Məhkəmə qərarları › İş №2-1(112)-72/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-72/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-72/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdehndən xüsusi mülkiyyətində olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, 47 saylı 1/3 hissəsinin, ½ ihssəsinə dair paylı mülkiyyətdə olan tikili üzrə hər birinə 44.425 AZN, torpağa istifadə və mülkiyyət hüququ üzrə 72.500, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 15.000 AZN, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 faizinin tutulmaısna dair, çətinliyə görə ümumi kompensasiya məbləğinin 10 faizinin tutulmasına dair, köçürmə ilə əlaqədar ödənilən 1000 AZN kompensasiyanın tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün yaşadığı ünvan 2 ünvan da həmin söküntü zonasında yerləşdiyindən cavabdehin təşkil etdiyi komissiyada dəfələrlə olmuşlar. Göstərilən ünvanın ümumi sahəsi 177.1 kv.m olmaqla 1/3 hissəsinin, 1/2 hissəsi xüsusi mülkiyyət hüququ üzrə mülkiyyətindədir.Dəfələrlə cavabdehə müraciət edilsədə ərizəsinin qəbul olunmasından imtina edilmişdir. İddiaçı qeyd etmişdir ki, xüsusi mülkiyyət hüququnu təsdiq edən DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, M.A.Əliyev küçəsi, 47 saylı evin ümumi sahəsi 177,1 kv.m təşkil edir və 1/3 hissəsənin 1/2 hissəsində hüququ dövlət qeydiyyatına alınmışdır. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrinin, fərdi, kollektiv və koorperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçilindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydaya əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun mənasına görə artıq sözügedən torpağa dair Dövlət tərəfindən stifadə hüququ mülkiyyət hüququ ilə də tanınmışdır. Göründüyü kimi qanunlarla mövcud olan və qorunan hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Bundan başqa 0,027 ha torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsi qanuni əsaslarla faktiki xüsusi mülkiyyətində və istifadəsində olduğundan hər 1 kv.m sahənin 1500 AZN alınmaya məruz galdığnı nəzərə alaraq toprağa ödənilməli olan kompensasiya məbləğinin 72.500 azn vəsaitin cavabdehdən tutulması barədə qətnamə çıxarılmalıdır. İddiaçı qeyd etmişdir ki, o,həmin evdə doğulduğu andan yaşamışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4.4-cü maddəsinə əsasən çətinliklərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyənləşdirilir. Daşınar əmlakların cavabdehin qanunazidd hərəkətləri nəticəsində razılıqları olmadan söküldüyündən və nəticədə əşyaları məhv olduğundan 15.000 AZN ziyan dəymişdir. İddiaçı qeyd etmişdir ki, hüquqlarının pozulması faktı artıq baş vermişdir. Mübahisənin mahiyyətindən də göründüyü kimi dövlət tərəfindən xüsusi mülkiyyətdə olan sahə güya kompensasiya ödənilməklə alınmış, lakin cavabdeh bilərəkdən əmlakı məhv etmiş və artıq neçə illərdir ki, kompensasiya ödəməkdən yayınır. Qeyd etdiklərini nəzərə alaraq iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir.

3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-2271/2019 saylı 12 iyun 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişdir.

4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-2271/2019 saylı 09 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Əlyoldaş oğlunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 47 saylı evin 1/3 hissəsinin ½ hissəsinə dair kompensasiya ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qalan hissədə isə iddia tələbi rədd edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2567/19 saylı 29 dekabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismin təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2271/2019 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Mübahisə ilə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Kollegiya iddiaçıya məxsus əmlakın “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq alınmanın təsirinə məruz qalan əmlak olmaqla kompensasiya müqabilində sökülməli olması barədə məhkəmənin mövqeyi ilə razılaşır. Lakin, hesab edir ki, birinci instansiya məhkəməsi kompensasiyaya təsir edən iş üçün əhəmiyyət kəsb edən aşağıdakı halları araşdırmamışdır. Belə ki, işdə olan dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 177.1 kv.m olan mübahisəli fərdi yaşayış evinin 1/3 hissəsinin bir hissəsindən ½ hissənin iddiaçıya mülkiyyət hüququ üzrə məxsus olduğu müəyyən olunsa da, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində sözügedən evin 1/3 hissəsinin ½ hissəsinə dair kompensasiya ödənilməsi qənaətinə gəlmişdir. Digər tərəfdən iş materialları, dövlət reyestrindən çıxarışla iddiaçıya məxsus 1/3 hissəsinin bir hissəsindən ½ hissənin mübahisəli evin ümumi sahəsinin hansı ölçüsünü əhatə etdiyini müəyyən etmək mümkün deyildir. Mübahisəli evin cavabdeh orqan tərəfindən söküldüyü və iş materialları ilə iddiaçıya məxsus payın konkret hansı ölçüdə olması müəyyən edilmədiyi halda, kompensasiyanın hansı kvadrat metr ölçüyə münasibətdə hesablanacağı aydın deyildir. Birinci instansiya məhkəməsi işin sadalanan hallarını nəzərə almamış, mübahisəli evə dair ilkin hüquqmüəyyənedici sənədləri daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqandan tələb etmədən, mübahisəli evin digər paylı mülkiyyətçilərinə kompensasiya hesablanarkən payların konkret hansı ölçüdə qəbul edilməsinə əsas verən köçürülmə komisisyasının sənədlərini araşdırmadan, kompensaisya almış digər payçıları şahid qismində dindirmədən, eləcə də, kompensasiyanın hansı qiymətlə hesablanmalı olmasını müəyyən etmədən və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım etmədən iddia tələbini qismən təmin etmişdir. Halbuki, qeyd edilən şəkildə iddia tələbinin qismən təmini gələcəkdə qərar qanuni qüvvəyə mindiyi təqdirdə qərarın icrasını qeyri-mümkün edə və yeni inzibati mübahisələrə yol aça bilər.”

6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, M.A.Əliyev küçəsi 47 saylı evin 1/3 hissəsinin bir hissəsindən ½ ihssəsinə (29/52 kv.m) görə 44280 manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, həmin sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iş materiallarından məlum olur ki, Bakı şəh., Yasamal rayonu, M.A. Əliyev küç.,47 saylı evə dair ******* saylı xx.xx.2012-ci il tarixli çıxarış mövcuddur ki, həmin mülkiyyət hüququnu təsdiq edən sənəddə İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçməmişdir. İddiaçının özünün məhkəməyə təqdim etdiyi RX seriyalı ******* saylı çıxarışa əsasən isə iddiaçının mübahisə predmeti olan evə dair 1/3 hissəsinin bir hissəsindən-1/2 hissəsi xx.xx.2018-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçmişdir. Bundan başqa, Bakı şəh., Yasamal rayonu, M.A. Əliyev küç.,47 saylı evə dair paylı mülkiyyətçilərə müvafiq kompensasiya ödənilərək sözügedən ev 2014-cü il tarixində sökülmüşdür. Belə olduğu halda artıq mövcud olmayan evə dair 2018-ci il tarixdə mülkiyyət hüququnun qeydiyyatdan keçməsi və RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışın qanuni olduğu şübhə doğurur. Bunu da, qeyd edirlər ki, ev söküldüyündən artıq 5 il keçibdir, lakin iddiaçı indi kompensasiya ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Bundan başqa, həmin ünvanda yerləşən ümumi istifadədə olmuş 0,027 ha torpaq sahəsi iddiaçı istinad etdiyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.3.1-ci maddəsinin təsirinə düşmür. Belə ki, həmin torpaq sahəsi tikilinin altında yerləşən torpaq sahəsi olmuşdur ki, bu da dövlətə məxsus torpaq sahəsidir və bu torpaq sahəsinə dair kompensasiya ödənilmir. İddiaçı sökülmə nəticəsində məhv olunmuş daşınar əmlaklar üzrə 15 000 manat tələb etməsinə gəldikdə isə, bildirirlər ki, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacı üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşmüşdür.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 47 ünvanında yerləşən ümumi sahəsi 177.1 kv.m olan fərdi yaşayış evi 1/3 hissənin bir hissəsindən – ½ hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə paylı xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən İddiaçı və Baba-zadə Gülçöhrə Əliyoldaş qızına məxsus Yasamal rayonu, M.A.Əliyev küçəsi, ev 47 ünvanında yerləşən yaşayış sahəsinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş Qiymətləndirmə Hesabatı məhkəməyə təqdim edilmişdir. Həmin ekspert rəyində əlavə xərclər nəzərə alınmaqla əsas və əlavə sahələr üçün 1 kv.m-in qiyməti 1500 manat müəyyən edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinn 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********15 nömrəli məktubla ünvan 2 fərdi yaşayış evinə dair müvafiq sənədlərin (çıxarış, alğı-satqı müqavilələri və s.) təsdiq edilmiş surətləri təqdim edilmişdir .

14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 01 sentyabr 2020-ci il tarixli 1422/D nömrəli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli 29.2.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 3 ünvanına dair “Qiymətləndirmə Cədvəlləri”nin, alğı-satqı müqavilələrinin və əlavə olunmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mübahisəli evin digər paylı mülkiyyətçilərinə əlavə xərclər nəzərə alınmaqla əsas və əlavə sahələr üçün 1 kv.m–in qiyməti 1500 manat müəyyən edilmişdir.

15. Məhkəmənin 2-1(112)-72/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4079 nömrəli 26 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə İddiaçı məxsus 1/3 hisəssinin bir hissəsindən ½ hissəsi evin ümumi sahəsinin 29.52 kv.m hissəini əhatə edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Hazırki iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

22. Belə ki, məhkəmə tərəfindən yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə mübahisəli, yəni ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013cü il tarixli, 501 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə satın alınması layihəsi çərçivəsində ünvan 6 ünvanında yerləşən yaşayış evi ilə bağlı həmin fərdi yaşayış evinin mülkiyyətçiləri ilə Bakı şəhəri Cavabdeh arasında alğı-satqı müqavilələri bağlanılmışdır. Alğı-atqı müqavilələri "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəllərində müəyyən edilmiş qiymətlərə əsasən, əsas və köməkçi sahələrinin 1 kv.m-i 1500 manatdan hesablanmaqla həyata keçirilmişdir. Həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 177.1 kv.m olmaqla onun 1/3 hissəsinin bir hissəsindən ½ hissəsinin mülkiyyətçilərindən biri iddiaçıdır. İddiaçı hazırki iddia tələbi ilə mülkiyyətində olan həmin hissəyə görə cavabdeh tərəfindən ona kompensasiya məbləğinin ödənilməsini tələb edir.

23. Məhkəmə hesab edir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin iş materiallarında olan ekspert rəyinə əsasən 1/3 hissəsinin bir hissəsindən ½ hissəsi 29,52 kv.m təşkil etdiyindən və həmin hissənin satılması ilə əlaqədar iddiaçıya Bakı şəhəri Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alğı-satqı qaydasında alınaraq, pul məbləğinin ödənilməsi sübuta yetirilmədiyindən fərdi yaşayış evinin iddiaçıya məxsus 1/3 hissəsinin bir hissəsindən ½ hissəsinə (29.52 kv.m) görə kompensasiya ödənilməsi tələbi təmin edilməli, iddiaçıya məxsus 1/3 hissəsinin bir hissəsindən ½ hissəsinə (29.52 kv.m) görə 44280 manat (29,52 kv.m×1500) manat məbləğində kompensasiya məbləği İddiaçı ödənilməlidir.

24. Məhkəmə cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının adına mübahisəli ünvana dair paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarış mövcuddur və həmin çıxarışın surəti məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmişdir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.9-cu maddəsində təsbit olunduğu kimi, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyeklərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədilə alınır.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinin müddəalarına (24.1-246.5) əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) qəbul edir (246.1). Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır (246.2). Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir (246.3). Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər (246.4). Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir (246.5).

28. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər.

29. Qanununvericiliyin normalarından göründüyü kimi, qanuna əsasən alınmanın təsirinə məruz qalan ərazidə yerləşən torpaq sahəsi və digər əmlakların və əmlak hüquqlarının qiymətləndirilməsi «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq həyata keçirilir və həmin qanuna əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər kompensasiya ala bilər.

30. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, M.A.Əliyev küçəsi 47 saylı evin 1/3 hissəsinin bir hissəsindən ½ hissəsinin (29.52 kv.m) sökülməsinə görə İddiaçı 44280 (qırx dörd min iki yüz səksən) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar