Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7243/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3.579,01 manat artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə 10 fevral 2022-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 10 fevral 2022-ci il tarixli **********1 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 22 dekabr 2014-cü il tarixdə dövlət qulluqçusu kimi pensiyaya çıxmaq üçün qanunvericiliyə uyğun olaraq tələb olunan sənədləri təqdim etmişdir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş pul vəsaiti haqqında” 06 dekabr 2021-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçıdan xx.xx.2014-cü ildən pensiyanın düzgün hesablanmaması və yazılı razılıgının bildirməsinin tələb etməsi bu filialın iş metodunun qanunvericiliyin tələbləri ilə deyil, şəxsi təkid və tələbi ilə qurmaları sübut olunur. Bundan sonra cavabdehə iddiaçının pensiyanın artıq ödənilməsi barədə yazdıqlarının qanunsuz və əsassız olması barədə məktubla müraciət etmişdir. Cavabdeh tərəfindən ona 16 fevral 2022-ci il **********4 nömrəli məktub göndərilmiş, məktubda müraciətinə aidiyyatı üzrə baxıldıgı, bu barədə 10 fevral 2022-ci il tarixli **********1 nömrəli qərarın qəbul edildiyi göstərilmiş və həmin qərarın yaşadığı ünvana göndərildiyi bildirilsə də, məktub ünvana çatmadığından iddiaçı onu əldə edə bilməmişdir. DSMF-nin Nəsimi rayon şöbəsi, X3 Komitəsinin rayonlarda komitənin qurumu olan Aqrar Sənaye İdarəsindən ayırmaq biliyində olmadığından dövlət qulluğunda stajı səhv hesablayaraq təxminən 385 manat civarında iddiaçıya pensiya təyin etmişdir. Bilərəkdən, savadsızlıqdan və ya hər hansı bir maraqdan qeyri-qanuni olaraq pensiyanın az hesablanması səbəbindən, o vaxt iddiaçı inzibati-iqtisadi məhkəməsinə iddia ilə müraciət etmiş, məhkəmə iş stajının 18 il 3 ay olmasına dair qətnamə qəbul etməsinə baxmayaraq, kobudcasına edilən səhvi düzəltmək əvəzinə, DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlayaraq, apellyasiya şikayətini təmin etməmişdir. Bununla kifayətlənməyən DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti əsassız və qeyri-qanuni olaraq pensiyanın hesablanması zamanı iş stajının az götürülməsi ilə pensiyanın 18 il 3 ay qulluq stajına uyğun hesablanmasına dair Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qərar qəbul edilmişdir. Həmin qərara əsasən pensiya yenidən hesablanmış, lakin hesablama zamanı qanunvericiliyə görə hesablanmalı olan pensiyanın düzgün hesablanmadığı səbəbindən yenidən məhkəməyə müraciət etməklə əlavələrin konkret olaraq düzgün tətbiq edilməməsi faktı göstərilməklə yenidən hesablanmasına dair qərar qəbul edilmişdir. Nəticədə, üç il ərzində qanunvericiliyə əməl edilməyərək pensiyanın az hesablanmış məbləği yenidən hesablanaraq ödənişi təmin edilmişdir. Məktubda “xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə 2453,03 manat artıq pul vəsaiti ödənilmişdir” yazısının özü, bu məbləğin kimin tərəfindən səhv hesablanmasından asılı olmayaraq tələb edilməsi qeyriqanunidir, çünkü iddiaçının pensiyanın hesablanması məhkəmə qərarlarına əsasən baş verdiyindən, nazirliyin, fondun və filialın həmin qərarları kağız parçası qəbul edib pozmağa səlahiyyətləri yoxdur. Məktubda xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün yazılmış 1008,72 manat artıq ödənilmiş kimi yazılan pul vəsaitinin hesablanmasının aparılması özü səhvdir, digər tərəfdən isə iddiaçının əmək pensiyasının ilkin məbləğinin məhkəmə qərarlarına əsasən hesablanması təmin edildiyindən, həmin rəqəmlərin azaldılmasına yalnız qərar qəbul etmiş Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən ilkin qərarın ləğv edilməsi ilə və yeni qərar qəbul etməklə mümkün ola bilər. Bu qeyd məktubdakı “117,26 manat artıq pul vəsaiti hesablanmışdır” yazısına da aiddir. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının vətəndaşın qanunla qorunan hüqüqlarını deyil, məmur kimi, şəxsi ambisiya və düşüncə nəticəsində istədiyi kimi hesablamalar aparması təsdiq olunur. İnzibati-iqtisad məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən sübut və təsdiq edilmiş faktlar bu qurumun qanunsuz hesablamalar aparmasını təsdiq etməklə yanaşı, vətəndaş kimi iddiaçıya maddi zərər vurduqlarına baxmayaraq, məhkəmə qərarlarına əsasən yenidən hesablanmış pensiya məbləğinin, qanunsuz olaraq azaldılmasına dair məktubda yazdıqları, bu qurumun vətandaşın müdafiəsi qismində roluna bariz nümünədir. Cavabdeh tərəfindən yazılmış məktubda 3579,01 manat artıq ödənilmiş pensiyaya dair mülahizələrin əsassız və qeyri-qanuni olması barədə cavabdehin elektron poçt ünvanına və daşınan poçt vasitəsi ilə məktubla müraciət edilmiş, pensiyanın hesablanmasının məhkəmə qərarlarına əsasən aparıldığının bildirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 16 fevral 2022-ci il tarixli **********4 saylı məktubla artıq ödənilmiş 3579,01 manat pul vəsaitinin ödənilməsinə dair təkid məktubu daxil olmuş, həmin məktubda xx.xx.2022-ci il tarixdə **********1 nömrəli qərar qəbul edilməsi haqqında məlumatı olmuşdur. Bundan sonra həmin qərar iddiaçıya çatdırılmadığından xx.xx.2022-ci il tarixdə cavabdehin yerləşdiyi ünvana qərarın surətini almaq üçün getmiş və xx.xx.2022ci il tarixli **********1 nömrəli qərarın surəti iddiaçıya həmin gün təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçının pensiya işinə dair sənədlərdə ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən 22 dekabr 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 22 dekabr 2014-cü il tarixində qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 156,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 173,33 manat olmaqla orta aylıq əmək haqqı 849,33 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 18 il 3 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (849,33 manat) 80 faizi-679,47 manat məbləğində hesablanmalı olduğu halda, hər ay 743,48 manat müəyyən edilməklə xx.xx.2014xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 2453,03 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 18 il 3 ay dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 570,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 171,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 190,00 manat olmaqla orta aylıq əmək haqqı 931,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (849,33 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (931,00 manat) arasındakı fərq məbləğinin (81,67 manat) 59,75 faizi-48,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (679,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 728,27 manat məbləğində hesablanmalı olduğu halda, hər ay 784,31 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 1008,72 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 855,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 256,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 285,00 manat olmaqla orta aylıq əmək haqqı 1396,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (931,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1396,50 manat) arasındakı fərq məbləğinin (465,50 manat) 59,75 faizi- 278,13 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyası (728,27 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1006,40 manat məbləğində hesablanmalı olduğu halda, hər ay 1017,06 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə iddiaçıya 117,26 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3579,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bundan əlavə etiraz “İnzibati icraat haqqında” Qanunun 81.1, 82.1-ci, 82.2-ci maddələri ilə əsaslandırılmışdır. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uygun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 saylı, xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubları; 10 fevral 2022-ci il tarixli **********1 nömrəli qərarı; Pensiyaçının 417848 saylı uçot vərəqi və pensiya işinin materialları; Məhkəmə aktları.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirilmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, tələb edilmiş iddiaçının pensiya işindən görünür ki, ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 22 dekabr 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, pensiya işinə dair sənədlərdə Fondun Nəsimi rayon şöbəsi tərəfindən 22 dekabr 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 22 dekabr 2014- cü il tarixində qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 156,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 173,33 manat olmaqla orta aylıq əmək haqqısı 849,33 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-ci maddəsinə əsasən 18 il 3 ay qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (849,33 manat) 80 faizi-679,47 manat məbləğində hesablanmalı olduğu halda, hər ay 743,48 manat müəyyən edilməklə xx.xx.2014- xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 2453,03 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respuolikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.3cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 18 il 3 ay dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 59,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 570,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 171,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 190,00 manat olmaqla orta aylıq əmək haqqısı 931,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (849,33 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (931,00 manat) arasındakı fərq məbləğinin (81,67 manat) 59,75 faizi-48,80 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (679,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 728,27 manat məbləğində hesablanmalı olduğu halda, hər ay 784,31 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 1008,72 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 256,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 285,00 manat olmaqla orta aylıq əmək haqqısı 1396,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (931,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1396,50 manat) arasındakı fərq məbləğinin (465,50 manat) 59,75 faizi-278,13 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (728,27 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1006,40 manat məbləğində hesablanmalı olduğu halda, hər ay 1017,06 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üçün müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr üzrə ona 117,26 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 3579,01 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 3579,01 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin avqust ayından etibarən əmək pensiyası 1006,40 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 saylı “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarından görünür ki, iddiaçıdan xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 3579,01 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialnın hesabına ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən “Əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərarı cavabdehin öz təşəbbüsü ilə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya yaşa görə pensiya bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” qərar qəbul etmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyadan tutulmanı apara bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Qəbul edilmiş inzibati akt isə vətəndaşın inzibati icraata cəlb edilib, araşdırma aparıldıqdan sonra qəbul edilmədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin o, da nəzərə alınmalıdır ki, iddiaçıya təyin edilmiş pensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə yenidən hesablanmışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(102)-155/2017 saylı qərarından görünür ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı pensiyasının yenidən hesablanması nəzərə alınmaqla, ümumi iş stajının 18 il 3 ay müddətə görə hesablanmasının aparılması və əmək haqqının ixtisas dərəcəsinin tariflərinin hesablanmasının tətbiq edilməklə yenidən hesablanması tələbi barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 713/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1423/2016 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-713/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı qismən – “iddianın əmək haqqının ixtisas dərəcəsinin tariflərinin hesablanmasının tətbiq edilməklə yenidən hesablanmasının cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(103)-1423/2016 saylı qərarı kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın icrasının təmin edilməsi isə cavabdeh üçün məcburi xarakter daşısa da, cavabdeh iddiaçının mübahisələndirdiyi hazırki qərarı qəbul etməklə məhkəmə qərarının icrasından da yayınmış olur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 10 fevral 2022-ci il tarixli **********1 nömrəli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əsassız ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 10 fevral 2022-ci il tarixli **********1 nömrəli qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva