Məhkəmə qərarları › İş №2-1(112)-7227/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7227/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7227/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı və vəkili X17 Cavabdehin nümayəndəsi X5 3-cü şəxs X7 nümayəndəsi və vəkili X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X9 və X16 məhkəmə icraatına cəlb edilməklə “bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsi və bu barədə çıxarışın verilməsi” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Goradil bağ massivindəki 1802 saylı bağ sahəsinin iddiaçının adına özəlləşdirilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-950/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə iş üzrə X9, X16 və Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişlər. Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunması barədə cavabdeh orqanın vəsatətinin təmin edilməsindən imtina edilmişdir. Həmin qərardaddan cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilmiş və inzibati iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1204/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-950/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu qərardaddan cavabdeh orqan tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəməsinin 2-1(102)-2344/19 nömrəli, 03 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdeh orqanın kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. Sonradan məhkəmənin qərardadı ilə iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmadıgından məhkəmə icraatında 3-cü şəxs qismində iştirakına xitam verilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradildəki 1802 №-li bağ 58 №-li BTK tərkibində həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetində çalışan iddiaçının atası X12 adına keçirilmişdir. Bu sərəncama əsasən atası F.Əliyevə həmin bağ sahəsinə dair 27 saylı order verilmişdir. 26 noyabr 2013-cü ildə atası vəfat etmişdir. İddiaçı bağ sahəsinə getdikdə müəyyən etmişdir ki, mərhum atasının tikdirdiyi daş hasar durur, lakin darvazanın qıfılı dəyişdirilmişdir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, sonuncunun 12 mart 2018-ci il tarixli, Ə-136-112 saylı məktubu ilə təsdiq olunmuşdur ki, Goradildəki 1802 saylı bağ sahəsi mərhum atasının adınadır. Bundan sonra cavabdehə müraciət etmiş, cavabdehin **********98 saylı 17 may 2018-ci il tarixli məktubu ilə iddiçıya bildirilmişdir ki, göstərilən əraziyə mütəxəssis tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. İddiaçının ikinci müraciətinə cavabdehin **********1 saylı, 21 iyun 2018-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, sözügedən bağ sahəsinin yeri tərəfindən (yəni iddiaçının tərəfindən) təyin edildikdən və naturada istifadəsində olan bağ sahəsinin döngə nöqtələrinin mərz nişanları göstərildikdən sonra müraciətinə yenidən baxılacaqdır. Halbuki iddiaçı heç dəvət olunmamışdır ki, atasına məxsus olan bağ sahəsinin yerini göstərsin. Üçüncü müraciətinə cavabdehin **********66 saylı, 27 iyun 2018-ci il tarixli cavabında isə göstərilmişdir ki, Goradil bağlar sahəsində 1802 nömrəli bağ sahəsinin ayrılmasına dair X10 adına order idarənin arxivində aşkar olunmamış, eyni 58 nömrəli BTK-ya ayrılmış bağ sahələrinin bölgü sxeminin arxiv surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər. Daha sonra isə vəkilinin cavabdehə sorğu ilə müraciətinə **********16 saylı, 16 noyabr 2018-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1425 saylı sərəncamının idarənin arxivində mövcud olan nüsxəsində 58 nömrəli BTK nəzdində Goradil ərazisində yerləşən 1802 nömrəli bağ sahəsi F.M.Əliyevin adına göstərilmişdir. Lakin həmin bağ sahəsinə dair X10 adına order və bağ sahəsinin plan sxemi idarənin arxivində aşkar olunmamışdır. İddiaçı beşinci dəfə cavabdehə müraciət edib, orderin əslini, vərəsəlik haqqında şəhadətnamənin əslini, plan sxemi təqdim etmiş, bundan sonra onun, vəkilinin və cavabdehin əməkdaşı ilə bağ sahəsinə baxış keçirilsə də, 26 dekabr 2018-ci il tarixli **********30 saylı imtina məktubu verilərək göstərilmişdir ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmamış, bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində sözügedən bağ sahəsi order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Halbuki iddiaçı cavabdehə orderin əslini təqdim etmiş, orderin arxiv nüsxəsinin aşkar olunubolunmamasının isə heç bir əhəmiyyəti yoxdur, cavabdeh təqdim etdiyi orderin əsl olmasından şübhələnmir. Digər tərəfdən, atasının adına olan order qüvvədə olduğu halda bu bağ sahəsinin hansı qaydada digər fiziki şəxsə verilməsi məlum deyil. Cavabdehin imtina cavablarını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, iddia etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən olmuşdur ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində, sözügedən bağ sahəsi order ilə digər fiziki şəxsin (X9) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2018-cu il tarixli, **********30 saylı cavab məktubu unvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azerbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.1-ci, 66.1-ci, 67-ci, 68-ci, 109-cu, 111.1-ci, Mülki Məcəlləsinin 140-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu, 11-ci, 12.1-ci, 23-cü maddələrinə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mərhum atası X10 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTK-nın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı, onun nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi yazılı etiraza uyğun izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. 3-cü şəxsin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş 3cü şəxs X9 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş materiallarında olan: 13 may 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnaməyə əsasən iddiaçı 05 noyabr 2013-cü ildə vəfat etmiş X10 vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********30 nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişdə göstərilmişdir ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmadı. Bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində, sözügedən bağ sahəsi order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan nöqsanlara görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatında imtina edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ə- 136-112 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu ilə iddiaçıya ünvanlanmış Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 1425 saylı sərəmcamından çıxarışdan görünür ki, Goradildəki 1802 nömrəli bağ 58 nömrəli BTK tərkibində F.M. Əliyevin adına keçirilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Goradil bağlar sahəsindəki 58 nömrəli kooperativinin 27 saylı orderə əsasən Bakı İcra Hakimiyyətinin 6 noyabr 1996-cı il tarixli, 1425 nömrəli qərarı ilə X13 Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. Tələb edilmiş materiallardan görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********32 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ sahəsi ünvanında yerləşən 1802 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Həmçinin Binəqədi rayonu, Goradil bağ sahəsi ünvanında yerləşən 1802 saylı bağ sahəsinə dair order İdarənin arxivində aşkar edilməmişdir. Vətəndaş tərəfindən göstərilən sahə **********54 reyestr nömrəsi ilə Göradil bağlar sahəsi ünvanında yerləşən 1794 saylı bağ sahəsi kimi xx.xx.2015-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmin məktubuna qoşma olaraq əlavə edilmiş X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmuş sənədlərdən görünür ki: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X3 İnkişafı və X15 bağlar sahəsindəki 58 nömrəli kooperativinin 85 nömrəli orderi ilə Bakı İcra Hakimiyyətinin 25 dekabr 1992-ci il tarixli, 2217 nömrəli qərarına əsasən X6 Goradil bağlar sahəsində 58 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1794 saylı bağ ayrılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı 0,12 ha olan bağ sahəsi X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsünə əsasən X6 Bakı İcra Hakimiyyətinin 25 dekabr 1992-ci il tarixli, 2217 nömrəli qərarına əsasən BTİ və İB-nin 85 saylı orderi ilə ayrılmış Goradildəki 1794 saylı 1200 kv.m. bağ sahəsinin planı və ölçüsü X21 kitabında xx.xx.2007-ci il tarixdə 3579 nömrə ilə uçota alınmışdır. 14 mart 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X9 Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı bağ sahəsi ünvanında yerləşən 1200 kv.m. olan torpaq sahəsini X2. 23 avqust 2015-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X18 Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1794 saylı 0,12 ha olan bağ sahəsi X7 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən X7 xüsusi mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1794 saylı 0,12 ha olan bağ sahəsinin plan və ölçü xx.xx.2015-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil baglar massivinin 58 nömrəli bagçılıq kooperativinin sxematik xəritəsi təqdim edilmişdir. Bakı şəhəri 34 saylı Xüsusi Notariat Ofisi tərəfindən 06 may 2019-cu il tarixli 05 nömrəli cavab məktubu ilə 14 mart 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********767 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirilmişdir. Vətəndaş tərəfindən 1802 saylı bağ sahəsi kimi iddia olunan sahə hasar daxilindəki 1430,0 kv.m. olan ərazidə yerləşir. Elektron baza məlumatlarına əsasən həmin ərazinin 1200,0 kv.m. hissəsi 1794 saylı bağ kimi qeydiyyatdan keçmişdir. Qalan sahə isə həmin sahəyə bitişik qeydiyyatdan keçmişdir. Qalan sahə isə həmin sahəyə bitişik qeydiyyatdan keçmiş qonşu bağ sahəsinin bir hissəsidir. 1802 saylı bağ sahəsinə dair arxiv cizgisi olmadığından və bağ sahələrinin naturada hasarlama işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından vətəndaşın faktiki iddia etdiyi sahənin 1802 saylı bağ sahəsinə aid olub-olmadığını aydınlaşdırmaq mümkün olmamışdır. Bakı Şəhər İcra Hakimiyyətinin 7-154/17 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Göradildəki 58 nömrəli, BTK tərkibində 1802 saylı bağ sahəsi vətəndaş F.M. Əliyevin adına keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1425 saylı sərəncamına əsas olmuş sənədlər əlavə edilməmişdir. "xxxx" MMC tərəfindən 26 nömrəli, 29 mart 2021-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 nömrəli bağ sahəsi iş materiallarında olan sxematik xəritə ilə üst-üstə düşür, həmin torpaq sahəsi iş üzrə mübahisələdirilən, üçüncü şəxs İlham Babayevin adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Bakı şəhəri Goradil massivində yerləşən 1802 və 1794 nömrəli bağ sahələri eyni massivində yerləşir. 1794 saylı bağ sahəsinin koordinatları İlham Babayevə aid DƏDRX tərəfindən tərtib edilmiş plan ölçü sənədində qeyd edildiyi kimidir. Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 və 1794 nömrəli bağ sahələri sxematik xəritəyə əsasən naturada (faktiki) eyni massivdə yerləşir, bitişik olmaqla həmsərhəddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-950/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasl Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 may 2021-ci il tarixli, 10/1842 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC-nin 29 mart 2021-ci il tarixli, 26 nömrəli mütəxəssis rəyinə, Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 nömrəli bağ sahəsi iş materiallarında olan sxematik xəritə ilə üst-üstə düşür, həmin torpaq sahəsi iş üzrə mübahisələndirilən, üçüncü şəxs İlham Babayevin adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 və 1794 nömrəli bağ sahələri sxematik xəritəyə əsasən naturada (faktiki) eyni massivdə yerləşir, bitişik olmaqla həmsərhəddir. İddiaçının tələbi ona mərhum atası X10 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTKnın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərunə qoyulmasından ibarətdir. İddia tələbinin hüquqi əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələri təşkil edir. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubunda isə bildirilmişdir ki, idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmamış, bundan başqa idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində, sözügedən bağ sahəsi order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu əsaslara görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, iş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə iddiaçının mərhum atası X13 Goradil ərazisində yerləşən 58 saylı BTKnın nəzdində 27 saylı orderlə 1802 saylı bağ sahəsi istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçının atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tərəfindən cavabdehə müraciət olunaraq 1802 və 1794 nömrəli bağ sahələrinin arxiv sənədlərinin məhkəmə təqdim edilməsi tələb olunmuş, bağ sahələrinin əvvəlki və hazırki mülkiyyətçiləri iş üzrə 3-cü şəxs qismində tanınmış, iş üzrə müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının iddia tələbi ilə bağlı tələbin icrasından yayınsa da, bu barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, həmin iddiaçının təqdim etdiyi sənədlər sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir. Belə ki, cavabdehin dəlilləri məhkəmənin aldığı ekspert rəyi ilə təkzib edilmişdir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 nömrəli bağ sahəsi iş materiallarında olan sxematik xəritə ilə üst-üstə düşdüyü, həmin torpaq sahəsinin iş üzrə mübahisələndirilən, üçüncü şəxs İlham Babayevin adına qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi, bitişik olmaqla həmsərhəd oldugu, Bakı şəhəri Goradil bağ massivində yerləşən 1802 və 1794 nömrəli bağ sahələrinin sxematik xəritəyə əsasən naturada (faktiki) eyni massivdə yerləşdiyi, bitişik olmaqla həmsərhəd olduqları müəyyən edilmişdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Beləliklə də məhkəmə cavabdehin “eyni BTK nəzdində, sözügedən bağ sahəsinin order ilə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi” ilə bağlı dəlilini də əsassız hesab edir. Cavabdehin “idarənin arxiv əsaslarında bağ sahəsinə dair orderin arxiv nüsxəsi aşkar olunmaması” dəlili ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, müvafiq bağ sahəsinin orderinin nüsxəsinin tapılmaması iddiaçının təqsiri hesab edilə bilməz və bu hal “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; … 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin mərhum atasının istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı və 58 saylı BTK-nın 27 saylı orderini cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün bu barədə müvafiq arayış verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı iddiaçının mərhum atasının vərəsəsi olması müvafiq vərəsəlik işi açmış notarius tərəfindən müəyyən edildiyindən, həmin torpaq sahəsinə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan vəfat etdiyindən və sonuncu müvafiq torpaq sahəsinin qanuni istifadəçisi kimi vaxtilə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və vərəsə qismində iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum atası X10 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996-cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTK-nın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1842 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə prosessual xərclər cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı mərhum atası X10 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 noyabr 1996cı il tarixli, 1425 saylı sərəncamı ilə Goradil ərazisində yerləşən 58 saylı BTK-nın nəzdində ayrılmış 27 saylı orderlə istifadəsinə verilmiş 1802 saylı bağ sahəsi üzərində mülkiyyət hüququna dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- Dövlət xəzinadarlığı agentliyi; kodu: 210005, VÖEN: **********, müxbir hesab AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar