Məhkəmə qərarları › İş №2-1(112)-72/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-72/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-72/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçı Şirəliyev Səməndər Qədir oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Nərimanov rayon Polis İdarəsində işləyir), iddiaçının nümayəndəsi və vəkili Süleymanova Şəhanə Vahid qızının (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas, vəkil), üçüncü şəxs Mehriban Aslan qızının vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas, vəkil) iştirakı ilə, iddiaçı Şirəliyev Səməndər Qədir oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə işə üçüncü şəxs qismində Mehriban Aslan qızı, Həsənov Anar Rəşad oğlu, Həsənov Pənah Ramiz oğlu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirəliyev Səməndər Qədir oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mehriban Aslan qızı, X11 və X10 (əvvəlki adı X8) məhkəmə icraatına cəlb edilməklə, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinin X5 (hazırda X10) ayrılmasına dair xx.xx.2004-cü il tarixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsi Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 nömrəli qərarı ilə xx.xx.2006-cı il tarixində 682 nömrəli alqı-satqı müqaviləsi bağlamaqla fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. Həmin vaxt maddi imkanı yaxşı olmadığından tikintini həyata keçirə bilməmişdir. Lakin mütəmadi torpaq sahəsinə baş çəkmiş, həmişə onu nəzarətdə saxlamışdır. Təxminən 2011-2012-ci illərdə 30000 manata yaxın pul xərcləyərək, həmin torpaq sahəsini abadlaşdırmış, torpaq sahəsinə beton svaylar vurmuş, tikilmiş hasarı böyütmüş, qapı qoymuşdur. 2018-ci ilin noyabr ayının əvvəllərində yaşayış evinin tikilməsinə başlayan zaman bir qrup şəxs gələrək bu yerin 200 kv m sahəsinin Binəqədi rayon məhkəməsinin hakimi Fərrux Qasımova məxsus olduğunu bildirmişlər. Bu yaxınlarda Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan xx/xx-1517/8-4 nömrəli icra işi ilə bağlı ona məlum olmuşdur ki, Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 nömrəli qərarı ilə ona ayrılmış, xx.xx.2006-cı il tarixində, 682 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsini aldığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinə dair Mehriban Aslan qızının adına xx.xx.2017-ci il tarixində RX № ******* çıxarış verilmişdir.İddiaçı hesab edir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m hissəsinin X5 (hazırda X10) ayrılmasına dair xx.xx.2004-cü il tarixli, 245 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişdir.Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında iştlrak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Ş.Süleymanova iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs M.Aslan qızının vəkili V.Şamilov məhkəmə iclasında çıxış edərək göstərdi ki,hüquqlarını müdafiə etdiyi şəxsin arxiv arayışı vardır, 2017-ci ildən çıxarış almışdır, görünür ki, torpaq ona aiddir. Üçüncü şəxs M.Aslan qızının vəkili V.Şamilov iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin 595 №-li, xx.xx.2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv metr torpaq sahəsinin vət.İddiaçı tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq həmin torpaq sahəsi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 682 №li, xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv metr torpaq sahəsi həmin bələdiyyə tərəfindən iddiaçıya satılmışdır və həmin torpağın situasiya planı tərtib edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 245 №li, xx.xx.2004-cü il tarixli qərarına əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv metr torpaq sahəsi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №li çıxarışa əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 0,02 ha torpaq sahəsi X6 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, qeydiyyat tarixi xx.xx.2017-ci il göstərilmişdir. xx.xx.2017-ci il tarixli, ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X10 Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsini Həsənov Anar Rəşad oğluna satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №li çıxarışa əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 0,02 ha torpaq sahəsi Həsənov Anar Rəşad oğlunun xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, qeydiyyat tarixi xx.xx.2017-ci il göstərilmişdir. xx.xx.2017-ci il tarixli, ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Həsənov Anar Rəşad oğlu Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsini Mehriban Aslan qızına satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarışa əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 0,02 ha torpaq sahəsi Mehriban Aslan qızının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, qeydiyyat tarixi xx.xx.2017-ci il göstərilmişdir. Bakı şəhəri, 9-cu mkr, C.Cabbarlı küçəsində Məmədov Ramin Ramiz oğluna fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin situasiya planına əsasən nəzərdə tutulan torpaq sahəsi 14x14,3 kv metr ölçüdə olmuşdur. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 114 №li, xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 200 kv metr torpaq sahəsi həmin bələdiyyə tərəfindən X1. “X2”nin 105 №li, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən iddiaçı Şirəliyev Səməndər Qədir oğluna fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin situasiya planında hər hansı tərpənməz nöqtəyə bağlılıq olmadığından həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planının hər hansı tərpənməz nöqtəyə bağlılıq koordinatları olmadığından həmin torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli, seriya RX ******* №li çıxarışla üçüncü şəxs Mehriban Aslan qızının mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır, tərəflərə ayrılmış torpaq sahələrinin üstüstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində 200 kv metr torpaq sahəsinin Məmmədov Ramin Ramiz oğluna (hazırki adı Həsənov Pənah Ramiz oğlu) ayrılmasına dair xx.xx.2004-cü il tarixli, 245 №li qərarına əsasən situasiya planının hər hansı tərpənməz nöqtəyə bağlılığı, koordinatları olmadığından həmin torpaq sahəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində 330 kv metr torpaq sahəsinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 595 №-li qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün situasiya planı ilə təklif olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır,Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 245 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin situasiya planının hər hansı tərpənməz nöqtəyə bağlılığı, koordinatları olmadığından həmin torpaq sahəsi ilə məhz həmin qərar əsasında DƏDRX-nin 1 saylı BƏİ tərəfindən xx.xx.2017-ci il tarixdə Mehriban Aslan qızına verilmiş çıxarışdakı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır.Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi 300 kv metrdir və həmin torpaq sahəsinin 200 kv metr hissəsi DƏDRX-nin 1 saylı BƏİ tərəfindən xx.xx.2017-ci il tarixdə Mehriban Aslan qızına verilmiş çıxarışdakı torpaq sahəsinin cənub-şərq hissəsində koordinatları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin 595 №-li, xx.xx.2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv metr torpaq sahəsi İddiaçı ayrılaraq alqı-satqı müqaviləsi bağlanmışdır, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 245 №-li, xx.xx.2004-cü il tarixli qərarına əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarl küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv metr torpaq sahəsi X5 ayrılmışdır, həmin şəxs tərəfindən torpaq sahəsinə çıxarış əldə edilərək torpaq sahəsi X9, sonuncu tərəfindən isə Mehriban Aslan qızına satılmışdır.Hazırda iddiaçı Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv metr torpaq sahəsinin X5 ayrılması haqqında Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 245 №li, xx.xx.2004-cü il tarixli qərarını mübahisələndirərək ləğv edilməsini tələb edir, tələbini onunla əsaslandırır ki, iddiaçı özünə məxsus torpaq sahəsində tikinti işləri aparmadığından ona məxsus torpaq sahəsinə dair arxa tarixlə müqavilə və qərar tərtib edilmiş, həmin əməlləri pərdələmək üçün torpaq sahəsini başqa şəxslərin adına rəsmiləşdirməyə çalışmışlar.Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərinə əsasən iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Lakin inzibati icraat qaydasında işə baxılarkən iddiaçının mübahisələndirdiyi inzibati aktın - cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr, C.Cabbarlı küçəsində torpaq sahəsinin X5 (hazırda X7) ayrılmasına dair xx.xx.2004cü il tarixli, 245 nömrəli qərarının qanun pozulmaqla qəbul edilməsi halları müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, inzibati işin halları ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə mübahisələndirilən qərarda göstərilən torpaq sahəsinin də eyni torpaq sahəsi olması müəyyən ediməmişdir, belə ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası qarşısında qoyulan suallara ekspert tərəfindən cavab verilməsi torpaq sahəsinin situasiya planının hər hansı tərpənməz nöqtəyə bağlılığı, koordinatları olmadığından mümkün olmamışdır. Məhkəmə o halı da xüsusi qeyd edir ki, mübahisələndirilən qərarla torpaq sahəsinin ayrılması iddiaçıya torpaq sahəsinin ayrılmasından əvvəlki tarixdə baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şirəliyev Səməndər Qədir oğlunun cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m hissəsinin X5 (hazırda X10 adlanır) ayrılmasına dair xx.xx.2004-cü il tarixli, 245 nömrəli qərarın ləğv edilməsi barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Şirəliyev Səməndər Qədir oğlunun cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m hissəsinin X5 (hazırda X10 adlanır) ayrılmasına dair xx.xx.2004cü il tarixli, 245 nömrəli qərarın ləğv edilməsi barədə iddiası rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar