Məhkəmə qərarları › İş №2-1(112)-726/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-726/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-726/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “informasiya sorğusunun cavablandırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi; Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə növbəti məhkəmə iclası 16.12.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında “Mərkəzi Seçki Komissiyasının iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi; Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən (“Akkreditasiyadan keçən təşkilatlar; “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır) məlumatların verilməsi vəzifəsinin qoyulması” hissəsində iddia tələbi üzrə icraata xitam verilməsi məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında informasiya sorğusunun natamam cavablandırılmasını bildirərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi informasiya sorğusunun cavablandırılmasını nəzərə alaraq iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, “Mərkəzi Seçki Komissiyasının iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi; Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən (“Akkreditasiyadan keçən təşkilatlar; “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır) məlumatların verilməsi vəzifəsinin qoyulması” hissəsində iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı informasiya sorğusu ilə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. İnformasiya sorğusunda iddiaçı aşağıdakı məlumatların verilməsini tələb edir: “Akkreditasiyadan keçən təşkilatlar; a) “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır; b) “exit-poll” keçirmək üçün neçə nəfər cəlb edilir və hansı üsullarla seçiləcək; c) “exit- poll” keçirilməsi məqsədi ilə nə qədər maliyyə vəsaiti sərf ediləcək və mənbəyi haradandır?” İş materiallarından görünür ki, 16.12.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Mərkəzi Seçki Komissiyasının nümayəndəsi iddiaçının informasiya sorğusuna cavab olaraq 15.11.2021-ci il tarixli məktubla akkreditasiyadan keçən təşkilatlar barədə məlumat və həmin təşkilatlarla bağlı əldə edilən məlumatı və Mərkəzi Seçki Komissiyasının müvafiq qərarlarının surətlərini, həmçinin Mərkəzi Seçki Komissiyasının 05.06.2013-cü il tarixli 5/32 saylı Qərarı ilə tısdiq edilmiş “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nı məhkəməyə təqdim etmişdir. İddiaçının informasiya sorğusuna cavab olaraq təqdim edilən məlumat, qərar və qaydalar məhkəmə iclası zamanı iddiaçıya təqdim edilmişdir. Beləliklə, məhkəmə işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Mərkəzi Seçki Komissiyasının iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi; Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən (“Akkreditasiyadan keçən təşkilatlar; “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır) məlumatların verilməsi vəzifəsinin qoyulması” hissəsində iddiası təmin edildiyindən və mübahisə qalmadığından iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü və 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı “Mərkəzi Seçki Komissiyasının iddiaçının 4 fevral 2020-ci il tarixli informasiya sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi; Mərkəzi Seçki Komissiyasının üzərinə 4 fevral 2020-ci il tarixli informasiya sorğusunda göstərilən (“Akkreditasiyadan keçən təşkilatlar; “exit-poll” keçirərkən tətbiq edəcəyi qaydalar və üsullar hansıdır) məlumatların verilməsi vəzifəsinin qoyulması” hissəsində iddia tələbinə dair 2-1(112)-726/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar