Məhkəmə qərarları › İş №2-1(112)-723/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-723/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-723/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ərazi bölmələrinin idarəetmə birliyi Saatlı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun barəsində olan 0309003AAJEW nömrəli göndəriş xx xxx 2018-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş, komissiyanın may 2018-ci il tarixli qərarına əsasən ona növbəti müayinənin tarixi 2023-cü il göstərilməklə ümumi xəstəlikdən 2-ci dərəcəli əlilliy təyin edilmişdir. TQS 088 saylı formada əsas diaqnozu “C64”, xəstəliyinin adı “Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yeni törəməsi. Sol böyrəyin cərrahi əməliyyatdan sonrakı vəziyyəti. Oma sümüyünə metastaz. T3NxM0 İİİ mərhələ” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddə qiymətləndirmə tarixi xx.xx.2019 göstərilməklə ona təyin edilmiş əlillikdən imtina edilmiş, səbəb kimi də tam reabilitasiya olunmağı qeyd edilmişdir. Ona əlillik təyin edildikdən sonra, yəni, may 2018-ci ildən xx.xx.2019-cu il tarixədək olan müddətdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən hər hansı bir formada müayinə olunmamışdır. Belə olan halda komissiyanın hansı təkrar müayinənin əsasında onun tam reabilitasiya olmağı qənaətinə gələrək, ona təyin edilmiş əlillik dərəcəsini ləğv etməsi ona aydın deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Saatlı rayon Mərkəzi Xəstəxanası 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş **********1 №li xx.xx.2020-ci il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2018-ci il tarixli 039003AAJEW saylı göndərişi əsasında şəxsin iştirakı olmadan xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və umumi xəstəlik səbəbi ilə, 5 (beş) il müddətinə İİ (ikinci) dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişdə diaqnoz “Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, Sol böyrəyin cərrahi əməliyyatdan sonrakı vəziyyət. Oma sümüyünə metastaz. T3NxM0 İİİ mərhələ” şəklində verilmişdir ki, bu diaqnoz Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.14 bəndinə uyğun olaraq ikinci dərəcə əlilliyin təyininə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Həmin Əsasnamənin 4.9-3. bəndinə görə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər.” Əsasnamənin 4.9.3 bəndinə müvafiq olaraq İddiaçı, göndəriş üzrə məlumatların yoxlanılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əyani müayinəyə cəlb edilmişdir. Qiymətləndirməyə əsas verən 039003AAJEW saylı göndərişdə İddiaçı diaqnozu “Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, Sol böyrəyin cərrahi əməliyyatdan sonrakı vəziyyət. Oma sümüyünə metastaz. T3NxM0 İİİ mərhələ” şəklində verilmişdir. Xəstə diaqnozun dəqiqləşdirilməsi üçün Xidmət tərəfindən Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə müayinəyə göndərilmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli Ambulator kartdan arayışda şəxsin diaqnozu “Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi, pUNOMO mərhələ İ, G3 Sol böyrəyin xərçəngi, cərrahi əməliyyat və şüa müalicəsindən sonrakı vəziyyət T1NOMO İ mərhələ” şəklində verilmişdir. Göründüyü kimi 039003AAJEW saylı göndərişdə qeyd edilmiş İİİ mərhələ və Oma sümüyünə metastaz təsdiqini tapmamışdır. İddiaçı olan İ mərhələ onkoloji xəstəlik isə əlilliyin təyininə əsas vermir. Belə ki, Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7 bəndinə uyğun olaraq İİ mərhələ bəd xassəli şişlər üçüncü, 2.2.14. bəndinə uyğun olaraq lll-İV mərhələ bədxassəli şişlər isə ikinci dərəcə əlilliyin təyininə əsas verir. Əsasnamədə İ mərhələ bəd xassəli şişlərə əlilliyin təyini nəzərdə tutulmamışdır. Buna görə də İddiaçı əlillik dərəcəsi ləğv edilmişdir. Verilən qərar qanunauyğundur, təlimati qaydalara əsaslanır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddənin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə Saatlı RPŞ tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı ildə Saatlı şəhərində doğulmuş İddiaçı Saatlı şəhəri ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki; Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı barəsində 0309003AAJEW saylı göndərişlə göndərilmiş № 088 saylı arayışda- xəstəliyin başlanma tarixi xx.xx.2017-ci il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz – Böyrəyin, böyrək ləyənindən başqa bədxassəli yenitörəməsi Sol böyrəyin cərrahi əməliyyatdan sonrakı vəziyyət. Oma sümüyünə metastaz. T3NxM0 İİİ mərhələ; ağırlaşma - “digər qeyri-autoimmun hemolitik anemiyalar İkincili toksiki anemiya kimi göstərilmişdir. Həmin arayış əsasında aparılmış yenidən qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən İddiaçı əlillik dərəcəsi ləğv edilmiş və səbəb kimi tam reabilitasiya olması; ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 356/2020 saylı (ekspertizanın başlanma tarixi xx xxxxxxx 2020-ci il, başa çatma tarixi xx xxxxxx 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı sol böyrəkdə bədxassəli yeni törəmə aşkar edildiyindən həmin böyrək çıxarılmış, bununla bağlı kimyəvi terapiya almış, hal-hazırda onda tam reabilitasiya yaranmışdır. Məhkəmə-tibbi ekspertiza aparılarkən Saatlı mərkəzi rayon xəstəxanasında 088 saylı formada qeyd edilən oma sümüyünə metastaz öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət tərəfindən müəyyən edildiyini, məhkəmə-tibbi ekspertizası aparılarkən Saatlı mərkəzi rayon xəstəxanasında 088 saylı formada qeyd edilən oma sümüyünə metastazın öz təsdiqini tapmadığını nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar