Məhkəmə qərarları › İş №2-1(112)-720/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-720/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-720/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı2 vəkili X20, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxslər X12 və X14 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X18 və X21 işə cəlb edilməklə sərəncamın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X18 və X21 işə cəlb edilməklə X14 adına 11/145 inventar nömrəli, 23.02.2008-ci il tarixli texniki pasportun Bakı şəhəri Cavabdeh başçısının 388/5 nömrəli, 07.07.2004-cü il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə hazırlıq iclası 26.01.2022-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar və İddiaçı2 vəkili X29 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraz edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs İ.Ələkbərov iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs H.Əhmədov iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İşdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq məhkəmə iclasında iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi Qeydiyyat Vəsiqəsi ilə X3nun adına 11/27 payda xüsusi mülkiyyət kimi X9 və bu barədə reyestr kitabında 181 səhifə 8696 qeydə alma 30 N-lə 21700 28.11.1995-ci il tarixdə qeydiyyat aparılmışdır. Bundan başqa, X3nun 1964-cü il tarixində verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mövcuddur. Həmin pasportda tam ətraflı olaraq mənzillərinin və mənzilə bitişik olan, daim ailələrinin istifadəsində olan qeyri-yaşayış sahəsi yəni "qaraj” tam olaraq ətraflı göstərilmişdir. 29.08.2019-cu ildə X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 44 saylı evə dair ilkin torpaq sənədlərinin, ilkin texniki pasportun surətinin verilməsinə dair ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən müraciətə baxılmış və 11.09.2019-cu il tarixli cavab məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov keçəsi, 44 saylı evə dair tərtib edilmiş texniki pasportun təsdiq edilmiş surətlərini göndərmişlər. Həmin surətlərə diqqət yetirildikdə, müəyyən olunur ki, X7 məxsus ev, evə bitişik qaraj (evin içindən qaraja giriş-çıxış) tam olaraq aydın və ətraflı göstərilmişdir. X3 15.04.2020-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra bütün sənədləşmə yəni atasının adına olan mənzil anası İddiaçı2 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, daima onların ailələrinin istifadəsində olan qeyri-yaşayış sahəsi yəni qaraja, həmin mənzildə, ümumiyyətlə heç həmin ərazidə yaşamayan, hər hansı bir aidiyyatı olmayan, qarajdan istifadəsi mümkün olmayan X14 adına qanunsuz olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Sonra isə X21 onların qarajını X18 adlı bir şəxsə satmışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişlər və onlara bildirilmişdir ki, X14 adına 11/145 inventar nömrəli, 23.02.2008-ci il tarixli texniki pasport Bakı şəhəri, Cavabdeh başçısının 388/5 nömrəli, 07.07.2004- cü il tarixli sərəncamı əsasında tərtib edilmişdir. X2 əmlakı 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, 26.10.2020-ci il tarixli, 4Ə-970 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X1. Bu cavabı aldıqdan sonra dərhal Bakı şəhəri Cavabdehnə müraciət etmişlər ki, həmin sərəncam qeyri-qanuni, saxta sənəd əsasında verildiyi üçün ləğv edilsin. Lakin, İcra Hakimiyyətinin 22 fevral 2021-ci il tarixli, 9/M-33-126 saylı cavab məktubunda mülkiyyət hüquqlarının pozulmasına dair mübahisəli vəziyyət məhkəmə predmeti olduğundan məsələnin hüquqi müstəvidə həllinin zəruriliyini qeyd etmişlər. Hesab edirlər ki, bu cavabla icra hakimiyyəti həqiqətin və əsl səbəbin üzə çıxmasından suni şəkildə yayınmışdır. İcra Hakimiyyəti və onun tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil İstismar Sahələrinin əməkdaşları bu evin və evə bitişik olan qarajın kimə verilməsi və illər boyu kimin istifadəsində olmasını çox yaxşı bilirdilər və məsələdən tam məlumatlı olmuşlar. Çünki, əraziyə və yaxud tabeliklərində olan sahələrə onlar tərəfindən nəzarət olunur. Hansı evin və sahənin kimin istifadəsində olması barədə çox yaxşı məlumatları vardır. Həmin qurumların icazələri olmasa ərazidə heç bir şey eləmək olmur. Onlar əmindirlər ki, bu qeyri-qanuni hərəkət məhz həmin qurumdan başlanmış və İH-də bitmişdir. Buna baxmayaraq, İcra Hakimiyyəti məsələyə qeyri-ciddi yanaşmışdır. Yəni, Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil İstismar Sahələrinin qeyri-qanuni, onların hüquqlarının pozulmasına gətirib çıxaran bu sərəncamını ləğv etməli olduğu halda bunu etmədi. Necə ola bilər ki, həmin ev və evlərinə bitişik, evdən həmin qeyri-yaşayış sahəsinə, yəni qaraja qapısı olduğu halda, eyni divar təşkil edən qarajları, daim qaraj və zirzəmi kimi istifadələrində olduğu halda, kimsə onların xəbərləri olmadan gəlib hansı yollarlasa “sərəncam” alır və həmin “sərəncam” əsasında oranı satır, digər şəxs gəlib çıxarış alır. Necə ola bilər ki, Bakı şəhəri Cavabdeh sənəd təqdim eləyəndə ordakı vəzifəli şəxslər tərəfindən həmin sənədin nəyin əsasında tərtib olunub-olmamasını, düzgün yazılıb-yazılmamasını və ümumiyyətlə gələcəkdə hər-hansı bir fəsadların verib verilməməsini araşdırmasın. Sərəncam veriləndə icra hakimiyyətinin nümayəndələri və yaxud çıxarış veriləndə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri tərəfindən qeyri-yaşayış sahəsinin (qarajın) içinə daxil olub ölçüləri götürməli, oradan evin içinə olan qapını görməli və həmin yerin onların ailələrinin istifadəsində olmasını və yaxud mülkiyyətinin üzərində olmasını araşdırmalı deyildilərmi? Bu kimi suallar çox ola bilər, çünki nə İcra Hakimiyyətinin nümayəndələri, nə də ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri heç həmin yerə, yəni qaraja və yaxud evə gəlib baxış keçirməyərək, həqiqəti üzə çıxarmayaraq üzərlərinə düşən vəzifələrini qanun çərçivəsində tam olaraq icra etməmişlər. O zamanlar, qarajın giriş qapısının açarı onlarda olmuşdur. Burdan belə nəticəyə gəlmək olar ki, həmin sərəncamın və sonradan “çıxarış”ın verilməsinə dair əməliyyatlar qeyri-qanuni aparılmışdır. Yəni, kiminsə və yaxud nəyinsə maraqları naminə. Qeyd olunan sənənədlərdən görünür ki, ev və ona bitişik olan qarajın arakəsməsi də, elə evin divarıdır. Mülkiyyət hüququ ilə onlara məxsus olan evin bir hissəsi necə kiminsə mülkiyyətinə keçə bilər. Araşdırma zamanı müəyyən edilməlidir ki, Bakı şəhəri, Cavabdeh başçısının 388/5 nömrəli, 07.07.2004-cü il tarixli “sərəncam”ı əsasında X14 adına tərtib edilmiş 11/145 inventar nömrəli, 23.02.2008-ci il tarixli texniki pasportu necə və hansı qanuni sənədlər əsasında verilmişdir?. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məsul şəxsləri “çıxarış” verərkən nəyə görə üzərlərinə düşən vəzifələrini tam qanuni və layiqinçə yerinə yetirməmişlər, burada nə maraqları olmuşdur? Onlar yerə sahəyə qaraja baxış keçirtməli, sahəni ölçməli sənədləşmə işlərini aparmalı idilər. Hal-hazırda da, həmişəki kimi evin içindən həmin qaraja qapı var və həmin qaraj evin içindən olaraq onların istifadələrindədir. Əlavə olaraq nəzərə çatdırırlar ki, Ali Məhkəmənin 1989-cu il tarixli qərarına əsasən səhifə 8-də tam ətraflı olaraq, həmin qeyriyaşayış sahəsi, yəni qarajın onların ailələrinin istifadəsinə verilməsi təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün zəruri sənədlər təqdim edilmişdir. Lakin, İcra Hakimiyyəti tərəfindən nə ərizələrinin, nə də ki, əlavə edilmiş hər hansı bir sənədə məhəl qoymamışdır. X5 və ondan sonra ailəsinin sahibliyində, istifadəsində olan qaraja dair yerli orqanların əməkdaşları tərəfindən edilmiş özbaşınalıq hərəkətləri nəticəsində sənədləşmə işləri aparılmışdır. Nəticədə onların hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatətlə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırda iddia predmetini obyekti olan Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyət başçısının 388/5 saylı, 07.07.2004-cü il tarixli sərəncamı ilə X16 Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 saylı fərdi yaşayış evinə bitişik qaraj sənədləşdirilmişdr. Təqdim olunmuş iddia tələbi – inzibati aktın qanunsuz hesab edilməsi ilə bağlıdır və Qanunla bu cür tələblər üzrə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması yoxlanılmalıdır. Məlumat üçün qeyd edirlər ki, iş materialarına əlavə edilmiş notarius tərəfindən 20 avqust 1985-ci il tarixli təsdiqlənmiş Vəsiyyətnaməyə əsasən fiziki şəxs X17 Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 saylı fərdi yaşayış evinin sahibi dünyasını dəyişdikdən sonra öz əmlakını X7 miras qoymuşdur. Birgə iddiaçılar X10, X4, X11 Ənvər Ağami oğlu cavabdeh X8 qarşı miras şəriklərinin tanıması və onlara çatası əmlak hissəsinə ayrılmasına dair Məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 1994-cü il tarixli Qərarından “əsaslandırıcı” hissəsinin 10-cü səhfəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, «далее, из материалов судебного заседания усматривается, что гараж также был построен после 1964 года, вне границ спорного домавладения родственником Мирзоева Аслана Гусеинали оглы - Мирзоевым Рамизом, инвалидом İİİ группы от рождения для своей автомашины, полученной по льготам для инвалидов»- “daha sonra məhkəmə iclasının materiallardan görünür ki, X5 yaxın qohumu olan anadangəlmə lll-cü qrup əlil Ramiz Mirzəyev 1964-cü ildən sonra sözügedən mübahisəli fərdi yaşayış evinin hüdudlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə həmin qarajı tiktirmişdir.” Qərarın 10-cü səhfəsinin 8-10-cü abzaslarında qeyd olunmuşdur ki, «Судебная коллегия принимает во внимание то обстоятельство, что Ахмедов Г.( Ахмедов Гаджи Хасмамед оглы) был пожилым человеком, не имел автомашины и не нуждался в строительстве гаража. При таком положении право собственности на гараж, как на зарегистрированное домовладения, должно принадлежать тому лицу, которое его построил. Судебная коллегия считает необходимым разъяснить право этого лица на обращение в суд в общеисковом порядке.» - “Məhkəmə kollegiyası bu halı da nəzərə alır ki, Q.Əhmədov (X17) yaşlı adam olub, avtomobili olmayıb və ona qaraj tikməyə ehtiyac olmayıb. Belə olan halda, dövlət qeydiyyatdan keçmiş fərdi yaşayış evinə mülkiyyət hüququ kimi sözügedən qaraja da, mülkiyyət hüququ onu tikən şəxsə məxsus olmalıdır. Məhkəmə kollegiyası zəruri hesab edir ki, həmin şəxsə bu məsələ ilə bağlı ümumi mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. Qərarın nəticə hissəsində 12-ci səhfəsinin 5-ci abzasında məhkəmə belə nəticəyə gəlmişdir ki, «Судебная коллегия решила: ... исключить из наследственной массы гараж, разъяснив право лицам, построевших это помещение, обращение в суд с иском о признании собственности на него.» - “Məhkəmə kollegiyası qərara aldı: ...qaraj ümumi əmlak siyahısından çıxarılsın və bu sahəni tikən şəxslərə həmin sahəyə mülkiyyət hüququna alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin” İddiaçılar İddiaçı1 və İddiaçı2 Xəyrulla qızı 15.04.2020 ci il tarixdə vəfat etmiş X5 varisləridir. Qaraj isə X5 mülkiyyətində olmayıb. Göstərilən xüsusata əsasən Cavabdeh hesab edir ki, bu cür tələblər üzrə iddiaçılarının həmin iddia tələbi üzrə subyektiv hüququnun olmaması sübut olunub, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-ci bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd). Qeyd olunan Plenumun qərarındakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr, icraatın bütün mərhələrində iddia mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə ilk öncə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddia ərizəsi və işin hallarından müəyyən edilir ki, iddiaçılar mübahisəli sərəncam barədə məlumatı “Pro Bono” vəkil bürosunun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********03 nömrəli, 05.02.2021-ci il tarixli cavab məktubundan əldə etmişlər və 09.03.2021-ci il tarixdə isə məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə hesab edir ki, iddiaçılar 30 günlük iddia müddətini ötürməmişlər. Lakin, iddiaçıların hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqları olmamışdır. Belə ki, iddiaçılar mübahisəli sərəncamla X14 adına sənədləşdirilmiş ünvan 4 ünvanda yerləşən qarajın İddiaçı1 X3nun adına tərtib edilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasportda evlərinə bitişik şəkildə əks olunmasına, bununla da, həmin qarajın onlara məxsus olmasına istinad etsələr də, iş materiallarına əlavə olunmuş notarius tərəfindən təsdiq edilmiş 20 avqust 1985-ci il tarixli Vəsiyyətnamə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 1994-cü il tarixli qərarından müəyyən edilmişdir ki, vəsiyyətnaməyə əsasən fiziki şəxs X17 Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 saylı fərdi yaşayış evinin sahibi dünyasını dəyişdikdən sonra öz əmlakın X7 miras qoymuşdur. Birgə iddiaçılar X10, X4, X11 Ənvər Ağami oğlu cavabdeh X8 qarşı miras şərikləriyi tanıması və onlara çatası əmlak hissəsinə ayrılmasına dair Məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 1994-cü il tarixli Qərarından “əsaslandırıcı” hissəsinin 10-cü səhfəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, «далее, из материалов судебного заседания усматривается, что гараж также был построен после 1964 года, вне границ спорного домавладения родственником Мирзоева Аслана Гусеинали оглы - Мирзоевым Рамизом, инвалидом İİİ группы от рождения для своей автомашины, полученной по льготам для инвалидов»- “daha sonra məhkəmə iclasının materiallardan görünür ki, X5 yaxın qohumu olan anadangəlmə lll-cü qrup əlil Ramiz Mirzəyev 1964-cü ildən sonra sözügedən mübahisəli fərdi yaşayış evinin hüdudlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə həmin qarajı tiktirmişdir.” Qərarın 10-cü səhfəsinin 8-10-cü abzaslarında qeyd olunmuşdur ki, «Судебная коллегия принимает во внимание то обстоятельство, что Ахмедов Г.( Ахмедов Гаджи Хасмамед оглы) был пожилым человеком, не имел автомашины и не нуждался в строительстве гаража. При таком положении право собственности на гараж, как на зарегистрированное домовладения, должно принадлежать тому лицу, которое его построил. Судебная коллегия считает необходимым разъяснить право этого лица на обращение в суд в общеисковом порядке.» - “Məhkəmə kollegiyası bu halı da nəzərə alır ki, Q.Əhmədov (X17) yaşlı adam olub, avtomobili olmayıb və ona qaraj tikməyə ehtiyacı olmayıb. Belə olan halda, dövlət qeydiyyatdan keçmiş fərdi yaşayış evinə mülkiyyət hüququ kimi sözügedən qaraja da, mülkiyyət hüququ onu tikən şəxsə məxsus olmalıdır. Məhkəmə kollegiyası zəruri hesab edir ki, həmin şəxsə bu məsələ ilə bağlı ümumi mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. Qərarın nəticə hissəsində 12-ci səhfəsinin 5-ci abzasında məhkəmə belə nəticəyə gəlmişdir ki, «Судебная коллегия решила: ... исключить из наследственной массы гараж, разъяснив право лицам, построевших это помещение, обращение в суд с иском о признании собственности на него.» - “Məhkəmə kollegiyası qərara aldı: ...qaraj ümumi əmlak siyahısından çıxarılsın və bu sahəni tikən şəxslərə həmin sahəsinin mülkiyyət hüququnun alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin.” Göründüyü kimi, mübahisəli qaraj İİİ qrup əlil olmuş Ramiz Mirzəyev tərəfindən 1964-cü ildən sonra mübahisəli fərdi yaşayış evinin hüdudlarından kənarda ona imtiyazlı qaydada verilmiş avtomobilini saxlamaq məqsədilə tikilmiş, həmin qaraj vərəsəlik mübahisəsinin predmeti olan ümumi əmlak siyahısından çıxarılmış, həmin qaraja dair mülkiyyət hüququnun qarajı tikən şəxsə məxsus olmasına dair mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki iddiaçılar İddiaçı1 və İddiaçı2 15.04.2020-ci il tarixdə vəfat etmiş X5 vərəsələridir. Qaraj isə X5 mülkiyyətində olmamışdır. Göstərilən hal isə ona əsas verir ki, X5 mülkiyyətində olmamış qaraja görə iddiaçıların hazırki iddia tələbini irəli sürməyə subyektiv hüquqları olmamışdır. İşin yuxarıda sadalanan hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçıların hazırki iddianı qaldırmağda subyektiv hüquqları mövcud olmadığından, iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar