Məhkəmə qərarları › İş №2-1(112)-7239/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7239/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7239/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: N.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 0N iyun N99N-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi müddətli hərbi xidmətə çağırılaraq N-ci Vətən Müharibəsi (N-ci Qarabağ) döyüşləri zamanı Azərbaycan Respublikasının MTN-nin Sərhəd Qoşunlarında (indiki Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları) hərbi xidmət keçərkən Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı qəhrəmancasına vuruşaraq, hərbi əlil olmuşdur. xx.xx.N992-xx.xx.N993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Respublika Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə-odlu silah yaralarından müalicə alaraq DSX-nın Hərbi Hospitalının Hərbi Həkim Komissiyasına təqdim olunmuş, N3 avqust N994-cü il tarixdə «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı», yəni 2-ci qrup hərbi əlil kimi Silahlı Qüvvələrdən ehtiyata tərxis olunmuşdur. İddiaçı müvafiq sənədləri əlavə edib ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi Komissiyası”na müraciət etsə də, bu vaxta kimi müraciətlərinə heç bir müsbət cavab ala bilməmişdir. Yalnız məktublar almışdır ki, sənədlərinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi Komissiyasında” baxılacaqdır. Müraciətlərinə hansı səbəblərdənsə, bir ildən artıq müddətin keçməsinə baxmayaraq baxılmır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və hazırda məhkəməyə təqdim olunmuş sənədlərindən görünür ki: iddiaçı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsindən verilmiş 02/N04 nömrəli 09 aprel 2007-ci il tarixli arayışa əsasən xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilədək 2-ci dərəcəli hərbi əlilliyə görə pensiya almışdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığından verilmiş 27 mart 2007-ci il tarixli 203 nömrəli məktuba əsasən xx.xx.N992-ci ildə Sədərək rayonunda erməni işğalçılarına qarşı müdafiə zamanı qarın nahiyəsindən odlu silah yarası almış və Azərbaycan Respublikası MTN-nin SRİ rəisinin 849 ş/h nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə (əsas NZ seriyalı ******* nömrəli hərbi biletinin kserosurəti) təxris olunmuşdur; Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorunun 29 dekabr 202N-ci il tarixli HP- N4/2722 saylı məktub-arayışına əsasən barəsində cinayət işi və ya araşdırma materialı olmamışdır; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin N3 noyabr 202N-ci il tarixli N/8076 saylı məktubuna və DSX-yə təqdim olunmuş 5946 saylı stasionar xəstənin tibbi kartasının surətinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı vuruşmuş və döyüşlərdə ağır yaralanmış, bu səbəbdən də, N9 oktyabr N992-ci il-20 aprel N993-cü il olan dövrlərdə Naxçıvan Muxtar Respublikasının Respublika Xəstəxanasının reanimasiya və cərrahiyyə şöbələrində aldığı güllə-odlu silah yaralarından müalicə almış, nəticədə isə DSX Hərbi Hospitalının Hərbi Həkim Komissiyasına təqdim olunmuş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”, yəni 2-ci qrup hərbi əlil hesab edilmişdir; Naxçıvan şəhər Məhkəməsinin 09 aprel 2007-ci il tarixli 2-N28-2007 saylı qətnaməsindən görünür ki, hərbi xidmətdə olduğu dövrdə N9 dekabr N992-ci il tarixdə Naxçıvan MR-nın Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahlardan yaralanması və 2-ci qrup hərbi əlil olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur. Bütün bunlar isə odeməkdir ki, iddiaçının “Müharibə veteranı” və 2-ci qrup hərbi əlil olması faktı nəinki müvafiq sənədlərlə, həmçinin qanuni qüvvəsini almış olan yekun məhkəmə qərarı ilə artıq tam müəyyən olunmuşdur. Azərbaycan Respublikasi Konstitusiyanın N29-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçının Sərhəd Qoşunlarında müddətdən artıq hərbi qulluq keçərkən erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı aldığı güllə yarasından hərbi xidmətə yararsız olduğundan, hərbi əlil kimi ehtiyata tərxis olunmasına baxmayaraq, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün digər əsaslar və ya sənədlər axtarmaq qanunların tələblərinə tamamilə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinin NN-ci abzasına əsasən, xəsarət (yaralanma, travma, kontuziya) alma faktının elə özü şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tam əsasdır. Lakin qanunun tələblərinə baxmayaraq, iddiaçının müraciətləri bu günə kimi icra olunmamış qalmışlar. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Yazılı etirazda bildirilmişdir ki, iddia ərizəsi əsassızdır və təmin olunmamalıdır. Belə ki, vətəndaş İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” ilə bağlı daxil olmuş müraciəti əsasında toplanmış sənədlərə xx.xx.2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyası”nda baxılmışdır. Vətəndaş İddiaçı xx.xx.N992-xx.xx.N994-cü il tarixlərdə “Naxçıvan” X3 (keçmiş N №-li hərbi hissə) müddətli həqiqi hərbi xidmətdə olan zaman döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları zamanı qarın boşluğunu dəlib keçən güllə yaralanması diaqnozu ilə xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək müalicə olunması ilə bağlı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məsələsinə baxılması ilə əlaqədar daxil olmuş müraciəti əsasında onun xidmət yeri üzrə arxiv sorğuları toplanılmışdır. Barəsində toplanmış arxiv çıxarışlarına əsasən, N992-N994-cü illər ərzində “Naxçıvan” X3 müddətli həqiqi hərbi xidmətdə olan zaman vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları zamanı yaralanması faktı üzrə məlumatlar aşkar edilmədiyindən qeyd olunan qanunvericiliyin tələbləri rəhbər tutularaq, “Veteran adlarının və vəsiqəsinin verilməsi komissiyası”-nın qərarına əsasən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İşə əlavə edilmiş "Naxçıvan” X2 daxil olmuş xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.N992-ci il tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.N994-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmışdır. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. Qoşmaya əlavə edilmiş materiallardan görünür ki, vətəndaş İddiaçı qarın boşluğunu dəlib keçən güllə yaralanması faktı ilə əlaqədar hadisənin döyüş və qeyridöyüş şəraitində baş verib-verməməsi barədə məlumatlara dair göndərilmiş sorğuya “Naxçıvan” X2 xx.xx.2022-ci il tarixli cavab məktubu daxil olmuşdur. Həmin məktubda qeyd olunur ki, vətəndaş İddiaçı xidmət etdiyi müddət ərzində odlu silahdan yaralanması, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir məlumat qeyd olunmamışdır. «Veteranlar haqqında» xx.xx.N994-cü il tarixli 84N nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»-nin tələblərinə əsasən, İddiaçı döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Dövlət Sərhəd Xidmətinə qarşı olan iddiasının əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçıya məxsus SX seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən o, xx.xx.N99N-ci ildən xx.xx.N99N-ci ilədək N nömrəli hərbi hissədə kursant olmuş, xx.xx.N99N-ci ildən xx.xx.N992-ci ilədək N hərbi hissədə atıcı, xx.xx.N992-ci ildən xx.xx.N993-cü ilədək N hərbi hissədə kursant, xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək N nömrəli hərbi hissədə bölmə komandiri vəzifəsində hərbi xidmətə olmuş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları idarəsinin N88 nömrəli, N3 avqust N994-cü il tarixli əmri ilə hərbi xidmətdən ehtiyyata buraxılaraq hərbi qeydiyyata götürülməsi üçün Naxçıvan RHK-na göndərilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi Komissiyası”nın xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» adının verilməsi mümkün hesab olunmamışdır. Komissiyanın baxdıgı sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Naxçıvan X4 4/NN2 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı N0 yanvar N994-cü il tarixdə hərbi hissəni öz başına tərk etdikdən sonra hərbi hissəyə qayıtması, N5 fevral N994-cü il tarixdə hərbi hissənin tibb məntəqəsindən çıxması, 3N may N993-cü il hərbi hospitalda müalicədə olması barədə əmrdən çıxarışları və 30 may N994-cü il tarixli 204 nömrəli xəstəlik şəhadətnaməsinin surəti aidiyyəti üzrə ünvana göndərilir. Vətəndaş İddiaçı xidmət etdiyi müddət ərzində odlu silahdan yaralanması, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir məlumat qeyd olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhədinin Mühafizəsi Komitəsinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli, 46 л/с nömrəli əmrindən çıxarışın surətinə əsasən İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına qeydiyyata alınmış və bütün növ təminatlarla təmin edilmişdir. - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N88 nömrəli, N3, N4 avqust N994-cü il tarixli əmrlərindən çıxarışın surətinə əsasən “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanunun N8-ci maddəsinin “V” bəndinə uyğun olaraq N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasının siravi əsgəri İddiaçı “Xəstəlik və fiziki qüsurlar” cədvəlinin (SSRİ MN-nin 260 nömrəli əmri) 34 “B” maddəsinin N-ci qrafasına əsasən Sərhəd qoşunlarından vaxtından əvvəl ehtiyyata buraxılması ilə baglı hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və hərbi qeydiyyata götürülməsi üçün Naxçıvan RHK-na göndərilmişdir. - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin N nömrəli hərbi hissə komandirinin N nömrəli N5 fevral N994-cü il tarixli əmrindən çıxarışın surətinə əsasən əsgər İddiaçı NN-ci sərhəd zastavasının atıcısı-əsgəri, N5 fevral N994-cü il tarixdən hərbi hissənin tibb məntəqəsindən çıxmış sayılmışdır. - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N37 nömrəli, 3N may N993-cü il tarixli əmrindən çıxarışın surətinə əsasən siravi İddiaçı NN-ci sərhəd zastavasının atıcısı, 3N may N993-cü ildən hərbi hospitalda müalicədə hesab edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Naxçıvan X4 N3/7N6 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 6 oktyabr N992-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N3 avqust N994-cü il tarixdə şəxsi heyətin siyhısından çıxarılmışdır. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmamışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Naxçıvan X4 4/N023 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı N oktyabr N992-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, N3 avqust N994-cü il tarixdə şəxsi heyətinin siyahısından çıxarılmış və təminatın bütün növlərindən azad edilmişdir. Vətəndaş İddiaçı xidmət etdiyi müddət ərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə heç bir məlumat qeyd olunmamışdır. - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları İdarəsinin N nömrəli hərbi hissə komandirinin N nömrəli, N0 yanvar N994-cü il tarixli əmrindən çıxarışın surətinə əsasən əsgər İddiaçı NN-ci sərhəd zastavasının atıcısı-əsgəri, N0 yanvar N994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdikdən sonra hərbi hissəyə qayıtmış sayılmışdır. - Naxçıvan Şəhər Məhkəməsinin 2-N28/2007 nömrəli, 09 aprel 2007-ci il tarixli qətnaməsinin surətinə əsasən ərizə təmin edilərək Naxçıvan şəhəri, N973-cü il doğumlu İddiaçı hərbi xidmətdə olduğu dövrdə N9 oktyabr N992-ci il tarixdə Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahdan yaralanması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur. - Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Naxçıvan Şəhər şöbəsi tərəfindən verilmiş 02/N04 nömrəli, xx.xx.2007-ci il tarixli arayışın surətinə əsasən İddiaçı həqiqətən Naxçıvan şəhəri DSMF-də xx.xx.N995-ci ildən xx.xx.N996-cı ilədək 2-ci dərəcəli hərbi əlilliyə görə pensiya almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı 4-cü şöbəsi tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Ü.Z.İsmayılova göndərilmiş 203 nömrəli, xx.xx.2007-ci il tarixli məktubun surətində bildirilmişdir ki, İddiaçı xx.xx.N992-ci ildə Sədərək rayonunda erməni işğalçılarına qarşı müdafiə zamanı qarın nahiyəsindən odlu silah yarası almışdır və Azərbaycan Respublikası MTN-nın SRİ rəisinin 849 ş/h nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə təxris olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.202N-ci il tarixli, N6/8076 nömrəli məktubu ilə bildirilmişdir ki, İddiaçı adlı şəxsin Dövlət Sərhəd Xidmətində zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etməsi (işləməsi) barədə məlumat mövcud deyildir. İddiaçı xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək “Əməliyyatdan sonrakı ventral yırtıq. Bitişmə xəstəliyi” diaqnozu ilə DSX Hərbi hospitalında stasionar müalicədə olmuşdur. Y. İmamquliyev xx.xx.N994-cü il tarixdə xəstəliyə görə DSX Hərbi hospitalının Hərbi Həkim Komissiyasına təqdim olunmuş və “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun HP-N4/2722 nömrəli, 29 dekabr 202N-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı barəsində Naxçıvan MR Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. -Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən iddiaçıya göndərilmiş N3/N489 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışının surətinə əsasən bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Mərkəzi Xəstəxanasının - cərrahiyyə şöbəsinin sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı N992-N993-cü illərdə xəstəxananın cərrahiyyə şöbəsində müalicə alması və həkim ekspert /epikris/ rəyinin olması sənədlərdə göstərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nın iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il, 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni təhlil edərək qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbindən görünür ki, döyüş əməliyyatlarında iştirak edən şəxslərə o halda müharibə veteranı adı verilə bilər ki, digər əsasların mövcud olması ilə bərabər həmin şəxsin qanuni hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə mötəbər sübutlarla təsdiq edilsin. İş materiallarına əlavə olunmuş sənədlərdən isə görünür ki, iddiaçının sənədlərinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılmış və döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» adının verilməsi mümkün hesab olunmamışdır. Komissiyaya təqdim olunan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhədinin Mühafizəsi Komitəsinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli, 46 л/с nömrəli əmri ilə iddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına qeydiyyata alınmış və bütün növ təminatlarla təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N37 nömrəli, 3N may N993-cü il tarixli əmri ilə siravi İddiaçı NN-ci sərhəd zastavasının atıcısı, 3N may N993-cü ildən hərbi hospitalda müalicədə hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, N0 yanvar N994-cü il tarixli əmri ilə əsgər İddiaçı NN-ci sərhəd zastavasının atıcısı-əsgəri, N0 yanvar N994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdikdən sonra hərbi hissəyə qayıtmış sayılmışdır. İddiaçının təqdim etdiyi tibbi kartanın surətindən isə görünür ki, o xx.xx.N992-20.04.93-cü hərbi xidmətdə olduğu dövrdə odlu silahdan yaralanması ilə baglı müalicədə olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2-N28/2007 nömrəli, 09 aprel 2007-ci il tarixli qətnaməsinin surətinə əsasən iddaçının hərbi xidmətdə olduğu dövrdə N9 oktyabr N992-ci il tarixdə Sədərək bölgəsində erməni təcavüzkarlarına qarşı döyüşlərdə odlu silahdan yaralanması barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmuşdur. Lakin iddiaçının 3N may N993-cü ildən hərbi hospitalda müalicəyə getdikdən sonra qayıdaraq N0 yanvar N994-cü il tarixədək qanuni əsaslarla hərbi xidmətdə olması barədə heç bir sübut yoxdur. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi istisna edilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsi istisna edilir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə hərbi hissədə qanuni əsaslarla hərbi xidmət etməsini sübut edə bilməmişdir. Odur ki, inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar