Məhkəmə qərarları › İş №2-1(112)-724/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-724/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-724/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X28 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-cizginin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 2-1/2005 saylı, 10 yanvar 2005-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Nərimanov döngəsi, 15 saylı evin “Q tikintisi üzrə ¼ hissədə X13, 2/4 hissədə X3, ¼ hissədə isə mərhum X19 vərəsələri-X9, X4 və onun mülkiyyət hüququnu müəyyən edən hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və plan-cizgi verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Xocavənd Rayon Məhkəməsinin 2-1/2005 saylı, 10 yanvar 2005-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Nərimanov döngəsi, 15 saylı evin “Q” tikilisinin mərhum X14 miras qalan ¼ hissəsi üzrərində mülkiyyət hüququnu müəyyən edən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və plan–cizgi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xocavənd Rayon Məhkəməsinin 2- 1/2005 saylı, 10 yanvar 2005-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən X19 adına verilmiş 29.08.2000-ci il tarixli, 2B-İ-279 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X24 miras qalmış Bakı şəhəri, 1-ci Nərimanov döngəsi, 15 saylı evin "Q" tikilisi üzrə “A” hissədə X13, 2/4 hissədə X3, “A” hissədə isə mərhum X20 vərəsələri - X1, X9 və X4 vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri, 12 saylı Dövlət Notariat Kontoruna göstərilən əmlaka dair qeyd olunan şəxslərin vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamənin verilməsinin həvalə edilməsi və Bakı şəhəri, 1-ci Nərimanov döngəsi, 15 saylı evə dair 19 iyul 2001-ci il tarixli, FM seriyalı, 005834 saylı qeydiyyat vəsiqəsində müvafiq düzəlişlər edilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılması, Bakı şəhəri, 1-ci Nərimanov döngəsi, 15 saylı evin "Q" tikilisinin sahəsi 11.0 və 7.6 kv.m olan hissələrinin X1, İddiaçı, X9 və X4, həmin tikilinin digər hissələrinin isə iddiaçılar X15, X13 və X3 istifadələrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 1MK-1949/2007 saylı, 17 aprel 2007-ci il tarixli qətnaməsi ilə Xocavənd Rayon Məhkəməsinin 2-1/2005 saylı, 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nın 6K-1784 saylı, 19 sentyabr 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 1MK-1949/2007 saylı, 17 aprel 2007-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xocavənd Rayon Məhkəməsinin 2-1/2005 saylı, 10 yanvar 2005-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən 19.05.2007-ci il tarixdə icra edilmişdir. Sonuncu seriya MA ******* nömrəli çıxarışdan görünür ki, onların payları reyestrdən qanunsuz şəkildə çıxarılmış, həmin Q tikilisi 2/4 hissədə X13, 2/4 hissədə X3 mülkiyyətinə verilmişdir. Onlar həmin Q tikilisi üzərində olan paylarını heç kimə bağışlamamış, satmamış, özgəninkiləşdirməmişlər. Maraqlısı odur ki, onlar mülkiyyət paylarından hansı əsasla məhrum edilmişdir. Ərizə ilə reyestr xidmətinə müraciət edərək, sözgedən qətnamə ilə müəyyən edilmiş paylarına uyğun mülkiyyət hüququna dair çıxarış verilməsini xahiş etsə də müraciətinin təmin edilməsindən imtina edilmiş və məhkəmə mübahisələri bitdikdən sonra çıxarışın verilməsinin mümkün olacağı göstərilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən heç bir qadağa və həbs qoyulmadığı halda məhkəmə mübahisəsinin olmasını əsas tutaraq çıxarışın verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X25 məhkəmə iclasında verdiyi izahatında, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən 06 avqust 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 003209 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X31 10.07.2002-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 2002-ci ilin avqust ayının 06-cı günündə 818 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17.05.2021-ci il tarixli **********64 saylı məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən; - Xocavənd Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli 2-1/2005 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar X29, X21 və X30 cavabdeh X26 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Şahtaxtinski küçəsi (1-ci Nərimanov döngəsi) ev-15 də yerləşən mülkün “Q” tikilisinin yaşayış və yardımçı otaqlarının onlar arasında paylar üzrə real bölgünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin 10 yanvar 2005-ci il tarixli 2-1/2005 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən X19 adına verilmiş 29.08.2000-ci il tarixli, 2B-İ-279 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X24 miras qalmış Bakı şəhəri, Şahtaxtnski küçəsi (1-ci Nərimanov döngəsi) 15 saylı evin “Q” tikilisi üzrə ½ hissədə X3, ¼ hissədə X16, ¼ hissədə isə mərhum X19 vərəsələri İddiaçı, X9 və X4 vərəsəlik hüquqlarının tanınması; Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun göstərilən əmlaka dair qeyd olunan şəxslərin vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamənin verilməsinin həvalə edilməsi; Bakı şəhəri Şahtaxtinski küçəsi, 1-ci Nərimanov döngəsi 15 saylı evə dair 15 iyul 2001-ci il tarixdə seriya FM 005834 saylı qeydiyyat vəsiqəsində müvafiq güzəştlərin edilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılması, Bakı şəhəri Şahtaxtinski küçəsi (1-ci Nərimanov döngəsi) 15 saylı evin “Q” tikilisinin sahəsi 11,0 və 7,6 kv.m. olan hissələrinin X1 İddiaçı, X9 və X4 həmin tikilinin digər hissələrinin isə X3, X16, X15 və onların ailə üzvlərinin istifadəsinə verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİUMK-nın 22 iyun 2005-ci il tarixli qətnaməsi (iş № 1mk-1857/2005) ilə Xocavənd Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi dəyişdirilib, Bakı şəhəri 1-ci Nərimanov döngəsi (Şahtaxtinski küç.) 15 saylı evin “Q” və “D” tikililərinə F.İ.İbrahimovun ¼ hissədə, G.İ.İbrahimovanın ¼ hissədə, A.İ.İbrahimovun ¼ hissədə və N.İ.İbrahimovun vərəsələri Ş.S.İbrahimovanın, İddiaçı, N.N.İbrahimovun və S.N.İbrahimovanın hər birinin 1/16 hissədə vərəsəlik və mülkiyyət hüquqları müəyyən edilmiş, onlara mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsinə həvalə edilmiş, Bakı şəhəri 1-ci Nərimanov döngəsi (Şaxtantinski küç.) 15 saylı evin “Q” tikilisi Ş.S.İbrahimovanın, İddiaçı, N.N.İbrahimovun və S.N.İbrahimovanın, “D” tikilsi iddiaçıların istifadəsinə verilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 22.11.2005-ci il tarixli qərarı (iş № 6K-2342/2005) ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİUMKnın 22 iyun 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. - Bundan sonra Ş.S.İbrahimova və qeyriləri F.İ.İbrahimov və qeyrilərinə qarşı mübahisəli evin “D” tikilisində miras payın müəyyən edilməsi, qeydiyyat şəhadətnaməsinin verilməsi tələbi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə apellyasiya intansiyası məhkəməsinə müraciət etmişlər. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİUMK-nın 09 avqust 2006-cı il tarixli qətnaməsi (iş № 1mk-685/2006) ilə apellyasiya şikayəti təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, Ş.İbrahimovanın, İddiaçı, N.İbrahimovun və S.İbrahimovanın hər birinə Bakı şəhər 1-ci Nərimanov döngəsi (Şaxtantinski küç.) 15-də yerləşən evin 1/32 hissəsinə mülkiyyət hüququ tanınmış, onlara paylarına yğun qeydiyyat vəsiqəsinin verilməsinin müvafiq icra hakimiyyətinə həvalə edilməsinə, cavbdehlərin “Q” tikilisindən, iddiaçıların isə “D” tikilisindən istifadə etmələri qaydası müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 12.12.2006-cı il tarixli qərarı (iş № 6K-2876/2006) ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİUMKnın 09 avqust 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİUMK-nın 17 aprel 2007-ci il tarixli qətnaməsi (iş № 1mk-1949/2007) ilə Xocavənd Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsinin dəyişdirlmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 19.09.2007-ci il tarixli qərarı (iş № 6K-1784) ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİUMK-nın 17 aprel 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2005 saylı 10 yanvar 2005-ci il tarixli qətnaməsi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. - DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23.08.2007-ci il tarixli MN seriyalı ******* №li çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Bəxsud Şahtaxtinski küçəsində istifadədə olan 0,03263 ha torpaq sahəsində yerləşən 4 ədəd 1 və 2 ədəd 2 mərtəbəli, 16 otaqlı, 233,8 kv. metr yaşayış, 150,8 kv metr köməkç sahədən ibarət 15 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Məmmədov X7 3 otaq 23,7 kv. metr, köməkçi sahə 5,3 kv. metr, X10 1 otaq 12,3 kv. metr yaşayış, köməkçi sahəsi 8,4 kv. metr, X16 “D” tikilisi və “Q” tikilisindən ¼ hissə, X9, X4, İddiaçı “Q” tikilisindən ¼ hissə, X3 “Q” tikilisindən 2/4 hissə, X5 “A” və “V” tikilisindən 3 otaq, X6 1 otaq 13,3 kv. metr yaşayış, köməkçi sahəsi 8,6 kv. metr adlarına daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5823 nömrəli vərəqəsində qeydiyyata alınmışdır (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2009 №li iş üzrə çıxartdığı 27 fevral 2009-cu il tarixli qətnaməsində məhkəmə tərəfindən işin müəyyən edilmiş halı). - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın (dublikat) surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “D” tikilisi və “Q” tikilisinin 2/4 hissəsi X22 (28.02.2012-ci il), “Q” tikilisindən 2/4 hissə X11, 1 otaq-12.3 kv.m., k/s-8.4 kv. metr hissə X17 (02.11.2011-ci il), A və V tikilisi (3 otaq) X12, “İ” tikilisi 2 otaq 23,7 kv. metr, k/s 2.9 kv. metr hissədə Məmmədov X18, 1 otaq 13.3 kv. metr, k/s 8.6 kv. metr hissə X27 (02.11.2011-ci il) xüsusi mülkiyyət hüququ ilə məxsus olmasına dair Daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 5823 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 02.09.2019-cu il tarixli **********94 saylı məktubunda qeyd olunmuşdur ki, Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2005 saylı 10 yanvar 2005-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən X19 adına verilmiş 29.08.2000-ci il tarixli, 2B-İ-279 saylı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, X24 miras qalmış Bakı şəhəri Şahtaxtinski küçəsi (1-ci Nərimanov döngəsi) 15 saylı evin “Q” tikilisi üzrə 1/2 hissədə X3, 1/4 hissədə X16, 1/4 hissədə isə mərhum X19 vərəsələri İddiaçı, X9 və X4 vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna göstərilən əmlaka dair qeyd olunan şəxslərin vərəsəlik hüquqlarının təsdiq edən şəhadətnamənin verilməsinin həvalə edilməsi, Bakı şəhəri Şahtaxtinski küçəsi (1-ci Nərimanov döngəsi) 15 saylı evə dair 19 iyul 2001 -ci il tarixdə seriya FM 005834 saylı qeydiyyat vəsiqəsində müvafiq düzəlişlərin edilməsinin Bakı şəhəri Tİ və MHQİ-nə tapşırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1 mk-1857/2005 saylı 22 iyun 2005-ci il tarixli icra vərəqəsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Xocavənd Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsinə dəyişiklik edilməsi, Bakı şəhəri 1-ci Nərimanov döngəsi (Şahtaxtinski küçəsi) 15 saylı evin “Q” və “D” tikililərinə ¼ hissədə X3, ¼ hissədə X16, ¼ hissədə X15 və X19 vərəsələri X1, İddiaçı, X9 və X4 hər birinin 1/16 hissədə vərəsəlik və mülkiyyət hüquqlarının müəyyən edilməsi, onlara mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1mk-1857/2005 saylı 22 iyun 2005-ci il tarixli icra vərəqəsi 20.09.2005-ci ildə icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1MK-1949/2007 saylı 17 aprel 2007-ci il tarixli qətnaməsi ilə Xocavənd Rayon Məhkəməsinin 10 yanvar 2005-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, cavabdehlər Ş.İbrahimova və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Xocavənd Rayon Məhkəməsinin 2(069)-1/2005 saylı 10 yanvar 2005-ci il tarixli qətnaməsi İdarə tərəfindən 19.05.2007-ci il tarixdə icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 112/2009 saylı 27 fevral 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı X1, İddiaçı, X9 və X4 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Yasamal Rayon Məhkəməsinin 12 avqust 2008-ci il tarixli qətnaməsinin iddiaçılar X1, İddiaçı, X9 və X4 cavabdehlər X21 və X22 qarşı tikiliyə vərəsəlik payının müəyyən edilərək şəhadətnamə verilməsi və ümumi istifadə qaydalarının müəyyən edilməklə qeydiyyat vəsiqəsinin verilməsi barədə iddianın rədd olunması hissəsində qismən ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayonu 1-ci Nərimanov döngəsi 15 saylı evin "D” tikilisinin sahəsi 43,1 kv. metr olan texniki pasport üzrə 1, 2 və 3 №li otaqlardan ibarət hissəsinə iddiaçılar X1, İddiaçı, X9 və X4 hər birinin 1/16 hissədə mülkiyyət hüquqlarının müəyyən edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23.08.2007-ci il tarixli ******* №li çıxarışın həmin hissədə ləğv edilərək yeni çıxarışın verilməsinin DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilməsi və cavabdehlər X21 və X16 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-112/2009 saylı 27 fevral 2009-cu il tarixli qətnaməsi 04.04.2009-cu il tarixdə İdarə tərəfindən icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3813/2009 saylı 19 yanvar 2012-ci il tarixli qərardadına əsasən X13 “qətnamənin icrasına dönüş edilməsi barədə” ərizəsinin təmin edilməsi, Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.02.2009-cu il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23.08.2007-ci il tarixli ******* №li çıxarışın bərpa edilməsi, icra edilməsi üçün qərardadın DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri 12-ci Dövlət Notariat Kontoruna göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3813/2009 saylı 19 yanvar 2012-ci il tarixli qərardadı İdarə tərəfindən 25.02.2012-ci il tarixdə icra edilmişdir. Bundan əlavə, ərizədə iddia edilən hissələr məhkəmə aktlarına əsasən X13 adına bərpa edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 19.08.2021-ci il tarixli 95/2- 7615/13 saylı məktubunda qeyd olunmuşdur ki, Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən 08.06.2020-ci ildə vəfat etmiş Gülzadə İbrahimovanın ölümünün 12.06.2020-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, göndərdiyi 04.10.2019-cu il tarixli **********35 saylı məktubda müraciətçiyə bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5098/2018 saylı 12.12.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1188/2019 saylı 17.04.2019-cu il tarixli, Ali Məhkəmənin 2-1(102)-2567/2019 saylı 31.07.2019-cu il tarixli bildirişləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Belə ki, müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olduğu təqdirdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3813/09 saylı 23.01.2012-ci il tarixli qərardadına uyğun olaraq, İdarə tərəfindən verilmiş 23.08.2007-ci il tarixli seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın bərpa edilməsi məsələsinə yenidən baxılacaqdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçı Xocavənd Rayon Məhkəməsinin 2-1/2005 saylı, 10 yanvar 2005-ci il tarixli icra sənədinə əsasən mübahisəli daşınmaz əmlakın ona aid hissəsi üzrərində mülkiyyət hüququnu müəyyən edən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan–cizgi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını tələb etsə də, qeyd olunan daşınmaz əmlakla bağlı cavabdeh tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış və hazırda qüvvədə olan qeyddə düzəliş edilməsi barədə nə inzibati orqana, nə də ki, məhkəməyə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edi ki, hazırki vəziyyətdə iddia tələbi əsaslı hesab edilərək təmin edilə bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar