Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-726/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 avqust 1972-ci ildə Bakı şəhərində doğulmasının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək ona şəxsiyyəti vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Doğulduğu vaxtdan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamışdır. Qaradağ rayonu, Lökbatan qəsəbəsində orta məktəbdə və peşə məktəbində təhsil almışdır. 1990-cı il noyabrın 13-də Sovet ordusunda xidmət emək üçün ordu sıralarına getmişdir. SSRİ dağıldıqdan sonra 1992-ci ilin mart ayında Sovet ordusundan təxris olunaraq Azərbaycana qayıtmışdır. Sovet ordusundan qayıtdıqdan sonra Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq Milli Ordu sıralarına getmişdir. 1994-cü ilin yanvarında Fizuli rayonu, Horadiz istiqamətində gedən döyüşlərdə yaralanmış və Bakıda yerləşən Hərbi Hospitala yerləşdirilmişdir. Atəşkəs olduqdan sonra ordu sıralarından təxris olmuşdur. Həmin vaxt onda sovet pasportu olmuşdur. Hərbi bileti isə Laçın rayonu uğrunda gedən döyüşlərdə itirmişdir. Hospitaldan çıxdıqdan sonra sənədlərini Qaradağ rayon hərbi komisarlığına təqdim etmiş, lakin doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığına görə sənədləri qeydə alınmamışlar. Həmin vaxtdan o, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Hərbi bilet almaq üçün Qaradağ rayon Hərbi Komissarlığına müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığına üçün hərbi bilet ala bilməmişdir. Bacısı və qardaşları var və oların doğum haqqında şəhadətnamələri var. Valideynləri vəfat etsə də, ona verilmiş mənzilin orderində onun adı, soyadı və ata adı qeyd edilmişdir. Hazırda doğum haqqında şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəməyə iddiaçının dəftərxana vasitəsilə verdiyi ərizəsində İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-1748/15 saylı, xx.xx.2019-cu il tarixli məktubdan aydın olur ki, Cavabdehndə doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizəyə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci maddəsinə əsasən 16 yaşına çatmış şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda qeyd edilənlərə əsasən şəxsiyyəti təsdiq edən sənədi olmadığından ərizənin icra edilməsinin mümkün olmadığı qeyd edilmiş və sonda doğum haqqında təkrar şəhadətnaməni şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəyi bildirilmişdir; - Məhkəmənin sorğularına əsasən: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 aprel 2020-ci il tarixli, 475 saylı məktubuna əsasən: 1972-ci il təvəlüdlü İddiaçı keçmiş Qaradağ rayon Hərbi Komisarlığı tərəfindən xx.xx.1990-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılaraq, K-19 təhvil verilmişdir. Lakin hərbi xidmət və Azərbaycan Respublikası Silahlı Qüvvələrin təxris olunması barədə Xidmətin Qaradağ rayon idarəsində məlumat yoxdur. (əsas: 1972-ci ilin Əlifba Qeydiyyat kitabı səh. 234, sıra 39 ); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 06 aprel 2020-ci il tarixli, 018-3970-1220 saylı məktubu ilə, xx.xx.1972-ci il təvəlüdlü İddiaçı Bakı şəhərinin Qaradağ rayon Daxili İşlər şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə XXİİİ-JQ seriyalı ******* nömrəli keçmiş SSRİ pasportunun təsiq eddilmiş surəti məhkəməyə göndərilmişdir; Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 20 aprel 2020-ci il tarixli, 05\Q-409/13 saylı məktubu ilə İddiaçı 10 avqust 1972-ci il tarixdə № 212 saylı akt qeydi ilə qeydə alındığı bəlli olur. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı 10 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuş, ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmiş, təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etsə də, iddiaçının şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, 10 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 10 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-726/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-726/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver