Məhkəmə qərarları › İş №2-1(112)-7205/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7205/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7205/2021 14.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızı məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3-də olan pasport qeydiyyatının ləğv edilməsinin cavabdeh inzibati orqan olan Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2021-ci il tarixli 2 (102)-1452/2021 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək qanuni qüvvəyə minmiş və Məmmədova (Eyyubova) Rəvanə Məhərrəm qızının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3-ə aid istifadə hüququna xitam verilmişdir. Daha sonra o Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Məmmədova (Eyyubova) Rəvanə Məhərrəm qızının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3-də pasport qeydiyyatından çıxarılması xahiş olunmuş, lakin inzibati orqan olan Qaradağ RPİ onun müraciətinə cavab olaraq bunun mümkün olmadığını, məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Qeyd olulanlara əsasən iddianın təmin edilməsi xahiş edilomişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7205/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızı iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxslər tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin mahiyyətinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X3 qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini, lakin usaqlarının çıxarılmasına etirazının olduğunu bildirdi. Məhkəmə iddiaçının və 3-cü şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Texniki İnventarlaşdırma icraiyyə komitəsi bürosu rayon şəhər üzrə X5 qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı adına rəsmiləşdirilmişdir. DİN-nin Qaradağ RPİ-nin İddiaçı müraciətinə cavab olaraq ona ünvanladığı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı mülkiyyətçisi olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə ev 10, 3 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan X2 qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyildir. İşdə olan Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3 ünvanında qeydiyyatdadır. Həmçinin Azərbaycan Respublikası DİN, Qaradağ RPİ-nin 25 iyun 2021-ci il tarixli 11363-1221 saylı sorğuya cavab məktubunda göstərilmişdir ki, X3 27.05.2010-cu il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3-ə yaşayış yeri üzrə qeydiyyata alınmış və ona şəxsiyyət vəsiqəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29 iyun 2021-ci il tarixli **********01 saylı sorğuya cavab məktubundan görünür ki, Məmmədova (Eyyubova) Rəvanə Məhərrəm qızının sözügedən ünvana istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1452/2021 saylı 29 mart 2021-cu il tarixli qərarından görünür ki, X2 Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 2(002) – 841/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddiası qismən təmin edilmiş, iddiaçının mübahisəli mənzilin (Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3) əşyalarının yerləşdiyi otağına köçürülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7200/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov, (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Daha sonra iddiaçı X3 həmin qərardan kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7200/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmamışdır. Burdanda aydın olur ki, 3-cü şəxs Məmmədova (Eyyubova) Rəvanə Məhərrəm qızının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3 ünvanına dair istifadə hüququ mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üçüncü şəxsin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızının, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 10, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 5 ünvanından üçüncü şəxs 16 yanvar 1988-ci il təvəllüdlü Eyyubova (Məmmədova) Rəvanə Məhərrəm qızının qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar