Məhkəmə qərarları › İş №2-1(112)-72/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-72/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-72/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxs Zeynal-zadə Rasim Əli oğlunun, Üçüncü şəxs Zeynal-zadə Samir Abas oğlunun, Üçüncü şəxsin nümayəndəsi (vəkili) X2 iştirakları ilə, iddiaçı - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, iddiaçı -İddiaçı2-nin, iddiaçı -İddiaçı3 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının cavabdeh - Cavabdehnə üçüncü şəxs - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs- -Zeynal-zadə Rasim Əli oğlu, üçüncü şəxs - X4, üçüncü şəxs -X3 qarşı “sərəncamların və digər sənədlərin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İddiaçı2-nin, İddiaçı3 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyası Cavabdehnə qarşı (üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Zeynal-zadə Rasim Əli oğlu, X4, X3) “sərəncamların və digər sənədlərin ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. İddiaçılar xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Zeynalova iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi T.Yeganlı iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs R.Zeynal-zadə iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs S.Zeynal-zadə iddia ərizəsi və ona əlavə olunmuş sənədərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatını dinləyərək, hesab edir ki, iddiaçıların iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İddiaçı2-nin, İddiaçı3 İxtisaslaşdırılmış Mədə- Bağırsaq Sanatoriyasının Cavabdehnə qarşı (üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Zeynal-zadə Rasim Əli oğlu, X4, X3) “sərəncamların və digər sənədlərin ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İddiaçı2-nin, İddiaçı3 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İddiaçı2-nin, İddiaçı3 İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının Cavabdehnə qarşı (üçüncü şəxslər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Zeynal-zadə Rasim Əli oğlu, X4, X3) “sərəncamların və digər sənədlərin ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar