Məhkəmə qərarları › İş №2-1(112)-7247/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7247/2020

29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7247/2020 29.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1, MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********609100 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisə ilə bağlı iddiaçı və cavabdeh arasında razılıq əldə edildiyini və mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini bildirməklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən 08 dekabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli, **********279200 saylı məktubda bildirilmişdir ki, İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi üzrə hesablanmış 12.028,31 manat əlavə vergi məbləği azaldılaraq vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Sonda mübahisə mövcud olmadığı üçün inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********717800 saylı, 19 noyabr 2020-ci il tarixli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin qərarla iddiaçı tərəfin mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********609100 nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilmiş, sonuncu qeyd edilmiş qərara əsasən vergi ödəyicisi İddiaçı MMC-yə 2019-cu il hesabat dövrü üzrə əlavə hesablanmış 12.028,31 manat vergi məbləği (mənfəət vergisi) şəxsi hesab vərəqəsində azaldılmışdır. İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə qeyd edir ki, mübahisənin həlli ilə bağlı hər iki tərəfin yazılı münasibətinin olması nəzərə alınaraq və İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında işin mahiyyəti üzrə tərəflər arasında artıq mübahisə mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata yuxarıda qeyd edilən əsaslarla xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi barədə” iddiası üzrə inzibati işin icraatına xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar