Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7195/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X1, Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra – iddiaçılar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı Cavabdeh2na, Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizələrinin təmin edilərək xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ailə başçıları X3 adına rəsmiləşmə ilə məxsus olmaqla ümumi ailəyə məxsus olan, sahəsi 162,3 kv.metr olan əmlak kompleksi aldadılmaqla Cavabdeh3 və onun qardaşı olan Vüqar, həmçinin Nəsimi və Ədalət adlı şəxslərin birgə əlbir olaraq qanuna zidd və cinayətkar əməlləri nəticəsində əlindən alınaraq qəsb edilməklə mənimsənilmişdir. Belə ki, Gülağa Bağırov xx.xx.2015-ci il tarixində rəsmən alqı-satqı etməklə (əslində isə bu alqı-satqı formal olmuşdur) Cavabdeh3 50000 ABŞ dolları məbləğində əlavə aylıq 6 faiz olmaqla sələmə borc götürmüşdür. Alqı-satqı 2 saylı ASAN xidmətdə rəsmiləşdirilmişdir. Həmin vaxt İddiaçı1 2 saylı ASAN xidmət mərkəzinin Notariat kontorunda hansısa sənədlərə imza etmiş, ona bildirilmişdir ki, qeyd olunan əmlak kompleksini girov qoyaraq həyat yoldaşı Gülağa Bağırov faizlə borca pul götürür. Yəni alqı-satqı barədə məlumatı olmamış, yetkinlik yaşına çatmış övladlarının ümumiyyətlə razılıq ərizələri alınmamışdır. Daha sonra məlum olmuşdur ki, borcun ödənilməsinin təmin edilməsi məqsədilə həmin əmlak satılmış, qalıq məbləğ isə borcalana qaytarılmamışdır. Göründüyü kimi əmlak kompleksi bir qrup şəxs tərəfindən qəsb edilməklə mənimsənilmişdir. Bu səbəbdən xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsi ləğv edilməlidir. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələbini müdafiə etdi, onunla oxşar məzmunlu izahat verərək iddianın mümkün hesab edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə və digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçıların tələbinin mahiyyəti xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlıdır. İddiaçılar cavabdeh qismində həm Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat və Reyestr Baş İdarəsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” X2, həm də Cavabdeh3 göstərmişdir. Qeyd edilməlidir ki, inzibati məhkəmə mübahisələrinə dair işlər üzrə fiziki şəxslər yalnız qanunda göstərilmiş müstəsna hallarda cavabeh qismində çıxış edə bilərlər ki, hazırkı vəziyyət həmin hallara aid deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Göründüyü kimi notariat orqlanlarının hərəkət və hərəkətsizliyindən şikayətlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı hərəkətlərini qanunsuz hesab edirsə, həmin notariat ofisini cavabdeh kimi göstərməklə mülki məhkəmə icraatı çərçivəsində iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməlidir. İddiaçı X4 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirirsə, həmin şəxsləri cavabdehlər kimi göstərməklə, yenə mülki məhkəmə icraatı çərçivəsində iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməlidir. Belə olan halda həmin müqaviləni təsdiq etmiş notariat ofisi iş üzrə üçüncü şəxs kimi göstərilə bilər. Bu səbəbdən hətta məhkəmə tərəfindən iddiaçılara iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərilərək Cavabdeh3 cavabdehlər sırasından çıxarılarsa belə, bu iddianın mümkünlüyü məsələsinə təsir göstərməyəcəkdir. İddiaçının hüquqi marağı mülki hüquqi müqavilə ilə bağlı olduğu üçün iddianın istənilən formada qoyulması mübahisənin mümkün saylmasına səbəb olmayacaqdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 15 -ci bəndində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1.). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2.). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya həmin tələblə mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7195/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7195/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver