Məhkəmə qərarları › İş №2-1(112)-7236/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7236/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7236/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında ünvan: (ünvan 1 baxaraq, MÜƏYYƏNETDİ: İddiaçının nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən tikintialtı sahəsi 19,6 kv.metr olan qeyri-yaşayış binasına dair İddiaçı mülkiyyət hüququnun qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində aparılmasının və bunu təsdiq edən müvafiq sənədin - çıxarışın verilməsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iş AZEMİS elektron məhkəmə sistemi vasitəsilə məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının icraatına verilmişdir. İddiaçı sonradan işə baxan hakim Həsənova Şəlalə Akif qızına etiraz verərək, işin baxılması üçün məhkəmənin digər hakiminin icraatına verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sədri tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla İddiaçı Bakı İnzibati Məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızına etdiyi etiraz təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyriyaşayış sahəsinə dair çıxarışın verilməsi barədə iddiasına dair 2-1(112)-7236/2020 nömrəli inzibati iş baxılması üçün icraatıma verilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.6 kv.metr olan qeyri-yaşayış binasına dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu qeydiyyatı təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərə görə, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş 11.01 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 2ndə yerləşən 1 mərtəbəli, ümumi sahəsi 19,6 kv.metr olan qeyri-yaşayış binasını (qaraj və anbar) vətəndaş Leyla Feyzullayevadan satın almışdır. Alqı-satqı müqaviləsindən sonra DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış binasına dair iddiaçının adına inventar nömrəsi 04/497 olan, xx.xx.2020-ci il tarixli texniki pasport tərtib edilmişdir. Bundan əvvəl isə satıcı olan X1 adına tikiliyə dair xx.xx.2016-cı il tarixli, inventar nömrəsi-11/2466 olan texniki pasport mövcud olmuşdur. Sonradan iddiaçı həmin qeyriyaşayış binasının yerində onun tərəfindən inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizəsi cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2020-ci il tarixli məktubla imtinanın əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin iddiaya dair xx.xx.2020-ci il tarixli, **********93 nömrəli etirazında bildirilmişdir ki, sözügedən ünvanda yerləşən qaraj sökülərək yerində qeyri-yaşayış binası inşa edilmişdir. Belə ki, inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Sonda iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********40 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktub ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.6 kv.metr olan qeyri-yaşayış binasına dair onun adına müvafiq hüquqmüəyyənedici sənədlər, torpaq sahəsinin istifadəsində olmasını təsdiq edən texniki pasport, eskiz layihə və s. mövcuddur. Həmin sənədlər cavabdehə təqdim edilsə də, ərizə təmin edilməmişdir. Nümayəndə izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 193 saylı, xx.xx.2008-ci il tarixli sərəncamından müəyyən edilir ki, S.Rəhman küçəsi 63 saylı binanın həyətində yerləşən 18.6 kv.metr sahəsi olan təsərrüfat damının sənədləşdirilməsinə icazə verilmişdir. İş əlavə olunmuş tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktından görünür ki, S.Rəhman küçəsi 63 saylı binanın həyətində yerləşən 18.6 kv.metr sahəsi olan təsərrüfat damı istismara yararlı hesab edilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 11/2466 qeydiyyat nömrəli texniki pasporta əsasən tam mülkiyyət üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16.3 kv.metr olan qeyri-yaşayış binası müqavilə üzrə satıcı X3 tərəfindən müqavilə üzrə alıcı İddiaçı satılmışdır. İşdə olan DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair 04/497 reyestr nömrəli texniki pasportdan görünür ki, həmin qeyri-yaşayış binasına dair hüquq subyekti İddiaçıdur. Qeyri-yaşayış binasının (qaraj) yerləşdiyi torpaq sahəsinin faktiki və ümumi tikintialtı sahəsi 0.00196 ha. təşkil edir. İşdə olan DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********40 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən qaraj sökülərək yerində qeyri-yaşayış binası inşa edilmişdir. İnşa edilmiş qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” fəaliyyətini həyata keçirməyə lisenziya əsasında icazə verilmiş X2 tərtib etdiyi ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının eskiz layihəsindən müəyyən edilir ki, eksplikasiya aşağıdakı kimidir: kimyəvi təmizləmə - 15.6 kv.metr, sanitar qovşaq – 1.0 kv.metr, cəmi 16.6 kv.metr. Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16.3 kv.metr olan qeyri-yaşayış binası alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə keçmiş, iddiaçı həmin qeyri-yaşayış binasının tikintisi altında qalan 19.6 kv.metr torpaq sahəsinə faktiki sahibliyi və istifadə hüququnu həyata keçirməklə ondan istifadə etmiş, sonradan həmin tikili sökülmüş, əvvəlki qeyri-yaşayış binasının yerləşdiyi 19.6 kv.metr torpaq sahəsindən heç bir kənarlaşma olmadan həmin torpaq sahəsində eskiz layihə əsasında yeni qeyri-yaşayış binası inşa edilmişdir. İddiaçı sözügedən qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizə ilə cavabdeh qeydiyyat orqanına müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciəti təmin edilməmiş, imtinaya səbəb kimi ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsi göstərimişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericiliklə birbaşa və qəti olaraq müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinin tələblərinə uyğun olaraq iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri (torpaq sahəsinin istifadəsində olmasını təsdiq edən texniki pasport, eskiz layihə və s.) mövcuddur. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.6 kv.metr olan qeyri-yaşayış binasına dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu qeydiyyatı təsdiq edən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 16.6 kv.metr olan qeyri-yaşayış binasına dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu qeydiyyatı təsdiq edən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6DRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar