Məhkəmə qərarları › İş №2-1(112)-7219/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7219/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7219/2023 12.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının X3 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakların satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikasının X3 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2022-ci il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1427.85 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd soyuducu (iki qapılı olmaqla), ümumilikdə 1500 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə Vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə və hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 1430,00 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici Türkiyə İstehsalı olan 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd soyuducu (iki qapılı olmaqla), ümumilikdə 1500 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1427.85 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Əmlakın siyahıya alınması haqqında **********3 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X3 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********3 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən X1 və X2 tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (Butchery Meat) fərqləndirici Türkiyə istehsalı olan 1 vahidinin qiyməti 1500 manat olan 1 ədəd soyuducu (iki qapılı olmaqla) ümumilikdə 1500 manat məbləğində əmlakı siyahıya alınmışdır. Həmçinin əmlakın siyahıya alınması haqqında **********1 saylı xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının X3 Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin borcunu ödəməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********1 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən X1 və X2 tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (Butchery Meat) fərqləndirici əlaməti “Ekipmanar” 1 ədəd 2500 manat dəyərində ət doğrayan aparatı siyahıya alınmışdır. Azərbaycan Respublikası Mərkəzi X7 Portalı xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh 189 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X7 Portalı xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh 1505,00 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti – Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X7 Portalı xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh 270 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti – Milli Gəlirlər Departamentinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X7 Portalı xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh 30,00 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti – Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X7 Portalı xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Cavabdeh 1386,00 manat pul məbləğini ********** qeydiyyat kodu ilə Dövlət Vergi Xidməti – Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin balansına köçürmüşdür. 1012 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 3,385,55 manat pul məbləğini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Filialının balansına köçürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli, **********594100 saylı məktubu ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, **********1 saylı xx.xx.2022-ci il tarixli qərar üzrə 1559,63 manat məbləğində olan vergi borcu ödəyici tərəfindən tam ödənilmişdir. İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh borcunu ödəməsinə dair mədaxil qəbləri təqdim edərək məhkəmədən icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı məhkəməyə müraciət edərək **********1 saylı xx.xx.2022-ci il tarixli qərar üzrə 1559,63 manat məbləğində vergi borcunun cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Cavabdeh borc məbləğinin ödənilməsinə dair qəbzləri məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar