Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7213/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Əlibala oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X4 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əlibala oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlərt Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı Əlibala oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində 0, 06 torpaq sahəsi var. Həmin torpaq sahəsi ona Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 18 iyun 1994-cü il tarixli 2334 saylı “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamla ayrılmışdır. Həmin sərəncamda Badamdar qəsəbəsi ərazisində 600 kv.m fərdi ev tikintisi üçün ona torpaq sahəsi ayrıldığı qeyd edilir, fərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə Nümayəndəliyinə müraciət olunmuş və ona təqdim edilən xx.xx.2019-cu il tarixli 347 saylı arayışla Badamdar qəsəbəsi, 2-ci yaşayış masivi, 241 b saylı torpaq sahəsinin istifadəsində olmasını təsdiq edilmişdir. İddiaçı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə torpaq üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması barədə müraciət edən zaman məlum olmuşdur ki, ona məxsus 0,06 ha torpaq sahəsi qonşuluqda olan Nazilə Müstafayevaya məxsus ümumi torpaq sahəsi olaraq qeydiyyata alınmışdır. Bundan sonra Nazilə Mustafayeva xx.xx.2020-ci il tarixində notariatda təsdiq edilmiş ərizəsi ilə yenidən DƏDRXə müraciət edərək ümumi 0.1855 ha torpaq sahəsinin 0,06 ha-dan imtina etmişdir. Tərəfindən torpaq sahəsinin üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı yenidən DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə müraciət etdikdən sonra ona xx.xx.2020-ci il tarixli məktubla torpaq sahəsinin yerləşmə sxeminin tərtibatında uyğunsuzluq mövcud olduğu üçün müraciətinə baxa bilmədikləri barədə imtina məktubu verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh məhkəməyə təqdim edilmiş etirazda göstərmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin, təqdim edilən yerləşmə sxemində torpaq sahəsinin yerləşməsi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcud olduğundan ərizənin icrası mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilən Bakı şəhəri Səbail Rayon İHB-nın 2334 saylı, xx.xx.1994cü il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin 130 saylı, xx.xx.2005-ci il tarixli yerləşmə cizgisinin həqiqiliyinə dair ciddi şübhə olması səbəbindən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu ünvanlanmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli, 2/10- 1006 saylı məktubunda qeyd etmişdir ki, sözügedən Sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Səbil Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İddiaçıya **********52 saylı, xx.xx.2020-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7213/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X4 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin eilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, 3-cü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, işə əlavə edilmiş: Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2334 nömrəli, 18 iyun 1994-cü il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə Sərəncamı”n surətindən görünür ki, Badamdar qəsəbəsində 600 kv.m. fərdi ev tikmək üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. Səbail Rayon İcra Hakimiyətinin Başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən Səbail Rayon İcra Hakimiyətinin 2334 nömrəli, 18 iyun 1994-cü il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamı ilə iddiaçıya ayrılmış, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 241 nömrəli 600,0 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi 13 may 2005-ci il tarixdə təsdiq edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə Nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş 347 nömrəli, xx.xx.2019cu il tarixli arayışına əsasən Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2334 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 241 b saylı torpaq sahəsi onun istifadəsindədir. 10 may 2011-ci il tarixli bağişlama müqaviləsinə əsasən X7 Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Tİ və MHQİ-si tərəfindən kitab 243, səhifə 16576 qeydə alma 30/16576, xx.xx.1996-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivi ünvanında yerləşən yaşayış sahəsi 217,6 kv.m. ümumi sahəsi 521,1 kv.m., köməkçi sahəsi 303.5+254.0 a/eyv. olan yeddi otağlı 4D nömrəli fərdi yaşayış evini X2 bağışlamışdır. X1 xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladıgı notarial ərizəsi ilə ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş **********83-10301 reyestr nömrəli, 11/349 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən ünvan 8 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 0.18559 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsindən imtina etdiyini, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacagını bildirmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə iddiaçının nümayəndəsi X2 ünvanlanmış **********52 nömrəli, xx.xx.2020ci il tarixli bildirişdə göstərilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış və faktiki vəziyyəti ilə arasında uyğunsuzluqlar mövcuddur (bu yerə aid olub-olmamasını aid etmək mümkün olmur). Torpaq sahəsinə dair yeni razılaşdırılmış yerləşmə sxeminin təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla bilər. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********77 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişə əsasən bildirilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxeminin tərtibatında uyğunsuzluqlar mövcuddur. Həmçinin, göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinə dair verilmiş texniki pasportun baş planında göstərilən torpaq sahəsinin bir hissəsidir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********87 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişə əsasən bildirilmişdir ki, arxiv məlumatlarına əsasən məlum olmuşdur ki, sənədlər toplusuna əlavə olunmuş Səbail RİHB-nin 2299 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncam əsasında X5 adına keçmiş DTXK-dən torpaq sahəsinin kadastr planı alınmaqla 2011-ci il tarixdə digər ərazidə yerləşən torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə tərtib edilmiş **********83- 10301 reyestr nömrəli 11/349 saylı inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən torpaq sahəsinin faktiki sahəsi 0.18559 ha, tikinti altı sahə 0.05601 ha və digər sahələr 0.12958 ha ibarət olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********83-10301 reyestr nömrəli 04/5084 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən torpaq sahəsinin faktiki sahəsi 0.12558 ha, tikinti altı sahə 0.05072 ha və digər sahələr 0.07486 ha ibarət olmuşdur. X5 adına olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Səbail rayonu, 2-ci massiv küçəsində yerləşən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.1995-ci il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən torpaq sahəsi faktiki olaraq 1855,9 kv.m., tikinti altında 560.1 kv.m. təşkil edir. Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə Nümayəndəliyi tərəfindən 30 nömrəli, 13 may 2005-ci il tarixdə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 2299 nömrəli, 15 iyul 1994-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivdə fərdi evin tikilməsi üçün X6 ayrılmış 241 nömrəli, 600 (altı yüz) kv.m. torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 9 ünvanda torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəməyə “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən göndərilmiş 110 nömrəli, 04 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 10 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin konfiqurasiyası və faktiki naturada yerləşmə vəziyyəti torpaq sahəsinin yerləşmə cizgisində göstərilən konfiqurasiya ilə eyni olmaqla cizgidə göstərilən yerə uyğundur. Yaşayış məntəqələri torpaqlarına aid olan həmin torpaq sahəsində hər hansı tikili mövcud deyildir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib olunmuş sxemdə qeyd olunmaqla müəyyən edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər – torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyətinin sərəəncamı, torpaq sahəsinin yerləşmə cizgisi) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 15-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Qeyd olunan maddələrin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 2334 nömrəli, 18 iyun 1994-cü il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m. fərdi ev tikmək üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. Lakin cavabdeh inzibati orqan olan iddiaçının tələbinin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, iddiaçıya məxsus sənədlər sübut kimi mötəbər qiymətləndirilir və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edir. İddiaçı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncunun imtina məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmiş, imtinaya əsas kimi isə göstərilmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə sxemində istinad və məsafələr qeyd olunmamış və faktiki vəziyyəti ilə arasında uyğunsuzluqlar mövcuddur (bu yerə aid olub-olmamasını aid etmək mümkün olmur). Torpaq sahəsinə dair yeni razılaşdırılmış yerləşmə sxeminin təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla bilər. Cavabdehin bu dəlilləri onunla təkzib edilir ki, iş materiallarından göründüyü kimi Səbail Rayon İcra Hakimiyətinin Başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən Səbail Rayon İcra Hakimiyətinin 2334 nömrəli, 18 iyun 1994-cü il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Sərəncamı ilə iddiaçıya ayrılmış, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 241 nömrəli 600,0 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi 13 may 2005-ci il tarixdə təsdiq edilmişdir. Həmçinin, iş üzrə alınmış mütəxəssis rəyi ilə torpaq sahəsinin konfiqurasiyası və faktiki naturada yerləşmə vəziyyətinin torpaq sahəsinin yerləşmə cizgisində göstərilən konfiqurasiya ilə eyni olmaqla cizgidə göstərilən yerə uyğun oldugu, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərtib olunmuş sxemdə qeyd olunmaqla müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Bundan başqa, cavabdehin etirazında göstərilən torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinə dair verilmiş texniki pasportun baş planında göstərilən torpaq sahəsinin bir hissəsi olması, sənədlər toplusuna əlavə olunmuş Səbail RİHB-nin 2299 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncam əsasında X5 adına keçmiş DTXK-dən torpaq sahəsinin kadastr planı alınmaqla 2011-ci il tarixdə digər ərazidə yerləşən torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınması və özgəninkiləşdirilməsi barədə mülahizəsi də əsassızdır. Belə ki, X5 adına olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Səbail rayonu, 2-ci massiv küçəsində yerləşən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.1995-ci il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən torpaq sahəsi faktiki olaraq 1855,9 kv.m., tikinti altında 560.1 kv.m. təşkil edir. Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə Nümayəndəliyi tərəfindən 30 nömrəli, 13 may 2005-ci il tarixdə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 2299 nömrəli, 15 iyul 1994-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivdə fərdi evin tikilməsi üçün X6 ayrılmış 241 nömrəli, 600 (altı yüz) kv.m. torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.10 may 2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Tİ və MHQİ-si tərəfindən kitab 243, səhifə 16576 qeydə alma 30/16576, xx.xx.1996-cı il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivi ünvanında yerləşən yaşayış sahəsi 217,6 kv.m. ümumi sahəsi 521,1 kv.m., köməkçi sahəsi 303.5+254.0 a/eyv. olan yeddi otağlı 4D nömrəli fərdi yaşayış evini X2 bağışlamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə tərtib edilmiş **********83-10301 reyestr nömrəli 11/349 saylı inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən torpaq sahəsinin faktiki sahəsi 0.18559 ha, tikinti altı sahə 0.05601 ha və digər sahələr 0.12958 ha ibarət olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixdə tərtib edilmiş **********83- 10301 reyestr nömrəli 04/5084 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna əsasən torpaq sahəsinin faktiki sahəsi 0.12558 ha, tikinti altı sahə 0.05072 ha və digər sahələr 0.07486 ha ibarət olmuşdur. X1 xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladıgı notarial ərizəsi ilə ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş **********83-10301 reyestr nömrəli, 11/349 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən ünvan 8 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 0.18559 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin imtina etdiyini, gələcəkdə bununla bağlı heç bir iddiasının olmayacagını bildirmişdir. Bunlara görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi qanunsuz və əsassızdır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilərək ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı Əlibala oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı Əlibala oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 12 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7213/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7213/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver