Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7227/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində cəlb olunmaqla “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi və həmin siyahının AR Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7227/2021 nömrəli 07.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.08.1991-ci il tarixdən 21.10.2014-cü il tarixədək AR Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir (təqvim hesabı ilə 23 il, 01 ay, 21 gün). AR Müdafiə nazirinin 0754 №-li 28.10.2014-cü il tarixli, 28.10.2014-cü il tarixli əmrilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına əsasən AR Silahlı Qüvvələrinin 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmağı üçün müvafiq siyahıya onun adının daxil edilməsi və həmin siyahının AR Maliyyə Nazirliyində yaradılmış komissiyaya təqdim olunması xahişi ilə cavabdehə 12.04.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə 2409 №-li, 17.05.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, onun hərbi xidmət dövrü məhkumluğu olmuşdur və buna görə də xidməti qüsursuz hesab olunmur. İmtinanı əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına əsasən AR Silahlı Qüvvələrinin 20 və daha çox təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. Hesab edir ki, onun 23 il, 01 ay, 21 gün hərbi xidməti məhkumluğuna görə qüsurlu hesab edilə bilməz. Belə ki, o, Bakı Hərbi Məhkəməsinin 22.09.2011-ci il tarixli hökmü ilə 600 manat cərimə cəzasına məhkum olunmuşdur. Cərimə onun tərəfindən 23.09.2011-ci il tarixdə məhkəmə hökmünün çıxarıldığı gündən 1 gün sonra ödənilmişdir. AR Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş Yuxarıda göstərilənlərdən görünür ki, o, cəmi 11 ay, 112 gün məhkum olunmuş şəxs hesab edilmişdir (Hökmün qanuni qüvvəyə mindiyi 12.10.2011-ci il tarixdən-24.09.2012-ci il tarixədək) Beləliklə, onun 23 il, 01 ay, 21 gün xidmətinin yalnız 11 ay 12 günü qüsurlu hesab edilə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24.06.2021-ci il tarixli 11/3098 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 01.08.1991-ci il tarixdən 21.10.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir, 28.10.2014-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvimi ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alınsa iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəb də odur ki, iddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 500 (beş yüz) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə az ağır cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb.Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı olan iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 28 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən cavabdeh inzibati orqanın yerləşdiyi ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Bakı şəhərində yerləşdiyindən, iddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - Suraxanı RPİ tərəfindən 10.09.2014-cü il tarixdə verilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. - 03.02.2015-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsi tərəfindən verilmiş EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 01.08.1991-ci il tarixdən 21.10.2014-cü il tarixədək hərbi xidmət keçmişdir. - Bakı Hərbi Məhkəməsinin 16.04.2021-ci il tarixli 38 №-li arayışından görünür ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 500 (beş yüz) manat məbləğdə cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə İddiaçı qəti olaraq 600 (altı yüz) manat məbləğdə cərimə cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş «Kapital Bank»ın 23 sentyabr 2011-ci il tarixli qəbzinə əsasən görünür ki, İddiaçı məhkəmənin hökmü ilə ona təyin edilmiş 600 (altı yüz) manat cərimə pulunu dövlət büdcəsinə tam ödəmişdir. İddiaçı məhkəmənin hökmü ilə ona təyin edilmiş 600 (altı yüz) manat cərimə pulunu 23 sentyabr 2011-ci il tarixdə ödədiyindən onun barəsində məhkumluğun ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət 24 sentyabr 2012-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir.Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.05.2021-ci il tarixli 2409 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır.Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir.Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri barədə müsbət qərar qəbul edildiyi təqdirdə əlavə məlumat veriləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı Şair oğluna ünvanlanmış 03.09.2021-ci il tarixli **********8 nömrəli “Pensiya məbləği haqqında” məktubdan görünür ki, İddiaçı 10 yanvar 2015-ci il tarixində Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada hərbi qulluqçu kimi güzəştli şərtlərlə xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 700,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 213,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 175,00 manat, xüsusi qulluq şəraitinə görə vəzifə maaşının 20 faizi miqdarında 140,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1446,50 manat göstərilmişdir. Qanununun 20.14.1-ci maddəsinə əsasən 41 il 8 ay 8 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyi 100 faizi miqdarında əmək pensiyası müəyyən edilməklə ödənilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 28.08.2014-cü il tarixli B- 4834 nömrəli arayışdan görünür ki, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxx 1972-ci ildə Azərbaycan Respublikası, Lerik rayonunda anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. - İddiaçı məxsus vəsiqələrin surətlərindən görünür ki, o, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0110t №-li 24 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı ilə, 085t №-li 26 iyun 2008-ci il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə, 0139t №-li 19 iyul 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə və 042t №-li 22 iyun 2006-cı il tarixli əmrilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İşin faktiki hallarından görünür ki, İddiaçı “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin həvalə olunması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 10-cu bəndinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Həmin Qanunun 21-ci maddəsinin hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququndan bəhs edir. Həmin maddənin 5-ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. İşin faktiki hallarından görünür ki, keçmiş hərbi qulluqçu İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanının ona şamil olunmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının 20 ildən çox xidmət etməsi mübahisələndirilməmiş, lakin “Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir” əsası ilə iddia tələbindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 500 (beş yüz) manat məbləğdə cərimə cəzası, Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə İddiaçı qəti olaraq 600 (altı yüz) manat məbləğdə cərimə cəzası təyin edilmişdir. İddiaçı məhkəmənin hökmü ilə ona təyin edilmiş 600 (altı yüz) manat cərimə pulunu dövlət büdcəsinə 23 sentyabr 2011-ci il tarixdə tam ödədiyindən onun barəsində məhkumluğun ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət 24 sentyabr 2012-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələbinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qanunvericilyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda İddiaçı əvvəllər məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin etirazı əsaslı hesab oluna bilməz. Həmçinin məhkəmə iddiaçının hərbi qulluqçu kimi qüsursuz xidmətini təsdiq edən aşağıdakı faktları qeyd edir: Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. 2-ci bənddə qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 2ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın üçüncü dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 042t №-li 22 iyun 2006-cı il tarixli əmrilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən sənədlərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, İddiaçı məhkumluğu ödənildiyi və “Qüsursuz xidmətə görə” medalın üçüncü dərəcəsi ilə təltif olunduğu halda cavabdeh ona Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının tətbiq edilməsindən əsassız olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı dövlət hesabına mənzillə təmin olunanların siyahısına daxil edilməsi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı dövlət hesabına mənzillə təmin olunacaq şəxslər siyahısına daxil edilməsi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7227/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7227/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver