Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7249/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X2, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxs X5) “kirayə müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X2 Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, 16 saylı evin 10 saylı mənzilinə qeydiyyata düşməsinə əsas olmuş 05 yanvar 2019-cu il tarixli 01 nömrəli kirayə müqaviləsinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3852/2019 saylı qətnaməsi ilə iddiaçı X3 iddia tələbi əsasında İddiaçı və övladlarının Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, 16 saylı evin 10 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnaməyə əsasən iddiaçı və öaladları qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmışlar. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamə ləğv olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tatixli, 2(005)-3852/2019 saylı qərardadı ilə xx.xx.2019-cu il tarixli, 2(005)- 3852/2019 saylı qətnaməsinin icrasına dönüş verilmiş, iddiaçının və övladlarının pozulmuş hüququları bərpa olunmuşdur. İddiaçı və övladları həmin ünvandan xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılaraq elə həmin gün xx.xx.2019-cu il tarixdə saxta kirayə müqaviləsi əsasında başqa bir şəxs, yəni X4 həmin ünvana qanunsuz şəkildə qeydiyyata alınmışdır. Həmin 05 yanvar 2019-cu il tarixli 01 nömrəli saxta kirayə müqaviləsi guya iddiaçı ilə bağlanmışdır və müqaviləyə əsasən X4 ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Qeyd olunan müqavilə iddiaçı tərəfindən imzalanmamışdır, müqavilədə olan imza iddiaçıya məxsus deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçı onunla 78 saylı MKİS arasında Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, 16 saylı evin 10 saylı mənzilinə dair imzalanmış 05 yanvar 2019-cu il tarixli 01 nömrəli kirayə müqaviləsinin etibarsız hesab olunmasını xahiş edir. Lakin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 784 nömrəli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansında olan yaşayış binaları, o cümlədən ünvan 4 ünvanında yerləşən 81 mənzildən ibarət yaşayış evləri balansa qəbul edilmiş, hal-hazırda həmin yaşayış evi 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir, həmin MKİS-in arxiv sənədləri arasında saxlanılan 10 saylı mənzilin şəxsi maliyyə vərəqəsi X1 adına olmuşdur, göstərilən mənzilə dair İddiaçı və ya X1 adına kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sərəncam verilməmişdir, həmçinin İddiaçı və eləcə də üçüncü şəxs X1 Bakı şəhəri, ünvan 4 saylı evin 10 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması və ya kirayə müqaviləsinin etibarsız hesab edilməsi barədə müraciətləri Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə daxil olmamışdır. Göründüyü kimi, qeyd olunan ünvana dair nə İddiaçı, nə üçüncü şəxs X5 ilə kirayə müqaviləsi bağlanılmış, nə belə bir müqavilənin bağlanılması ilə bağlı onların müraciətləri olmuş, nə də kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Hazırki halda iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisələndirilən kirayə müqaviləsi bağlanılmadığı və onun bağlanılması ilə əlaqədar sərəncam verilmədiyi üçün müvafiq sərəncamın mübahisələndirilməsi ilə əlaqədar iddia tələbinin dəyişdirilməsinin iddiaçı tərəfə təklif edilməsi zəruri hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7249/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7249/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver