Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7252/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, iqtisadçı, X6 rəis müavini işləyir), cavabdehin nümayəndəsi X3 (Laçın rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il sonuncu müayinəyə dair məlumatı əsasında imtina qərarının qanunsuz hesab edilməsi və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq xəstəliyinə görə İİ dərəcə əlilliyin təyin olunması barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 7 il böyrək çatışmamazlığı diaqnozu üzrə əlilliyə görə pensiya almağına baxmayaraq, 2021-ci ilin aprel ayından sonra pensiya almaq hüququndan məhrum edilmişdir. Baxmayaraq ki, yenidən müayinədən keçib uyğun sənədləri müvafiq qaydada təqdim etmiş, səbəb kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. 10 ildən çoxdur davam edən bu xəstəlik xroniki hall almış və onun bütün orqanlarının tədricən sıradan çıxmasına gətirib çıxarmışdır. 12 may 2014-cü ildə ilk dəfə İİ dərəcəli əlillik təyin olunarkən xəstəliyi xroniki böyrək çatışmamazlığının İİ fazasında idi. 2016-cı ildə təkrar müayinədən sonra 5 il müddətinə elektron qaydada əlillik dərəcəsi verilmişdir. Baxmayaraq ki, xəstəliyi bir qədər də daha inkişaf edərək İİİ fazaya keçmiş və xroniki obstruktiv pieionifrit diaqnozu qoyulmuşdur, 2021-ci ilin aprel ayında isə onu əlillikdən məhrum etdilər. Müayinə M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasında aparılmış və xəstəliyin daha ciddi olduğu bildirilmişdir. O, uzun müddət Tibb Universitetinin Tədris X2 Şöbəsində müalicə almış, xəstəliyin ağır vaxtlarında komaya düşmüş və məhz vicdanlı həkimlərin səyi nəticəsində həyatda qalmışdır. Səhiyyə Nazirliyi tərəfindən pulsuz dərmanla təmin olunmuş, lakin xəstəliyin xroniki hall alması intensiv müalicələrə baxmayaraq, onun inkişafına müsbət təsir etmiş və daha ağır mərhələyə keçmişdir. Hal-hazırda “Mediland” Hospitalının nefrologiya şöbəsində ixtisaslı həkimlər tərəfindən müalicə alır. Əmək qabiliyyətli deyil, çünki daim təyin olunmuş dərmanların vaxtlı vaxtında qəbulu, həkim nəzarəti və istirahət tələb olunur. O, fasiləsiz müalicə almalıdır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə” yə görə İİ və İİİ dərəcəli böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşən və böyrək çatışmamazlığının terminal mərhələsində xəstələr əlil sayılır. O, artıq bu xəstəliyin İİİ fazasındadır. M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasın müayinə aktının nəticələrinə görə YF-54 ml/dəq səviyyəsindədir. Onun həyatı daim risk altındadır və kəskinləşmə halları tez-tez olur və bacarıqlı, savadlı həkimlərin müalicəsi və qayğısı nəticəsində bunların qarşısı alınır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 060891 nömrəli arayışına əsasən xx.xx.2014-cü il tarixli müayinə nəticəsində xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixədək əlillik müəyyən edilmişdir. 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 495740 nömrəli arayışına əsasən xx.xx.2015-ci il tarixli müayinə nəticəsində xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən ikinci dərəcə əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikanın 3061/12 nömrəli epikrizinə əsasən klinikaya daxil olma tarixi xx.xx.2012-ci il olmaqla İddiaçı “Membarnoz qlomerulonefrit. Nefrotik sindrom. Arterial hipertenziya İİ dərəcə, risk İV” liniki diaqnozu qoyulmuşdur. Sümük-oynaq sistemində deformasiya qeyd olunmur. Xəstəyə böyrək biposiyası əməliyyatı olunub, nəticə “Membarnoz qlomerulonefrit” olmuşdur. Akad. M.C.Cavad-zadə adına Respublika Uroloji Xəstəxanasının müayinə aktına əsasən İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixdə ambulator müayinə olunmuşdur. “Xroniki pielonefrit. Xroniki böyrək xəstəliyi- 3-cü mərhələ” diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışa əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. “Diaqnoz: Xroniki obstruktiv pielonefrit. Xroniki pielonefrit Əsasən böyrəklərin zadələnməsı ilə müşayiət olunan hipertenziv [hipertoniyaj xəstəlik f-yi]. Renal hipertenziya.nefrotik sindrom Nevrastenlya, Asteno-nevrotik vəziyyət. İnsulindən asılı olmayan şəkərli diabet, İİ tip ortaağır gedişli, Dəmir defisitli anemiya, kataraktalar” diaqnozu qoyulmuşdur. Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Əlavə müalicəəlavə ixtisaslaşdırılmış müalicə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına” uyğun olaraq onun əlillik vəziyyəti “24 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" PHŞ-nin 0034003AAEC1 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb:əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və ona göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. 31 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının göndərişi əsasında 5 saylı Tibbi Sosial Ekspert Komissiyasında aparılan qiymətləndirmə nəticələrinə əsasən, iddiaçıya xx.xx.2014-cü il tarixli ilkin müayinə ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. X1: “İV sinif – Endokrin sistemin xəstəlikləri. Maddələr => E10-E14 – Şəkərli diabet => E13 – Şəkərlidiabetin digər dəqiqlşdirilmiş formaları”. Diaqnozun mətni: “ Xr. Qlomerulonefrit. Nefrotik sindrom İİ mərh. Arterial hipertoniya İİ dər. İV risk Şəkərli diabet. Anemiya. Diabetik polineyropatiya, angiopatiya”. Meyar: “2.2. İkinci dərəcə əlillik => Digər: Xr. Qlomerulonefrit. Nefrotik sindrom İİ mərh. Arterial hipertoniya İİ dər. İV risk Şəkərli diabet. Anemiya. Diabetik polineyropatiya, angiopatiya”. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişi əsasında aparılan qiymətləndirmə nəticələrinə əsasən, iddiaçıya xx.xx.2015-ci il tarixli təkrar müayinə ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. X1: “XİV sinif – Sidik-cinsiyyəti sisteminin xəstəlikləri => N00-N08 – Yumaqcıq xəstəlikləri => N03 – Xroniki nefritik sindrom”. Diaqnozun mətni: “ Xr. Qlomerulonefrit. Nefrotik sindrom. Fe defisti anemiya. Şəkərli diabet. İİ tip ağır gedişli”. Meyar: “2.2. İkinci dərəcə əlillik => Digər: Xr. Qlomerulonefrit”. Elektron təiynatın göndərişi əsasında aparılan qiymətləndirmə nəticələrinə əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixli təkrar müayinə ilə ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. X1: “XİV sinif – Sidik-cinsiyyəti sisteminin xəstəlikləri => N00-N08 – Yumaqcıq xəstəlikləri => N03 – Xroniki nefritik sindrom”. Diaqnozun mətni: “ Xr. Qlomerulonefrit. Nefrotik sindrom. Fe defisti anemiya. Şəkərli diabet. İİ tip ağır gedişli”. Meyar: “2.2. İkinci dərəcə əlillik => Digər: Xr. Qlomerulonefrit”. Bakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişi əsasında aparılan qiymətləndirmə nəticələrinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixli təkrar müayinə ilə əlillik təyin olunmasından imtina edilmişdir. X1: “XİV sinif – Sidik-cinsiyyəti sisteminin xəstəlikləri => N00-N08 – Yumaqcıq xəstəlikləri => N03 – Xroniki nefritik sindrom”. Diaqnozun mətni: “ Xroniki obstruktiv pielonefrit. Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenziv (hipertoniya) xəstəliyi. Renal hipertenziya, nefrotik sindrom, insulindən asılı olmayan şəkərli diabet, İİ tip orta-ağır gedişli, dəmir defısitli anemiya, kataraktalar”. Meyar: “İmtina edilir”. İmtina edilmənin səbəbi: “ Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. İddiaçında mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi, onda olan xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas olub-olmasını müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 22 iyun 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) xx.xx.1962-ci il təvəllüdlü İddiaçı orqanizminin həyat fəaliyyətinin məhdudlaşdırılmasına səbəb olan müayinə zamanı onda aşkar olunan hansı xəstəlik, travma və qüsurlar aşkar olunur? 2) İddiaçı aşkar olunan xəstəlik, travma və ya qüsurlar əlillik (birinci, ikinci və ya üçüncü dərəcə) müəyyən edilməsi meyyarlara uyğundurmu? 3) Bu xəstəliyin (travma və ya qüsurların) səbəb əlaqəsi nədir?. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T 370/2022 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1-2. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən “sidik cinsiyyət sisteminin xəstəlikləri=>N00- N08-yumaqcıq xəstəlikləri=>N03xronik nefritik sindrom. Diaqnozun mətni: xroniki obstruktiv pielonefrit, xroniki pielonefrit. Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenziv (hipertoniya) xəstəliyi, renal hipertenziya, nefrotik sindrom, insulindən asılı olmayan şəkərli diabet, İİ tip orta-ağır gedişli, dəmir defısitli anemiya, kataraktalar” nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. 3. Qeyd edilən xəstəliklərin yaranma səbəbləri müxtəlifdir.” Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir;.. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki qeyd edilmiş səhhətini əks etdirən əsas xəstəlik və xəstəliklərdə ağırlaşmalar nəzərə alınmaqla onun əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər-hansı bir meyarlarını aid etmək mümkün olmadı. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il sonuncu müayinəyə dair məlumatı əsasında imtina qərarının qanunsuz hesab edilməsi və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il sonuncu müayinəyə dair məlumatı əsasında imtina qərarının qanunsuz hesab edilməsi və iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7252/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7252/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver