Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-725/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin təsdiq olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2020-ci il Vətən müharibəsinin könüllü iştirakçısı olmuşdur. Sabunçu rayon Hərbi Komissarlığından hərbi toplanışa çağrılmışdır. Azərbaycan Respublikası ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixində “sol döş qəfəsinin daxilə keçən güllə yarası, sol 9-cu qabırğanın qəlpə fonunda sınığı” xəsarətləri almışdır. İlk tibbi yardım göstərildikdən sonra ağır vəziyyətdə Bakı şəhəri Akademik Topçubaşov adına X7 göndərilmişdir. Burada müayinə nəticəsində ağ ciyərlərdə partlayış travması nəticəsində əmələ gələn hemotoraks (ağciyər (plevra) membranlar arasında qan yığılması və ya plevranın plevral fibrozu), döş qəfəsinin sol və sağ yarısında yumşaq toxumalarda çoxsaylı metal qəlpələr aşkar olunmuşdur. İddiaçı xx.xx.2021-ci tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspertiza Komissiyasına əlilliyi ilə bağlı müraciət etmişdir (forma 88). xx.xx.2021-ci il tarixində əlillik verilməsinə imtina cavabı gəlmişdir. xx.xx.2021-ci il tarixində təkrar komissiya müayinəsinə ərizə yazmağına baxmayaraq hazırki dövrə qədər iddiaçının ərizəsinə baxılmamışdır. İddiaçı Hərbi Həkim Komissiyasının verdiyi qərara (şəhadətnamə 21480) və iddiaçının yeriməyini və dik durmasını çətinləşdirən çoxsaylı qəlpələrin verdiyi ağrı və maneələr, nəfəs çatışmazlığına əsasən hesab edir ki, imtinası əsassızdır.
3. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi kimi dəyişdirilməklə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nəzərə alınmışdır.
4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə bakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2021- ci il tarixli göndərişi əsasında baxılmış və “X3: xx sinif - xəstələnmənin və ölümün xarici səbəbləri => y35-y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => y36 - hərbi əməliyyatlar => y36.2 hərbi əməliyyatlar nəticəsində digər...; diaqnozun mətni: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması(xx.xx.2020); döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemtoraksla müşayiət olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmış soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obustruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QaydasTnın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay hnüddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edim. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh orqanın nümayəndəsi qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi iddiaçının qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir: - xx xxxxxx 1995-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2022-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı Əliəsgər oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 276/2022 saylı ekspert rəyində bildirilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün (Forma 088) göndərişdə qeyd edilən (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilib-göstərilməməsindən asılı olmayaraq) diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmamışdır.
8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin qoyulmasına dair iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün 15 (on beş) gün müddət təyin edilmiş; Əyani müayinə zamanı İddiaçı halhazırda hansı xəstəlik və qüsurların (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunması göstərilməsi və qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinənin nəticəsi barədə məhkəməyə məlumat verməsi həvalə edilmişdir.
9. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş xəstəlik və ağırlaşmaların əlilliyin təyininə əsas vermədiyi müəyyənləşdirilmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.
10. Məhkəmə qərardadı ilə qoyulmuş suallar tam əhatə olunmadığından məhkəmə tərəfindən təkrarən cavavdeh qurumdan əyani müayinə zamanı İddiaçı (FİN xxxxxxx) X3 10-cu baxışa uyğun olaraq müəyyən olunan xəstəlik haqqında və həmin xətəliyin kodu barədə ətraflı məlumatın verilməsi üçün vaxt təyin edilmiş, lakin məhkəmə sorğusu təkrarən cavablandırılmamışdır.
11. Məhkəmənin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına analoji sorğusuna cavab olaraq MN MMK tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-cil tarixdə aldığı yaralanmanın nəticəsinə görə xx.xx.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən “Partlayış travması (xx.xx.2020), döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən soltərəfli hemotoraksla müşayiə olunan kor güllə və qəlpə yaralanmasına görə aparılmş soltərəfli torakosentez, plevra boşluğunun drenajı, döş qəfəsinin sol yarısında yad cismin xaric edilməsindən (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, sol İX qabırğanın kafi bitişmiş sınığı, yuimşaq toxumaların yad cismi (metal qəlpələr), xarici tənəffüs funksiyasının obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu ilə" diaqnozu qoyularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli"nin 83 c maddəsinin İİ qrafasına əsasən şəhadətləndirilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. Xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş'Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndinə əsasən “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi təyin edilmiş, qərar xx.xx.2021-ci il tarixli 21480 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Yuxarıda təyin edilmiş xəstəlik X2 (XBT 10) kodu aşağdakı kimi təyin edilir: Y 36.2, S 21.8, S 27.1, S 22.3, M 79.5, L90.5
12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
13. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak iştirakı edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verdi.
İİ. İddianın növü və mümkünlüyü
14. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı əlillik dərəcəsinin təyinini tələb edir.
20. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən əlilliyin qiymətləndirilməsi xx.xx.2021-ci il tarixli Forma 88 əsasında aparılmış, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.
21. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış
24. Məhkəmə qərardadı ilə təyin edilmiş ekspertizanın nəticəsi olaraq təqdim edilmiş rəy bir tərəfdən məhkəmə tərəfindən qoyulmuş sualları cavablandırmadan vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün (Forma 088) göndərişdə qeyd edilən (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilib-göstərilməməsindən asılı olmayaraq) diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadığı bildirilmiş, digər tərəfdən isə həmin rəy cavabdeh qurumun əməkdaşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial eksperti X4 iştirakı ilə tərtib olunduğundan mötəbər deyil və bu səbəbdən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilmir.
25. İddiaçı Vətən müharibəsi iştirakçısıdır.
26. İddiaçı barədə tərtib edilmiş Forma 88 natamamdır. Belə ki, həmin forma 88-ə əsasən müəyyən olunur ki, iddiaçı göndəriş verən müəssisədə xx.xx.2020-ci il tarixdən qeydiyyatdadır və hərbi əməliyyatlar nəticəsində yaralanmışdır. Status localis qrafasından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. İlk tibbi yatdım göstərildikdən sonra Ak.M.A.Topçubaşov adına X7 göndərilmişdir, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək “sol döş qəfəsinin daxilə keçən güllə yarası. Hematoraks. Sol İX qabırğa cismin qəlpə fonunda fraqmentasiyalı sınığı” diaqnozu ilə stasionar müalicə olmuşdur. Döş qəfəsinin sol yarısında əməliyyatdan sonrakı dəri çapıqları qeyd edilir. Göndərişə əsasən iddiaçının vəziyyəti əyani müayinə və köməkçi diaqnostik müayinələrlə (ağ ciyərlərin spiroqramması (nəticə: obstruktiv tipli mötədil ventilyasiya pozğunluğu) və döş qəfəsinin rentgenoqrafiyası (Döş qəfəsinin sol yarısında və sağ yarısında aşağı payının yumşaq toxumalarında çoxsaylı kiçik ölçülü metal qəlpə izlənir. Solda İX qabırğanın kafi bitişmiş sınığı izlənir)) təsdiq olunmuşdur.
27. Aydındır ki, forma 88 arayışında qeyd edilmiş Y36.2 diaqnozu və ağırlaşması (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması) özlüyündə əlillik təyin etmir.
28. Cavabdeh Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam olduğu üçün TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərməli olduğu və ya 3.7-ci bəndə əsasən şəxsi əyani müayinəyə cəlb etməli olduğu halda, göstərilən hərəkətlərin heç birini həyata keçirmədən əlilliyin təyinindən imtina etmişdir.
29. Bununla əlaqədar, məhkəmə əyani müayinə zamanı iddiaçıda müşahidə olunan xəstəliklərin Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10cu baxışa (XBT -10) uyğun gələn kodları barədə məlumat verilməsini cavabdeh qurumdan dəfərlərlə tələb etməsinə baxmayaraq, həmin məlumatlar cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəməyə şəxsin əlillik vəziyyətinin obyektiv müayinəsi zamanı məhz göndərişdə qeyd edilmiş xəstəlik və ağırlaşmaların əlilliyin təyininə əsas vermədiyi qeyd edilmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verildiyi bildirilmişdir. Halbuki forma 88 arayışında qeyd edilmiş Y36.2 diaqnozu və ağırlaşması (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması) özlüyündə əlillik təyin etmədiyi və bu səbəbdən göndərişin natamam olması mübahisəsizdir. Cavabdeh qurum iddiaçının əlillik vəziyyətini obyektiv müayinə əvəzinə, məsələyə formal yanaşmaqla məhz göndərişdə qeyd edilmiş xəstəlik və ağırlaşmaların əlilliyin təyininə əsas vermədiyi qeyd etməklə kifayətlənmiş və bununla da məhkəmə qərardadını icra etməmişdir.
30. Məhkəmənin sorğusuna cavab olaraq xəstəlik kodları barədə məlumatlar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyası tərəfindən təqdim edilmişdir. Bildirilmişdir ki, təyin edilmiş xəstəliklər kodu Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) uyğun olaraq aşağdakı kimi təyin edilir: Y36.2, S21.8, S27.1, S22.3, M79.5, L90.5
31. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr Döş qəfəsinin travmaları (S20–S29) S21.8 Döş qəfəsinin digər şöbələrinin açıq yarası S22.3 Qabırğanın sınığı S27 Döş boşluğunun digər və dəqiqləşdirilməmiş orqanlarının travması Növbəti yarımrubrikalar (beşinci rəqəm) sınıq və ya açıq yaranın müəyyənləşməsi üçün çoxsaylı kodlaşdırma aparmaq mümkünsüz olduqda və məqsədəuyğun olmadıqda bu halların əlavə xarakteristikası verilən zaman fakültətiv istifadə üçün verilir. Əgər sınığın "açıq" və ya "qapalı" olması barədə məlumat yoxdursa, onu "qapalı" kimi təsnif etmək lazımdır: 0 – döş boşluğuna işləyən açıq yara olmadan 1 – döş boşluğuna işləyən açıq yara ilə S27.1 Travmatik hemotoraks M79.5 Yumşaq toxumalarda qalmış yad cisim L90 Dərinin atrofik zədələnmələri L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu. Bitişən çapıq (dərinin) Çapıq (yara yeri) Çapıq qüsuru (“eybəcər” çapıq) ƏGO çapıq.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri bəndində (13cü bənd) L90 Dərinin atrofik zədələnmələri diaqnozu (13.6.) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
33. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı məhz yeni qaydaların qüvvədə olduğu vaxt əyani müayinə olunduğundan (xx.xx.2022-ci il tarixdə) və bu, onun əlillik vəziyyətinə (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə) təsir etdiyindən həmin hal nəzərə alınmalı idi.
34. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
35. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı məhz qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva