Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7190/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə müraciət etmiş, lakin fərdi hesabında pensiya kapitalı az olduğuna görə pensiya təyin edilməsindən ona imtina verilmişdir. Hal-hazırda 61 yaşı var, ümumi əmək stajı 25 ildən çoxdur, 4 il bundan əvvəl iddiaçının güzəştli stajı çatırdı, indi çatmır. İddiaçıya güzəştli pensiyanı əvvəl ona görə təyin etməmişlər ki, 2 il stajı çatmır. İddiaçı indi hal-hazırda 2 ildir işləyir və 25 il əmək stajı var, 20 ildən artıq qaynaqçı stajı var, lakin cavabdeh yazır ki, guya qaynaqçı stajı 9 il 10 ay 2 gündür. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********2 saylı etirazda bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi 20 iyul 1977-ci il tarixli ******* nömrəli və 15 oktyabr 1982-ci il tarixli ******* nömrəli əmək kitabçalarında qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 10 ay 2 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18881,99 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Nərimanov RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Spitak şəhərində anadan olmuşdur. - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978ci il tarixdən xx.xx.1980-ci il tarixə qədər həqiqi hərbi ximdətdə olmuşdur. - İddiaçıya məxsus “adın, ata adının, soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, onun soyadı “Cəfərov”dan “İsgəndərli”yə dəyişdirilmişdir. - İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli 4080 saylı attestatdan görünür ki, o, Kirovabad şəhər 38 saylı texniki peşə məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər təhsil almışdır. - İddiçıya məxsus BТ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Petrov adına Xerson Kombayn zavodunun İB qaynaq montaj 1 saylı sexində avtomobillər üçün elektrik qaynaqçısı (Əmr № 449 xx.xx.1982 il), xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixədək Çernivits istehsal şöbəsi kənd təsərrüfatı texnikasında qaz elektrik qaynaqçısı (Əmr №274 xx.xx.1982 il), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək qaz elektrik şöbəsində qaynaqçısı (Əmr №75 xx.xx.1989 il), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Çernovetsk təmir və nəqliyyat təşkilatında qaz elektrik qaynaqçısı (Əmr № 211 xx.xx.1986 il), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək beş dərəcəli qaz elektrik qaynaqçısı (Əmr № 23 xx.xx.1987 il), xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Nəsimi TEU “BAKİSTİLİK”-də qaz elektrik qaynaqçısı” (Əmr №124 02.10.89 il), xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək qaz elektrik qaynaqçısı (Əmr № 05 xx.xx.1992 il), xx.xx.1992-ci il tarixdən xx.xx.1995-cı il tarixədək Nəsimi TEU, “BAKİSTİLİK” qaz elektrik qaynaqçısı (Əmr № 82 xx.xx.1992 il), xx.xx.1995ci il tarixdən xx.xx.1996-cı il tarixədək Binəqədi rayon İstilik İstismar sahəsində qaynaqçı (Əmr №29 xx.xx.1995-ci il), xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Binəqədi rayon İstilik İstismar sahəsində qaynaqçı (Əmr №19, xx.xx.1996-cı il), xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cı il tarixədək RSRU Bakı qaz elektrik qaynaqçısı (Əmr №33 04.12.96 il), xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri İstehsalat Qaz İdarəsində qaz qaynaqçısı (Əmr №280k xx.xx.1999-cu il), xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" QSC T.T.İ-si qaynaqçı (əmr №74 xx.xx.2002), xx.xx.2003cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" QSC T.T.İ-si qaynaqçı (əmr №101 xx.xx.2003), xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək “TS” firmasına mexanik (əmr №15) işləmişdir. - İddiçıya məxsus BТ seriyalı ******* saylı xx.xx.1977-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək ikinci dərəcəli qazan qurğularının telləri üçün boruların quraşdırılması üzrə çilingər-montajçı (Əmr № 65/k 21.07.77), xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Kirov İES-də 2-ci kateqoriyalı kimya sexində elektrik qaynaqçısı (Əmr №07/01-55 11.08.78), xx.xx.1980-ci il tarixdən 1.06.1981-ci il tarixədək Spitak Liftqayırma zavodu 3-d təcrübəli elektrik qaynaqçısı (Əmr №117 xx.xx.1980), xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Karadzorskiy kəndində mal qaraya baxan (Əmr №608 xx.xx.1981), xx.xx.1981ci il tarixdən xx.xx.1982-ci il tarixədək 4-cü dərəcəli elektrik qaynaqçı (Əmr №544k xx.xx.1981) işləmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 fevral 2021-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz 20 iyul 1977-ci il tarixli ******* nömrəli və 15 oktyabr 1982-ci il tarixli ******* nömrəli əmək kitabçalarınızda qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 10 ay 2 gün) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 38400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18881,99 manat təşkil edir”. - “SOCAR”ın xx.xx.2016-cı il tarixli SOCAR********************485 saylı arxiv arayışından görünür ki, Cəfərov (İsgəndərov) Mehman Qulu oğlu həqiqətən xx.xx.1996-cı il tarixli 33 saylı əmrlə Bakı şəhəri İstehsalat Qaz İdarəsi İxtisaslaşdırılmış Təmir tikinti sahəsinə 5-ci dərəcəli qaynaqçı vəzifəsinə təyin edilib. Bakı şəhəri İstehsalat Qaz İdarəsi İxtisaslaşdırılmış Təmir tikinti sahəsinin xx.xx.1999-cu il tarixli 7 saylı əmri ilə işdən azad edilmişdir. xx.xx.1999-cu il tarixli 280 saylı əmrlə Bakı şəhər İstehsalat Qaz İdarəsinin Baş qəza Dispetçer xidmətinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə təyin edilib. Bakı şəhəri İstehsalat Qaz İdarəsinin Baş qəza Dispetçer xidmətinin xx.xx.2002-ci il tarixli 104 saylı əmr ilə işdən azad edilib. Qeyd: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon vətəndaşlıq vəziyyəti haqqında aktların dövlət qeydiyyatı şöbəsinin xx.xx.2004-cü il tarixli AZ-İ 001997 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnaməyə əsasən Cəfərov soyadı “İsgəndərov”a dəyişdirilib. - "xxxx" ASC-nin 06/276 saylı xx.xx.2016-cı il tarixli arayışından görünür ki, iddiaçı, həqiqətən, Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Nəsimi rayon X2 əmək müqaviləsinə əsasən xx.xx.1989-cu il tarixli 124 saylı əmri ilə xx.xx.1989-cu il tarixdən 2-ci sahəyə elektrik-qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Nəsimi Rayon İstilik İstismar Sahəsinin xx.xx.1992-ci il tarixli 24 saylı əmri ilə xx.xx.1992-ci il tarixdən Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Nəsimi Rayon İstilik istismar Sahəsinin xx.xx.1992-ci il tarixli 82 saylı əmri ilə xx.xx.1992-ci il tarixdən qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Nəsimi Rayon İstilik İstismar Sahəsinin xx.xx.1995-ci il tarixli 21 saylı əmri ilə xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Binəqədi Rayon İstilik İstismar Sahəsinin xx.xx.1995-ci il tarixli 29 saylı əmri ilə xx.xx.1995-ci il tarixdən qaynaqçı peşəsinə qəbul edilmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Binəqədi Rayon İstilik İstismar Sahəsinin xx.xx.1996-cı il tarixli 13 saylı əmri ilə xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Binəqədi Rayon İstilik İstismar Sahəsinin xx.xx.1996-cı il tarixli 19 saylı əmri ilə xx.xx.1996-cı il tarixdən qaynaqçı peşəsinə qəbul edilmişdir. Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin, Binəqədi Rayon İstilik İstismar Sahəsinin xx.xx.1996-cı il tarixli 42 saylı əmri ilə xx.xx.1996-cı il tarixdən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. 1.Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən “Bakıistilikşəbəkəsi” İstehsalat İdarəsi daxil olmaqla Bakı şəhər X1 Birliyi yaradılmışdır. Bakı X1 Birliyinin 02 aprel 2001-ci il tarixli 14/H saylı əmrinə əsasən Bakı İstilik Şəbəkəsi İstehsalat İdarəsinin adı dəyişdirilərək 1 saylı İstilik İdarəsi, İstilik Şəbəkələri və Suqızdıran qazanxanalar Müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 456 saylı sərəncamına əsasən Bakı İstilik İdarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələri ləğv edilərək bazasında Bakı Şəhəri İstilik İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 847 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Elektrik-qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 23200000-11620 - elektrik-qaz qaynaqçısı 6 il, 13 gün. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 6 il, 13 gün təşkil edir. - SOCAR”ın xx.xx.2016-cı il tarixli 01/RN-03-RŞ-999/2 saylı arxiv arayışından görünür ki, iddiaçı "xxxx" QSC-nın Təmir-tikinti İdarəsinə xx.xx.2002-ci il tarixdə müvəqqəti əmək müqaviləsi əsasında 5-ci dərəcəli qaynaqçı peşəsinə qəbul edilib (Əmr №74; 01.08 2002). xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilib. (Əmr №152; xx.xx.2002). xx.xx.2003-cü il tarixdə yenidən Təmir-tikinti İdarəsinə 6-cı dərəcəli qaynaqçı peşəsinə qəbul edilib (Əmr №101; xx.xx.2003). xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-ci maddəsinin 3-cü hissəsinə əsasən (İşçinin təşəbbüsü) işdən azad edilib. (Əmr № 99, 20.05 2004). Qeyd: 1 Həmin peşə iş xarakterinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinin əlavə 1N 3 8 bəndınə əsasən zərərli kimi nəzərdə tutulmuşdur Qeyd. 2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon vətəndaşlıq vəziyyəti haqqında aktların dövlət qeydiyyatı şöbəsinin 23 07.2004-cü il tarixli AZ-İ 001997 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnaməyə əsasən Cəfərov soyadı “İsgəndərov”a dəyişdirilib. Qeyd. 3 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-ci il tarixli 366 saylı Sərəncamı ilə "xxxx" QSC ARDNŞ-nin tabeliyinə verilmiş, ARDNŞ-nin xx.xx.2009-cu il tarixli 100 nömrəli əmrinə əsasən "xxxx" QSC "xxxx" İstehsalat Birliyi adlandırılmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının güzəştli iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçalarından və güzəştli arayışlardan görünür ki, iddiaçı tələb olunan 12 il 6 ay güzəştl iş stajını toplamamışdır. Belə ki, iddiaçı xx.xx.1980-1.06.1981 illərdə ( 06 ay 15 gün), xx.xx.1981-xx.xx.1982 illərdə (04 ay 27 gün) elektrik qaynaqçı, xx.xx.1989-xx.xx.1992 illərdə (2 il 04 ay 24 gün) qaz elektrik qaynaqçısı, xx.xx.1992-xx.xx.1995 illərdə (2 il 08 26 gün) qaz elektrik qaynaqçısı, xx.xx.1995-xx.xx.1996 (06 ay 09 gün), xx.xx.1996-xx.xx.1996 (5 ay 2 gün) illərdə qaynaqçı, "xxxx" QSC Təmir-Tikinti İdarəsində xx.xx.2002-xx.xx.2002 (4 ay 19 gün), xx.xx.2003-xx.xx.2004 (09 ay 20 gün) illərdə qaynaqçı işləməklə, ümumilikdə 8 il 2 ay 24 gün güzəştli iş stajını toplanmışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-7190/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7190/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver