Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-721/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X9 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı mülkiyyət hüququnu təsdiq edən vahid əmlaka dair arayışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-1326/2018 saylı qətnamədə X14 Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 15.07.2004-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən 002244 saylı şəhadətnamənin qismən, yəni həmin şəhadətnamədə formal olaraq Cavabdeh2 adının göstərilməsi hissəsində etibarsız hesab edilməsi, Cavabdeh2 payı X8 payı kimi hesab olunması, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın 278,65 kv.m qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 15.07.2004-cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.metr olan 12 saylı mağazanın Cavabdeh2 aid olan hissəsinin iddiaçının mərhum əri X10 aid edilməklə, müvafiq qeydiyyatın aparılması və həmin hissənin mərhum X10 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşı X13 ilə 1981ci ildə ailə həyatı qurmuşdur. X13 uzun müddət Binəqədi rayonunda 12 saylı univermağın müdiri işləmişdir. X14 Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 30 dekabr 2003-cü il tarixdə keçirdiyi hərrac nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza (univermaq ) 69150000 köhnə Azərbaycan manatına ona satılmış və dəyəri tam olaraq ödənilmişdir. Bu alqı-satqı 30 dekabr 2003-cü il tarixli, 46102 saylı hərrac protokolu ilə rəsmiləşdirilmişdir. 2004-cü ildə həmin ümumi sahəsi 557,3 kv.m olan mağazaya mərhum həyat yoldaşı X8 adına şəhadətnamə verilmişdir. Lakin sonradan həmin şəhadətnaməyə Departamentin məsləhəti ilə Cavabdeh2 Həsər oğlunun adı da salınaraq rəsmiləşdirilmişdir. Halbuki, həmin qeyri-yaşayış sahəsinə Cavabdeh2 heç bir aidiyyəti olmamış, əmlakın dəyəri mərhum həyat yoldaşı X13 tərəfindən tam olaraq ödənilmişdir. Cavabdeh2 Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında, məhkəməyə ünvanladığı ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın özəlləsdirilməsində, aksionda, hərracda iştirak etməmiş, hər hansı pul vəsaiti ödəməmiş, onun adına şəhadətnamə verilməsindən xəbəri olmamışdır. 15.07.2004-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamə verilmiş və həmin şəhadətnamədə mərhum həyat yoldaşı X8 və Cavabdeh2 adları göstərilmişdir. 17 iyul 2004-cü ildə mərhum həyat yoldaşı X13 məcburiyyət qarşısında Cavabdeh2 ilə əmlak böİgüsü haqqında formal müqavilə bağlamış və həmin müqaviləyə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.m olan 12 saylı mağazanm 278,65 kv.m olan hissəsinin X8 və 278,65 kv.m olan hissəsinin isə Cavabdeh2 mülkiyyətinə keçməsi barədə razılığa gəlmişlər. Bundan sonra 20.07.2004-cü ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.m olan 12 saylı mağazanın 278,65 kv.m olan hissəsi barəsində mərhum həyat yoldaşı X8 adına 003184 nömrəli mülkiyyət hiiququ haqqında şəhadətnamə, 278,65 kv.m olan hissəsi barəsində isə Cavabdeh2 adına 003185 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Ötən bu müddət ərzində həmin maqazin həmişə mərhum həyat yoldaşı X8 istifadə və sahibliyində olmuşdur, mərhum həyat yoldaşı X13 2010-cu ildə rəhmətə getdikdən sonra da həmin maqaza ailəsinin istifadəsində sahibliyində olmuşdur. Bütün vergi və kommunal xərclərin ödəmişdir. 02 noyabr 2005-ci ildə alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278,65 kv.m olan qeyri yaşayış sahəsi Cavabdeh2 tərəfindən X3 və Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 278,65 kv.m olan qeyri yaşayış sahəsi barəsində X6 adına 07 noyabr 2005-ci ildə 006268 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi ilə 17 iyul 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda Cavabdeh2 ilə X13 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına 20 iyul 2004-cü il tarixində verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda Cavabdeh2 ilə X11 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X6 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Binəqədi rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi, Bakı Apellyasiya məhkəməsinin 2(103)-7191/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7435/2019 saylı, 26.11.2019-cu il tarixi qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin 15 mart 2019, 2(102)-1873/19 saylı xüsusi qərardadı çıxardılmışdır. Cavabdehə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı müraciət edərkən onlar müvafiq araşdırma apardıqdan sonra bildirmişlərki, hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırarkən 15.07.2004-cü il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnaməni, həmin şəhadətnamədə mərhum həyat yoldaşı X8 və Cavabdeh2 adına göstərilən şəhadətnamə mübahisələndirməmişdir. Etiraz edərək bildirmişdir ki, Cavabdeh2 Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində verdiyi izahatında, məhkəməyə ünvanladığı ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, o, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın özəlləsdirilməsində heç bir bağlılığın olmaması mağazanın hərraca çıxarılmasında və alınmasında iştirak etmədiyini, hər hansı pul vəsaiti ödəmədiyini, mağazanın harada yerləşməsindən xəbəri olmadığını bildirmişdir. Hərrac barədə şəhadətnaməyə adı formal yazılaraq, mağazanın 1/2 hissəsinin onun adına sənədləşdirilməsindən və adına şəhadətnamə verilməsindən xəbəri olmamışdır. Belə olan təqdirdə onun adına verilmiş 15.07.2004-cü il tarixli, 002244 saylı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağaza barəsində verilmiş mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən şəhadətnamədə göstərilməsi əsassızdır və etibarsızdır. Şifahi olaraq ona bildirmişlər ki, məhkəmə qətnamələrində X14 Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 15 iyul 2004-cü il tarixli, 002244 nömrəli şəhadətnamənin adı qeyd olunsa da şəhadətnamə etibarsız hesab edilməmişdir. Bu şəhadətnamənin etibarsızlığını məhkəmə qaydasında tələb edə bilər. Əlavə edilmiş sənədlərdən də görünür ki, mərhum həyat yoldaşının direktoru olduğu dövlət mülkiyyətində olan univermaqda yerləşən mağazanın hərracdan satılmasından sonra qanunsuz aparılmış qeydiyyatı mübahisələndirir. Yəni iddiaçı hesab edir ki, hərrac qanunauyğun formada aparıldıqdan sonra onun əsasında verilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 15.07.2004-cü il tarixli Şəhadətnamədə qanunsuz olaraq Cavabdeh2 mülkiyyət üzərində sahiblik hüququ qeydə alınmışdır. Həmin Şəhadətnamədən sonrakı hərəkətlər etibarsız hesab edilsə də, şəhadətnamənin etibarlılığı mübahisələndirilməmişdir. Keçmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Näzirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti hazırda inzibati orqanların təsnifatında yer almasa da, həmin qurumun səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 03.11.2020-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən məhkəmə sənədlərində Cavabdeh2 məxsus payın X10 aid edilməsi barədə hər hansı qeyd aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********04 saylı, 08.02.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557.3 kv.m olan 12 saylı mağazaya dair Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh2 və X10 (ümumbirgə) 002244 saylı, 15.07.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra 17.07.2004-cü ildə Cavabdeh2 ilə X13 arasında əmlak bölgüsü haqqında müqavilə bağlanılmış, 46 saylı DNK-nın 17.07.2004-cü il tarixli 3M/644 reyestr nömrəli əmlak bölgüsü haqqında müqaviləsinə əsasən Cavabdeh2 ünvan 5 ünvanda yerləşən 278.65 kv.m qeyri-yaşayış sahəsinə dair 003185 saylı, 20.07.2004-cü il tarixli, X10 isə ünvan 5 ünvanda yerləşən 278.65 kv.m qeyri-yaşayış sahəsinə dair 003184 saylı, 20.07.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh2 sözügedən ünvanda yerləşən qeyriyaşayış sahəsinin özünəməxsus hissəsini (278.65 kv.m) 40 saylı DNK-nın 02.11,2000-ci il tarixli 4Ə-4-453 reyestr nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X4 və həmin sahə 006268 saylı, 07.11,2005-ci il tarixli şəhadətnamə əsasında 11.05.2016-cı il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Daha sonra Binəqədi Rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(001)- 1326/2018 saylı qətnaməsi ilə 17 iyul 2004-cü il tarixdə Bakı şəhər 46 saylı notariat kontorunda Cavabdeh2 ilə X13 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına 20 iyul 2004-cü il tarixində verilmişmülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhər 40 saylı notariat kontorunda Cavabdeh2 ilə X11 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X6 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(001)-1326/2018 saylı qətnaməsi İdarə tərəfindən icra edilmişdir. 17.07.2004-cü ildə Cavabdeh2 ilə X13 arasında bağlanılmış əmlak bölgüsü haqqında müqavilə əsasında M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən 12 saylı mağazanın digər 278.65 kv.m hissəsinə dair 20.07.2004-cü il tarixdə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən X10 mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən sahəsi 278.65 kv.m olan qeyriyaşayış sahəsinin 1/10 hissəsinə X5, 7/10 hissəsinə X5, 2/10 hissəsinə X8 (açıq saxlanılmışdır) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda və etiraza əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 30.12.2003-cü il tarixli 46/02 saylı hərrac protokolundan görünür ki, X13 ünvan 5 ünvanda yerləşən 12 saylı təsərrüfat hesablı mağazanı 69.150.000 manat qiymətə almışdır. İşdə olan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 15.07.2004-cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədən görünür ki, ünvan 5 ünvanda yerləşən 12 saylı mağaza Cavabdeh2 və X8 toxunulmaz mülkiyyətidir. İşdə olan 17.07.2004-cü il tarixli Əmlak bölgüsü haqqında müqavilədən görünür ki, ünvan 5 ünvanda yerləşən 12 saylı mağazanın ümumi sahəsi 278,65 kv.metr olan hissəsi Cavabdeh2, 278,65 kv.metr olan hissəsi isə X8 xüsusi mülkiyyətinə keçmişdir. İşdə olan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 20.07.2004-cü il tarixli 003184 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, ünvan 5 ünvanda yerləşən 278,65 kv.metr qeyri-yaşayış sahəsi X8 xüsusi mülkiyyətidir. İşdə olan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 20.07.2004-cü il tarixli 003185 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, ünvan 5 ünvanda yerləşən 278,65 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətidir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(001)- 1326/2018 saylı qətnaməsindən görünür ki, 17 iyul 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda Cavabdeh2 ilə X13 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına 20 iyul 2004-cü il tarixində verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda Cavabdeh2 ilə X11 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsi və həmin müqavilə əsasında X6 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli 2(103)-7191/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.11.2019-cu il tarixli 2(102)-7435/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli 2(103)-7191/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Binəqədi rayon icra və probasiya şöbəsinin 03.03.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(001)-1326/2018 saylı qərarı üzrə tələbin icrası təmin edildiyindən icraata xitam verilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08.02.2021-ci il tarixli **********04 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, məhkəmə sənədlərində Cavabdeh2 məxsus payın X10 aid edilməsi barədə hər hansı qeyd aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 05.01.2004-cü il tarixli 890 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsindən görünür ki, X13 ünvan 5 ünvanda yerləşən 12 saylı mağazanı 69.150.000 manat qiymətə almışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İ seriyalı 549763 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X13 28.04.2010cu il tarixdə ölmüşdür. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 22.04.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, iddiaçı 28.04.2010-cu il tarixdə ölmüş X8 vərəsəsidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, X13 05.01.2004-cü il tarixli 890 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanda yerləşən 12 saylı təsərrüfat hesablı mağazanı 69.150.000 manat qiymətə almışdır. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 15.07.2004-cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə ilə həmin mağaza Cavabdeh2 və X8 toxunulmaz mülkiyyəti kimi qeyd edilmişdir. Cavabdeh2 ilə X13 arasında 17.07.2004-cü il tarixli Əmlak bölgüsü haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən 12 saylı mağazanın ümumi sahəsinin 278,65 kv.metr olan hissəsi Cavabdeh2, 278,65 kv.metr olan hissəsi isə X8 xüsusi mülkiyyətinə keçmişdir. Bundan sonra Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 20.07.2004-cü il tarixli 003184 saylı və 003185 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnamələr ilə qeyri-yaşayış sahəsinin 278,65 kv.metr hissəsi X8, qalan 278,65 kv.metr hissəsi isə Cavabdeh2 adına qeydə alınmışdır. X13 28.04.2010-cu il tarixdə ölmüşdür. X12 arvadı İddiaçı iddiası əsasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli 2(001)-1326/2018 saylı qətnaməsi ilə 17 iyul 2004-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda Cavabdeh2 ilə X13 arasında bağlanmış əmlak bölgüsü haqqında müqavilə, həmin müqavilə əsasında Cavabdeh2 adına 20 iyul 2004-cü il tarixində verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, 02 noyabr 2005-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda Cavabdeh2 ilə X11 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında X6 adına verilmiş 07 noyabr 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra iddiaçı qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, məhkəmə sənədlərində Cavabdeh2 məxsus payın X10 aid edilməsi barədə hər hansı qeyd aşkar edilməməsi əsası ilə imtina edilmişdir. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 mübahisəsi gedən əmlakla heç birbağlılığı olmamış, mağazanın hərraca çıxarılmasında və alınmasında iştirak etməmiş, adı hərrac barədə şəhadətnaməyə formal yazılaraq mağazanın ½ hissəsinin onun adına sənədləşdirilmiş, sonradan mağazanın ½ hissəsi Cavabdeh2 X1 də formal olaraq həyata keçirilmiş və real alqı-satqı baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə aktları ilə müəyyən olunan hallardan göründüyü kimi mübahisəsi gedən əmlak Cavabdeh2 adına qanuni əsaslarla keçməmiş, ümumiyyətlə həmin əmlakın Cavabdeh2 aidiyyəti olmamaqla həmin əmlakda ona məxsus pay olmamışdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının müraciətinin təmin olunmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. 15.07.2004-cü il tarixli 002244 saylı “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 203 ünvanında yerləşən ümumi sahəsi 557,3 kv.metr olan 12 saylı mağazanın Cavabdeh2 aid olan hissəsi mərhum X10 aid edilməklə, müvafiq qeydiyyatın aparılması və həmin hissənin mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-721/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-721/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver