Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7222/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı müəyyən hərəkətləri etməkdən çəkinmə tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustan Həbsxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həbsxanada fəaliyyət göstərən ticarət köşkündəki ərzaq məhsullarının və digər malların qiymətlərini rial-çöl qiymətinə uyğunlaşdırılmasına və malların baha satılmasını dayandırılmasına dair qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1981-ci ildə Şəmkir şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, bitərəf, əvəllər məhkum olunmamış, Şəmkir şəhəri, İsmət Qayıbov küçəsi, ev 7-də yaşamış, X1 işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqda məhrum edilmişdir. xx xxxxxx 2003-cü il tarixdən Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılmışır. Azərbaycan Respublikasında müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edilmiş şəxslərin maddi-məişət təminatı, onların yeməyə, geyimə, yaşayış şəraitinə olan, insani ehtiyaclarının və tələbatlarının ödənilməsi üçün nəzərdə saxlanılma şəraitlərinin məcmusunun təşkilindən ibarətdir. Başqa sözlə burada söhbət azadlıqdan məhrum etmə yerlərində insanın normal yaşamasının mikrososial şəraitindən gedir. Cəzaçəkmə müəssisələrində məhkumlara şəxsi hesablarında olan vəsaitlə ərzaq məhsulları və digər ən zəruri malları əldə etmək imkanı ilk növbədə onların təbii ehtiyaclarının ödənilməsinə xidmət edir. Məhkumlar ərzaq məhsullarını və digər ən zəruri malları müəssisənin ərazisində fəaliyyət göstərən ticarət köşkündən əldə edə bilərlər. Məhkumlarda özlərində pul saxlamağa qanunvericiliklə icazə verilmədiyinə görə onlara cəza çəkmə müəssisəsində fərdi şəxsi hesab açılır. Bütün daxil olmuş və əldə edilmiş qazanc məhkumların şəxsi hesabına keçirilir. Məhkumların pul vəsaitlərinin xərclənməsi məbləği, cəza çəkdiyi cəzaçəkmə müəssisənin rejimi ilə bu məbləğ 25-50 manat məbləğində təşkil edir. Reallıq bundan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinn 2001-ci il 25 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə göstərilən məhkumların gündəlik ərzaq normaları Azərbaycan dövləti tərəfindən Penitensiar Xidmətin Həbsxanasına verilsə də Həbsxanan rəhbərliri həmin ərzaq məhsullarının çoxunu müəssisəyə girməmiş satıb-yeyib kökəldikləri üçün, onun kimi məhkumlar məcburdur ki, hər ay hesabına 25 manat pul əlavə edib, acından xəstəlik tutub ölməməsi üçün, həbsaxananın ticarət köşkündən bəzi qida məhsulları alsın, zəhərlənsə də yesin. Pentensiar Xidmətin Qobustan Həbsxanasının ticarət köşkündə isə vəziyyət olduqca pisdir, xarab malları və ərzağı məhkumam çox baha qiymətə satırlar. Qiymətlər isə belədir. Ümumi bazar qiyməti 30 qəpik olan çörək həbsxanada 50 qəpik, pomidor 20 qəpiyə satılsa da, Həbsxanada 1 manat 50 qəpiyə, xiyar, soğan, kök 1 manat 50 qəpik, alma 2 manat 50 qəpik və s. Qənd və çay da həmçinin hər paketinı 50-60 qəpiyə qədər pul tutur. Bu cinayətə isə həbsxanının rəisi və əməliyyatçıları göz yumurlar. Hesab edir ki, belə biləkkəsənlik olmaz. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflər xəbərdar edilmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müraciət etmədiyindən, müraciətdən imtina olunması barədə yazılı məlumatı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7222/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7222/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver