Məhkəmə qərarları › İş №2-1(112)-7239/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7239/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7239/2025 17.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyasının düzgün hesablanarq verilməsi öhdələiyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 17 noyabr 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə Zəngilan rayonu, Muğanlı kəndində anadan olmuş, əmək fəaliyyətinə 1986-cı ildə başlamışdır. Müxtəlif illərdə müxtəlif yerlərdə işləmişdir. xx.xx.1993-xx.xx.1994-cü ildən Qızılca çınqıl zavodu XDV (xopper dozator) maşinisti, xx.xx.1994-xx.xx.1994-cü ildə Gəncə xır-cınqıl karxanası XDV (xopper dozator) maşinisti, xx.xx.1995-xx.xx.2003-cü illərdə Bartaz çınqıl zavodu XDV (xopper dozator) maşinisti, xx.xx.2003-xx.xx.2008-ci illərdə Biləcəri lokomotiv deposunda elektrovoz maşinist köməkçisi işləmiş, 2009-cu ildə öz ərizəsi ilə işdən azad olmuşdur. İddiaçıya güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyası verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdehə müraciət etsə də, AR ƏƏSMN-nin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin məktubuna əsasən güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyası verilməsindən imtina edilmişdir. İmtina məktubunda qanunsuz və əsassız səbəblər göstərilmişdir. Bunun nəticəsində isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2-R-2743/1-42/2023 nömrəli arayışında onun xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qızılca çınqıl zavodunda, xx.xx.1994- 01,09.1994-cü il tarixləri arasındakı dövr ərzində Gəncə xır-çınqıl karxanasında, xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Bartaz çınqıl zavodunda XDV (xopper-dozator) maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan dağ-mədən sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 1 ay 28 gün (xx.xx.2003-xx.xx.2007-ci il və xx.xx.2008xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Digər tərəfdən, İddiaçı ümumi iş stajı 27 il 11 ay 24 gün ( xx.xx.2006- cı il tarixinədək 24 il 6 ay 24 gün əmək stajı (xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1985-ci il, xx.xx.1986-17.01,1989-cu il, xx.xx.1989-xx.xx.1994-cü il, xx.xx.1994- 01,09.1994-cü il, xx.xx.1995-01,07.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 5 ay sığorta stajı) təşkil edir. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan güzəştli stajının olması öz təsdiqini tapmır. Həmçinin, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Faktiki hallar və sübutlar. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X3 Azərbaycan Respublikası vətəndaşıdır. ЖT 014852 nömrəli diplomdan görünür ki, İddiaçı 1979-cu ildə SSR yollar nazirliyinin Bakı dəmiryol nəqliyyatı texnikumuna daxil olmuş 1983-cü ildə həmin texnikumun “Dəmir yollarının elektrikdartma təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 975 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 1979-cu ildə “SSR yollar nazirliyinin Bakı dəmiryol nəqliyyatı” texnikumuna qəbul olunmuş və 1983-cü ildə həmin texnikumun “Dəmir yollarının elektrikdartma təsərrüfatı” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinin 05 iyul 2023-cü il tarixli 128 nömrəli arayışında qeyd edilmişdir ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək SSR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.20923-cü il tarixli 13-1/2-R-2743/1-42/2023 nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışında aşağıdakılar qeyd edilmişdir: Vəzifəyə təyin Vəzifədən İşdən azad edilmə (başqa azad edilməyə İşə olunduğu Sıra Çalışdığı struktur Vəzifə(peşə) adı işə keçirilmə) dair əmrin başladığı (başqa işə nömrə vahidi barədə əmrin tarixi və tarix keçirildiyi) tarixi və nömrəsi nömrəsi tarix Qızılca çınqıl XDV (xopper- xx.xx.1993 xx.xx.1994 xx.xx.1993 xx.xx.1994 1 zavodu dozator) maşinisti 38 20 2 Gəncə xır-çınqıl XDV (xopper- xx.xx.1994 xx.xx.1994 70 10 xx.xx.1994 xx.xx.1994 karxanası dozator) maşinisti Bartaz çınqıl XDV (xopper- xx.xx.1995 xx.xx.2003 3 xx.xx.1995 xx.xx.2003 zavodu dozator) maşinisti 22 12 Biləcəri lokomotiv elektrovoz maşinist xx.xx.2003 xx.xx.2008 xx.xx.2003 xx.xx.2008 4 deposu köməkçisi 66S/k 69/k İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 13 il 4 ay 1 gün təşkil edir. İşlədiyi XDV (xopper-dozator) maşinisti peşəsinin əsas xüsusiyyətləri uyüdüimüş çınqıl daşlarının karxanalarda xopper-dozator vaqonlarına doldurularaq təmir-tikinti işləri gedən sahələrdə dəmir yoluna tökülməsinin təmin edilməsindən, elektrovoz maşinist köməkçisi peşəsinin əsas xüsusiyyətləri isə lokomotivin (qatarın) idarə edilməsi zamanı maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yer nə yetirməklə müvafiq dəmiryolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qayciaiara riayət edilməsi və hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respubikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda müvafiq olaraq 1.2.1-ci bəndin a) yarımbəndinin 83-cü və 21.4cü bəndin 7 və 14-cü abzaslarına uyğundur. AT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək “Nəqlpartlayışsənayə” trestin 86 nömrəli Xüsusi İdarədə 3 dərəcəli qazmaçı peşəsində işləmiş, xx.xx.1989-cu ildə Azərbaycan Dəmir Yolları Yol Xidmətinin Ordubad distansiyasında 5 dərəcəli UKYD kran drezin köməkçisi qəbul edilib, xx.xx.1991-ci ildə RYZ-na köçürülmüş, xx.xx.1991-ci ildə Bartaz çınqıl zavodundan köçürülməklə xopper dozator vaqonlarına mexanik kimi qəbul edilmiş, xx.xx.1992-ci ildən Az XDV Bartav şebzavoduna mexanik qəbul edilmiş, xx.xx.1993-cü ildə Qızılcan izebzavod Azərbaycan d.y yol xidmətinə maşınçı qəbul edilmiş, xx.xx.1994-cü ildə Çınqıl daş ballast karyerasına köçürülməklə işdən azad edilib, xx.xx.1994-cü ildə maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmiş, xx.xx.2023-cü ildən xx.xx.2008-ci ilədək Biləcəri lokomotiv deposunda elektrovoz maşinist köməkçisi işləmiş, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək "xxxx" ASC-də qazmaçı vəzifəsəsində işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 17 mart 2025-ci il tarixli 3-17-1/2-65433/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2-R-2743/1-42/2023 nömrəli ona dair arayışında adıçəkilən şəxsin xx.xx.1993xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qızılca çınqıl zavodunda, xx.xx.1994xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Gəncə xır-çınqıl karxanasında, xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Bartaz çınqıl zavodunda XDV (xopper-dozator) maşinisti vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, İddiaçı işlədiyi sahə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dağmədən sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (4 il 1 ay 28 gün (xx.xx.2003-xx.xx.2007-ci il və xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 13-1/2-3480/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Qızılca çınqıl zavodu, Gəncə xır-çınqıl karxanası və Bartaz çınqıl zavodu açıqda dağ-mədən işləri və yer səthində işlər üzrə fəaliyyət göstərməklə ADY-nin yardımçı müəssisələrindən olmuşdur. Hal-hazırda ADY-nin “11 saylı X1 Müəssisəsi” MMC-nin Qızılca qırmadaş istehsalat sahəsində müvafiq işlərin icrası davam etdirilməkdədir. Adıçəkilən müəssisələrdə əmək fəaliyyəti göstərmiş xopperdozator (XDV) maşinisti peşəsinin əsas xüsusiyyətləri isə üyüdülmüş çınqıl daşlarının karxanalarda xopper-dozator vaqonlarına doldurularaq anbarlara və təmir-tikinti işləri gedən sahələrdə dəmir yoluna tökülməsinin təmin edilməsindən ibarət olmuşdur. Bu səbəbdən İddiaçı qeyd edilmiş müəssisələrdə işlədiyi xopperdozator (XDV) maşinisti peşəsi Dəmiryol nəqliyyatı sahəsi ilə yanaşı Dağ-mədən işləri sahəsinə də aid edilir. Bununla yanaşı, İddiaçı ADY-nin Qızılca çınqıl zavodunda xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, Gəncə xır-çınqıl karxanasında xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və Bartaz çınqıl zavodunda xx.xx.1995-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi xopperdozator (XDV) maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 1.2.1-ci bəndin a) yarımbəndinin 83-cü və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 1-ci bölmənin 1-ci bəndinin a) yarımbəndinin 83-cü (kod:2010100a—14343) abzaslarında nəzərdə tutulmuş “kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri” peşəsi ilə uyğunluq təşkil edir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli iş stajı 9 il 1 ay təşkil edir. Əlavə olaraq Xopper-dozator (XDV) maşinisti peşəsinin vəzifə təlimatının surəti məhkəməyə təqdim edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 24 yanvar 2025-ci il tarixli 3-17-1/2-R- 15987/2025 nömrəli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: Bölmə 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: - kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2024-cü il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Cavabdeh etirazında göstərmişdir ki, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Qızılca çınqıl zavodunda, xx.xx.1994- 01,09.1994-cü il tarixləri arasındakı dövr ərzində Gəncə xır-çınqıl karxanasında, xx.xx.1995-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində Bartaz çınqıl zavodunda XDV (xopper-dozator) maşinisti vəzifəsində işlədiyi dövrlər yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sahəyə dağ-mədən sahəsinə aid deyil. Beləliklə, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək işlədiyi dövrlər güzəştli iş stajına əlavə edilmir. Halbuki iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışından da görünür ki, mübahisəli dövr üzrə iddiaçının işlədiyi peşələr Azərbaycan Respubikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda müvafiq olaraq 1.2.1-ci bəndin a) yarımbəndinin 83-cü (kəsmələrdə, karxanalarda və laylarda məşğul olan xopper-dozatorların maşinistləri) və 21.4-cü bəndin 7 və 14-cü abzaslarına ( elektrik qatarlarının (seksiyalarının) maşinistləri)uyğundur. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı Qızılca çınqıl zavodu, Gəncə xır-çınqıl karxanası və Bartaz çınqıl zavodunda işlədiyi xopper dozator (XDV) maşinisti peşəsi Dəmiryol nəqliyyatı sahəsi ilə yanaşı Dağ-mədən işləri sahəsinə də aid edilməsi öz təsdiqini tapmışdır. Məhkəməyə təqdim edilmiş İşçinin əmək funksiyalarını, öhdəliklərini, kvalifikasiya və kompetensiya tələblərini əks etdirən peşə təlimatından məlum olur ki, karxanada yüklənmiş yükün təyinat nöqtələrinə çatdırılması, boşaldılması və geri qaytarılması işlərini təmin etmək; hava şəraitindən(küləkli, tozlu, yagışlı,günəşli,şaxtalı) asılı olmayaraq yükün çatdırılması və boşaldılması işlərini icra etmək, elektrikləşdirilmiş dəmir yolu xəttində yüksək gərginlik altında yükün boşaldılması əməliyyatını icra etmək kimi funksiyaları digər funksiyalar ilə yanaşı xoper dozator maşınistinin əmək funsiyalarına daxildir. Belə olan halda iddiaçının güzəştli stajı qanunla tələb olunan 12 il 06 aydan çox təşkil edir. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşı tamam olduğu gündən (xx.xx.2024-cü il tarixdən)güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu gündən (xx.xx.2024-cü il tarixdən) güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar