Məhkəmə qərarları › İş №2-1(112)-7234/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7234/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7234/2025 18.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri 2 №-li X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri 2 №-li X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X7nə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması, İddiaçı əlillik dərəcəsinin bərpası və pensiyanın ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyinin Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyi X7ni və üçüncü şəxs qismində isə Bakı şəhəri 2 №-li X2 göstərməklə, məhkəmədən, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarın ləğv edilməsi və ona 13 dekabr 2024-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup (61-80 faiz) əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə hərbi xidmət dövründə epilepsıya xəstəliyi diaqnozu qoyularaq İİ qrup əlillik dərəcəsi almışdır. Həmin əlillik dərəcəsinə əsasən ona pensiya təyin edilmişdir. Daha sonra, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə əlillik dərəcəsi təsdiqlənmiş və pensiya məbləği artırılmışdır. Lakin 13 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik dərəcəsinin dayandırılması qərarı verilmişdir. Bu qərar, xəstəliyinin tam şəkildə sağalmaması və hətta daha da ağırlaşmasına baxmayaraq qəbul edilmişdir. Onun tərəfindən təqdim edilən sənədlər nəzərə alınmadan əsassız və qərəzli şəkildə pensiyasının dayandırılması qərarı verilmişdir. Əlillik dərəcəsinin bərpası məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də imtina verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri 2 №-li X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Agentliyin iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdir. Üçüncü şəxs Bakı şəhəri 2 №-li X1 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya ilkin əlillik təyinatı Bakı Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2019-cu il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə qərarı ilə yenilənmiş Xəstəlik haqqında Şəhadətnamə əsasında orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024- cü il tarixində yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində geniş tərkibdə (Səhiyyə Nazirliyi- RPX həkim psixiatr, 2 saylı KPX həkim psixiatr, Müdafiə Nazirliyi-həkim psixiatr, DTSERA komissiya sədri, 2 həkim nevroloq, 2 həkim terapevt, həkim psixiatr, həkim cərrah) komissiyada əyani müayinə edilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 10579 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Epilepsiya, tez-tez epileptik tutmalarla” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retrograd amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8126/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik nəticəsində kəllə-beyin travması, barotravma, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmələrlə, qıcolma tutmaları anamnezdə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10635553 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Postkontuzion sindrom. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Dəqiqləşdirilməmiş depressiv epizod” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11718428 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2415 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, qıcolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, qıcolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13177661 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki qulağında eşitmə cihazı izlənmişdir. Sol ayağına fiksator geyinmiş, lakin normal yerimişdir. Ayağındakı travmanın şəhadətnamədə qeyd edilmədiyini, lakin səngərə yıxılaraq daşa çırpılma nəticəsində xəsarət aldığını söyləmişdir. Yuxuda epileptik tutmaların olmasından şikayətlənmiş, lakin tutmaların necə baş verməsini izah edə bilməmişdir. Dərmanlardan gündə 3 dəfə Depakin 500mg, Abizol, Klonazepam, Karbomazepin, Aminazin qəbul etdiyini bildirmişdir. İlkin yardım olaraq ailə üzvlərinin qıc olmuş əl-ayağını ovuşduraraq kömək etdiklərini, tutmalardan sonrakı bir həftə ərzində əlini, ayağını suya vura bilmədiyini söyləmişdir. Daha sonra 44 günlük müharibə zamanı tutmaları ola-ola dayanmadan yardım məqsədi ilə yaralılara qulluq etdiyini söyləmiş, yuxarıda danışdıqları ilə uyğunsuzluq təşkil etmişdir. Danışanda səbəbsiz olaraq ara-bir sol əlində demonstrativ tremor müşahidə edilmişdir. Hal-hazırda patoloji affekt izlənilməmiş, mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuşdur. Baxış zamanı qarının ön divarında laparotomiya, döş qəfəsinin hər iki yarısında yumuşaq toxuma çapığı, sol saiddə bir neçə köhnə, səthi kəsik izləri izlənmişdir. Aşağı ətraf oynaqlarında hərəki məhdudluq qeyd olunmamışdır. Müayinə zamanı boyu 174 sm, çəkisi 52 kq, BÇİ-17.3, saturasiyası- SpO2 99% müəyyən edilmiş, auskultasiyada hər iki tərəfdə zəifləmiş tənəffüs eşidilmişdir. DTSERA-da aşağıdakı instrumental müayinələr aparılmışdır: Audiometriya nəticəsi: Sağ qulaq-40 dB-İİ dərəcə, Sol qulaq-65 dB-İİİ dərəcə. (Müayinə zamanı aqravasiyası var idi) kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verməmişdir. Spirometriya: Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur kimi müəyyənləşdirilmiş və bu cür dəyişiklik xx.xx.2024-cü il tarixində bıçaqlanma zamanı döş qəfəsinin yaralanmasından sonraklı reabilitasiya dövründə ağrı faktoruna müvafiq hal kimi dəyərləndirilmiş və əlillik təyinatına əsas verməmişdir. EEQ: Baş beyinin bioelektrik aktivliyinin dezorqanizasiyası, əsas ritmin xarakteristikasının pozulması hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi. kimi müəyyənləşdirilmişdir. Şəhadətnamə qeydinə əsasən Epilepsiya xəstəliyinin 2013-cü ildən başlanması məlum olmuş, lakin yalnız xx.xx.2024-cü il tarixinə dair EEQ müayinə nəticəsi təqdim edilmişdir ki, həmin nəticədə Epilepsiya xəstəliyinə spesifik dəyişikliklər aşkar edilməmişdir. Ümumiyyətlə tutmanın təsviri və verilən klinik-anamnestik məlumatlar bu xəstəliyi təsdiq etməmişdir. Psixi xəstəliyin yaranma səbəbi kimi 44 günlük Vətən Müharibəsi əsas gətirilmiş, lakin Füzuli RMX tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 76/10 №li arayışda “Verilir: İddiaçı ondan ötəri ki, geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən gələn yaralı hərbiçilərə könüllü Füzuli RMX-da nümunəvi xidmət göstərmişdir.” qeydi aparılmılşdır. Bu qeydə əsasən vətəndaşın ön cəbhədə döyüş əməliyyatlarında iştirak etmədiyi məlum olmuş, həmçinin tez-tez baş verən epileptik tutmaları olan şəxsin 2-ci dərəcə əlill kimi özünün qismən kənar şəxsin qulluğuna möhtac olduğu halda başqasına (yaralılara) xidmət göstərməsi sual doğurmuşdur. Həmçinin Fəlakət nəticəsində psixi pozuntunun yaranması uyğunsuz hesab edilmişdir. Belə ki, Füzuli RMX-nın arayışı əsasında vətəndaş yalnız arxa cəbhədə xəstəxana şəraitində olmuş və bilavasitə müharibə fəlakəti keçirməmişdir. Səhiyyə Nazirliyindən ezam olunmuş iki həkim-psixiatr, Müdafiə Nazirliyindən dəvət edilmiş həkim-psixiatr və DTSERA-nın həkimpsixiatrının çoxsaylı sualları əsasında vətəndaşda Şəxsiyyət pozuntusuna spesifik psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar edilməmişdir. Yalnız bildirdiyi şikayətlər toplusu və müşahidə edilən hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ-konversion pozuntu, isterik çizgilərlə” diaqnozuna uyğun hesab edilmiş və əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar edilməmişdir. Təqdim olunan resept surətlərində xx.xx.2024-cü il tarixində X8 hesab edilən Tramal preparatının yazılması diqqəti cəlb etmiş, belə ki, xəstədə hazırda mövcud olan somatik, nevroloji və psixiatriik diaqnozlar və onların ağırlaşmalırının müalicəsində Beynəlxalq protokola əsasən seçim preparatı olaraq bu dərman vasitəsi göstəriş deyildir. Məhkəmə qərarı əsasında yenilənmiş XHŞ-da Deməsinə görə xx.xx.2016-cı ildə döyüşlərdə "Barotravma” xəsarəti alıb. (əsas: N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayış araşdırma nəticəsində təsdiqini tapmayıb) qeydinin aparılması 2016-ci ildə hər hansı bir hərbi səbəbli travmanın alınmasını inkar etmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. AR NK-in Əlilliyin qiymətləndirilməsi qaydaları haqqında 16 yanvar 2020-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Əyani müayinə ilə bağlı qərarda da qeyd edildiyi kimi, Əsasnamə ilə müəyyən olunan ağırlaşmalar və digət simptomların əlillik səviyyəsində olduğunu təstiq edən heç bir insturmental müayinə nəticələri mövcud deyildir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növlərinin mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli 10579 nömrəli Şəhadətnamədən (surəti) müəyyən olunur ki, Komissiya aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Diaqnoz: G 40.1 “Epilepsiya, tez-tez epileptik tutmalarla” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; Diaqnoz: F 06.5 “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retrograd amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il Qərarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2024-cü il tarixdə aşağıda adı göstərilən 1 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:

1. Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2740003AACAJ nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə DTSERA əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Məhkəmə qərarı ilə yenilənmiş Xəstəlik haqqında Şəhadətnamə əsasında orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən xx.xx.2024-cü il tarixində yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində geniş tərkibdə (Səhiyyə Nazirliyi-RPX həkim psixiatr, 2 saylı KPX həkim psixiatr, Müdafiə Nazirliyi-həkim psixiatr, DTSERA komissiya sədri, 2 həkim nevroloq, 2 həkim terapevt, həkim psixiatr, həkim cərrah) komissiyada əyani müayinə edilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 10579 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Epilepsiya, tez-tez epileptik tutmalarla” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retrograd amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8126/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik nəticəsində kəllə-beyin travması, barotravma, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmələrlə, qıcolma tutmaları anamnezdə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10635553 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Postkontuzion sindrom. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. Dəqiqləşdirilməmiş depressiv epizod” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11718428 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2415 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxil olmalar, özünə xəsarət hərəkətləri, qıcolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, qıcolma tutmaları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 13177661 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hər iki qulağında eşitmə cihazı izlənmişdir. Sol ayağına fiksator geyinmiş, lakin normal yerimişdir. Ayağındakı travmanın şəhadətnamədə qeyd edilmədiyini, lakin səngərə yıxılaraq daşa çırpılma nəticəsində xəsarət aldığını söyləmişdir. Yuxuda epileptik tutmaların olmasından şikayətlənmiş, lakin tutmaların necə baş verməsini izah edə bilməmişdir. Dərmanlardan gündə 3 dəfə Depakin 500mg, Abizol, Klonazepam, Karbomazepin, Aminazin qəbul etdiyini bildirmişdir. İlkin yardım olaraq ailə üzvlərinin qıc olmuş əl-ayağını ovuşduraraq kömək etdiklərini, tutmalardan sonrakı bir həftə ərzində əlini, ayağını suya vura bilmədiyini söyləmişdir. Daha sonra 44 günlük müharibə zamanı tutmaları ola-ola dayanmadan yardım məqsədi ilə yaralılara qulluq etdiyini söyləmiş, yuxarıda danışdıqları ilə uyğunsuzluq təşkil etmişdir. Danışanda səbəbsiz olaraq ara-bir sol əlində demonstrativ tremor müşahidə edilmişdir. Hal-hazırda patoloji affekt izlənilməmiş, mühakimə və analiz qabiliyyəti situasiyaya uyğun olmuşdur. Baxış zamanı qarının ön divarında laparotomiya, döş qəfəsinin hər iki yarısında yumuşaq toxuma çapığı, sol saiddə bir neçə köhnə, səthi kəsik izləri izlənmişdir. Aşağı ətraf oynaqlarında hərəki məhdudluq qeyd olunmamışdır. Müayinə zamanı boyu 174 sm, çəkisi 52 kq, BÇİ-17.3, saturasiyası- SpO2 99% müəyyən edilmiş, auskultasiyada hər iki tərəfdə zəifləmiş tənəffüs eşidilmişdir. DTSERA-da aşağıdakı instrumental müayinələr aparılmışdır: Audiometriya nəticəsi: Sağ qulaq-40 dB-İİ dərəcə, Sol qulaq-65 dB-İİİ dərəcə.( Müayinə zamanı aqravasiyası var idi) kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verməmişdir. Spirometriya: Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur kimi müəyyənləşdirilmiş və bu cür dəyişiklik xx.xx.2024-cü il tarixində bıçaqlanma zamanı döş qəfəsinin yaralanmasından sonraklı reabilitasiya dövründə ağrı faktoruna müvafiq hal kimi dəyərləndirilmiş və əlillik təyinatına əsas verməmişdir. EEQ: Baş beyinin bioelektrik aktivliyinin dezorqanizasiyası, əsas ritmin xarakteristikasının pozulması hesabına. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi. kimi müəyyənləşdirilmişdir. Şəhadətnamə qeydinə əsasən Epilepsiya xəstəliyinin 2013-cü ildən başlanması məlum olmuş, lakin yalnız xx.xx.2024-cü il tarixinə dair EEQ müayinə nəticəsi təqdim edilmişdir ki, həmin nəticədə Epilepsiya xəstəliyinə spesifik dəyişikliklər aşkar edilməmişdir. Ümumiyyətlə tutmanın təsviri və verilən klinik-anamnestik məlumatlar bu xəstəliyi təsdiq etməmişdir. Psixi xəstəliyin yaranma səbəbi kimi 44 günlük Vətən Müharibəsi əsas gətirilmiş, lakin Füzuli RMX tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 76/10 №li arayışda “Verilir: İddiaçı ondan ötəri ki, geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən gələn yaralı hərbiçilərə könüllü Füzuli RMX-da nümunəvi xidmət göstərmişdir.” qeydi aparılmılşdır. Bu qeydə əsasən vətəndaşın ön cəbhədə döyüş əməliyyatlarında iştirak etmədiyi məlum olmuş, həmçinin tez-tez baş verən epileptik tutmaları olan şəxsin 2-ci dərəcə əlill kimi özünün qismən kənar şəxsin qulluğuna möhtac olduğu halda başqasına (yaralılara) xidmət göstərməsi sual doğurmuşdur. Həmçinin Fəlakət nəticəsində psixi pozuntunun yaranması uyğunsuz hesab edilmişdir. Belə ki, Füzuli RMX-nın arayışı əsasında vətəndaş yalnız arxa cəbhədə xəstəxana şəraitində olmuş və bilavasitə müharibə fəlakəti keçirməmişdir. Səhiyyə Nazirliyindən ezam olunmuş iki həkim-psixiatr, Müdafiə Nazirliyindən dəvət edilmiş həkim-psixiatr və DTSERA-nın həkimpsixiatrının çoxsaylı sualları əsasında vətəndaşda Şəxsiyyət pozuntusuna spesifik psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar edilməmişdir. Yalnız bildirdiyi şikayətlər toplusu və müşahidə edilən hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ-konversion pozuntu, isterik çizgilərlə” diaqnozuna uyğun hesab edilmiş və əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar edilməmişdir. Təqdim olunan resept surətlərində xx.xx.2024-cü il tarixində X8 hesab edilən Tramal preparatının yazılması diqqəti cəlb etmiş, belə ki, xəstədə hazırda mövcud olan somatik, nevroloji və psixiatriik diaqnozlar və onların ağırlaşmalırının müalicəsində Beynəlxalq protokola əsasən seçim preparatı olaraq bu dərman vasitəsi göstəriş deyildir. Məhkəmə qərarı əsasında yenilənmiş XHŞ-da Deməsinə görə xx.xx.2016-cı ildə döyüşlərdə "Barotravma” xəsarəti alıb. (əsas: N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1594 nömrəli travma haqqında arayış araşdırma nəticəsində təsdiqini tapmayıb) qeydinin aparılması 2016-ci ildə hər hansı bir hərbi səbəbli travmanın alınmasını inkar etmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il Qərarından görünür ki, İddiaçı əlilliyinin qiymətləndirilməsi nəticəsində ona əlillik verilməsindən imtina edilmiş və imtina səbəbi kimi, “Diaqnoz öz təsdiqini tapmaması” qeyd olunmuşdur. Qərar “Əlillik” alt sisteminə xx.xx.2025-ci il tarixdə daxil edilmişdir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən verilmiş T 302/2025 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2025-ci ildə başlamış, xx.xx.2025-ci il tarixdə başa çatmışdır. 1991-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə - tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1,11. Vətəndaş İddiaçı hazırda “Barotravma, ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, ikitərəfli neyrosensor tip ağıreşitmə sağda İ (bir), solda İİİ-İV (üç-dörd) dərəcə, idiopatik generalizə olunmuş epilepsiya xəstəliyi”ndən əziyyət çəkir. Qeyd edilən diaqnozlar ona ayrılmış funksional diaqnostik müayinələrin cavablarına, həmçinin profil üzrə mütəxəssislərin konsultiv baxışları əsasında müəyyən edilmişdir. 5,8,12,13,14. Qərardadın bu bəndlərindəki suallarda qeyd olunan xəstəliklər şəxsin DTSERA-da müayinəsi zamanı Səhiyyə Nazirliyindən ezam olunmuş iki həkim –psixiatr, Müdafiə Nazirliyindən dəvət edilmiş həkim-psixiatrın çoxsaylı sualları əsasında onda “Şəxsiyyət pozuntusu”na spesifik psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar edilməmiş, xəstə yalnız şikayətlər toplusu bildirmiş və müşahidə edilən hazırki vəziyyəti mütəxəssislər tərəfindən “Dissosiativ-konversion pozuntu, isterik cizgilərlə” diaqnozuna uyğun hesab edilmiş və əlillik təyinatına əsas verən ağırlaşmalar aşkar edilməmişdir. DTSERA-da həmçinin “Fəlakət nəticəsində psixi pozuntu”nun yaranması uyğunsuz hesab edilmişdir. Belə ki, Füzuli RMX-nın arayışı əsasında vətəndaş yalnız arxa cəbhədə xəstəxana şəraitində olmuş və bilavasitə müharibə fəlakəti keçirməmişdir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, № 2169 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçıda forma 088 arayışında əsas diaqnoz kimi göstərilmiş “üzvi (İl QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünəxəsarət əlamətləri, qıcolma tutmaları ilə (F07.0)” diaqnozu aşkar edilirmi? Cavab: İddiaçı hal-hazırda üzvi şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Tibbi sənədlərin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, İddiaçı şəxsiyyət pozuntusuna səbəb olan üzvi zədələnmə həm epilepsiya xəstəliyi, həm də “Aprel döyüşləri” dövründə xx.xx.2024-cü il tarixdə (“Aprel döyüşlərində”) aldığı barotravmanın fəsadları kimi qiymətləndirilməlidir. Tibbi sənədlərin təhlilindən belə nəticəyə gəlmək olar ki, xəstəliyinin müxtəlif vaxtlarında depressiv əlamətlər, özünəxəsarət halları və qıcolma tutmaları qeyd olunmuşdur. “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retrograd amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları” diaqnozu aşkar edilirmi? Cavab: İddiaçı hal-hazırda “üzvi şəxsiyyət pozuntusu” (F07.0) aşkar olunur. İddiaçı hal-hazırda “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” diaqnozu aşkar edilmir Bununla yanaşı İddiaçı əvvəllər “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” keçirməsi inkar edilmir. İddiaçı əvvələr təyin olunmuş “şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu onun hal-hazırkı vəziyyətinə (diaqnozuna) uğundur. Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? Cavab: İddiaçı onda qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” səbəbindən psixiatrın ambulator müşahidəsində olmalı və kəskinləşmə dövrlərində stasionar şəraitdə müalicəyə göndərilməlidir, edir. Müalicə və reabilitasiya tədbirləri nəticəsində xəstənin vəziyyətini yaxşılaşmasına nail olmaq mümkündür. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı qeyd olunan pozuntunun tam sağalma ehtimalı yoxdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ...

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); ...

2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: ... 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik. ... 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: ... Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin olunmasına nail olmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi F07.0 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, istər həmin xəstəliyin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının əlilliyinin təyinatına əsas olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozun patoloji vəziyyəti nəticəsində meydana gəldiyini və hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, İddiaçı hal-hazırda üzvi şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Tibbi sənədlərin təhlili nəticəsində belə qənaətə gəlmək olar ki, İddiaçı şəxsiyyət pozuntusuna səbəb olan üzvi zədələnmə həm epilepsiya xəstəliyi, həm də “Aprel döyüşləri” dövründə xx.xx.2024-cü il tarixdə (“Aprel döyüşlərində”) aldığı barotravmanın fəsadları kimi qiymətləndirilməlidir. Tibbi sənədlərin təhlilindən belə nəticəyə gəlmək olar ki, xəstəliyinin müxtəlif vaxtlarında depressiv əlamətlər, özünəxəsarət halları və qıcolma tutmaları qeyd olunmuşdur. Eyni zamanda ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı əvvələr təyin olunmuş “şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu onun hal-hazırkı vəziyyətinə (diaqnozuna) uğundur. İddiaçı onda qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” səbəbindən psixiatrın ambulator müşahidəsində olmalı və kəskinləşmə dövrlərində stasionar şəraitdə müalicəyə göndərilməlidir, edir. Müalicə və reabilitasiya tədbirləri nəticəsində xəstənin vəziyyətini yaxşılaşmasına nail olmaq mümkündür. Eyni zamanda qeyd olunmalıdır ki, İddiaçı qeyd olunan pozuntunun tam sağalma ehtimalı yoxdur. Göstərilən bu hal əlavə ekspertizanın təyini üçün əsas deyil və ya ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır. Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: (-) 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə; Məhkəmə diqqətə çatdırır ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müyyən edilməsidir. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Məhkəmə iclasına dəvət olunan zaman ekspertə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyət daşıdığı izah olunur. Hazırki iş üzrə də ekspertə CM ilə məsuliyyə daşığı izah olunmuş, ekspert rəydə göstərilənləri təsdiqləyərək, xəstəlik ilə bağlı bəzi məqamlara (bu növ xəstəliklərin hansı əsas xəstəliklərdən meydan gəldiyi, müalicə və müayinə, reabilitasiya ilə bağlı) aydınlıq gətirmişdir ki, məhkəmə hesab edir ki, ekspert rəyi və ekspertin ifadəsi sübut kimi qiymətləndirilməlidir. Beləliklə aydın olur ki, iddiaçıda olan “Üzvi (İİ Qarabağ Müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünəxəsarət əlamətləri, qıcolma tutmaları ilə” meydana gəlmişdir. Göründüyü kimi iddiaçıda olan xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixli 154 nömrəli qərarına əsasən iddiaçıya “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu qoyulduğundan və əlillik səbəbi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Göründüyü kimi iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən əlilliyin təyinatına əsas verməsi və diaqnozun hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertiza Komissiyasının xx.xx.1991-ci il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. xx.xx.1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” aldığı hərbi travmaya görə xx.xx.2024-cü il tarixdən İİ qrup (61-80 faiz) əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar