Məhkəmə qərarları › İş №2-1(112)-719/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-719/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-719/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon X1rşı simli telefon xəttinin çəkilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Vişnyovka (Albalılıq) bağ sahəsi, 112 saylı bağ evinə simli telefon xəttinin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-3569/2020 nömrəli, 13.11.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, icraatda olan 2-1(112)-719/2021 saylı inzibati iş üzrə cavabdeh qismində iştirak edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi X4 özü təkliflə çıxış edərək bağ evinə simli telefon xəttinin çəkilişini 04.10.2021-ci il tarixində həyata keçirmişdir. Cavabdeh ərazidə yerinə baxış keçirərkən həqiqətəndə hər bir blokda 10 ədəddən çox telefon xəttinin olması müşahidə edilmişdir. Ona görə də simli telefon xəttinin çəkilişi təşəbbüsü ilə çıxış etmişdirlər. Hazırda onun bağ evinə simli (rüsum 30 manat) telefon xətti çəkilmişdir, o və ailəsi tərəfindən istifadı edilməkdədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq icraatda olan 2-1(112)-719/2021 saylı iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin təşəbbüsü əsasında həllini tapdığı üçün yəni, simli telefon xəttinin çəkilməsi ilə əlaqədar olaraq (rüsum 30 manat) inzibati işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə 21.10.2021ci il tarixli, 105-1-11/4047-21 nömrəli məktub ünvanlanlayaraq bildirmişdir ki, İddiaçı yaşadığı Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Yeni sahə ünvanı EATS-453 (Albalılıq), PŞ-04, k/q-21/22-nin xidməti ərazisində yerləşir. Belə ki, k/q-21/22-nin xidməti ərazisində boş bölüşdürücü cütlük olsa da sağlam boş magistral cütlük olmadığından İddiaçı məxsus evi telefonla təmin etmək mümkün olmurdu. İddiaçı telefona olan tələbatının ödənilməsi məqsədilə 20.07.2020-ci il tarixində aylıq borca görə istifadədən çıxarılmış ***-**-** nömrəli telefonun zədəli magistral cütlüyü bərpa olunmuşdur. Bərpa edilmiş magistral cütlüyün texniki göstəriciləri hesabına İddiaçı yaşadığı ünvana ***-**-** saylı telefonun qoşulması 06.10.2021-ci il tarixindən təmin edilmişdir. Qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş 04.10.2021-ci il tarixli “Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə “Abunəçi” arasında” müqavilənin surətindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Albalılıq bağ sahəsi, 112 saylı bağ evinə telefon xətti çəkilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon X1rşı simli telefon xəttinin çəkilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar