Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7248/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 qarşı plan cizginin verilməsi tələbinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 qarşı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamını, Tərəvəzçilik-Südçülük Sovxozu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı X1 17 may 2003cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanda yerləşən fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən ona İddiaçı 0.20 ha həyətyanı torpaq sahəsi ayrılmaqla istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinin plan-cizgisinin verilməsi üçün cavabdehə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 əmrləri və Abşeron rayon İcra Hakimiyyətinin sərəncamları bir nüsxə tərtib olunmuş və vətəndaşa təhvil verilmiş surətləri isə verilməsi mümkün deyildir. Bu səbəbdən itmiş sənədlərinin təsdiqlənmiş surəti və plan cizginin verilməsi mümkün deyildir. Qeyd olunan sənədin əsasında ona verilmiş torpaq sahəsi faktiki istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 21 may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən 3-698 saylı fərdi mənzil tikintisi üçün ona 0.20 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 17 may 2003-cü il tarixdən hazırki dövrədək onun istifadəsindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, və iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədilə məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan məsələlərin məhkəmə icraatı – onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İş materiallarından müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı X1 17 may 2003-cü il tarixli 02 saylı Protokolu nəzərə alınaraq Müəssisənin xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmri ilə ididaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırki iddia ərizəsində ona ayrılmış torpaq sahəsinin plan-cizgisinin verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir. Yuxarıda istinad edilən Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzrdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maaddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, iddia tələbinin yönəldiyi İdarə İddia tələbinə cavab verməli olmayan qurum olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Cavabdeh elektron ünvanına (https://presarchive.gov.az/az-content/12.html) əsasən fəaliyyət istiqamələti aşağıdakılardır: Arxiv fondlarında saxlanılan sənədlərin mühafizəsini təmin etmək; Arxiv fondlarında saxlanılan sənədlərin komplektləşdirilməsi, uçotu və istifadəsini təşkil etmək; Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş siyasi partiyalar, ictimai hərəkatlar və digər müvafiq təşkilatların sənədlərinin qəbulunu həyata keçirərək onların dövlət tərəfindən mühafizəsini təmin etmək; Arxivdə mühafizə olunan sənədlərin dəyərinin ekspertizasını keçirmək; Kitabxana fondunda saxlanılan nəşrlərin mühafizəsini təmin etmək və uçotunu aparmaq; Kitabxana fondunu yeni ədəbiyyatla və əvvəlki illərin nəşrləri ilə komplektləşdirmək; Tədqiqatçılara kompleks kitabxana, biblioqrafiya və informasiya xidməti göstərmək; Arxivdə mühafizə olunan sənəd və nəşrlərin elmi əsaslarla gigiyena, rejimli mühafizə-konservasiya, cildləmə və bərpası işini təşkil etmək; Arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu əks etdirən elektron elmi-məlumat aparatını yaratmaq və təkmilləşdirmək; Kitabxana fondunun avtomatlaşdırılmış elmi-məlumat aparatını yaratmaq və təkmilləşdirmək; Arxiv və kitabxana fondlarını özündə əks etdirən ənənəvi və elektron kataloqkartoteka sistemini yaratmaq və təkmilləşdirmək; Arxiv və kitabxana fondlarının rəqəmsallaşdırılması və sığorta fondunun yaradılması işini təşkil etmək; Arxiv sənədləri əsasında elmi və elmi-publisistik məqalələr, sənədlər toplusu və kitablar nəşr etmək; Аrxivin oxu zallarında tədqiqatçılara xidmət göstərmək; Dövlət idarə, təşkilat və müəssisələrinin rəsmi sorğularına əsasən, müəyyən olunmuş qaydada sənədlərin surətini vermək; Hüquqi və fiziki şəxslərin rəsmi müraciətlərinə əsasən ödənişsiz sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı vermək; Xarici ölkə arxivləri, muzey və kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq; Azərbaycanın ictimai-siyasi tarixinə aid dünyanın müxtəlif ölkələrinin arxivlərində mühafizə olunan sənədləri aşkarlamaq və onların mümkün formada repatriasiyasını təşkil etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə Arxivə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək. Sadalananlardan göründüyü kimi, cavabdeh inzibati orqanın torpaq sahəsinə plancizginin verilməsi ilə bağlı hər hansı bir səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 oktyabr tarixli 1465 nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi ləğv edilmiş və ləğv edilmiş X6 arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 təhvil verilmişdir. Ləğv edilmiş X6 arxivində olmayan və vaxtı ilə torpaq ayrılarkən tərtib edilməmiş plan-cizginin verilməsi hazırki İdarənin səlahiyyətlərinə aid məsələ deyildir. Həmçinin cavabdehin münasibət məktubunda da plan cizginin X11 tərəfindən deyil, “Azərbaycan Respublikası Prezidentini 20115-ci 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün vətəndaşlara müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 vasitəsilə verilməsinin təmin edildiyi qeyd edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsində qeyd edilmmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında yaradlaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxoz (X6) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibini sorğusuna cavab 10 gün müddətində verilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə cavab verməli olan qurum torpaq sahəsinin yerləşdiyi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanıdır. Belə ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanın 2.2-ci bəndinin 5-ci abzasına görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 23-cü maddəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahəsləri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüquqlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarının, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 Fərmanına əsasən “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanına əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Sadalanan normalardan göründüyü kimi, vətəndaşlara torpaq sahəsinin verilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma aktında göstərilir Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, plandaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək Yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətinə aid məsələ olmuşdur. Ona görə də, hazırki iddia tələbinə cavab verməl olan şəxs mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə Bakı şəhəri Xəzər ryon İcra Hakimiyətidir. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı hazırki tələblə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edə bilər. Əgər qeyd olunan yerli icra hakimiyyəti tərəfindən müraicətinin təmin olunmasından imtina olunduğu təqdirdə həmin İdarəyə qarşı müvafiq tələblə iddia verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7248/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7248/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver