Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7259/2021 20.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 01.01.2006-cı il tarixədək ona 29 il 2 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq 316 manat 72 qəpik pensiya təyin edilməsini nəzərə alaraq, 01.01.2006-cı ildən 01.07.2021-ci ilədək keçmiş dövr 15 il 6 ay olduğundan 15 il 6 ay ərzində yaranmış fərq məbləğinin hesablanması, cari pensiyasına əlavə edilməsi, 15 il 6 ay ərzində yaranmış fərq məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19.04.2021-ci ildə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Dost” Mərkəzinə getmişdir. “Marksizm” - Lelinizm Universitetini əyani bitirdiyindən hər ay 200 manat aldığı əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Bir aydan sonra 19.05.2021-ci ildə onun mobil telefonuna “Dost” Mərkəzindən aşağıdakı mətndə “SMS” gəlmişdir: 01.01.2006-cı il tarixədək sizə 29 il 2 ay sığorta stajına və pensiya kapitalınıza uyğun olaraq - 316 manat 42 qəpik pensiya təyin edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyanıza əlavə ediləcək və ödəniləcəkdir. SMS-də yazılmış (“keçmiş dövr” üzrə “yaranmış fərq” məbləği cari pensiyanıza əlavə ediləcək). Onun pensiyasının “keçmiş dövrü” 01.01.2006-cı ildən 01.07.2021-ci ilə qədərdir. Belə də “keçmiş dövr” 15 il 6 ay təşkil edir. İddiaçı 15 il 6 ay “keçmiş dövr” üçün yaranmış fərq məbləğinin qədərini öyrənmək üçün 25.05.2021-ci ildə “SMS” aldığı “Dost” Mərkəzinə getmişdir. “Dost”da işləyən əməkdaşdan “keçmiş dövr” üçün yaranmış fərqin “nə cür” hesablandığı və “nə qədər” olacağı barədə soruşmuşdur. “Dost”un əməkdaşı “keçmiş dövr” 15 il 6 ay əvəzinə 3 il müddətinə aid olacağı barədə iddiaçıya elan etmişdir. O, bu əməkdaşa 15 il 6 ay əvəzində = 186 ay ərzində hər ay 118 manat onun pensiya haqqını 21948 manat həcmində ona xəbər vermədən nə üçün mənimsədiklərinin izahını verməyə təkid etdikdə, əməkdaş “keçmiş dövr” cəmi 3 il qanunla qəbul olunub. İddiaçı 15 il 5 ay ərzində heç bilməmişdir ki, 01.01.2006-cı ildə 29 il 2 ay sığorta stajı olmuş və əlavə olaraq, pensiya kapitalına uyğun olaraq 316 manat 72 qəpik pensiya təyin olunmuşdur. O, “Dost” Mərkəzinə diploma görə pensiya məbləğinin yenidən hesablanmasına görə müraciət etməsəydi 25.05.2021-ci il tarixədək 29 il 2 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq, 316 manat 72 qəpik pensiya təyin olduğu barədə xəbəri olmayacaqdı. 01.01.2006cı ildən başlayaraq, hər ay 316 manat 72 qəpik pensiya alacaqdı. Lakin 200 manat məbləğində pensiya ona hər ay verilmiş və 01.01.2006-cı ildən indiyə qədər hər ay 118 manat az, əksik pensiya 01.01.2006-cı il tarixədək iddiaçıya 29 il 2 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq, 316 manat 72 qəpik pensiya təyin edilmişdir. Həmin dövrdə iddiaçı dəfələrlə Bakı şəhəri Xəzər rayonunun Sosial Müdafiə idarəsinə şifahi və ərizələrlə müraciət etmiş və ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. 01.01.2006-cı il tarixində pensiyasının 316 manat olacağı barədə ona heç bir məlumat verilməmişdir. Ancaq hər ay 200 manat həcmində ona pensiya ödənilmişdir. 2006-cı ildən 2021 -ci ilədək tədricən hər bir ildə 10-15 manat pensiyaya artım etmişlər və indiki vaxtda 282 manat 28 qəpik pensiya alır. Belə halda 01.2006-cı ildə ona təyin olunmuş 316 manat 72 qəpik pensiya pulu bu artımlarla 317 man + 82 man = 400 manat hər ay pensiya pulu almalı idi və 400 man -282 man = 117 manat 15 il 6 ay = (186 ay ərzində x 117 manat) = 24468 manat həcmində pensiya pulu mənimsənilmiş və iddiaçıya indiyə qədər verilməmişdir. Keçmiş dövr 15 il 06 ay olduğu halda cavabdeh əsassız olaraq keçmiş dövrü 3 il hesablayır. Cavabdeh 15 il 06 aydır, ondan 316 manat həcmində pensiyasını gizlədir. Bu aşkar olunduqdan sonra cavabdeh yeni üsul tapıb, keçmiş dövrü 3 il ərzində hesablamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-7259/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 19.11.2004-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizəçi İddiaçı ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı 09.04.2021-ci il tarixdə 2 saylı Bakı Dost Mərkəzi vasitəsilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq 20.05.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, 01.01.2006-cı il tarixədək 29 il 2 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq 316.72 manat pensiya təyin edilmiş, həmçinin keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyaya əlavə edilərək ödəniləcəkdir. İddiaçı ona ünvanlanmış cavab məktubu ilə razılaşmayaraq, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ natı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı ərizə ilə Fondun müvafiq filialına müraciət edərək ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Ərizəçinin müraciət etdiyi tarixədək ona təyin edilmiş əmək pensiaysının məbləği 282 manat təşkil edirdi. A,İddiaçı müraciəti ilə onun əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği 316.72 manata çatdırılmışdır. Həmçinin, ərizəçiyə bildirilmişdir ki, keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyanıza əlavə edilərək ödəniləcəkdir. X3 çıxarışa əsasən İddiaçı iyun ayı üzrə 316.72 manat pensiya məbləği və keçmiş dövr üzrə 273.75 manat ödəniş həyata keçirilmişdir. Keçmiş dövr üzrə ödəniləcək məbləğin qalan hissəsi isə növbəti 4 ay ərzində hissəli şəkildə həyata keçiriləcəkdir. Göründüyü kimi iddiaçının pensiya məbləği yenidən hesablanaraq 316.72 manata çatdırılmış və müraciət etdiyi dövrdən əvvəlki 3 il üzrə pensiya məbləğindəki fərqin hissəli şəkildə ödənişi həyata keçirilir. İddiaçının 01.01.2006cı il tarixdən 01.07.2021-ci il tarixədək keçmiş dövr üzrə yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi isə qanunvericiliyin mövqeyi və məhkəmə praktikasına əsasən mümkün deyildir. Belə ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadına əsasən keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Həmin qərardadla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğu qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi İddiaçı müraciət etdiyi tarixdən əvvəlki 3 il üzrə pensiya məbləğindəki fərqin hissəli şəkildə ödənişi həyata keçirilməsi nəzərdə tutulmuş, digər dövrlər üzrə isə ödənişin həyata keçirilməsi isə mümkün deyildir. Məhkəmə qərarı qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınması və “01.01.2006-cı il tarixdən 01.07.2021-ci il tarixədək keçmiş dövr üzrə yaranmış pensiya fərqinin hesablanaraq ödənilməsi” tələbi ilə bağlı İddiaçı tərəfindən verilmiş iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı 17.06.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, 04.06.2021-ci ildə poçt vasitəsilə göndərdiyi iddia ərizəsindən sonra 10.06.2021-ci ildə hər ay aldığı 282 manat pensiya pulunun üzərinə 37 manat əlavə olunub və o, (282 man + 37 man) = 319 manat 1 aylıq pensiya haqqı alıb. 2006-cı ildən başlayaraq hər ay aldığı 180 manat pensiya pulunun üzərinə 2021-ci ilədək tədricən 10-15 manat artırma olub və 2006-cı ildən 2021-ci ilədək pensiya pulu 180 manat əvəzinə 282 manat olub. 01.01.2006-cı ildən təsdiq olunmuş 316 manat 72 qəpik pensiya puluna 102 manat əlavə edilməli idi və indiki vaxtda (316 man 72 qəp + 102 man) = 419 manat hər ay pensiya pulu almalı idi. 01.01.2006-cı ildə iddiaçıya təyin olunmuş 316 manat 72 qəpik əvəzinə 180 manat pensiya haqqının ona verildiyi aşkar olunmuşdur. Lakin bu pozuntu aktlaşdırılmamış və onun pensiya pulu 317 manat əvəzinə 180 manat səviyyəsində saxlanılmışdır. “Dost” Mərkəzi pensiya haqda iddiaçının müraciətinə cavab olaraq, 01.01.2006-cı ildə onun pensiya pulunun 316 manat 72 qəpik səviyyədə təsdiq olunduğu barədə SMS ilə bildirib. Nazirlik müfəttişləri yoxlama nəticəsi olaraq, ona 01.01.2006-cı ildə təsdiq olunmuş 316 manat 72 qəpik əvəzinə 180 manat pensiya pulu verildiyini aktlaşdırmayıblar. Nazirlik müfəttişləri 01.01.2006-cı ildə təyin və təsdiq olunmuş 316 manat 72 qəpik pensiya pulunu ondan gizlədiblər və 01.01.2006-cı ildən 2021-ci ilədək hər ay (15 il x 12 ay) = 186 ay ərzində x 102 man = 22320 manat pulunu mənimsəyiblər. Bu fakt aşkar olunduqdan sonra cavabdeh bu borcun “tələb olunma” müddətini ortaya çıxarıb və 3 il ərzində olan borcu ödəyəcəklərinə bildirirlər. Deməli, cavabdeh 01.01.2006-cı ildən 01.05.2021-ci ilədək iddiaçıdan 22320 manat pensiya pulunu mənimsədiyini təsdiq edir, ancaq 3 il = 36 ay x 102 manat = 3672 manat pulun 3 il ərzində ödəyəcəyini boynuna alır və bununla da 22320 manat 15 il 6 ay ərzində mənimsədiyini etiraf edir və qalan (22320 man - 3672 man) = 18648 manat mənimsədiyi pulu ondan gizlədir və qanunu pozaraq mənimsəyəcəyinə təkid edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən İddiaçı xx.xx.1942-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə materiallarında olan 09.04.2021-ci il tarixli, xxxxxxx210003 nömrəli müraciət vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əvvəllər təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması üçün müraciət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının 01 iyun 2021-ci il tarixli, **********5 nömrəli sorğuya cavab məktubuna İddiaçı 032005 nömrəli pensiya işinin təsdiq olunmuş surəti əlavə edilmişdir. Təqdim olunmuş pensiya işinin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov şöbəsinin 19.11.2004-cü il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Marksizim Leninizm Universitetinin 03.06.1974-cü il tarixli 250 nömrəli diplomunun surətindən görünür ki, İddiaçı 1972-1974-cü illərdə təhsil almışdır. -İddiaçı 09.04.2021-ci il tarixində 2 saylı Bakı Dost Mərkəzi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət edərək pensiyasının düzgün hesablanmadığını bildirmiş və təqdim etdiyi sənədlər nəzərə alınaraq onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının 07.05.2021-ci il tarixli, **********0 nömrəli qərarına əsasən İddiaçı 19.11.2004-cü il tarixində təyin olunmuş 282 manat 07 qəpik yaşa görə əmək pensiyası (pensiya işi 032005) 01.10.2009-cu il tarixdən olan dövr nəzərə alınmaqla yenidən hesablanmış və pensiyanın aylıq məbləği 316 manat 72 qəpik müəyyən olunmuşdur. -Cavabdehin təqim etdiyi X2 “Təyinat məlumatları” hissəsindən çıxarışda qeyd edilmişdir ki, keçmiş dövrə ödəniş 273,75 manat, başlanma tarixi 01.07.2021-ci il, son tarix 31.10.2021-ci il, pensiyanın məbləği 316,72 manat, keçmiş dövr məbləği 273,75 manat, ödəniş məbləği 590,47 manat. -“Keçmiş və birdəfəlik ödəniş tarixçəsi”ndən olan çıxarışda qeyd edilmişdir ki, keçmiş dövr pensiya ödənişi başlanğıc tarixi 01.07.2021-ci il, son tarix 31.10.2021-ci il olmaqla, məbləğ 273.75 manat, daxil edilmiş cəm məbləğ 1095 manat, hesablanmış cəm məbləğ 1095 manatdır. -“Ödəniş tarixçəsi”ndən çıxarışda qeyd edilmişdir: ödəniş tarixi 07.06.2021-ci il, cari dövr 316,72 manat; ödəniş tarixi 08.07.2021-ci il, cari dövr 316,72 manat, keçmiş dövr 273,75 manat, cəmi 590,47 manat; ödəniş tarixi 06.08.2021-ci il, cari dövr 316,72 manat, keçmiş dövr 273,75 manat, cəmi 590,47 manat. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın yenidən hesablanması, yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. İddia, həmçinin mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -26.1-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. -26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. -29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. -29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. -2.13-cü bəndinə əsasən müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir. İşin hallarından müəyyən olunur ki, iddiaçı 19.11.2004-cü il tarixdən yaşa görə əmək pensiyaçısıdır. İddiaçı təhsil aldığı illərin iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunmuş təhsil sənədi əsasında iddiaçının yaşa görə pensiyasını yenidən hesablanmış və nəticədə iddiaçının 01.01.2006-cı il tarixədək 29 il 2 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq ona aylıq 316.72 manat pensiya təyin edilmiş, eyni zamanda keçmiş dövr üzrə yaranmış fərq məbləğini 273.75 manat müəyyən etməklə cari pensiyasına əlavə etməklə ödənilməsini nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının pensiya təyinatı ilə bağlı X2 məlumatlardan da müəyyən olunur ki, yenidən hesablama nəticəsində iddiaçıya hər ay 316.72 manat pensiya ödənilir. Eyni zamanda keçmiş dövr üzrə ödənilməli cəm məbləğ 1095 manat olmaqla 4 ay ərzində, hər ay 273.75 manat olmaqla cəmi 590,47 manat (316.72 + 273,75 man) iddiaçının pensiya hesabına iyul 2021-ci il tarixdən başlamaqla növbəti 4 ay ərzində, son ödəniş tarixi oktyabr 2021-ci il daxil olmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli Qərardadında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İşin hallarından göründüyü kimi iddiaçının müraciəti əsasında pensiyası yenidən hesablanmış, bu zaman 2017-ci il 01 iyul tarixədək yaranmış keçmiş dövr üzrə ödənilməli məbləğ yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq müraciət etdiyi 09.04.2021-ci il tarixdən əvvəlki 3 il üçün nəzərə alınmaqla iddiaçıya hissəvi şəkildə ödənilməsi nəzərdə tutulmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi” tələbinə dair iddiası əsassız olmaqla təmin edilməməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosı̇ al Ödənı̇ şlərı̇ n Təyı̇ nati üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7259/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7259/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver