əsasında toplanmış material üzrə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elxan Tağızadə tərəfindən qəbul edilmiş 01 dekabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi haqqında” qərarın ləğv edilməsini və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə tədbir görülməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.03.2021-ci il tarixli 6 (103)74/2021 saylı qərarı ilə İddiaçı apellyasiya şiikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Elxan Tağızadənin 01 dekabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından İddiaçı məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin olunmamasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 6(006)-15/2021 nömrəli qərarının ləğv edilməsi, İddiaçı göstərdiyi (ehtimal etdiyi) cinayət haqqında ilkin müraciəti üzrə araşdırmanın davam etdirilməsi üçün qərarın surətinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora gödərilməsini qərara almışdır. Bakı şəhəri Nəsimi RPİ tərəfindən qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 sentyabr 2021-ci il tarixli Qərarın surətindən müəyyən olunur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsii və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuurora və digər maraqlı şəxlərə göndərilməsi qərara alınmış, ərizəçiyə qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə Nəsimi rayon Prokurorluğuna və ya rayon məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6(006)-3/2022 saylı 05.01.2022-ci il qərarının surətindən müəyyən olunur ki, İddiaçı şikayətlə məhkəməyə müraciət edərək Nəsimii RPİ-ninn İŞ-nin müstəntiqi X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2021-ci iil tarixli qərarının ləğv olunmasını və işin yenidən araşdırılması üçün istintaq orqanına qaytarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərarı ilə, şikayətin təmin edilməsi, 969/21 nnömrəli material üzrə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2021-ci il tarixli qərar qanunsuz hesab edilərək, ləğv edilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nəsimi rayon prokurorunun şikayət vermiş şəxslərin pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün zəruri tədbir görülməsi, qərarın icrasının Bakı şəhər Nəsimi rayon Prokurorluğuna, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. 21.10.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İddiaçıya izah olunur ki, hazırki tələblə bağlı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “məhkəmə qərarının icra olunması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7186/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7186/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver