Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-721/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə “çağırışa möhlət verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hərbi həkim komissiyasının müayinə aktının qanunsuz hesab edilməsi, cavabdeh Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin İddiaçı həqiqi hərbi xidmətə çağırış barədə qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə İddiaçı sağlamlıq vəziyyətinə görə 3 ilədək çağırışa möhlət verilməsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və xəsətəliyi ilə əlaqədar ona 3 il çağırışa möhlət verilmişdir. Həmin müddət bitdikdən sonra ona dəfələrlə xəstəliyi ilə əlaqədar möhlət verilirdi. İddiaçı əsəb xəstəliyindən əziyyət çəkir. 2023-cü ildə onu yenidən hərbi həkim komissiyasına göndərmişlər, orada onu sağlam hesab etmiş, bununla əlaqədar rayon çağırış komissiyası qərar qəbul etmişdir. İddiaçını tam sağlam olmayan şəxsi hərbi xidmətə çağırılması, sağlam əsgərlərlə bir sıraya qoyması, hərbi nomativlərin yerinə yetirilməsi, onda qorxu hissi yaratmaq, sağlam əsgərlərin yanında alçaltmaq, mənəviyyatını sındırmaq və s. şərəf və ləyaqətini alçaltmaq kimi qələmə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1994-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətinə əsasən Təhməzov X5 və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinin xx.xx.2012-ci il tarixli və xx.xx.2015-ci il tarixdə qərarları ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 11 yanvar 2023-cü il tarixli, 164 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə t.e.d.professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: nevrasteniya F 48. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-80/2-158/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi üzrə təkrar tibbi şəhadətləndirilmə zamanı İddiaçı Ağəli oğlu xx.xx.2022-ci il tarixdə 2 saylı X6 göndəriş verilmiş, daxil olmuş “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına”da “Halhazırda psixi xəstəlik əlamətləri aşkar edilmir, anamnezində özünü kəsmələr diaqnozu qeyd edilmişdir. Diaqnoza əsasən hərbi xidmətə yararlı sayılmışdır. Çağırışçı İddiaçı Ağəli oğlu xx.xx.2023-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim edilmişdir. Mərkəzi Hərbi-Həkim Komissiyasından daxil olmuş 11 yanvar 2023-cü il tarixli arayışıyla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 17 ç A- 4 maddəsinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 1a/13 nömrəli protokoluna əsasən: Həqiqi hərbi xidmətə çağırışın nəticəsi: Boyu, çəkisi göstərilməyib, Həkim-mütəxəssislərin rəyi: cərrah, terapevt, nevropatoloq, psixiatr-maddə 17ç, Hərbi xidmətə yararlıdır, A-4; oftamoloq, otorinolarinoloq, stomatoloq tərəfindən hərbi xidmətə yararlı bilinib. Çağırış komissiaysının qərarı: NK 59/2008 qərarın 17ç maddəsinə əsasən hərbi xidmətə yararlıdır. A-4. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi-Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 1a/13 nömrəli Arayışında qeyd olunmuşdur ki, xx.xx.1994-cü il təvəllüdlü Təhməzov X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin göndərişi ilə diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında MHHK-nın qərarı: hal-hazırda xəstəlik əlaməti aşkar olunmur. Anamnezində özünükəsmələr. “Xəstəliklər Cədvəli”nin 17 “ç" maddəsinin 1-ci qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə yararlıdır. -Bakı şəhəri 2 nömrəli X9 tərəfindən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”nda qeyd olunmuşdur ki, xx.xx.1994-cü il təvəllüdlü Təhməzov X5 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail hərbi komissarlığının xx.xx.2022-ci il tarixli 457 nömrəli göndərişi ilə Bakı şəhəri 2 nömrəli X4 xx.xx.2022-ci il tarixdə stasionar, ambulator (lazım olan üstündən xətt çəkməli) müayinədə olmuşdur. Psixi statusu: Düşüncəsi pozulmayıb. Bələdliyi hər növdə saxlanılıb. Zahirən səliqəlidir. Ünsiyyətə sərbəst olaraq daxil olur. Suallara düzgün cavablar verir. Qolundakı kəsikləri əsəb nəticəsində etdiyini bildirir .Səbəbi isə sevdiyi qızın avtoqəzada rəhmətə getməsi olduğunu bildirir. Suallara səbrlə təmkinlə cavablar verir. Psixoproduktiv simptomatika (səs hallüsinasiyaları, sayıqlama fikirlər) aşkar edilmir. Əhvalı ruhiyyə fonu sabitdir. Emosional —iradi sferası canlıdır. Diaqnoz: Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir, anamnezində özünükəsmələr. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5748/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.20123-cü il tarixli 5037 nömrəli məktubu ilə göndərilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli 3115 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı hazırda Nevrasteniya, depressiv daxilolmalarla (suisidal fikirlərlə), özünükəsmələr ilə (F48.0) aşkar olunur. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı “Nevrasteniya F48” xəstəliyi müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5748/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 mütəxəssisi qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.xx.xx.1994-cü il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyəti nəzərə alındıqda hərbi xidmətə yararlı hesab olunurmu (hərbi xidmətə yararlılığın kateqoriyası göstərilməklə)? 2.xx.xx.1994-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onun psixolojinevroloji vəziyyəti hərbi xidmətə yararsız hesab olunmasına təsir edirmi? Təsir edirsə, bu hərbi xidmətə yararsız hesab olunmanın hansı kateqoriyasına aiddir? Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 K/463-2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1991-ci il təvəllüdlü İddiaçı barəsində 2-1(112)-5748/2023 nömrəli inzibati iş materialllarındakı tibbi sənədərdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 tərtib edilmiş ekspert rəyində Azərbaycan Ordusunun Baş Psixiatrının və MN Mərkəzi Hərbi Həkim Komissiyasının mütəxəssis rəylərində olan məlumatlara əsaslanaraq ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: Məhkəmə psixiatrik ekspertiza rəyinə və Azərbaycan Ordusunun Baş Psixiatrının mütəxəssis rəyinə əsasən İddiaçı “orta (mülayim) dərəcədə ifadə olunmuş nevrasteniya, depressiv daxilolmalar (suisuidal fikirlərlə) özünü kəsmələrlə” diaqnozlu xəstəlik vardır, o bu xəstəliklə “Xəstəliklər cədvəli”nin 17b maddəsinin İ qrafasına və ƏTC-nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyəti üzrə əsaslıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər. -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -16.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır. -17.1-ci maddəsinə görə Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; 18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək); 18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən: -2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. -2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. İşin hallarından görünür ki, Təhməzov X5 və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsinin xx.xx.2012-ci il tarixli və xx.xx.2015-ci il tarixdə qərarları ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş və ona sağlamlıq vəziyyətinə görə hərbi xidmətdən möhlət verilmişdir. İddiaçı 2023-cü ilin yanvar çağırışı zamanı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən şəhadətləndirilmiş və o rayon idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hərbi xidmətə yararlı sayılmışır. Daha sonra iddiaçı Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim edilmiş və Mərkəzi Çağırış Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə rayon çağrış komissiyasının qərarı dəyişdirilməmiş və iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçıya aid tibbi sənədlərdən müəyyən olunmuşdur ki, o rayon çağırış komissiyasında “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına”da “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir, anamnezində özünü kəsmələr diaqnozu”na münasibətdə hərbi xidmətə yararlı hesab edilsə də lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 11 yanvar 2023-cü il tarixli, 164 nömrəli arayışında iddiaçının diaqnozu nevrasteniya F48 olaraq müəyyən edilmişdir. İddiaçının psixi sağlamlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar məhkəmə icraatı gedişində məhkəmə psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın nəticəsi olaraq iddiaçıda nevrasteniya depressiv daxilolmalarla (suisidial fikirlərlə) özünükəsmələr ilə F48 xəstəlik diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoza əsasən iddiaçının hərbi xidmətə yararlılığı Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 ekpertləri tərəfindən yoxlanılmış və yekun olaraq K/463-2023 nömrəli ekspert rəyində İddiaçı “orta (mülayim) dərəcədə ifadə olunmuş nevrasteniya, depressiv daxilolmalar (suisuidal fikirlərlə) özünü kəsmələrlə” diaqnozlu xəstəliyin olduğu və iddiaçının bu xəstəliklə “Xəstəliklər cədvəli”nin 17b maddəsinin İ qrafasına və ƏTC-nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən: -8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı «Xəstəliklər cədvəli»nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: «A» — hərbi xidmətə yararlıdır; «B» — sıradankənar hərbi xidmətə yararlıdır; «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» — hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, işin qeyd edilən hallarından müəyyən olunur ki, 2023-cü ilin yanvar ayında baş tutmuş növbəti çağırış zamanı iddiaçının sağlamlıq vəziyyəti cavabdeh inzibati orqan tərəfindən lazımı qaydada yoxlanılmamış, iddiaçının əvvəlki diaqnozlara əsasən sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edildiyi halda iddiaçı barəsində “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir, anamnezində özünü kəsmələr” diaqnozunu əsas gətirməklə onu hərbi xidmətə yararlı hesab etmiş, iddiaçının sağlamlığı ilə bağlı etdiyi şikayətləri üzrə, eləcə də psixoloji vəziyyəti ilə bağlı diaqnozun dəqiqləşdirilməsi üçün müvafiq mütəxəssislər cəlb edilməklə əlavə müayinəyə göndərilməmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki, iş üzrə məhkəmə icraatı gedişində əldə edilmiş ekspert və mütəxəssis rəylərində hazırkı halda iddiaçıda “orta (mülayim) dərəcədə ifadə olunmuş nevrasteniya, depressiv daxilolmalar (suisuidal fikirlərlə) özünü kəsmələrlə” diaqnozunun aşkar olunduğu və bu xəstəliyin “Xəstəliklər cədvəli”nin 17b maddəsinin İ qrafasına uyğun olmaqla onun hərbi xidmət keçməsinə əsas vermədiyi müəyyən olunmuşdur. Odur ki, hazırkı halda cavabdehin iddiaçının hərbi xidmətə yararlı olması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddiaçıya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.1994-cü il təvəllüdlü İddiaçı hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. xx.xx.1994-cü il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışa möhlət verilməsi vəzifəsi cavabdeh Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-721/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-721/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver