Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7238/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınaraq şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək «VAZ 21213» markalı **- OH-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “VAZ 21213” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxışlı avtomobili xx.xx.2024cü il tarixdə təkrar qeydiyyat hərəkətlərinin aparılması üçün BDYPİ-nə təqdim etmiş və avtomobilə baxış keçirilən zaman avtomobilin ban nömrəsinin qeyri-zavod üsulu ilə həkk edilməsi və təkrarlayıcı zavod lövhəsinin (birka) qeyri-zavod üsulu ilə vurulması aşkar edilmişdir. Qeyd edilən fakt üzrə toplanmış material araşdırma aparılması üçün AR DİNnin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. AR DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən təkrar qeydiyyat məsələsinə baxılması üçün rəyin surəti AR DİN Baş X6 İdarəsinə göndərilmişdir. Lakin AR DİN Baş X6 İdarəsi tərəfindən 01 fevral 2025-ci il tarixli 3-13-16/2-21329/2025 nömrəli məktubla əsassız və qanunsuz olaraq avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olan “VAZ 21213” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, XTA212130V1269567 ban nömrəli nəqliyyat vasitəsinin qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddia ərizəsi ilə bağlı yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-OH-*** dövlət nömrə nişanlı, BAN XTA212130V1269567, mühərrik ******* olan «VAZ21213» minik markalı nəqliyyat vasitəsi İddiaçının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “VAZ-21213” minik markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı aparılmış araşdırmaya dair rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi 09 yanvar 2024-cü il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında qeydiyyatda olan X2 etibarnamə əsasında idarə eldiyi «VAZ-21213» minik markalı, **-OH-*** dövlət qeydiyval nişanlı, universal tipli, ******* mühərrik nömrəli, X 1 A212130V1269567 ban nömrəli, qara rəngli, 1997-ci 1 buraxılışlı avtomobilin ban nömrəsinin qeyri-zavod üsulu ilə həkk edilməsi və təkrarlayıcı zavod lövhəsinin (birka) qeyri-zaxod üsulu ilə vurulmasına dair araşdırma aparıb rəy verilməsini xahiş elmişdir. Araşdırma zamanı X3 izahatında göstərmişdir ki, «VAZ- 21213» minik markalı. **-OH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, XTA212130V1269567 ban nömrəli, qara rəngli, 1997-ci il buraxıhşlı avtomobil etibarnamə əsasında özünə məxsusdur. Avtomobili alandan sonra heç bir dəyişiklik aparılmayıbdır. Alındığı kimi də idarə olunmuşdur. Avtomobili adma qeydiyyat etdirmək qərarına gəlib 0S yanvar 2024-cü ildə BDYPİ-nə müraciət etmişdir. Orada avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin ban nömrəsinin və birkasının qeyri-zavod üsulu ilə vurulması bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobilin ban nömrəsinin həmçinin birkanın qeyrizavod üsulu ilə olmasını bilməmişdir. «VAZ-21213» minik markalı, 90-011-651 dövlət nömrə nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. «VAZ-21213» minik markalı, 90- 011-651 dövlət nömrə nişanlı avtomobilin sənədlərindən görünür ki, avtomobil 1997-ci il buraxılışlı olmaqla 27 ildir ki. istismardadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirlşiyi Kriminalistik Tədqiqatlar İdarəsinin 12 yanvar 2024-cü il tarixli 24/9 nömrəli tədqiqat haqqında arayışından görünür ki. «VAZ-21213» minik markalı, üzərində 90-011-651 dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan «*XTA212130V1269567*» hərf və rəqəmlərin 5-8-ci mövqedə duran «2J_3» rəqəmləri qeyri-zavod üsulu ilə vurulmuş rəqəmlərə xarakterikdir. Ban nömrəsinin 1-5-ci və 9-19-ci mövqelərində duran «*XTA21—OV 1269567*» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Həmçinin ban nömrəsinin 4-5-ci və 9-cu mövqelərində duran «21- - -0» rəqəmlərin üzərində metal əzilməsi (döyəcləmə) izləri aşkar edildi. Avtomobilin ban nömrəsi həkk edilmiş hissədə metalın qismən dalğalı olması müşahidə edildi. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin ban nömrəsini göstərən «XTA212130V1269567» hərf və rəqəmlər qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi xurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «21213 4543963» rəqəmlər zavod üsulu ilə xurulmuş standart rəqəmlərə xarakterikdir. Həmin «21213 4543963» rəqəmləı indən «21213»rəqəmləri mühərrikin modelini (tipini), «48543963» rəqəmləri isə mühərrikin nömrəsini bildirir. Avtomobilə baxış keçirilən zamanı avtomobilin ban nömrəsi göstəricilərindən bəzilərinin istehsalçı zavod tərəfindən deyil, qeyri-zavod üsulu ilə vurulması, həmçinin təkrarlayıcı zavod lövhəsinin göstəricilərinin qeyri-zavod üsulu ilə həkk edilməsi müəyyən edilmişdir. Araşdırma zamanı avtomobilin gövdəsinin və quraşdırılmış ehuyyaı hissələrinin cinayət yolu ilə əldə olunmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin səlahiyyətlərinə daxıldır. Odur kı, avtomobildə aşkar edilmiş qüsurda mülkiyyətçi və istifadəçilərin hərəkətlərində qanun pozuntusu aşkar edilmədiyindən nəqliyyat vasitəsi göstərilən əsaslar üzrə yəni ban nömıəsinin və təkıaılayıcı zavod lövhəsi (birka) göstəricilərinin qeyri-zavod üsulu ilə vurulması kimi qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surəti BDYPİ-nin Qİİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 saylı Qərarı ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında» Əsasnamənin 4.1-ci bəndini rəhbər tutub rəy verilmişdir: «VAZ-21213» minik markalı. 90-011-651 dövlət qeydiyyat nişanlı, universal tipli, ******* mühərrik nömrəli, qara rəngli, 1997-ci il buraxılışlı avtomobilin qeydiyyat sənədlərində XTA212130V1269567 ban nömrəsinin və birka göstəricilərinin qeyri-zavod üsulu ilə vurulması kimi qeydiyyata alınması məsələsinə baxılması üçün rəyin surəti BDYPİ-nin Qİİ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-53045/2025 nömrəli məktubunda göstərilmişdir ki, DİN Baş X6 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz "Vaz 21213" markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən İddiaçı adında qeydiyyatdadır. "Vaz 21213" markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-8/2-4521/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 2419 nömrəli tədqiqat haqqında arayışında göstərilmişdir ki, Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur: Təqdim edilən «Vaz-21213» minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur? Cavab: «Vaz-21213» minik markalı, baxış zamanı üzərində **-OH-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, o qara boya ilə rənglənmişdir. Trasoloji tədqiqat qarşısında qoyulan sualla cavab vermək üçün avtomobilə baxış keçirildi. İlkin olaraq avtomobilin qabaq saxlanc yerində olan ban nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «*XTA212130V1269567’» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə sumbata kağızı (najdaçnaya bumaqa) vasitəsilə boyadan metal səthədək təmizləndi və həmin hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin «*XTA212130V1269567*» hərf və rəqəmlərin, 6-8-ci mövqedə duran «213» rəqəmləri vurulmasına görə şübhə doğurdu. Belə ki, tədqiqat zamanı 6-8-ci mövqedə duran «213» rəqəmlərinin vurulma dərinliklərinin, hündürlüklərinin və konfiqurasiyalarının digər mövqelərdə duran rəqəmlərdən qismən fərqləndiyinə görə belə nəticəyə gəlmək olar ki, ban nömrəsinin 6-8-ci mövqelərində duran «213» rəqəmləri qeyrizavod üsulu ilə vurulmuş rəqəmlərə xarakterikdir. Ban nömrəsinin 1-5-ci və 9-17-ci mövqelərində duran «XTA-0V1269567*» hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formalarına, vurulma dərinliyinə, konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Həmçinin ban nömrəsinin 4-5-ci və 9-cu mövqelərində duran «21- - -0» rəqəmlərin üzərində metal əzilməsi (döyəcləmə) izləri aşkar edildi. Avtomobilin ban nömrəsi həkk edilmiş hissədə metalın qismən dalğalı olması müşahidə edildi. Avtomobilin zavod lövhəsi (birka) olması nəzərdə tutulan hissəyə baxış keçirilərkən həmin hissədə iki ədəd tıxacla pərçimlənmiş birka aşkar edildi. Zavod lövhəsi üzərində avtomobilin ban nömrəsini göstərən «XTA212130V1269567» hərf və rəqəmlər 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi kİ, zavod lövhəsinin üzərində olan ban nömrəsini göstərən «XTA212130V1269567» hərf və rəqəmlər ölçülərinə, qeyri-bərabər yerləşməsinə.vurulma dərinliyinə, Konfiqurasiyasına görə belə nəticəyə gəlməx olar ki, onlar qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Sonra avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə həkk edilmiş «21213 4543963» rəqəmləri aşkar edildi. Həmin hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı müəyyən edildi kİ, həmin mühərrik nömrəsində olan «21213 4543963» rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, Konfiqurasiyasına görə belə nəticəyə gəlməK olar ki, onlar zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Həmin «21213 4543963» rəqəmlərindən «21213» rəqəmləri mühərrikin modelini (tipini), «48543963» rəqəmləri isə mühərrikin nömrəsini bildirir. Tədqiqata avtomobilin «AD№583107» nömrəli qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Şəhadətnamədə bir üzündə avtomobilin qeydiyyat nişanları:90OH651, marka,model: VAZ21213 minik, tipi: universal. buraxılış ili:1997, mühərrik nömrəsi: 4543963, ban nömrəsi:XTA212130V1269567, rəngi: qara şəhadətnamənin ikinci üzündə avtomobil sahibi, şəhadətnaməni verən orqan, verilmə tarixi haqqında məlumatlar vardır. «Vaz-21213» minik markalı, üzərində **-OH-*** dövlət qeydiyyat nişanları olan avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: «Vaz-21213» minik markalı, üzərində **-OH-*** dövlət qeydiyyat nişanları olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş ban nömrəsində olan «XTA212130V1269567» hərf və rəqəmlərin 6-8-ci mövqedə duran «213» rəqəmləri qeyri-zavod üsulu ilə vurulmuş rəqəmlərə xarakterikdir. Ban nömrəsinin 1-5-ci və 9-17-ci mövqelərində duran «XTA21—0V1269567» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Həmçinin ban nömrəsinin 4-5-ci və 9-cu mövqelərində duran «21—0» rəqəmlərin üzərində metal əzilməsi (döyəcləmə) izləri aşkar edildi. Avtomobilin ban nömrəsi həkk edilmiş hissədə metalın qismən dalğalı olması müşahidə edildi. Avtomobildə zavod lövhəsi (birka) üzərində avtomobilin ban nömrəsini göstərən «XTA212130V1269567» hərf və rəqəmlər qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş, «21213 4543963» rəqəmlər zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Həmin «21213 4543963» rəqəmlərindən «21213» rəqəmləri mühərrikin modelini (tipini), «48543963» rəqəmlər: isə mühərrikin nömrəsini bildirir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-16/2- 21329/2025 nömrəli məktubunda bildirilmişdir ki, "VAZ 21213" markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X6 İdarəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, qeyd olunan "VAZ 21213" markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin və təkrarlayıcı zavod lövhəsinin (birka) qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X6 İdarəsinin Qeydiyyatimtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, «VAZ 21213 MİNİK» markalı, universal tipli, ******* mühərrik nömrəli, XTA212130V1269567 ban nömrəli, qara rəngli, 1997-ci il buraxılışlı avtomobili İddiaçının adına 2019-cu il tarixdə qeydiyyata alınmış, avtomobilə **-OH-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Avtomobilin ban nömrəsinin və təkrarlayıcı zavod nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbilə avtomobilin təkrar qeydiyyat hərəkətlərinin həyata keçirilməsindən imtina edilmişdir. Hazırkı halda iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edərək nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən avtomobil üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilməlidir ki, qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən ban nömrəsi vurulması nəzərdə tutulan hissədə ban üzərində stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Avtomobilin zavod lövhəsi (birka) avtomobilin ban nömrəsi olduğu halda ban nömrəsi göstəricilərini eyniləşdirməklə təkraredici göstəricidir. Bu halda zavod lövhəsi üzərində olan göstəriciləri avtomobilin stasionar göstəricisi ilə eyniləşdirmək mümkün deyildir. Qeyd edilən halları hazırkı işə tətbiq etdikdə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin ban nömrəsinin və təkrarlayıcı zavod lövhəsinin qeyri-zavod üsulu ilə vurulmasını əsas gətirmişdir. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində qeyd edilən məsələ üzrə araşdırma aparılaraq avtomobilin 27 ildir ki, istismarda olduğu, iddiaçıdan öncə ilk dəfə xx.xx.2003-cü il tarixdə qeydiyyata alındığı, BDYPİ Qİİ-nin X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda olmadığı, avotmobilin ban nömrəsi göstəricilərinin bəzilərinin qeyri-zavod üsulu ilə vurulması, təkrarlayıcı zavod lövhəsinin göstəricilərinin qeyri-zavod üsulu ilə həkk edilməsi müəyyən edilsə də avtomobilin və avtomobilə quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən sübutlar aşkar olunmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Belə ki, qeyd edilən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, «VAZ 21213» minik markalı, universal tipli, ******* mühərrik nömrəli, XTA212130V1269567 ban nömrəli avtomobilin sənədlərindən görünür ki, avtomobil 1997ci il buraxılışlı olmaqla 2019-cu ildə iddiaçının dövlət qeydiyyata alınaraq qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobil ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş XTA212130V1269567 hərf və rəqəmlərdən 3 rəqəmi qeyr-zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olsa da bütövlükdə həmin nömrə ilə xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhaddətnaməsindəki ban nömrəyə uyğundur. Həmçinin, ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmi birka üzərində avtomobilin ban nömrəsini göstərən hərf və rəqəmlər eynilik təşkil edir. Eyni zamanda təqdim edilmiş xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətində mühərrik nömrəsi qeyd olunmuş ******* nömrə ilə faktiki olaraq təqdim edilmiş avtomobildəki mühərrikin nömrəsi eynilik təşkil edir. Beləliklə, avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasından imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “VAZ 21213” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, XTA212130V1269567 ban nömrəli nəqliyyat vasitəsinin İddiaçı adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. “VAZ 21213” minik markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, XTA212130V1269567 ban nömrəli nəqliyyat vasitəsinin İddiaçının adına qeydiyyata alınması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7238/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7238/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver